Məhkəmə qərarları › İş №2-1(112)-4279/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4279/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4279/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və digərləri) qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********83-10301 reyestr nömrəli dövlət ehtiyacları üçün alınan əmlak üzərində X5 mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı elektron kadastr məlumat bazasında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini və iddia tələbinin “iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakı Xidmətinin və üçüncü şəxs X6 qarşı öhdəliyin icrası barədə inzibati iş üzrə hüquqların dövlət reyestri kitabında ünvan 1 ünvanında yerləşən **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınımış X5 mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı elektron Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “Hüquqların dövlət reyestri kitabında ünvan 1 ünvanında yerləşən **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınımış X5 mülkiyyət hüququna xitam verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması” şəklində qəbul edilmişdir. İddiaçının nümayəndəsi daha sonra tələbi yenidən dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun X6, X3 və X8 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1583 nömrəli vərəqində aparılmış qeyd və həmin qeyd əsasında X6 verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bakı şəhəri, Ziya Bünyadov prospektinin yenidən qurulması işlərinin aparılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün tələb olunan əmlakların alınması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması zərurəti yaranmışdır. Bununla əlaqədar dəvət edilmiş müstəqil qiymətləndirici tərəfindən 84.08 m2 sahəsi olan əmlakın bazar dəyəri 113869 manat məbləğində müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə edilməklə, ümumilikdə X6 136.643 manat məbləğində kompensasiya ödənilmişdir. Bakı şəhəri, Ziya Bünyadov prospekti, M.Yusifzadə küçəsində (Çermet körpüsünün yanı) yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Agentlik tərəfindən alınan torpaq sahəsinin bir hissəsi istifadə olunmadan qalmaqdadır. Hazırda həmin torpaq sahələrinin yol infrastrukturunun inkişafı, həmçinin digər ərazilər üzrə alınmanın təsirinə məruz qalan şəxslərin əmlakları ilə əvəzləşdirilməsi zərurəti yaranmışdır. Bununla bağlı zəruri tədbirlərin görülməsi üçün Agentlik tərəfindən aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir. Lakin əldə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin daxilində əvvəllər hüquqları dövlət qeydiyyatına alınmış **********83-10301 reyestr nömrəli, X6 məxsus olmuş əmlak dövlət ehtiyacları üçün alınsa da, elektron kadastr məlumat bazasında mülkiyyətçiyə münasibətdə müvafiq dəyişikliklər edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixli, 2V-745 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (digər payçılar-X7 və X12). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Nəzərə alınmalıdır ki, analoji iş üzrə (İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı) Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-988/2023, xx.xx.2023- cü il tarixli, 2-1(102)- 1056/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1091/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1732/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1628/2023 və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Həmin işlər üzrə qanunvericiliyin tələblərini nəzərə almaqla məhkəmələr iddianın qeyri-mümkün hesab edilməsinə dair qərarlar qəbul edirlər. Məhkəmə təcrübəsinin bu qaydada formalaşmasının səbəbi ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti daxilindəki orqanların aidiyyət və ya səlahiyyətlə bağlı öz aralarındakı mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə aid edilmirlər. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyası tərəfindən verilmiş 06 avqust 2002-ci il tarixli, 8a №-li protokoldan çıxarış ilə Ermənistan Respublikasından qaçqın düşmüş X2 yaşadığı Binəqədi rayonu, Vtorçermet, Yusifzadə küçəsi 124a №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. - xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yaşayan X9, X12 və X7 miras əmlakdan bərabər 1/3 paylarla irs almalıdırlar. - Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X4, 1/3 hissəsi X8 və 1/3 hissəsi X6 məxsus olmuşdur. Fərdi yaşayış evinin 1/3 hissəsi üzərində yalnız X5 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012-ci il) - Bakı şəhəri, Binəqədi rayonu, Yusifzadə küçəsi ünvanında X6, X4 və X8 məxsus əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən X6, X4 və X8 məxsus olan daşınmaz əmlakın 2013-cü il sentyabr ayı tarixinə olan bazar dəyəri 136.643 manat təşkil edir. -05 noyabr 2013-cü il tarixli və 06 noyabr 2013-cü il tarixli kassa məxaric orderlərindən görünür ki, X9, X12 (onun adından X10) və X7 (onun adından X10) hər biri 45.547,67 manat olmaqla ümumilikdə 136.643 manat məbləğində vəsait almışlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 03 oktyabr 2023-cü il tarixli, 3-21-3/2-14456/2023 nömrəli məktub ilə iddiaçının Bakı şəhəri, Ziya Bünyadov prospekti» M.Yusifzade küçəsində (Çermet körpüsünün yanı) yerləşən vətəndaşlar Asif Hüseynov və Qaze Həsənovanın istifadəsinə verilməsi nəzərdə tutulan 1.5 hektar torpaq sahəsinə yerquruluşu planının hazırlanması barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən 1.5 hektar torpaq sahəsi əmlak kompleksi kimi müəssisə (reyestr nömrəsi: **********10-12301) və fərdi yaşayış evi (reyestr nömrəsi: **********83-10301) kimi hüquqları dövlət qeydiyyatına alınmış, lakin faktiki vəziyyətdə mövcud olmayan daşınmaz əmlaklarla üst-üstə düşür. Hüquq sahiblərinin müraciəti əsasında məhv olunmuş daşınmaz əmlaklann qeydiyyatı ləğv edildikdən və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qararına uyğun olaraq hazırlanacaq smetada nəzərdə tutulmuş məbləğ ödənildikdən sonra torpaq sahəsinin planı hazırlanaraq təqdim ediləcəkdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, **********89 (3-21-30/2- 10489/2024) nömrəli məktubunda iddiaçıya bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakların əldə olunmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə (fərdi yaşayış evinə dair verilmiş çıxarışların ləğv edilməsi) qanunamüvafiq qaydada baxılacaqdır. Beləliklə, işin faktiki hallarından görünür ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X4, 1/3 hissəsi X8 və 1/3 hissəsi X1, həmin fərdi yaşayış evinin 2013-cü il üçün dəyəri 136.643 manat təşkil etmiş və əmlakın dəyəri mütənasib şəkildə, hər 1/3 paya görə 45.547,67 manat olmaqla üçüncü şəxslərə ödənilmişdir. İddiaçı hazırki iddia ilə onun tərəfindən dəyəri ödənilməklə dövlət ehtiyacı üçün alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair üçüncü şəxslərin mülkiyyət hüququna dair aparılmış qeydin lğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun: Maddə. 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması. Maddə 1.1.2. Torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Maddə 1.1.3. Tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər; Maddə 11.1. Alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar bu Qanunun 10.2ci maddəsinə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır. Maddə 20.3. maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin toxunulmaz hüquqlarından biri hesab edilir və bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla və ya xitam edilə bilər. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna xitam verilməsi əsasən mülkiyyətçinin könüllü razılığı ilə, məhkəmə qərarı və ya ictimi maraqların qorunması üçün məcburi qaydada həyata keçirilir. Bu halda dövlət tərəfindən İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddsinə əsasən ədalətli tarazlıq prinsipi təmin olunmalıdır. Məhkəmə baxışı zamanı işin ədalətli həlli üçün mülkiyyətçinin hüquqlarının pozulmaması təmin edilməlidir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi yalnız konkret hüquqi və faktiki əsaslar mövcud olduqda qanuni hesab edilir. Bu zaman dövlət ehtiyacları ilə mülkiyyətçinin hüquqları arasında balansın gözlənilməsi məcburidir. Məhkəmə müəyyən edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin real orta bazar dəyəri 2013-cü ildə müvafiq qaydada müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinin dəyəri torpaq ehtiyaclarının təmin edilməsi məqsədilə ödənilmiş və bu ödənişlər hüquqi sənədlərlə, o cümlədən kassa mədaxil orderləri ilə təsdiq edilmişdir. Sözügedən dəyərin müəyyən edilməsi və ödənilməsi prosesində iddiaçı tərəfindən üçüncü şəxslərə qanunvericiliyə uyğun şəkildə komensasiya ödənilmişdir. Üçüncü şəxslər isə fərdi yaşayış evinin dəyəri müqabilində kompensasiyanı qəbul edərək, daşınmaz əmlaka dair hüquqlarından haqq qarşılığında imtina etmişlər. Bu hallar tərəflər arasında balansın təmin olunmasını və hüquqi münaqişənin hər iki tərəfin maraqları nəzərə alınmaqla həll ediilməsini göstərir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, kompensasiyanın az olması ilə bağlı üçüncü şəxslər tərəfindən bu illər ərzində heç bir hüquqi tələb irəli sürülməmişdir. Bu əsasda, məhkəmə tərəflər arasında yaranmış hüquqi balansın pozulmadığını, hər iki tərəfin hüquq və mənafelərinin qanunvericiliyə uyğun təmin edildiyini müəyyən edir. Bu hüquqi perspektiv baxımından Məhkəmə hesab edir ki, dövlət torpaq ehtiyacları ilə bağlı alınmış torpaq sahəsi üzərində olan tikilinin dəyəri tam şəkildə üçüncü şəxslərə ödənildiyindən, üçüncü şəxslər həmin dəyəri qəbul etdiklərindən və həmin tikili söküldüyündən hüquqi müstəvidə üçüncü şəxslərin əmlaka dair bütün hüquqlarına razılıq əsasında xitam verildiyi aydın olur. Məhkəmə yuxarıda göstərilən bütün halları nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair üçüncü şəxslərin xeyrinə aparılmış qeyd ləğv edilməlidir. Cavabdehin etirazının dəlillərindən görünür ki, o iddianın mümkün sayılmamasını xahiş etmiş, bu zaman ona istinad etmişdir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Məhkəmə cavabdehin bu dəlili ilə ona görə razılaşmır ki, iddiaçı müstəqil publik hüquqi şəxsdir və onun hər hansı bir yuxarı quruma, o cümlədən mərkəzi icra hakimiyyəti orqanına tabeçiliyi yoxdur. İddiaçı hazırda dövlət ehtiyacı üçün aldığı əmlakın satıcısının həmin əmlakla bağlı hüququna xitam verilməsini xahiş edir, hansı ki, onun bu tələbi publik hüquqi şəxs kimi hər hansı fəaliyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun X6, X3 və X8 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1583 nömrəli vərəqində aparılmış qeydin və həmin qeyd əsasında X6 verilmiş xx.xx.2012ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar