Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-428/2020 20.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinəqarşı «xx.xx.2019-cu il tarixli, 183 nömrəli vəkil sorğusuna əsasən tələb edilən sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşıiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli 183 nömrəli vəkil sorğusuna əsasən tələb edilən sənədlərin ona təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3376/2019 nömrəli qərardadına əsasən işin baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları 25 oktyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-428/2020 nömrəsi ilə baxılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 183 nömrəli vəkil sorğusundan məlum olur ki, həmin sorğu əsasında sonuncudan Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə hal-hazırda inşa edilmiş yaşayış binasının, eləcə də, inşası planlaşdırılan yaşayış binasının tikilməsi üçün “Afina MMC ("xxxx" MMC) tərəfindən təqdim edilən sənədlərin və müvafiq dövlət qurumları tərəfindən verilən icazəverici sənədlərin (eskizlayihə, tikinti üçün sərəncam, ekspert rəyi və s.) surətlərinin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş xx.xx.2019-cu il tarixli, 02-Bİ/303 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş "xxxx" MMC-nin sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllədə inşa edilmiş 2 girişli yaşayış binasının müvafiq dövlət qurumları tərəfindən verilmiş tikinti sənədlərinin surətləri 05 fevral 2020-ci il tarixdə ona təqdim edildiyindən iddiaçı həmin tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «xx.xx.2019cu il tarixli, 183 nömrəli vəkil sorğusuna əsasən tələb edilən sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-428/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-428/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver