Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4267/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı4 iştirakı ilə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızının və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «cavabdehin qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «cavabdehin qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM)45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah)etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət edə bilər. İddia ərizəsində bildirilmişdir ki, hazırkı iddiaçılardan (İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7) ibarət aksiya təşkilatçıları qrupu 202-ci il martın 8-də saat 15:00-dan 16:00-dək 8 Mart – Bizimdir hürr küçələr şüarı ilə son illərdə ölkədə məişət zəminində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmamasına etiraz etmək, cəmiyyətin və hakimiyyətin diqqətini göstərilən problemə yönəltmək məqsədilə yürüş planlaşdırıldığı barədə yazılı surətdə 2 mart 2020-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişdir. Xəbərdarlıqda yürüşün tarixi və saatı, təşkilatçılar barədə dəqiq əks etdirilmiş, aksiyanın təşkilatçıları yürüşün saat 15-də şəhərin mərkəzində Səbail rayonu, ünvan 1 ünvanında yerləşən Mcdonalds restoranının qarşısından başlanaraq, N.Rəfibəyli, R.Rza və ünvan 2 ünvanında yerləşən Kolorit kafesinin yanında bitəcəyini bildirmişlər (ümumi 450 metr məsafə). Bakı Şəhər İcra Hakimiyyəti 4 mart 2020-ci il tarixli cavab məktubunda «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə istinadən mitinq iştirakçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilir ki, yürüşün keçirilməsi nəzərdə tutulan ərazi paytaxt sakinlərinin və qonaqların ən çox istirahət etdikləri yerdir, həmçinin orada çoxlu ictimai-iaşə, xidmət, ticarət və əyləncə obyektləri mövcuddur. Bununla yürüş faktiki olaraq qadağan edilmişdir. Alternativ yer kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Həzi Aslanov küçəsi X3 X1 təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub. Aşağıdakılara əsasən iddiaçılar hesab edirlər ki, cavabdehin 4 mart 2020-ci il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir: Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırkı işdə inzibati orqanın alternativ yer kimi təklif etdiyi şəhərin mərkəzindən uzaqda və yürüşün əsas məqsədi olan baş verən məişət zorakılıqlarına diqqəti artırmağa mane olduğu üçün təklif edilən toplantı yerini məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Adıçəkilən Qanunun 7-ci maddəsinin İV hissəsinə görə sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verilməmişdir. Cavabdehin qərarında göstərilən səbəb qanunsuzdur. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununda yürüşün (aksiyanın) keçiriləcəyi yerlə bağlı konkret məhdudlaşdırıcı norma var. Belə ki, həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndində deyilir: Aşağıdakı yerlərdə yığıncaqların, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər: Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində: körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində magistral boru kəmərlərinin, gərginliyi 1.000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında, hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə, penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə. Göründüyü kimi, qanunda sakinlərin və qonaqların istirahət etdiyi yerdə yürüş keçirilməsi ilə bağlı heç bir qadağanedici müddəa yoxdur. Beləliklə, cavabdeh nəticə etibarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsaslanaraq, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 4 mart 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab olunması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar İddiaçı3 və İddiaçı4 gəlmişlər, cavabdeh inzibati orqanın nümayəndəsi və digər iddiaçılar (onların nümayəndələri) gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin maddənin İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Həmin maddənin İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Həmin maddənin İV hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, hazırkı iddiaçılar (İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7) yürüş təşkilatçıları kimi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıqla müraciət edərək yürüşün keçirilməsi üçün şərait yaradılması, yürüşün təhlükəsizliyini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının məlumatlandırılması, xəbərdarlığa baxılarkən «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ bəndində nəzərdə tutulan məhdudlaşdırma tətbiq ediləcəyi təqdirdə bununla əlaqədar əsaslandırılmış qərar qəbul edilməsi, qərar qəbul olunarkən həmin maddənin İİİ bəndinin tələblərinə riayət edilməsi ilə əlaqədar zəruri göstəriş verilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı iddiaçılara ünvanlanmış 04 mart 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Sizin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 08 mart 2020-ci il tarixdə yürüş keçirilməsi haqqında birgə imzaladığınız 02 mart 2020-ci il tarixli müraciətinizə baxılmışdır. Təklif etdiyiniz yer əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai asaişə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirlərin keçirilməsi üçün məqsədəmüvafiq deyildir. Yürüşün keçirilməsi üçün alternativ yer olaraq, 08 mart 2020-ci il tarixdə saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “X3” X2 təlim-idman baazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunur. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəısinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin qənaəti belədir ki, iddiaçıların müvafiq müraciətinə cavabdeh inzibati orqan tərəfindən baxılaraq digər marşrut üzrə olsa da, yürüş keçirilməsinə icazə verildiyindən, habelə yürüşün keçirilməsi nəzərdə tutulan müvafiq tarix iddia qaldırılan vaxt artıq keçdiyindən iddia mümkün sayıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia “müəyyən etmə və tanınma haqqında” iddia növünə aiddir və bu növ iddialara qanunun tələbinə görə subsidiar xarakter daşıyır. Hazırkı iddia subsidiar xarakterli olduğu halda, onunla birgə baxılmalı digər iddianın nədən ibarət olması isə, iddia ərizəsində göstərilməmiş, ərizənin məzmunundan da məlum olmur. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4267/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4267/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver