Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4283/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı «keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) DSMF X13 İdarəsinə müraciət edərək ona x xxxxxx 2019-cu il tarixiən ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının x xxxxxx 2016-cı il tarixdən 2019-cu il 01 noyabr tarixinə kimi verilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. DSMF X13 İdarəsinin xx xxxxxx 2020-ci il tarixdə müvafiq cavab məktubu onu qane etmədiyindən, məhkəməyə müraciət edir. İddiaçının П qrup əlilliyi (sağlamhq imkanları məhdudluğu) 1985-ci ildən, yəni uşaqlıqdan müəyyən olunduğundan, ona ailə başçısı itirməyə görə x xxxxxx 2019-cu il tarixdən atası X10 əmək pensiyasının 80% mənləğində əmək pensiyası tətbiq edilmişdir. İddiaçının anası X3 ailə başçısı itirməyə görə atası X10 əmək pensiyasının 80% məbləğində pensiyasım vəfat etdiyi tarixə 2015-ci il mart ayının 28-dək almışdır. İddiaçı DSMF X13 İdarəsi tərəfindən ailə başçısı itirməyə görə x xxxxxx 2019-cu il tarixdə təyin edilmiş, əmək pensiyasım almaq hüququ xx xxxx 2015-ci il tarixdən (anasının ölümündən sonra) yaranmışdır. O (iddiaçı), bir vətəndaş kimi itirdiyi gəlir kompensasiyasını almaq hüququna malikdir. Məhkəmədən ona DSMF X13 İdarəsi tərəfindən ailə başçısı istirməyə görə x xxxxxx 2019cu il tarixində təyin edilmiş əmək pensiyasının xx xxxxxx 2015-ci il tarixdən x xxxxxx 2019cu il tarixinədək verilməyən hissəsinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən x xxxxxx 2019-cu il tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprel ayından x xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF X13 üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddia qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı x xxxxxxx 2019-cu il tarixində İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən DSMF Abşeron rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli **********1 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə sosial müavinətin xx xxxxxxx 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, x xxxxxx 2019-cu il tarixində İdarə tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.13-cü maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum atası X11 almalı olduğu əmək pensiyasının (1.694,55 manat) 80 faizi – 1.355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası ilə sosial müavinət məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının ərizəsində qeyd edilən keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İddiaçı DSMF X13 üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddiaya qarşı təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DSMF X13 İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - x xxxxxxx 2019-cu il tarixdə İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmisiniz. İdarənin sorğusuna əsasən DSMF Abşeron rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli **********1 nömrəli məktubunda Sizə İİ qrup əlilliyə görə sosial müavinətin xx xxxxxxx 2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, x xxxxxx 2019-cu il tarixdə İdarə tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.13-cü maddəsinə əsasən Sizə mərhum atanız X10 almalı olduğu əmək pensiyasının (1.894,55 manat) 80 faizi 1.355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. eyni zamanda nəzərə alınmalıdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, ərizədə qeyd olunan keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İş materiallarından görünür ki, X4 xx xxxx 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və onun ölümü haqqqında Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə AZ-İ seriyalı 741800 nömrəli şəhadətnamə verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-123/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının imtinası qanunsuz sayılmış və Həsənzadə Rövşən Kamal oğlunun 1985-ci ildən, yəni uşaqlıqdan 2-ci qrup əliliyin müəyyən edilməsi və qanunamüvafiq hərəkətlərin aparılması öhdəliyi AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-259/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-123/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2-1(85)- 123/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Sosiual müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: - (4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; - (4.0.1.5) ailə başçısını itirməyə görə müavinət; Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan («Əmək pensiyaları haqqında» AR Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, 1975-ci il təvəllüdlü hazırkı İddiaçı atası X10 vəfatı ilə əlaqədar 2019-cu ilin noyabr ayından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilmiş və həmin pensiya təyinatının aparılmasından əvvəlki dövrdə ona «Sosial müavinətlər haqqında» AR Qanununun 4-cü maddəsinə uyğun olaraq aylıq sosial müavinət verilmişdir. X1 xx xxxx 2015-ci il tarixdə vəfat etmiş və o, həmin tarixədək mərhum X10 arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçının uşaqlıqdan (1985-ci ildən) əlil olması qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı ilə müəyyən edilmişdir. O, ailə başçısını itirməyə görə əmək pensiyasının anasının vəfatından sonra vaxtdan özünə həmin pensiya təyin olunanadək dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik əmək pensiyası hüququ olan şəxsə ödənilmiş sosial müavinətin məbləği nəzərə alınmaqla pensiyanın hüquq yarandığı vaxtdan təyin olunması (son üç il üzrə dəmə aparılmaqla) qadağa qoymur, qoyulan məhdudiyyət isə, əmək pensiyası almaq hüququ olan şəxsə müvafiq olaraq sosial müavinətin təyin olunmasınadır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuni hesab etmir. Lakin məhkəmə vurğulayır ki, hazırkı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 2015 – 2019-cu illər üzrə ödənilməmiş məbləğini tələb etsə də, bu məsələyə münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin x xxxx 2017-ci il tarixdən qüvvədə olan) tələbləri tətbiq edilməlidir. Yəni, iddiaçı ödənilməmiş pensiya məbləğinin 2016-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan dövrə aid hissəsini tələb edə bilər ki, həmin məbləğ də ona «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməli və bu ödəmədən ona verilmiş sosial müavinət məbləği çıxıılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələbi qismən əsaslıdır. Qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98- 1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” x xxxxxxx 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X13 İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X13 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4283/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4283/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver