Məhkəmə qərarları › İş №2-1(112)-4273/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4273/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4273/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocasən Bələdiyyəsinin 15/16 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli, 07/34 nömrəli qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin tam dəyəri müəyyən edilmiş və mən həmin torpaq sahəsinə görə Xocasən Bələdiyyəsinin bank hesabına 8000.00 (səkkiz min manat) ödəmiş və buna dair ona qəbz təqdim edilmişdir. Qərarın ləğv edilməsi barədə onun məlumatı olmamış, yalnız istifadəsində və sahibliyində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə ASAN Xidmətin Arxiv bölməsinə müraciət edərkən məlumat almışdır. Bundan sonra Xocasən Bələdiyyəsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və qərarın ləğv edilməsinə dair qərarın ona təqdim olunmasını tələb etmişdir. X1 bildirmişlər ki, sənədlər onlarda deyil, arxivə təhvil verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Xocahəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/34 nömrəli qərarından görünür ki, Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02-P/55 nömrəli məktubundan görünür ki, İddiaçı adına 1 ha torpaq sahəsi ayrılmasına dair bələdyyənin 07/34 saylı, xx.xx.2006-cı il tarixli qərarı, bələdiyyənin 15/16 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ləğv edilmişdir və həmin qərarın yenidən bərpa edilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/34 nömrəli və xx.xx.2007-ci il tarixli 15/16 nömrəli qərarları Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Həmçinin cavabdeh Binəqədi rayonu Xocahəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/131 nömrəli məktubundan görünür ki, sorğuda adı qeyd olunan vətəndaş İddiaçı adına xx.xx.2006-cı il tarixli, 07/34 saylı qərarla 1 ha torpaq sahəsi ayrılması və həmin qərarın bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15/16 saylı qərarı ilə ləğv edilməsi barədə məlumat aşkarlanmışdır. İcarəyə, istifadəyə, eləcə də mülkiyyətə verilməsinə dair bələdiyyə tərəfindən qəbul olunmuş qərarlar mühafizə olunması məqsədi ilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2018-ci il tarixində Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı flialının xx.xx.2024-cü il tarixli, 3-48- 2F/2-693/2024 nömrəli məktubundan görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. X3 tərəfindən Dövlət Arxivinin Bakı filialına təhvil verilmiş saxlanma vahidlərinin siyahısına qərarların ləğv edilməsi barədə siyahı əlavə edilmişdir. Məktuba əlavə edilmiş Xocasən bələdiyyəsində ləğv edilmiş qərarlar barədə məlumatdan görünür ki, bələdiyyənin İddiaçı 1 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarı bələdiyyənin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı hazırda cavabdehin ona torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarının ləğv edilməsi barədə xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, konkret halda iddiaçının hazırkı iddia vasitəsilə hüquqi müdafiəyə ehtiyacı yoxdur. Çünki işin halları ilə iddiaçının mübahisələndirdiyi inzibati aktın mövcud olması müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - Maddə 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda). - Maddə 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. - Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İstinad olunan normalardan görünür ki, şəxsin hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz inzibati aktdır və əlverişsiz inzibati akt yazılı formada tərtib edilməli, Qanunun 59.1-ci maddəsində göstərilən rekvizitləri əks etdirməlidir. Normalardan aydın olur ki, inzibati aktın hüquqi qüvvəyə malik olması üçün onun yazılı formada tərtib edilməsi kifayət etmir. Bunun üçün həmçinin həmin inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim edilməlidir. Yalnız həmin andan inzibati akt qüvvəyə minir və təqdim edilən məzmunda hüquqi qüvvəyə malik olmaqla etibarlı sayılır. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı ilə ona torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarın ləğv edildiyini bildirməklə, həmin əlverişsiz inzibati aktın ləğvini xahiş etsə də, adıçəkilən qərar mövcud deyil. Belə ki, istər cavabdehin, istərsə də, Dövlət Arxivinin Bakı filialının məhkəməyə ünvanlanmış məktublarından görünür ki, Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı aşkar edilməmişdir. Belə olan halda, aydın olur ki, həmin qərar yazılı inzibati akt kimi mövcud deyil, maraqlı şəxsə təqdim olunmamış, hüquqi qüvvəyə minməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bələdiyyənin 07/34 saylı, xx.xx.2006-cı il tarixli qərarının 15/16 saylı, xx.xx.2007-ci il tarixli qərar ilə ləğv edilməsi barədə məlumatına istinad edərək qaldırmışdır. Məhkəmə cavabdehin bu məktubunu hazırkı iddianın qaldırılması üçün kifayət hesab etmir. Çünki cavabdehin özü də məktubda istinad edilən 07/34 saylı, xx.xx.2006-cı il tarixli qərarın mövcud olmasını sübuta yetirə bilmir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar