Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4275/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə əlilliyin təyin edilməsindən imtina verilmiş qərarları ləğv edib, ödənilməmiş ötən dövr üzrə məbləği, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2067/2024 saylı qərarına əsasən əlilliyə görə pensiyanın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə xx.xx.2003-cü il tarixində tibbi-sosial ekspert komissiyası tərəfindən üçüncü dərcəli əlilliyin təyini barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik dərəcəsinin ağırlaşmasına görə xx.xx.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında müayinə olunmuş və beş il müddətinə xx.xx.2021-ci il tarixinə kimi ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti başa çatdıqdan (xx.xx.2021-ci il tarixdən) sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 23 saylı şəhər poliklinikasından beş dəfə cavabdehə göndərilmiş göndərişlərə imtinalar etmişdir. Halbuki, iddiaçıya əlilliyin təyini üçün əsas olan xəstəliklər mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2067/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixi qərarında da, qeyd edilmişdir ki, məhkəmə tibbi ekspertizasının rəyində iddiaçıda olan xəstəliklər həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”da öz əksini tapmış xəstəliklərdir. İddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün səas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, həmin göndərişlərlə bağlı cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati aktı mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli inzibati aktlar mübahisələndirilmədiyindən qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya ilk dəfə xx.xx.2008-ci il tarixdən “Sol bud sümüyünün yuxarı 1/3 qd bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ deffekti” diaqnozu əsasında ümumi xsətəlik səbəbindən 1 il müddətinə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdən “Sol budun yuxarı 13-nin qeyridüzgün bitişmiş sınığı. Sol budun böyük həcmdə çapığı” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbindən təkrar İİİ dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən “Sol budun yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol a/ə 2 sm qısalığı” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səəbindən təkrar İİİ dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən “Sol budun yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol a/ə 2 sm qısalığı” diaqnozu əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən təkrar İİİ dərəcəli əlillik təyin edilmişdir. Sonradan əlillik dərəcəsinin ağırlaşmasına görə xx.xx.2016-cı il tarixdən “Sol bud sümüyünün yuxarı 3/1 hissəsinin qeyri-düzgün bitişmiş sınığı. Sol aşağı ətrafın 5 sm qısalığı” diaqnozu əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik (=˃ qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vesibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..) təyin edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi üçün inzibati orqana tibbi göndəriş təqdim olunmuş, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli göndərişlər natamam doldurulması əsası ilə imitna edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə nəticəsində göndərişin natamam doldurulması səbəbindən, xx.xx.2023, xx.xx.2024-cü il tarixli müayinələr nəticəsində diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. Həmçinin bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2067/2024 saylı qərarı icra edilərək xx.xx.2023-cü il tarixindən 1 il müddətinə orqanizmin funksiyalarının 40 % pozulması barədə inzibati akt qəbul edilmişdir. İddiaçının ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırda inzibati orqan tərəfindən 2021 və 2022-ci il tarixlərində qəbul edilmiş imtina barədə qərarları mübahisələndirir. Lakin, iş materiallarından məlumdur ki, iddiaçı inzibati orqanın əlilliyin təyin edilməsindən imtina barədə qərarlarından yalnız birini, yəni, xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir. Nəticədə inzibati orqanın digər imtina barədə qərarları qüvvəsini saxlamışdır. Həmçinin, inzibati aktların məhkəmə qaydasında mübahisələndirmə müddəti başa çatmışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində, J00230415QPT nömrəli Forma 88 göndərişi əsasında qiymətləndirilərək “Bud sümyü cisminin (diafizinin) sınığı, Sol bud sümüyünün yuxarı yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Oynaqların kontrakturası, Sol bud çanaq oynağının açıcı-bükücü – yaxınlaşdırıcı kəskin kontrakturası ( Açma 10 dərəcə, Bükmə 145 dərəcə, uzaqlaşma 20 dərəcə), sol diz oynağının açıcı – bükücü kəskin kontrakturası (Açma 165 dərəcə, bükmə 155 dərəcə). Digər ikincili artroz, Qasıq sinfezinin artrozu. Digər posttravmatik koksartrozlar, Sol bud çanaq oynağının İİİ-İV dərəcəli koksartrozu, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət və yeriş funksiysının pozulması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol aşağı ətraf əzələ atrofiyası. Digər ikincili qonartrozlar, Sol diz oynağının İİİ dərəcəli osteoartrozu. Digər rubrikalard təsnif olunmayan varus deformasiya, Sol bud sümüyü və sol diz oynağının varus deformasiyası. Daim ağrı sindromu. Sümük sınığının pis bitişməsi, Sol bud sümyünün yuxarı 1/3-nin qeyri-düzgün pis bitişmiş sınığı.” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçı barəsində “Əlillik alt sistemindən” çıxarışlar edilərək məhkəməyə təqdim edilmişdir.
9. İddiaçı tərəfindən iş materiallarına barəsində olan tibbi sənədlərin surətləri əlavə edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1558/2024 nömrəli qərarı dəyişdirilərək İddiaçı əliliyin müəyyən olunmasının xx.xx.2023-cü il tarixdən hesab edilməsi qərara alınmış, qərara qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “28. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının 2316 saylı, 05 iyun 2023-cü il tarixli rəyində iddiaçıda-“S72.3-bud sümüyü cisminin (diafizini) sınığı, sol bud sümüyünün yuxarı 1/3-in qeyri-düzgün bitişmiş sınığı, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ artofiayası. M17.5 Digər ikincili qonartrozlar, sol diz oynağının İİİ dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər, bükmə 155 dər.) M21.1- digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7—osteofit, sol diz oynqaətrafı oteofitləri, M19-1-digər oynaqların posttavmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu” diaqnozun müəyyən edildiyi qeyd edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən xəstəliklər həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmış xəstəliklərdir.
30. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.
31. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişlər ( Məhkəmə qərarları ilə iddiaçının əlillik tarixinin xx.xx.2021-ci il olması qərara alınmışdır).
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti 06 oktyabr 2021-ci il tarixdə bitdikdən sonra xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən göndərişlər verilmişdir.
33. Həmin göndərişlərlə bağlı cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.
34. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız birini xx.xx.2023-cü il tarixli inzibati aktı mübahisələndirmiş, digər inzibati aktlar barəsində nə şikayət instansiyasında, nə də məhkəmədə mübahisə açmamışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
36. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli inzibati aktlar mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.
38. Belə olan halda iddiaçının əlillik müddətinin əvvəlinin 06 oktyabr 2021-ci il tarixdən hesablanması qəbul edilən sayıla bilməz.
39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu imtina qərarının verildiyi 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.”
11. Məhkəmənin 2-1(112)-4275/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən 2093 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş, İddiaçı Baləli qızının “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş “ 286/2025 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S72.3 – bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M 84.0- sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M 62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası, M17.5 – digər ikincili qonartrozlar, sol diz oynağının İİİ dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər., bükə 155 dər.), M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7 – osteofit, sol diz oynaqətrafı osteofitləri, M19.1-digər oynaqların posttravmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu. Yanaşı xəstəliklər: R26.8 – hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun həkim mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş diaqnozlarla tam əhatə olunmadığından uyğunsuzluq təşkil edir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərabycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
17. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmiş və beləliklə də, qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır.
23. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur.
24. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixində, J00230415QPT nömrəli Forma 88 göndərişi əsasında qiymətləndirilərək “Bud sümüyü cisminin (diafizinin) sınığı, Sol bud sümüyünün yuxarı yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Oynaqların kontrakturası, Sol bud çanaq oynağının açıcı-bükücü – yaxınlaşdırıcı kəskin kontrakturası ( Açma 10 dərəcə, Bükmə 145 dərəcə, uzaqlaşma 20 dərəcə), sol diz oynağının açıcı – bükücü kəskin kontrakturası (Açma 165 dərəcə, bükmə 155 dərəcə). Digər ikincili artroz, Qasıq sinfezinin artrozu. Digər posttravmatik koksartrozlar, Sol bud çanaq oynağının İİİ-İV dərəcəli koksartrozu, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət və yeriş funksiysının pozulması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol aşağı ətraf əzələ atrofiyası. Digər ikincili qonartrozlar, Sol diz oynağının İİİ dərəcəli osteoartrozu. Digər rubrikalard təsnif olunmayan varus deformasiya, Sol bud sümüyü və sol diz oynağının varus deformasiyası. Daim ağrı sindromu. Sümük sınığının pis bitişməsi, Sol bud sümyünün yuxarı 1/3-nin qeyri-düzgün pis bitişmiş sınığı.” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
25. Halbuki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən, əvvəlki əlillik təyinatları ilə bağlı məlumatlardan və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın göründüyü kimi, iddiaçıya eyni diaqnozlarla dəfələrlə əlillik dərəcəsi təyin edilmiş, sonuncu dəfə həmin diaqnozla əlillik dərəcəsi yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar təyin edilmişdir. Hazırda iddiaçının sağlamlıq vəziyyətində yaxşılaşma və reabilitasiya halının olması müəyyən edilməmişdir.
26. Əlavə olaraq məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının T286/2025 nömrəli rəyində iddiaçıda “S72.3 – bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M 84.0 - sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M 62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası, M17.5 – digər ikincili qonartrozlar, sol diz oynağının İİİ dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər., bükə 155 dər.), M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7 – osteofit, sol diz oynaqətrafı osteofitləri, M19.1-digər oynaqların posttravmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu. Yanaşı xəstəliklər: R26.8 – hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları” diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir ki, sözügedən diaqnozla sonuncu dəfə iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarı ilə əlillik dərəcəsi təyin edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sözügedən xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman işin halları obyektiv və hərtərəfli qiymətləndirilməyərək qanunsuz və əsassız olaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
27. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.
28. Qərar vahid məhkəmə təcrübəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2067/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında sərgilənmiş hüquqi mövqe nəzərə alınmaqla qəbul edilmişdir.
29. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
30. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
31. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
32. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
34. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
35. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
37. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva