Məhkəmə qərarları › İş №2-1(112)-4274/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4274/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4274/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dondurma istehsal edən avadanlıq idxal prosesi zamanı cavabdeh tərəfindən XİFMN 843880/9800 koda altında idxal olunmasına razılıq verilməmiş, soyuducuya aid XİFMN altında rəsmiləşdirilməli olması bildirilmişdir. Halbuki, mənşə sənədində, istehsalçının invoys və bəyannamələrində malın kodu dondurma istehsalı üçün aparat və həmin aparat üçün altlıq şkaf dair kod üzrə göstərilir. Lakin, gömrük orqanı tərəfindən soyuducya aid kodun heç bir əsaslı səbəb olmadan olması göstərilir. Buna dair gömrük orqanı tərəfindən hər hansı mötəbər sənəd, sübut təqdim edilməmiş, sahibkarlıq fəaliyyətinə əngəl yaradılmışdır. İddiaçı hesab edir ki, idxal etdiyi məhsul üzrə kod 0 gömrük rüsumuna düşür, gömrük orqanı isə kodun dəyişdirərək böyük məbləğdə rüsum fərqinin yaranmasına səbəbiyyət verir. Etiraz onunla əsaslandırılmışdır ki, X5 İdarəsinə rəyinə malın XİF MN üzrə təsnifat kodu bəyan edilmiş təsnifat kodundan fərqli olduğu müəyyən edilmiş, gömrük bəyannaməsi müvafiq düzəlişlərin edilməsi məqsədi ilə bəyannaməçiyə göndərilmişdir. Hazırkı tarixədək sözügedən bəyannamə brokerdə statusunda olub rəsmiləşdirmə üçün göndərilməmişdir. Ödənilməli əlavə gömrük odənişi ümumilikdə 21941,12 manat təşkil edir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçı tərəfindən 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının cavabdehə həvalə edilməsini və 20 gün saxlanılan müddətə görə hər gün üçün 150 avro məbləğində pulun iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı gömrük rəsmiləşdirilməsinin başlanılsa da, tam başa çatdırılmadığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinə dəqiqləşmənin edilməsi zərurəti nəzərə alınmış, tələb dəqiqləşdirilmişdir ki, mahiyyəti üzrə baxılan dəqiqləşdirilmiş iddia mümkün hesab edilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: İnvoyslardan görünür ki, iddiaçı tərəfindən idxal edilən mal ******* kodu üzrədir. X7 İdarəsinin ekspert rəyində qeyd edilir ki, avadanlıq karton qutuya qablaşdırılmış dondurma istehsal edən avadanlıqdır, təsnifat kodu **********9 koduna uyğundur, iddiaçı tərəfindən XİF MN kodu düzgün göstərilməmişdir. Avadanlıq soyuducu ilə təchiz edilmişdir. X1 ekspert rəyində qeyd edilir ki, XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda soyuducular, dondurucular və ya başqa tipli soyuducu və dondurucu avadanlıqlar aiddir. XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda bu qrupun başqa yerində adı çəkilməyən yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar aiddir. Bəyan edilən avadanlıq ********** koduna uyğundur. Avadanlıq istehsal edən şirkət tərəfindən bütün ölkələrə də məhz həmin kodla ixrac edilir. Qısa idxal bəyannaməsindən görünür ki, “Termoplan Azərbaycan MMC tərəfindən dondurma hazırlamaq üçün avadanlıq (istehsalçı: Caprgiani) idxal olunmuş, malın kodu kimi 84380 9800 müəyyən olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X2 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X6 Edilmiş Sisteminə və X3 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 323.2. Ekspertin vəzifələri aşağıdakılardır: 323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək; 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. 326.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat obyektinə dair əlavə suallar yarandıqda, həmin ekspertə və ya başqa ekspertə həvalə edilməklə, əlavə ekspertiza təyin olunur. 326.2. Ekspertin rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla, təkrar gömrük ekspertizası təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturasi, idxal gömrük rüsumlarinin dərəcələri və ixrac gömrük rüsumlarinin dərəcələri”nin tələblərindən görünür ki, 8418 kodu-Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları ilə, 8418 69 000 9 -digərləri ilə əlaqədardır. 8438 kodu isə-Heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərinin və ya yağlarının ekstraksiyası və ya hazırlanması üçün avadanlıqdan başqa, bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıq 8438 80 980 digərləri ilə əlaqədardır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında Carpigianı Group adında şirkət tərəfindən ixrac edilmiş avadanlıqların iddiaçı tərəfindən ölkəyə idxalı zamanı müvafiq gömrük ödənişlərinin müəyyən edilməsi baxımından gömrük rəsmiləşdirilməsinin hansı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə aparılmalı olması ilə əlaqədardır. Tərəflərin mövqeyindən aydın olur ki, iddiaçı həmin avadanıqların dondurma istehsal edən avadanlıq olmasına istinadla 8418 üzrə yox, 8438 kodu üzrə rəsmiləşdirilməsinin aparılması niyyətindədir. Cavabdeh isə, həmin kod üzrə rəsmiləşdirilmənin aparılmasından imtinanı onunla əsaslandırır ki, soyuducu ilə təchiz edilmiş həmin avadanlıqlar ekspert rəyindən də görünür ki, 8418 kodu üzrə rəsmiləşdirilməli və göstərilən səbəbdən əlavə ödəniş edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olduğundan malın iddiaçı tərəfindən göstərilən koda uyğun olması və müvafiq rəsmiləşdirilməsinin başa çatdırılmasına yönəlmiş hissədə iddia əsaslıdır. İlkin olaraq, məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ixracatçı şirkət tərəfindən verilən sənədlərdən də göründüyü kimi iddiaçı tərəfindən idxal edilən məhsul məhz iddiaçının qeyd etdiyi kod altındadır. İddiaçı da həmin koda uyğun olaraq gömrük rəsmiləşdirilməsinin aparılmalı olmasını tələb etməkdədir. Digər tərəfdən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mövqeyinin əsasında duran X5 İdarəsi tərəfindən ekspert rəyi də avadanlığın təsnifat kodunun düzgün bəyan edilmədiyini sübut edə biləcək mötəbər sübut xüsusiyyətlərinə malik olmamışdır. Bununla bağlı qeyd edilməsi zəruridir ki, ekspert rəyi məhkəmə üçün hər hansı birbaşa sübutedici xüsusiyyət daşımamaqla, digər sübutlarla yanaşı tətqiq edilməsi zəruri olan, işin digər halları ilə birlikdə araşdırılmalı olan sübut növüdür. Təqdim edilən həmin ekspert rəyindən isə görünür ki, həmin rəy Gömrük Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərinə uyğun deyildir. Belə ki, rəydə malın kodunun düzgün göstərilməməsi ilə yalnız bir cümlə qeyd edilmiş, hansı kod olmalı olması göstərilmiş, avadanlığın ümumi xüsusiyyətləri göstərilmişdir ki, hansı səbəbdən, hansı əsaslandırmadan məhz malın kodunun ixrac sənədində göstərilən kod olmalı olmaması, hansı əsaslandırmaya istinadla mal kodunun müəyyən edildiyi göstərilməmişdir. Halbuki, yuxarıda göstərilən normaların tələbindən də görünür ki, inzibati icraat zamanı gömrük orqanı təkrar və əlavə ekspertiza keçirmək hüququna malik olmuşdur ki, həmin hüquqdan istifadə edilmədən, müvafiq nəticəyə gəlinsə də, gəlinən nəticənin əsaslandırılması olmayan ekspert rəyinə istinadla mal kodunun düzgün müəyyən edilməməsinə dair mövqe nümayiş etdirilmişdir. Digər tərəfdən, məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə rəyin verilməsi ilə bağlı müraciət etmiş, rəyin verilməsi mümkün olmasa belə, iddiaçı tərəfindən təqdim edilən X1 ekspert rəyinin sübut qismində tətqiqini zəruri hesab etmişdir ki, məhkəmə tətqiq edilən həmin rəydə gəlinən nəticə və nəticəyə uyğun əsaslandırma, qoyulmuş suallar üzrə aparılmış tətqiqat baxımından mötəbərliliyinə hər hansı şübhə olmadığı qənəatindədir. İş materiallarından, təqdim edilən rəydən də görünür ki, idxal edilən avadanlıq soyuducu yox, dondurma istehsal edən avadanlıqdır. Rəydə qeyd edilir ki, XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda soyuducular, dondurucular və ya başqa tipli soyuducu və dondurucu avadanlıqlar aiddir. XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda bu qrupun başqa yerində adı çəkilməyən yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar aiddir. Bəyan edilən avadanlıq ********** koduna uyğundur. Avadanlıq istehsal edən şirkət tərəfindən bütün ölkələrə də məhz həmin kodla ixrac edilir. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Siyahıdan görünür ki, 8418 nömrəli kod, yəni cavabdehin avadanlığın olduğu qeyd edilən kod soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları ilə əlaqədardır. Doğrudur dondurma istehsal edən idxal edilən avadanlıqda soyuducu xüsusiyyətinin olduğu təkzib edilmir. Lakin, hər hansı avadanlıqda soyuducu xüsusiyyətinin olması, və ya soyuducu ilə təchiz edilməsi həmin avadanlığın soyuducu və ya dondurucu avadanlıq və ya digər bənzəri avadanlıq olması qənaətinə gəlinməsi üçün kifayət edə bilməz. Bu zaman nəzərə alınmalıdır ki, idxal edilən avadanlığın istifadə məqsədi, digər xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. İdxal edilən avadanlıq isə rəydə geniş formada göstərildiyi kimi yeyinti məhsulu kimi dondurmanın hazırlanması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, digər yeyinti məhsullarının, içkilərin hazırlanması zamanı necə ki, soyuducu xüsusiyyətin olması avadanlıqda istisna edilmirsə, idxal edilən avadanlığın dondurmanın hazırlanması ilə əlaqədar olması da hər hansı əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, digər yeyinti və içki məhsulları kimi dondurma da həmin xüsusiyyətlərə malikdir və idxal edilən avadanlıqda məhz həmin növ məhsulun hazırlanmasına yönəldiyindən, onun soyutma və dondurucu avadanlıqla əlaqəli kodda göstərilməsi üçün hər hansı əsas olmamışdır. 8438 nömrəli koddan da görünür ki, həmin kod yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması ilə əlaqədardır ki, həmin kod altında heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərinin və ya yağlarının ekstraksiyası və ya hazırlanması üçün avadanlıqlara istisna qoyulmuş, dondurmaya isə hər hansı istisna qoyulmamışdır. Digər tərəfdən, cavabdeh ixracatçı ölkə tərəfindən bütün ölkələrə göstərilən kodla ixrac edilən məhsulun, məhz bizim ölkədə fərqli kodda olmalı olmasına dair hər hansı mötəbər dəlil təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, müvafiq güzəştlərin müvafiq kod altında məhsullara tətbiq edilməsi baxımından, güzəştin tətbiqi baxımından avadanlığın istifadə məqsədi zəruri önəm daşıyır. Cavabdeh isə idxal edilən avadanlığın yeyinti və içki istehsalına və hazırlanması xüsusiyyətlərinə malik olduğunu nəzərə almadan soyuducu ilə təchiz edilməsinə istinadla kifayətlənmiş, içki və digər yeyinti məhsulları kimi idxal edilən avadanlığın dondurma hazırlanması kimi əsas xüsusiyyəti nəzərə alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia ddiaçı tərəfindən 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının cavabdehə həvalə edilməsi hissəsində əsaslıdır. Avadanlıqlar, məhz ********** koduna uyğundur və həmin kod üzrə başlanılmış rəsmiləşdirmə başa çatdırılmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia 20 gün saxlanılan müddətə görə hər gün üçün 150 avro məbləğində pulun iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməlidir. Belə ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından həmin iddianın təminini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı tərəfindən həmin hallar sübut edilməməkdədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edisin. İddiaçı MMC tərəfindən 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar