Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4280/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X53 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə qarşı operativ vergi nəzarətinin nəticəsi haqqında aktların, qərarın və tələbnamənin ləğv edilməsi tələblərinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005295 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2236 saylı, xx.xx.2021-ci il tarixli qərarının və həmin qərar əsasında verilmiş “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibait cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2237 nömrəli tələbnamənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı (VÖEN:**********) barəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 005299 saylı Akt tərtib olunmuş, həmin Akta əsasən «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********2236 saylı xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» tarixsiz **********2237 nömrəli Tələbnamə vermişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirlər. İşin faktiki halları ilə əlaqədar bildirir ki, o, ********** nömrəli VÖEN ilə vergidə qeydiyyatdan keçərək, müxtəlif salonlarda, 2021-ci ilin sentyabr ayının axırlarına qədər isə Şərifzadə 148 A ünvanda yerləşən “Nuray” güzəllik salonunda işləmişdir. Lakin, həmin salonlarda peşəkar ustalar olmadığından və digər səbəblərdən müştəri qıtlığı olurdu. Tanıdığı bacarıqlı saç ustaları ilə qərara gəlmişlər ki, peşəkar ustaları cəlb edib müasir tələblərə uyğun gözəllik salonu açsınlar. Bu məqsədlə Yasamal rayonu, General A.Abbasov küç, 12 ünvanda təxminən ümumi sahəsi 80 kv.m olan icarəyə yer tapmışlar. Yerin sahibi ilə oktyabrın 9-da onun adına icarə müqaviləsi bağladıqdan sonra orada təxminən bir ayın ərzində təmir işləri aparıb, müvafiq avadanlığı yerləşdirdikdən, sahəni salona uyğunlaşdırdıqdan, sənədləri qaydaya saldıqdan sonra fəaliyyətə başlamalı idilər. Onlar həmin sahəni qaydaya salmaqla yanaşı sosial şəbəkələrdə özlərinin, qohumlarının, tanışlarının iştirakı ilə müştəri cəlb etmək məqsədilə reklam çarxları yerləşdirir və əlaqələri vasitəsilə saç ustaları dəvət edib onların peşə səviyyəsini və VÖEN-lərinin olmasını yoxlayaraq seçim edirdilər. Elə həmin işlərlə məşğul olduqları vaxt xx.xx.2021-ci il tarixdə təqribən 10 nəfər bir dəstə maskalı şəxs özlərini təqdim etmədən salona daxil olaraq qeyri-etik formada, subordinasiya qaydalarını kəskin şəkildə pozaraq, səs-küy salaraq və psixoloji, fiziki təzyiq göstərərək dəvət etdikləri qızları, onları təhqiredici formada, səs tonunu yüksəldərək, dib otağa qeyriiradi olaraq aparıb, hədə-qorxu gələrək, pandemiya ilə əlaqədar yoxlama apardıqlarını bildirmişlər. O, bərk qorxduğundan 102 xidmətinə zəng edərək, salona basqın olduğunu bildirmişdir. Onlara təzyiq altında yazdıqları izahatları və sənədləri oxumadan imzalatdırmışlar. Polislər gələndən sonra onlar, sakitləşərək vergidən olduqlarını bildirərək çıxıb getmişlər. Onlar getdikdən sonra onların yerə atıb getdikləri xx.xx.2021-ci il tarixli DVX seriyalı, xx.xx.2021-ci il tarixli 005295 saylı Akt, Akta əlavənin və əlavə Siyahının surəti və Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020-ci il tarixli, **********654 saylı Tələbnamənin surətini tapıb götürmüşlər. Qeyd etmək istəyir ki, icarəyə götürdüyü qeyri yaşayış sahəsinin obyekt kodu başqa şəxsin adınadır. Dəfələrlə obyektin kodunu adına keçirmək üçün asan imzayla sayta girsə də, heç bir nəticə əldə edə bilməmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə asan imzayla sayta girərkən ona məlum olmuşdur ki, vergi orqanı tərəfindən barəsində «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********2236 saylı xx.xx.2021-ci il tarixli Qərar və tarixsiz **********2237 nömrəli Tələbnamə qəbul edilmişdir. Qeyd edilən sənədlər ona nə rəsmi, nə də qeyri-rəsmi qaydada təqdim edilməmişdir və ya göndərilməmişdir. Sonradan ona məlum olmuşdur ki, vergi orqanı tərəfindən kredit götürdüyü «Bank of Baku»dakı AZ91JBBK03821000ML047481A82C saylı hesabı, «Kapital Bank»-dakı vöen üzrə **********48 saylı biznes kart hesabı vergi orqanının sərəncamı ilə 220049,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, dondurulmuşdur. «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********2236 saylı xx.xx.2021-ci il tarixli qərarda göstərilir ki, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi «N Beauty» gözgllik salonunda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və akt vergi ödəyicisi tərəfindən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər fiziki şəxsin və vergi ödəyicisinin yazılı izahahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər. Bununla da, fərdi sahibkar Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozduğundan Vergi Məcəlləsinin 58.10-cu maddəsində də, nəzərdə tutulmuş qaydada fərdi sahibkar İddiaçı 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilir. Həmin qərarda Vergi xidmətinin istinad etdiyi Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin maddənin dispoizsiyasından göründüyü kimi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə maliyyə sanksiyası tətbiq edilir. Vergi Xidmətinin adlarını qeyd etdiyi fiziki şəxslərin heç biri ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) həqiqətən bağlanmamalı idi. Çünki, yuxarıda qeyd edildiyi kimi, tanıdığı 2 saç ustaları ilə məqsədləri əlavə 3-4 nəfər öz VÖEN-ləri ilə işləmək şərtilə peşəkar ustaları seçib müasir tələblərə uyğun gözəllik salonu açmaq olmuşdur. Salonda əlavə izafi xərclərdən qaçmaq məqsədilə hər kəs öz VÖEN-ləri ilə əmək müqaviləsi bağlamadan müstəqil fəaliyyət göstərməli idi. Aktda qeyd edilən şəxslərdən Q.F.Vəliyeva və T.Ə.Əliyevanı çıxmaq şərtilə digərlərinin salonda işləyəcəyi sual altında idi. Belə ki, onlarla birlikdə işləyəcəkləri barədə hələ seçim və razılığa gəlinməmişdi. Bundan əlavə salonun sahəsi kiçik olduğundan orada 11 nəfər işləməsi üçün yer və şərait də, yoxdur. Orada ən çoxu 6-7 nəfərin işləməsi mümkündür. Əlavə olaraq bildirmişdir ki, obyektin kodunu adlarına hələ keçirə bilmədiklərindən, icarə müqaviləsi bağladıqdan sonra keçən qısa müddət ərzində orada təmir işləri, müvafiq avadanlığın yerləşdirilməsi, sahənin salona uyğunlaşdırılınası və s. təşkilati işlər tam başa çatmadığından salon hələ fəaliyyətə başlamamışdır. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005295 saylı Akt tərəfindən təzyiq altında oxumadan mahiyyətini bilmədən imzalanmış və izahatlar eyni qaydada imzalatdırılmışdır. Həmin izahatlarda vergi işçilərinin nə yazdıqlarından məlumatları yoxdur. Odur ki, hesab edirlər ki, tərəflərindən əmək və vergi qanunvericiliyinin tələbləri pozulmadığından vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 005295 saylı Aktın etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Beləliklə, göründüyü kimi, Akt, Qərar və Tələbnamə tamamilə qanunsuz və əsassızdır. Bildirir ki, salonda ondan başqa işləyəcək 5 nəfər digər əməkdaşların sahibkarlıq qeydiyyatı haqqındakı şəhadətnəmələrini iddiaya əlavə edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, işin halları ilə bağlı bildirirlər ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9653 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi 12, “N STYLE” Gözəllik salonuda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 005095 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, vergi ödəyicisi tərəfindən aktın imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********22236 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********272100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:53-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildirirlər ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatına əsasən o, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi OVN tədbiri keçirilən ünvanda işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə 10 nəfər fiziki şəxs cəlb etmiş, onlardan 9 nəfəri sınaq müddəti ilə işə cəlb edilmiş və işçilərlə hər hansı əmək və ya xidməti müqavilə bağlanmamışdır. İşçilərə əmək haqqı onun tərəfindən şəxsən nağd qaydada ödənilir. X2 da öz növbəsində 21 gündür ki, İddiaçı tərəfindən “təmizlikçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X22 həmin salonda xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “lazeroloq” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X23 15 gündür ki, İddiaçı tərəfindən “saç ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X17 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “dırnaq ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini, iş vaxtının saat 10:00-dan 15:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X24 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “dırnaq ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 20 manat təşkil etdiyini, iş vaxtının saat 13:00-dan 18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X18 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “masajist” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini, iş vaxtının saat 10:00-dan 18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X10 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən “saç ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 3 manat təşkil etdiyini, iş vaxtının saat 13:00-dan 15:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X25 xx.xx.2021 -ci il tarixdən İddiaçı tərəfindən “lazeroloq” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 12:00-dan 15:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X1 Hicran İsa qızı tərəfindən “üz-qaş ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-dan 17:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X27 xx.xx.2021 -ci il tarixdən İddiaçı tərəfindən “mikrobleding ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, faizlə işlədiyini- xidmət haqqının 40-60 faizini aldığını, iş vaxtının saat 14:00-dan 17:00-dək olduğunu bildirmişdir. OVN tədbiri materiallarından göründüyü kimi, həm vergi ödəyicisi İddiaçı, həm də aşkar edilmiş 10 nəfər işçi etirafedici izahatlar verərək OVN tədbiri gedişində aşkar edilmiş faktları təsdiq etmişdirlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1 -ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə, 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005295 saylı aktın etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********9653 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi 12, , obyektin adı: N X49, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 04 noyabr 2021-ci il tarixli, KY211694390 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********9654 nömrəli qərarının surətindən görünür ki, İddiaçıda (VÖEN: **********) operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir: 1. “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005295 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi, ev 12 ünvanında yerləşən “N. Beauty” gözəllik salonunda fərdi sahibkar İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:15-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə, şəxsiyyət vəsiqələri və digər sənədlərə əsasən gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsinə cəlb olunmuş 11 (on bir) fiziki şəxsdən (10) on nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsini 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı aktla tanış olmuş, aktın bir nüsxəsini almışdır. İşdə olan 04 noyabr 2021-ci il tarixli, DVX 005295 saylı akta əlavə edilmiş “N beauty” gözəllik salonunda aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 10 nəfər işçi – X8, X9, X4, X3,X11, X12, X5, X13, X6, X14 adları göstərilmişdir. İşdə olan izahatlardan görünür ki: - X16 izahatında 21 gündür ki, İddiaçı tərəfindən “təmizlikçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq nağd şəkildə alaraq, 200 manat təşkil etdiyini, yarım iş günü işlədiyini bildirmişdir. - X22 izahatında həmin salonda xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “lazeroloq” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini bildirmişdir. - X23 izahatında 15 gündür ki, İddiaçı tərəfindən “saç ustası” vəzifəsində işə cəlb edildiyini, təzə işçi olduğu üçün onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini, əmək haqqının nağd şəkildə İddiaçı aldığını bildirmişdir. - X19 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “dırnaq ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini, əmək haqqının nağd şəkildə İddiaçı aldığını, iş vaxtının saat 10:00-dan 15:00-dək olduğunu bildirmişdir. - X24 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “dırnaq ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər-hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 20 manat təşkil etdiyini, əmək haqqının nağd şəkildə İddiaçı aldığını, iş vaxtının 13:00-dan 18:00-dək olduğunu bildirmişdir. - X18 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “Masajist” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 10-15 manat təşkil etdiyini, əmək haqqının nağd şəkildə İddiaçı aldığını, iş vaxtının saat 10:00-dan 18:00-dək olduğunu bildirmişdir. - X10 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən “saç ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadını, əmək haqqının gündəlik 3 manat təşkil etdiyini, əmək haqqının nağd şəkildə İddiaçı aldığını, iş vaxtının saat 13:00-dan 15:00-dək olduğunu bildirmişdir. - X25 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “lazeroloq” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyini, onunla hər-hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının təyin olunmadığını, əmək haqqının nağd şəkildə alınmasının nəzərdə tutulduğunu, iş vaxtının saat 12:00dan 15:00-dək olduğunu bildirmişdir. - X26 izahatında İddiaçı tərəfindən “üz-qaş ustası” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-dan 17:00-dək olduğunu bildirmişdir. - X27 izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “mikrobleding ustası” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, faizlər işlədiyini – xidmət haqqının 40-60 faizinin aldığını, iş vaxtının saat 14:00-dan 17:00-dək olduğunu bildirmişdir. - Ağayava Hicran İsa qızı izahatında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yuxarıda qeyd etdiyi ünvanda yerləşən “N.Beauty” gözəllik salonunda işlərin (xidmətlərin) yerinə yetirilməsinə ümumilikdə 10 işçi cəlb etmiş, lakin 10 işçidən 9 nəfəri sınaq müddətinə cəlb olunmuşlar - X16, X26, X22, X23, X20, X10, X24, X27 (həmin gün gəlib), X18. Qeyd edir ki, obyekt yeni fəaliyyətə başlamış, hazırda işçilər seçim mərhələsindədir. Obyektdə əmək müqaviləsi olmadan sınaq müddətinə cəlb edilən 9 nəfər işçidən asılı olaraq qalıb obyektdə işləyəcək işçilərlə əmək müqaviləsi bağlanacaqdır. Bir əsas işçisi ilə əmək müqaviləsi bağlamış və elektron qeydiyyyatdan keçirmişdir. İşçilərə əmək haqqı görülən işin müqabilində onun tərəfindən nağd şəkildə ödəniləcək. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2236 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X42 üzrə Baş İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən, baş idarəsinin 1-ci müavini vergi xidməti müşaviri X51 ooğlu təərfindən İddiaçı üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci ilt arixli, 005295 nömrəli akt(lar)ına, eləcə də, vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən etmişdir ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********9653 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN:**********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi, ev 12 ünvanında yerləşən “N Beauty” gözəllik salonunda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviəi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 (on) nəfər fiziki şəxsin və vergi ödəyicisinin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər. Bununla da, fərdi sahibkar Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfidnən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədirlməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üçün təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, İddiaçı Azərbaycan Respublikası Vergi Məcələsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 20000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2237 nömrəli tələbanmənin surətindən görünür ki, İddiaçı büdcəyə ödənilməli ola 20000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE**********002117131 nömrəli hesabına ödənilməsi tələb edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi, 12 ünvanında yerləşən, ümumi sahəsi 129.4 kv.m olan qeyri-yaşayış sahəsinin 80 kv.m-ni X28 xx.xx.2029-cu il tarixədək icarəyə götürmüşdür. İcarə haqqının aylıq məbləği 400 manat təşkil etmişdir. İşdə olnan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** qeydiyyat nömrəli (VÖEN), xx.xx.2014-cü il qeydiyyat tarixli şəhadətnamə verilmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən 04 noyabr 2021-ci il tarixli, DVX 005295 saylı akta əlavə edilmiş “N beauty” gözəllik salonunda aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər fiziki şəxslərlə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək müqavilələri bağlanılmışdır. Beləliklə işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən hazırda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2236 saylı, xx.xx.2021-ci il tarixli qərarı və həmin qərar əsasında verilmiş **********654 nömrəli tələbnamə mübahisələndirilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri əsassızdır. Belə ki, işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin qərarların qəbul edilməsinə əsas kimi cavabdeh tərəfindən aparılmış operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX 005295 nömrəli akt əsas göstərilmişdir. Sözügedən aktla iddiaçıya məxsus obyektdə 10 (on) nəfər – X16, X25, X26, X29, X21, X24, X10, X19, X23, X22 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilməsi rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri çərçivəsində yuxarıda qeyd edilən şəxslərin izahatları alınmış və onlar öz izahatlarında Bakı şəhəri, Yasamal rayonu, X50 küçəsi 12 ünvanında yerləşən Ağayeva İsa qızına məxsus “N Beauty” gözəllik salonunda müvafiq olaraq, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən işləməklə, əmək haqqları İddiaçı tərəfindən nağd şəkildə, aylıq və ya gündəlik olmaqla ödənilməsini, onlarla heç bir əmək müqaviləsi, xidmət müqaviləsinin bağlanmamasını, elektron bildiriş bazasına vurulmamasını bildirmişlər. DVX seriyalı, 005295 nömrəli akt və işin digər halları nəzərə alınaraq iddiaçı barəsində müvafiq qərar qəbul edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehin xx.xx.2021-ci il tarixli, **********2236 saylı qərarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddələrin baxılan məsələyə münasibətdə mənasına görə, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şxəsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə maliyyə sanskiyasını tətbiq etməlidir. Beləliklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün Azəbraycan Respublikası Əmək Məcəlləsində (bundan sonra Əmək MƏcəlləsi) əmək müqaviləsinin (kontraktı) hansı qaydada hüquqi qüvvəyə minməsi müəyyən edilməlidir. Həmin Məcəllənin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -3-cü maddəsinin 5-1.-ci maddəsinə əsasən, Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanan maddələrin məzmunundan məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanmaqla, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi “cavabdehin əməkdaşlarının özlərini təqdim etmədən salona daxil olaraq, qeyri-etik formada, subordinasiya qaydalarını kəskin şəkildə pozaraq, səs-küy salaraq və psixoloji, fiziki təzyiq göstərərək dəvət etdikləri qızları, onları təhqiredici formada, səs tonunu yüksəldərək, dib otağa qeyri-iradi olaraq aparıb, hədə-qorxu gələrək, pandemiya ilə əlaqədar yoxlama apardıqlarını bildirərək, onlara təzyiq altında yazdıqları izahatları və sənədləri oxumadan imzalatdırmaları, polislər gələndən sonra, sakitləşərək vergidən olduqlarını bildirərək, çıxıb getmələrinə dair” dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı sözügedən dəlillərini sübut edəcək mötəbər sübutları məhkəmə araşdırması zamanı təqdim etmədiyindən, həmin dəlillərin əsaslı olması öz təsdiqini tapmamışdır. Məhkəmə eləcə də, qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələbindən görünür ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2236 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə birlikdə həmin inzibati aktın icrası ilə əlaqədar qəbul edilmiş tələbnamənin də, ləğvini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qərarına hüquqi qiymət verilərək, iddia tələbi həmin hissədə təmin edilmədiyindən, hüquqi müqəddaratı onunla bağlı, törəmə tələb olan “tələbnamə”nin ləğv edilməsi tələbi də, müzakirə olunmadan rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4280/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4280/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver