Məhkəmə qərarları › İş №2-1(112)-4267/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4267/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4267/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehna qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının hesblanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehna qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikasının Cavabdeh 3-13-34/Ə(ş/h)357/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli əmrinə əsasən iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə (Səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) xidmətdən xaric edilmişdir İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş işdən azad olunma barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxmağa görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Cavabdehna işə daxil olmuşdur. Onu xx.xx.2023-cü il tarixdə eşitdiyinə görə işdən azad ediblər. Lakin bu günə kimi ona işdən çıxma barədə əmrin surətini verməmişlər. O, cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə “DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı (səhhətinə görə) bəndinə əsasən DİO-da xidmətdən xaric olunmuşdur. Onun yenidən xidmətə qəbulu imkan xaricindədir. O, imtina ilə razı deyildir. Ona bu barədə heç bir xəbərdarlıq olunmamışdır. Hətta onun işə vaxtı-vaxtında gedib-gəlməyi barədə sənədləri də vardır. Ona ancaq məktublarla bildirmişlər ki, o, işdən çıxmışdır. Onu “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə o, cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyinə əsasən işdən azad ediblər, lakin belə bir rəy yoxdur. Həmçinin onun səhhətində hər hansı problem olmayıb ki, o işə getməsin. O, davamlı olaraq işdə olmuşdur. Hətta bununla bağlı sənədi də var. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, sabiq polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-nin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında keçirilmiş müayinə zamanı bədən çəkisinin 144 kq (normadan 49 kq artıq) olması, eləcə də “Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ” xəstəlik müəyyən edilmişdir. (Diaqnoz: “Alimentar piylənmə İV dərəcə (morbil piylənmə) xx.xx.2023-cü il tarixdə yenidən keçirilmiş müayinə zamanı bədən çəkisinin 152 kq (normadan 52 kq artıq) olması müəyyən edilmişdir. Qeyd olunan diaqnoza əsasən Xüsusi Həkim Komissiyası tərəfindən İddiaçı DİO-da xidmətə yararsız olması barədə xx.xx.2023-cü il tarixli 430 nömrəli rəy verilmişdir (əsas: DİN-in 23.01,2023cü il tarixli “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirmə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair” 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin 13a maddəsi) DİN XİHK-nın xx.xx.2023-cü il tarixli 430 nömrəli rəyi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) M.X5 Nazirliyi Əlahiddə X6 xx.xx.2023-cü il tarixli 3-13-34/Ə(ş/h)357/2023 saylı əmrinə əsasən xidmətdən xaric edilmişdir. Bundan sonra iddiaçı “əmrin ləğvi və işə bərpa” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edilir: İddia ərizəsindən göründüyü kimi iddiaçının əsas məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-13-34/Ə(ş/h)357/2023 saylı əmrin ləğv edilməsi, yəni iddiaçının polis orqanlarında işə bərpa olunmasıdır. İddiaçının mübahisələndirdiyi əmr ona xx.xx.2023-cü il tarixdə elan edilmişdir. İddiaçı xidmətdən xaric edilməsi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. Belə olduğu halda hazırkı iddia mümkün hesab edilə bilməz. İddia mahiyyəti üzrə də əsassızdır. Xüsusi Həkim Komissiyası tərəfindən İddiaçı DİOda xidmətə yararsız olması barədə xx.xx.2023-cü il tarixli 430 nömrəli rəyindən aydın olur ki, iddiaçının bədən çəkisinin 152 kq, yəni normadan 52 kq artıq olması görünür. Eləcə də onun səhhətində “Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ” xəstəlik müəyyən edilmişdir. (Diaqnoz: “Alimentar piylənmə İV dərəcə (morbil piylənmə) İddiaçı daxili işlər orqanlarında xidmətə yararlı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Əsasnamənin 1.11-cü maddəsinə əsasən vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür. Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir. İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. «a» bəndinə aşağıdakılar aiddir: İV dərəcəli alimentar piylənmə; düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm. sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar); şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz). Şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan birinin olması halları da aiddir; proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar. Polis əməkdaşları “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda daxili işlər orqanlarında xidmətdən xaric edilə bilərlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s. barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia mübüahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı xx.xx.2023-cü il tarixli əmrin mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh vəsatət verərək iddiaçının iddia müddətini ötürdüyünü iddia edərək iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı nümayəndəsi vasitəsi ilə əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciətlər ünvanlamışdır. İddiaçının müraciətinə xx.xx.2023 və xx.xx.2023-ci il tarixli məktublarla cavab verilmiş, lakin həmin məktubların iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair iş materiallarında hər hansı bir sübut yoxdur. Göründüyü kimi, iddiaçı əmr ona elan edildikdən sonra hərəkətsizlik və intizamsızlıq nümayiş etdirməmiş, hüququnun müdafiəsi ilə bağlı yuxarı inzibati orqana müraciət etmiş, nəticə əldə edə bilməkdindən sonra məhkəmə iddia qaldırmışdır. Ona görə məhkəmə bu nəticəyə gəlir ki, iddia müddəti ötürülməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin Əsasları

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: ... orqanlarda xidmət keçən şəxslərin; ... 1.11. İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır. Vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür ... Müalicənin nəticələri qeyri-qənaətbəxş olduğu hallarda və ya qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan, yaxud hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən zoba görə cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir. Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir. ... İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. «a» bəndinə aşağıdakılar aiddir: ... İV dərəcəli alimentar piylənmə; düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar); şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz). Şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan birinin olması halları da aiddir: proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar.

Məhkəmənin mövqeyi: İşin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının Cavabdeh 3-13- 34/Ə(ş/h)357/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli əmrinə əsasən xidmətdən xaric edilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirir. Hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə əmri qəbul etmiş cavabdeh həmin əmrin qəbul edilməsini zəruri edən faktiiki şərtləri sübut etməlidir. Yəni sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin əmrindən müəyyən edilir ki, əmrin verilməsinə əsas, DİN-in XHK-nın xx.xx.2023-cü il tarixli 430 nömrəli rəyi olmuşdur. Həmin rəydə iddiaçı DİO-da gələcək xidmətə yararsız hesab edilmiş və ona alimentar piylənmə İV dərəcə (Morbid piylənmə), Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ Diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 10 aprel 2023-cü il tarixli 135 №-li Rəyinə əsasən İddiaçı DİN-in 25 №-li xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İ qrafasının 13a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da gələcək xidmətə yararsız hesab edilir. Diaqnoz: Alimentar piylənmə İV dərəcə (Morbid piylənmə)-çəki 144 kq; 49 kq artıq. Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 16 avqust 2023-cü il tarixli 430 №-li Rəyinə əsasən İddiaçı DİN-in 25 №-li xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İ qrafasının 13a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da gələcək xidmətə yararsız hesab edilir. Diaqnoz: Alimentar piylənmə İV dərəcə (Morbid piylənmə)-çəki 152 kq; 52 kq artıq. Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ. Təqdim edilən rəylərdən müəyyən edilir ki, iddiaçıda Alimentar piylənmə İV dərəcə (Morbid piylənmə)-çəki 144 kq; 49 kq artıq. Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ xsətəliklri var və yuxarıda qeyd edilən “Xəstəliklər cədvəli”nə əsasən iddiaçıda olan həmin xətəliklər onun daxili işlər orqanlarında xidmətə yararsız hesab edilməsi üçün əsasıdır. İddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da iddiaçının şəkərli diabet xəstəsi olduğunu inkar etməmiş və çəkisinin azaldılması üçün arıqlamasının mümkün olmadığını bildirmişdir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndində isə səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda Daxili işlər orqanlarının əməkdaşının xidmətdən xaric edilməsi göstərilmişdir. Göründüyü kimi cavabdeh mübahisələndirilən əmrin verilməsi üçün faktiki və hüquqi əsaslara istinad etmişdir Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. İddiaçı iddia ərizəsində tibbi rəyin olmadığın qeyd etsə də, iş materiallarına həmin rəylər əlavə edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi də iddiaçının artıq çəkidən və şəkərli diabetdən əziəyyət çəkdiyini inkar etməmişdir. İddiaçı iddia ərizəsində işə gedib-gəldiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi iki dispozisiya şərti vardır: 1) səhhətinə görə vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda; 2) həmçinin uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda. Baxılan işdə iddiaçı xidmətdən xaric edilənədək işə gedib-gəlməsi müəyyən edilsə, normanın birinci disposiziya şərti ödənilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar