Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-428/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qanunsuz və əsassız olaraq ona cavabdehin 16.084,87 manat əsas, 2.750,51 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat məbləğində vergi, faiz və maliyyə sanksiyasının tətbiq edilməsinə dair 30 aprel 2021-ci il tarixli **********933100 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin, 2021-ci ilin avqust ayında Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X1 30 aprel 2021-ci il tarixli, **********933100 №-li qərarı ilə qanunsuz və əsassız olaraq ona 16.084,87 manat əsas, 2.750,51 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat məbləğində vergi, faiz və maliyyə sanksiyası tətbiq edilmişdir. O, bununla əlaqədar bildirir ki, fiziki şəxs kimi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X1 30 aprel 2021-ci il tarixli, **********933100 №-li qərarı ilə qanunsuz və əsassız olaraq ona 16.084,87 manat əsas, 2.750,51 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat məbləğində vergi, faiz və maliyyə sanksiyasının tətbiq edilməsinin özü qanunsuz və əsassızdır. Ona görə ki, o, qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi hesabatlarını müntəzəm surətdə vergi orqanlarına təqdim etmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq əməkdaşları tərəfindən onun hesabatları qəsdən qəbul edilməmiş və bunun da, nəticəsində qanunsuz və əsassız olaraq süni surətdə və şişirdilmiş rəqəmlərlə ona 16.084,87 manat əsas, 2.750,51 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat məbləğində vergi, faiz və maliyyə sanksiyasının tətbiq edilmişdir. Qeyd olunan qərar qəbul edilərkən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq əməkdaşları tərəfindən onun iştirakı təmin edilməmiş, bu barədə ona heç bir məlumat verilməmiş, həmin qərarın surəti ona göndərilməmiş və qərarın qəbulundan onun xəbəri olmamışdır Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı tərəfindən mübahisələndirilən qərar tələbin icraya yönəldilməsi haqqında qərardır. Qeyd edilən qərara əsasən tərəfindən iddiaçı tərəfindən 16.084,87 əsas, 2.750,51 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiiynə görə tələbkar Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********218000 nömrəli, xx.xx.2021-ci il tarixli **********891700 nömrəli qərarı xx.xx.2021-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında (bundan sonra Qərar) göstərilir: "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır:'' Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qeyd edilən Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bildirmişlər ki, iddiaçı tərəfindən qaldırılmış iddia uğurlu olduğu halda belə iddiaçının çatmaq istəyə çatması mümkün olmayacaqdır. Belə ki, tələbin icraya yönəldilməsi barədə qərarın ləğvi borcun əsasını təşkil edən qərarların ləğvi, başqa sözlə borcun silinməsi ilə nəticələnmir. Həmçinin, borcun əsasını təşkil edən qərarlar qüvvədə olduğu müddətdə vergi orqanı tərəfindən vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə yenidən tələbin icraya yönəldilməsi barədə qərar qəbul edilməsi qanunvericiliklə istisna edilməmişdir. Başqa sözlə, iddiaçının tələbi uğurlu olduğu halda belə onun əsas məqsədi olan vergi borcunun silinməsi həyata keçirilməyəcək və iddiaçının hüquqi marağı təmin olmayacaqdır. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırılmışdır ki, hətta iddia tələbinin inzibati aktların ləğvi kimi qoyulmuş olsaydı belə, xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın mübahisələndirilməsi üçün müəyyən edilmiş 30 günlük müddət ötürülmüşdür. Belə ki, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********891700 nömrəli Qərar xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsilə vergi ödəyicisinə göndərilmiş, lakin oxunmamışdır (Qərarın göndərilməsini təsdiq edən sənəd vəsatətə əlavə edilir). Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin, bəlli olduğu kimi vergi ödəyicisi tərəfindən həmin qərar 2021-ci ilin aprel ayında əldə edilməsinə baxmayaraq 2021-ci il sentyabr ayında iddia ilə məhəməyə müraciət edilmiş və beləliklə, qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Lakin, bəlli olduğu kimi vergi ödəyicisi tərəfindən həmin qərar 2021-cu ilin aprel ayında əldə edilməsinə baxmayaraq 2021-ci il senytabr ayında iddia ilə məhkəmə müraciət edilmiş və beləliklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının borc məbləğinin əsasını təşkil edən digər “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********218000 nömrəli Qərar qərara münasibətdə isə qeyd edirlər ki, qeyd edilən inzibati akt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edildiyindən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi qeyd edilən inzibati aktın ləğvi üzrə cavabdeh qismində çıxış edə bilməz. Yuxarıda qeyd edilənlər iddianın bir neçə mövqedən mümkünlük barədə tələbləri ödəmədiyini və bu səbəbdən mümkün sayılmamalı olduğunu təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq təyin edilmiş məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Resublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********218000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasən iddiaçıya 4-cü rüb 2019-cu il, sadələşdirilmiş vergi üzrə 16.084,87 manat məbləğində vergi borcu məbləği hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********891700 nömrəli qərara əsasən İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış **********933100 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara İddiaçı tərəfindən 16.084,87 əsas, 2.750,51 manat faiz, 100.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18.935,38 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********218000 nömrəli, xx.xx.2021-ci il tarixli **********891700 nömrəli qərarları xx.xx.2021-ci il tarixindən icraya yönəldilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq iddiaçıya 13 dekabr 2022-ci il tarixli hüquqi yardım məktubu göndərilərək cavabdehin əsl cavabdehlə əvəz edilməsi, buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmiş və müvafiq ərizə və münasibət məhkəməyə təqdim olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Sözügedən hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə imza edilməklə təhvil alınmışdır. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırki iş üzrə iddia tələbində iddiaçı cavabdeh inzibati orqanın “Tələbin icraya yönəldilməsi barədə” qərarını mübahisələndirsə də, iddiaçı ərizəsinin məzmunundan və iddia tələbindən göründüyü kimi, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı əslində Azərbaycan Resublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********218000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya 4-cü rüb 2019-cu il, sadələşdirilmiş vergi üzrə hesablanmış 16.084,87 manat məbləğində vergi borcunun, həmin vergi borcu məbləğinə hesablanmış 2.750,51 manat məbləğində faiz borcunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********891700 nömrəli qərarı əsasında hesablanmış maliyyə sanksiyasının ləğv olunmasına nail olmaqdır. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək dəqiqləşmiş ərizənin məhkəməyə təqdim edilməsi təklif edilərək əks halda iddianın mümkünlük məsələsinə baxılacağı bildirilsə də (iddiaçı tərəfindən həmin hüquqi yardım məktubu poçt qəbzinə imza edilməklə təhvil alınmışdır), iddiaçı tərəfindən dəqiqləşmiş ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanlamış olduğu **********933100 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirilsə də, iddiaçı həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edilmiş, bununla bağlı da, iddiaçıya hüquqi yardım göstərilərək, buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə bir ərizə məhkəməyə təqdim edilməmiş, ərizədən əlavə həmin qərarın tərəfindən hansı vaxt alınması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən übahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı tərəfindən də, həmin qərardan nə vaxt məlumatlı olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilə bilməmişdir. Lakin, bütün bunlara baxmayaraq iddiaçının xx.xx.2021-ci il tarixli qərardan hansı səbəbdən məhkəməyə xx.xx.2021-ci il tarixdə, qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-428/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-428/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver