Məhkəmə qərarları › İş №2-1(112)-4265/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4265/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4265/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X11 iştirakı ilə iddiaçı X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qeyriyaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X12 cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «qeyri-yaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş olan 340 nömrəli 06 dekabr 2006-cı il tarixli qaraj tikintisi üçün torpaq sahəsinin verilməsi haqqında qərara əsasən Binəqədi rayon, 7 mikroraton, X Dairəvi küçəsi, F.Məlikov küçəsi, 1 E saylı binanın arxasında qaraj tikintisi üçün bələdiyyəyə məxsus olan 30 kv.m torpaq sahəsi iddiaçı X5 icarəsinə verilmişdir. Həmin qərar əsasında onunla Binəqədi bələdiyəsinin arasında 353 nömrəli 6 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da torpaqların alqı-satqı qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt qəbul edilmişdir. Bununla da qaraj tikintisi üçün iddiaçıya ayrılan torpaq sahəsinin onun istifadəsinə verilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, həmin torpaq sahəsini əldə etməsinə dair Binəqədi bələdiyyəsinə ödəmiş olduğu qəbzlər, eyni zamanda Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli icarə haqqı borcunun olmamasını təsdiq edən arxiv arayışı iddiaçının tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərin qanuniliyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialına ona məxsus qaraja aid olan sənədlər arxiv idarəsindən alınmış və sənədlər iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, həmin obyekt tam olaraq on8un (iddiaçının) sahbliyindədir. Cavabdeh Bakı şəhəri Binəqədi RİHin əməkdaşları həmin ünvanda yerləşən iddiaçıya məxsus qarajı heç bir əsas olmadan sökmüşlər. İddiaçı bu məsələ ilə əlaqədar cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə həmin qarajın bərpa olunması məqsədilə rəsmi müraciət ünvanlamışdır. Cavabdeh təşkilat cavabında bildirmişdir ki, qarajın tikilməsi və əvvəlki vəziyyətinə qaytarılması mümkün deyildir. Bununla bağlı müxtəlif dövlət hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Bundan əlavə, İdarə ondan heç bir sənəd tələb etməmişdir. Göründüyü kimi, iddiaçının müraciətinə qərəzli yanaşılmış, əsassız olaraq cavab məktubu göndərilmişdir. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən 30 kv.m Binəqədi bələdiyyəsi tərəfindən qaraj tikilməsi məqsədilə ayrılan torpaq sahəsinə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in nümayəndəsinin iddiaya qarşı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, cavabdeh Bakı şəhəri Binəqədi RİH iddiaçı X5 tələbində qeyd olunanlara etiraz edir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddia edilən qaraj mövcud olmamışdır. İddiaçı tərəfindən 2019-cu ildə qanunsuz qaraj tikintisi məqsədilə təməl qoyulmuşdur. İddiaçıya əməllərinin qanunsuz olması barədə aidiyyatı qurumlar tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X12 hər-hansı bir hüquqmüəyyənedici sənədi olmayan və cavabdeh orqanın günahını sübut edən halı təqdim etmədən qarajın RİH tərəfindən söküldüyünü iddia edir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçıya məhkəmədən kənar pretenziya məktubu kimi təqdim edilmiş cavabda qaraj tikintisinə köməklik göstərilməsi məqsədilə qanunvericiliyin tələbləri izah edilmişdir. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən, ona istinad edərək iddia tələbi irəli sürmüşdür. Belə ki, bir daha qeyd ediliməlidir ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan Bakı şəhəri Binəqədi RİH tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçının həmin ərazidə heç bir vaxt qarajı olmamışdır. Təməl qoyulmuş yerin kimin tərəfindən sökülməsinə gəldikdə isə, bununla bağlı hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi RİH tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. İş materiallarına yalnız Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə qərarının surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçı tərəfindən sözügedən qarajın onun mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İPM-in 35.1-ci maddəsində qeyd olunanlar öz təsbitini həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 saylı 10 aprel 2015-ci il tarixli qərarında da tapmışdır. Belə ki, həmin qərar iddianın mümkünlüyünün anlayışını, mümkünlük şərtlərini özündə əks etdirir. Həmin qərarın 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. RİH edir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçının müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11-ci bəndinə əsasən təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində fəaliyyət tənzimlənmişdir. Əsasnamədə İ (dövlət əhəmiyyətli), İİ (sahibkarlıq fəaliyyəti) və İİİ (fərdi yaşayış evləri) məsuliyyət səviyyəli tikililər müəyyən olunmuşdur. RİH-in səlahiyyətlərinə İİİ (fərdi yaşayış evləri) məsuliyyət səviyyəli tikililər müəyyən olunmuşdur. Əsasnaməyə əsasən İ (dövlət əhəmiyyətli) və İİ (sahibkarlıq fəaliyyəti) məsuliyyət səviyyəli tikililər Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinin plan və ölçüləri qeyd olunmaqla, torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, layihələndirməyə xüsusi icazəsi (lisenziya) olan fiziki və ya hüquqi şəxslər tərəfindən tərtib olunmuş eskiz layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə və İPM-in 35, 58.7-ci maddəslərinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddianın əsassız olduğunu, iş üzrə heç bir sübut təqdim olunmadığını bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X24 bildirdi ki, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən yaşıllıq ərazisində beton tökülməsi ilə bağlı məlumat alınmış və yerində görmüşdür. Tökülmüş betonun bir hissəsi artıq qurumuşdur. MKTB-yə məlumat verilmişdir, həmin qurumdan gələnlər, beton qırıntılarını maşına yığılaraq daşınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X25 bildirdi ki, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən əraziə beton tökülərkən başqa əlaqədar təşkilatların nümayəndələri də cəlb olunmaqla qarşısı alınmışdır. Beton yaşıllıq ərazisinə tökülmüşdür. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in X9 (iddiaçının nümayəndəsinə) ünvanlanmış 17 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - 7 iyul 2021-ci il tarixli məktuba baxılmışdır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Bundan əvvəlki çoxsaylı müraciətlər əsasında və qəbullar zamanı hüquq və vəzifələr izah olunmuşdur. Aparılmış araşdırmalardan və cavablardan narazılıq olduğu halda, məhkəməyə müraciət oluna bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin X7 ünvanlanmış 8 iyun 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Binəqədi bələdiyyəsinə ünvanlanmış 8 iyun 2022-ci il tarixli ərizəyə baxılmşdır. Müraciətdə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, 1E saylı binanın arxasında bələdiyyənin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə qaraj tikintisi üçün ayrımış 30 kv.m torpaq sahəsinin Binəqədi bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşib-yerləşməməsi haqqında məlumatın verilməsi xahiş olunmuşdur. Sözügedən ərazinin Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində yerləşməsi haqqında Bakı ŞİH başçısı 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncam vermişdir. Bu sərəncama əsasən 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi 1E saylı binanın arxasında bələdiyyənin 6 dekabr 2006-cı il tarixli 340 saylı qərarı ilə qaraj tikintisi üçün ayrılmış 30 kv.m torpaq sahəsi Binəqədi bələdiyyəsinin inzibati ərazi hdudlarında yerləşir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 12 may 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Məhkəmənin 4 aprel 2022-ci il tarixli məktubuna baxılmşdır. Məktubda Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, 1E saylı binanın arxasında vətəndaş X10 icarəyə verilmiş 30 kv.m torpaq sahəsində hər hansı tikilinin, o cümlədən qarajın mövcud olub-olmaması, eləcə də əvvəllər mövcud olub sökülməsi barədə məlumatın məhkəməyə bildirilməsi tələb olunur. X3 X1 Sistemində (BAMS) icarəçi kimi qeydiyyatdadır və 2019-cu ilədək icarə haqqı ödənişlərini vaxtında və dəqiq yerinə yetirilmişdir. Vətəndaş bələdiyyənin qərarı ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hal-hazırda sözügedən torpaq sahəsi üzərində qaraj mövcud deyildir. Qarajın hansı şəxslər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyildir. İş materiallarından görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında qaraj tikintisi üçün 30 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında vətəndaş X5 icarəsinə verilmişdir. İş materiallarından görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə X12 arasında 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında qaraj tikintisi üçün 30 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 6 dekabr 2006-cı il tarixdə 353 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 22 iyul 2019-cu il tarixli arayışının surətindən görünür ki, X5m 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən, qaraj üçün verilmiş torpaq sahəsinə görə 31 dekabr 2019-cu il tarixədək Binəqədi bələdiyyəsinə torpaq icarə haqqı üzrə borcu yoxdur. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirmişdir ki, F.Məlikov küçəsi, 1E saylı binanın yaxınlığında ərazidə tikinti işləri ilə əlaqədar bir neçə şəxs əraziyə toplaşmışdır. Söküntü işləri aparılırdı İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X21 bildirmişdir ki, F.Məlikov küçəsi, 1E saylı binanın yaxınlığında ərazidə söküntü aparıldığını görmüşdür. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X19 bildirmişdir ki, F.Məlikov küçəsi, 1E saylı binanın yaxınlığındakı ərazidə qaraj tikilmişdir, sonradan söküntü aparılmşdır. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, F.Məlikov küçəsi, 1E saylı binanın yaxınlığındakı ərazidə qarajlar mövcud idi. Məhkəmənin iş üzrə 24 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 dekabr 2006-cı il tarixli, 340 nömrəli qərarı ilə İddiaçı icarəsinə qaraj tikintisi üçün verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr., X Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, 1e saylı binanın arxasında yerləşən 30 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasının müəyyən olunması. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış 4 avqust 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Məhkəmənin müraciəti ilə əlaqədar təyin olunmuş vaxtda mütəxəssisin yerli baxışda iştirakı təmin olunmuşdur. Lakin Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin təsdiqi prosesi yekunlaşmadığından, 24 may 2022-ci il tarixli məhkəmə qərardadında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış 5 avqust 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Tədqiqat obyektinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10), 4-cü bəndində isə, yerli icra hakimiyyəti başçısının səlahiyyətləri kimi müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi (4.9.3), yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi (4.9.14) nəzərdə tutulmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin məhkəmə araşdırılması zamanı, həm şahid ifadələri, həm də yazılı sübutlar əsasında müəyyən edilir ki, Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasındakı ərazidə iddiaçı X7 30 kv.m ölçüdə qaraj tikintisi üçün sahə ayrılsa da, həmin sahədə tikinti işlərinin aparılması istiqamətində qarajın bünövrəsinin salınması mərhələsində cavabdeh Bakı şəhəri Binəqədi RİH-in nümayəndələri tərəfindən bu işlərə maneə yaradılmış və tikintiyə imkan yaradılmamışdır. İddiaçı isə, hazırda cavabdehin hərəıkətlərini mübahisələndirir və qarajın hazır tikili olduğunu iddia edərək onun bərpasını tələb edir. Məhkəmə İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından mübahisə üzrə halları qiymətləndirərək, belə nəticəyə gəlir ki, tərəflər arasında inzibati mübahisə mövcudddur və mübahisəyə mahiyyəti üzrə qiymət verilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, Binəqədi rayonu, 7ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddiaçıya məxsus qarajın tam formada mövcud olması, habelə həmin qaraj üçün 30 kvm ölçüdə torpaq sahəsinin ayrılması barədə Binəqədi bələdiyyəsinin müvafiq qərarı və müvafiq icarə müqavilə bağlanmış olsa da, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması hazırkı məhkəmə icraatında yetərli sübutlərla təsdiqini tapmır. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçının sökülmüş qarajın bərpa olunması tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qeyri-yaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qeyriyaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar