Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4281/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin ediməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və müraciətinə imtina cavabı almışdır. İmtina məktununda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respubilkası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin. Vəzifələrin və göstəricilərin)müvafıq icra hakimiyyəti orqamı (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260İİİQD nömrəli qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respubilkası Qanununun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi AZE ******* nömrəli əmək kitabçanız araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügüdən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması orada olan məlumatları həqiqiliyinə əsaslı şübhə yaradır. Bundan başqa, 41 səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixdə açıldığı göstərilsə də, “Kürdəmir Rayon X2 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan" adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd olunub. Eyni zamanda Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən də, həmin dövrü onun iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajınız 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçı qeyd etmişdir ki, o, xx xxx 1969-cu ildə doğulmuşdur. Əmək fəaliyyətinə doğulduğu Kürdəmir rayonunun “Şirvan” kolxozunda başlamışdır. xx.xx.1984-cü il tarixdə “Şirvan" kolxozunun fermasında gecə gözətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1986-cı il tarixdə öz ərizəsilə işdən azad edilmişdir (2 il 1 ay 24 gün). xx.xx.1986-cı il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağrıldığı üçün təhsil müəssisəsi akademik məzuniyyət verməklə xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasında SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir (2 il). xx.xx.1989-cu il tarixdə yenidən təhsilini davam etdirmiş və xx.xx.1991-ci il tarixdə texnikumu bitirmişdir (2 il 4 ay 8 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixlərindək 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir (13 il 01 ay 03 gün). xx.xx.2004-cü il tarxdən xx.xx.2006-cı il tarixədək 3 saylı Neft və qazçıxarma sexinin neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir (01 il 05 ay 00 gün). Beləliklə, onun xx.xx.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş sajı 14 il 06 ay 03 gün, ümumi iş stajı isə 21 il 04 gündür. Cavabdeh tərəfindən onun “Şirvan” kolxozunda işlədiyi illər mübahisələndirilmişdir. Belə ki, cavabdeh qeyd edir ki, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügüdən səhifələrdə sözlərin orada olan məlumatları həqiqiliyinə əsaslı şübhə yaradırb. Bununla bağlı iddiaçı qeyd etmişdir ki, xx.xx.1984xx.xx.1986-cı il tarixlərəi arasındakı dövrlərdə o, orta məktəbin 9-10-cu sinifində təhsil almaqla bərabər ailə vəziyyətilə əlaqədar gecələr də kolxozun fermasında geçə gözətçisi işləmişdir. Bakı Neft Texnikumuna imtahan verdiyi zaman işdən çıxmışdır. 11 avqust 1986cı il tarixdə texnikuma qəbul olmuş, sonra həqiqi hərbi xidmətə çağırılmış, qayıtdıqdan sonra təhsilini davam etdirmiş və məktəbi bitirdikdən sonra xx.xx.1991-ci il tarixdən 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da “Neft Daşları"nda işləyirir. O, kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamış və onun bu barədə məlumatı da olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan" kolxozunun idarə binası yandıqdan sonra açılmışdır. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunın adı belə kəndin üzərindən götürülmüş, kənd özünün əvvəlki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə "Muradxan birgə təsərrüfatı" yaradılmışdır. Həmin təsərrüfatın sədri isə X5r. Şirin Şirinov həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaratmış və kolxoza dair müvafiq sənədləri seyfində saxlamışdır. Hansı ki, kolxozun ümumi yığıncağının qərarlarının, əmr kitablarının və yazılımış və yazılmamış əmək kitabçararının bir qismi seyfdə saxlanılmışdır. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişlər. O da kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. Ona də əmək kitabçasını mərhum atası X1 müraciət edərək almışdır. Ona görə də cavadehin irad tutduğu kimi, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması zəruri şəraitdən yaranmışdır. Dövlətimiz artıq kiril əlifbasından latın əlifbasına keçdiyi üçün həmin dövrün orta yaşlı adamları üçün bu gözlənilən bir hal idi. İnsanların latın qrafıkasına tam keçməsi bir xeyli zaman almışdır. Cavabdehin “Bundan başqa, 41 səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixdə açıldığı göstərilsə də, “Kürdəmir Rayon X2 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401- 37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd qeyd olunub. Eyni zamanda Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023cü il tarixli 3-48-25/2-21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub” kimi iradına iddiaçı bildirmişdir ki, o əmək kitabçasını son dövrlərdə əldə etmiş olsaydı, elə əmək kitabçsının açılma tarixini yanğından əvvəlki tarixə qeyd etdirərdi və bu gün də bu problem yaranmazdı. 2006-cı il yanvarın birinədək 21 il 03 gün ümumi və 14 il 06 ay 03 gün xüsusi iş stajı qazandığı üçün o, 52 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2023-ci il tarixli 3-17-1/2-R-246648/2023 nömrəli imtina məktubunda qanunvericiliyin tələbləri çərçivəsində bunun mümkün olmadığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. M.X8 təqdim etdiyi AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bundan başqa, 41- ci səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunub. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin iddiaçıya dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
3. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
İİİ. Tədqiq edilmiş sənədlər AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. HT-İ 566892 №li diplomunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1986-cı ildə Bakı Neft texnikumuna daxil olmuş və 1991-ci ildə həmin texnikumu bitirmişdir. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 486 nömrəli arayışından görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı 04.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRi SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. SSRİ MN-nin xx.xx.1989-cu il tarixli 177 saylı əmri ilə ehiyata buraxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinnin 328 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 11 avqust 1986-cı il tarixində 435 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 26 iyun 1987-ci il tarixdə 417 saylı əmrlə hərbi xidmətə getməyinə görə ona akademik məzuniyyət verilmişdir. 06 sentyabr 1989-cu il tarixində 476 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 11 may 1991-ci il tarixində 476 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinı görə ona “neftçi-texnik” ixtisas dərəcəsi və ИТ № 566892 saylı diplom verilmişdir. Diplom blankı yazılarkən məzunun adı Mayis deyil, səhvən Mais yazılmışdır. Arayışın qeyd hissəsində yazılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1997-ci il tarixli 101s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. АЗЕ ******* nömrəli kolxozçunun əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X9 xx.xx.1984-cü il tarixdə “Şirvan" kolxozunun fermasında gecə gözətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1986-cı il tarixdə öz ərizəsilə işdən azad edilmişdir. ИТ-İ ******* №li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı SOCAR “Azneft” İB-nin 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş, xx.xx.2004-cü il tarixdən usta vəzifəsinə təyin edilmiş, və hal-hazırda həmin vəzifədə işləyir. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin pux-02/39 nömrəli, xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1991-xx.xx.2004-cü illərdə 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz çıxarma üzrə operator peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 1 ay 03 gün təşkil edir. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin pux-02/39 nömrəli, xx.xx.2023-cü il tarixli “şəxsin güzəştli şərtlərlə şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2004-xx.xx.2006-cı illərdə 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz çıxarma üzrə usta peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 01 il 05 ay 00 gün təşkil edir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti X11 Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-25/2-121/2023 saylı arxiv arayışından görünür ki, Rəhimov X7 rayonu “Şirvan” adına kolxozda 1984-1986-cı illərdə işləyərək əmək haqqı qazanmışdır. Kürdəmir rayon “Şirvan” adına kolxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Kürdəmir Rayon Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3-18-215/2-R-401-37/23 saylı arayışdan görünür ki, Kürdəmir rayon Muradxan kəndi “Şirvan” adına kolxozunun idarə binasında xx.xx.1998-ci ildə 05:00 radələrində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində idarə binası tamamilə yanaraq məhv olmuşdur. X4 notarial qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı əmək kitabçasını (kolxozçunun əmək kitabçası) onun tərəfindən yazılmışdır. Belə ki, İddiaçı 1996-cı ilin iyul ayında ondan Şirvan kolxozunda işləməsində dair arayış istəmişdir və o da həmin arayışı vermişdir. xx.xx.1998-ci il tarixdə Şirvan kolxozunda yanğın baş vermişdir və bina yanaraq tamamilə məhv olmuşdur. Lakin əmək kitabçası seyfdə olduğu üçün onlar seyfi xilas edə bilmişlər. Yanğından sonra kolxozda işləmiş bir çox insanın əmək kitabçaları əvvəlcədən yazılıb seyfə qoyulduğu üçün ümumi qaydada, bir neçə işçinin isə əmək kitabçasında işlədiyi illər yazılmaq üçün heç bir yazılı məlumat olmadığından, onlar kolxozda işləmələrini şahid ifadlələrinə əsasən sübut edirlər. İddiaçı isə əmək kitabçası vaxtı ilə təsərrüfatdan aldığı iş yerindən arayış əsasında seyfdə qalan yazılmamış kolxozçunun əmək kitabçasına yazılmışdır. Əgər əmək kitabçasını o başqa niyətlə yazmış olsa idi, əmək kitabçasına yanğından sonrakı tarixi qeyd edərdi. Həmin yanğın hadisəsi haqqında Muradxan kəndində işləyən bütün işçilərin məlumatı vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R- ********** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bundan başqa, 41-ci səhifədə əmək kitabçanın xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunub. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3-48- 25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən də həmin dövrü onun iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
6. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
7. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
8. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
10. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
11. İşin faktiki hallarına görə iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə - xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 (iyirmi) ildən çox olmuşdur, iddiaçı həmin müddətin 10 ildən çox hissəsini neft və qaz hasilatı üzrə operator işləmişdir.
12. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - neft və qaz hasilatı üzrə operator peşəsində xx.xx.2006-cı ilə qədər 10 ildən çox işləməsi və həmin müddətə qədər də 20 ildən çox əmək stajının olması əmək kitabçaları, “Azneft” İBnin güzəştli staj barədə arayışları, məhkəməyə ünvanlanmış məktubu ilə təsdiq edilir.
13. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinin əsas səbəbi iddiaçının əmək kitabçasının 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələrin yaratması ilə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində gəldiyi qənaətə görə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının, onda olan məlumatların həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir. Halbuki, İnzibati-Prosesual Məcəlləsinin 14.3. –cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən yuxarıda qeyd olunan iddiaçının xeyrinə olan halları araşdırmamaqla və nəzərə almamaqla, iddiaçının müraciətini təmin etməklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. İşin həqiqi hallarına əsasən, iddiaçının 52 yaşı xx.xx.2021-ci il tarixdə tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2021-cu il tarixdən təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova