Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4267/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, N994-cü illərdə Səbail rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə cağrılaraq vətəni müdafə etmək ücün N saylı hərbi hissədə bütün növ təminatlara daxil edilərək xidmətə başlamış və döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmətilə əlaqədar Müdafiyə Nazirliyinin nəzdində yaradılməş veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissyaya Qarabağ müharibəsi adının və müvafiq vəsiqəsinin verilməsi ücün müraciət etsə də, 25.0N.202N-ci il tarixindən verilmiş cavabda qeyd edilmişdir ki ona "Müharibə Veteranı"adının və vəsiqəsinin verilməsindən imtina olunur. Lakin verilmiş imtinanın səbəbi məlum deyil. İddiaçı qeyd edir ki, N4.0N.N994-cü ildə 888-saylı hərbi hissədə xidmətə başlayaraq bir cox vəzifələrə təyin olunaraq vətənin müdafiəsində dayanmış, N0may N994-cü ildə atəşkəs Protokolu imzalanandan sonra 26.09.N997-ci il tarixədək xidməti olmuşdur ki, bu da onun arxiv arayışında öz təsdiqini tapmışdır. Xidmətini N saylı hərbi hissədə başlamış və ondan sonra N saylı hərbi hissəyə ezam edilmişdir. İddiaçı qeyd edir ki, N4.0N.N994-cü il tarixindən 26.09.N997-ci il tarixinədək onun Azərbaycan silahlı qüvvələrində tam xidməti olmuş və xidməti dövründə hec bir fərariliyi və hərbi hissəni özbaşına tərk etməsi olmamışdır. 28 iyun N994-cü il tarixli, 84N nömrəli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriyalı şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 28 iyun N994-cü il tarixdə qəbul olunmuş 84N nömrəli “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir Müharibə və Silahlı Qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsas odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Cavabdeh normanı ümumiləşdirərək qeyd edir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və müvafiq sorğular əsasında təqdim edilən sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində, N4 yanvar N994-cü il tarixdən N nömrəli hərbi hissədə bütün növ təminatlara daxil edilməklə xidmətə başladığını, N0 may N994-cü il tarixədək vətənin müdafiəsində döyüşlərdə iştirak etdiyini və 26 sentyabr N997-ci il tarixədək hərbi xidmət keçdiyini qeyd etmişdir. İddiaçı müraciətinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən N3.03.2020-ci il tarixli 9/2-3397 nömrəli arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışında, N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş İddiaçı komandirin N6.04.N994-cü il tarixli N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə məlumatın olması, lakin həmin əmrin Mərkəzi Arxivə daxil olmadığı qeyd edilmişdir. İddiaçı N6.04.N994-cü il tarixdən N0 may N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidməti barədə məlumatların (əlifba qeydiyyatı kitablar, pul təminatı cədvəllər və nizami hissə üzrə əmrlər) yoxlanılması zərurəti yaranmışdır. Bununla bağlı Mərkəzi Arxiv müvafiq sorğu əsasında təqdim etdiyi 04.03.202N-ci il tarixli 9/2-N974 nömrəli məktubunda, iddiaçının N6.04.N994-cü il tarixindən N6.04.N994-cü il tarixdən N0 may N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidməti barədə məlumatlar aşkarlanmamışdır. Əlavə olaraq Mərkəzi Arxivin N2.06.2020-ci il tarixli 9/2-6606 nömrəli məktubunda, N nömrəli hərbi hissənin may-sentyabr N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçının adına tərtib edilmiş AO ******* nömrəli hərbi biletin (çıxarış) 4-cü səhifəsi NN-ci bəndində N4.0N.N994-cü il tarixdən N6.04.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, N6.04.N994-cü il tarixdən 3N.03.N996-cı il tarixədək N nömrəli hərbi hissədə və 06.04.N996-cı il tarixdən 02.NN.N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumatlar əks edilmiş, lakin 5-ci səhifə N2-ci bənddə isə müharibə dövründə iştirakı ilə bağlı müvafiq qeydlər aparılmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən qeyd olunan arxiv sənədlərinə əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman N994-cü ilin aprel-may aylarında N nömrəli hərbi hissəyə daxil olması və xidməti barədə arxiv sənədlərində məlumat olmadığına görə "Müharibə Veteram" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd edilir ki, Komissiya tərəfindən sözügedən müraciətə haqlı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AQ№N0443N4 saylı hərbi biletin kserosurətindən X5 həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv tərəfindən verilən N3 mart 2020-ci il tarixli Arxiv Arayışından görünür ki, arayış X3 ondan ötrü verilmişdir ki, Səbail RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin N4 yanvar N994-cü il tarixli N2 №-li əmrilə (əsas: §N, sıra-87, səh-40, əmrdə adı Rüsxət yazılmışdır) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, kursant vəzifəsinə təyin olunmuşdur. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş sıravi X5 N №-li hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §5, sıra-40, əmrdə adı Rüsxət yazılmışdır) N7 04.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Səbail RHK- nın çağırışçısı, N №-li hərbi hissədən gəlmiş, N975-ci il təvəllüdlü XN N6.04.N994-cü il tarixli N8 №-li əmrilə (əsas: sıra- N02. səh-88, məlumatda adı Rüsxət yazılmışdır) şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. “Hərbi“'Titimətim davam etdirmək üçun 05N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş İİİ MAT-ın sıravisi X5 N №-li hərbi hissə komandirinin 3N mart N996-cı il tarixli 9N №-li əmrilə (əsas: §2, səh-N, əmrdə adı Rüsxət yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən ezam olunmuş, Səbail RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi X5 05N №-lı hərbi hissə komandirinin N aprel N996-cı il tarixli 97 №-li əmrilə (əsas: §N, sıra-25, səh-22) şəxsi heyətin -siyahısına, bütün növ təminatlara salınaraq ıstehkamçı vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin 26.09.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, mühəndis-istehkam bölüyünün İİ mühəndis-istehkam tağımının İİ istehkam manqasının komandiri, kiçik çavuş X5 05N №-li hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli 306 №-li əmrilə (əsas: §4. səh-N3) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 0N.07.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət rəy qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Məktubda həmçinin qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının N994-cü ilin aprel-may aylarında N nömrəli hərbi hissəyə daxil olmağı və xidməti barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçının növbəti müraciətinə baxılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 25.0N.202N-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 0N.07.2020-ci il tarixli iclasında baxıldığı və 697 nömrəli protokol ilə barəsində müsbət qərarın qəbul edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında X2 məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Səbail Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən N2 mart 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, X2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının hərbi xidmətə çağırılması, və hərbi xidmətdən tərxis olunması barədə məlumatın, buna dair əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilən 03 mart 202N-ci il tarixli məktuba əsasən iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən 25.03.N992-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərildiyi, lakin vətəndaşın sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv tərəfindən verilən 04 mart 202N-ci il tarixli məktubdan görünür ki, Səbail RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin N4 yanvar N994-cü il tarixli N2 №-li əmrilə (əsas: §N, sıra-87, səh-40, əmrdə adı Rüsxət yazılmışdır) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, kursant vəzifəsinə təyin olunmuşdur. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş sıravi X5 N №-li hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §5, sıra-40, əmrdə adı Rüsxət yazılmışdır) N7.04.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Səbail RHK-nın çağırışçısı, N №-li hərbi hissədən gəlmiş, N975-ci il təvəllüdlü XN N6.04.N994-cü il tarixli N8 №-li əmrilə (əsas: sıra-N02, səh-88, məlumatda adı Rüsxət yazılmışdır) şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hərbi xidmətini davam etdirmək üçün 05N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş İİİ MATın sıravisi X5 N №-li hərbi hissə komandirinin 3N mart N996-cı il tarixli 9N №-li əmrilə (əsas: §2, səh-N, əmrdə adı Rüsxət yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən ezam olunmuş, Səbail RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi X5 05N №-li hərbi hissə komandirinin N aprel N996-cı il tarixli 97 №-li əmrilə (əsas: §N, sıra-25, səh-22) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq istehkamçı vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin 26.09.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, mühəndis-istehkam bölüyünün İİ mühəndis-istehkam tağımının İİ istehkam manqasının komandiri, kiçik çavuş X5 05N №-li hərbi hissə komandirinin N noyabr N997ci il tarixli 306 №-li əmrilə (əsas. §4, səh-N3) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissənin aprel-may N994-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəllərində X2 pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən N3.03.2020-ci il tarixli 9/2-3397 nömrəli arxiv arayışının məzmunundan müəyyən edilir ki, N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş İddiaçı komandirin N6.04.N994-cü il tarixli N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə məlumat olmuş, lakin həmin əmr Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə araşdırması dövründə həmçinin iddiaçının N4.0N.N994-cü ildən N6.04.N994-cü il tarixədək xidmət etdiyi N saylı və N6.04.N994-cü il tarixdən 3N.03.N996cı il tarixədək xidmət etdiyi N saylı hərbi hissələrin döyüşlərdə iştirak edən hərbi hissələr olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan N2 may 202N-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissənin N9.07.N992-N2.05.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göründüyü kimi Məhkəmə araşdırması dövründə X2 hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər, o cümlədən iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə araşdırma aparılaraq müvafiq qaydada sorğular göndərilmiş, lakin məhkəməyə təqdim olunun həm arxiv arayışlaında, həm də sorğulara cavab mətublarında iddiaçının N6.04.N994-cü il tarixli N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə müvafiq əmrin Mərkəzi Arxivinə daxil olmadığı, həmçinin iddiaçının N nömrəli hərbi hissənin N9.07.N992- N2.05.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi, lakin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya verilmiş AO ******* nömrəli hərbi biletə baxış keçirilərkən müəyyən edilmişdir ki, hərbi biletin 4-cü səhifəsi NN-ci bəndində N4.0N.N994-cü il tarixdən N6.04.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, N6.04.N994-cü il tarixdən 3N.03.N996-cı il tarixədək N nömrəli hərbi hissədə və 06.04.N996-cı il tarixdən 02.NN.N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumatlar əks edilsə də, lakin 5-ci səhifə N2-ci bənddə isə müharibə dövründə iştirakı ilə bağlı müvafiq qeydlər aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının şəxsi heyətin siyahısına salınması barədə müvafiq əmrin Mərkəzi Arxivinə daxil olmadığı, həmçinin iddiaçının N nömrəli hərbi hissədə N6.04.N994-N0.05.N994-cü il tarixlərdə xidməti barədə məlumatların aşkarlanmadığı müəyyən edildiyindən və belə olan halda iddiaçının qeyd olunan dövrlər ərzində döyüş əməliyyatlarında iştirakı əsaslı sübutlarla təsdiq edilmədiyindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Yuxarıda qeyd əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4267/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4267/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver