Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4284/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı,cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixindən etibarən 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya xx.xx.2022-ci il tarixindən etibarən 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin həmin müraciətinə imtina cavab verilmişdir. İmtina məktubunda qeyd olunur ki, 06 may 1980-ci il tarixli HT-İ № ******* saylı əmək kitabçasında xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışı eyni olduğundan və qeyd olunan məlumatların həqiqiliyə şübhə yaratdığından iş stajına daxil edilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər 'tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, həmin dövrə aid qeydlərin müxtəlif illərdə eyni şəxs tərəfindən, eyni mürəkkəblə yazıla bilər və bu, imtina üçün əsas deyildir. Əlavə olaraq xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər ərzində “X1”nda və xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi dövr də arxiv sənədlərinin olmaması səbəbindən staja daxil edilməmişdir. “X1”nda 1980-1984-cü illərə aid arxiv sənədlərinin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində məhv olması, itməsi, eləcə də 7 №-li Təmir Tikinti Zonalararsı Quraşdırma İdarəsinin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının məsuliyyətində deyildir. Bundan başqa xx.xx.1982-xx.xx.1983-cü il tarixlərində elektrik qaynaqçısı ixtisası üzrə texniki məktəbin tam kursunu bitirmiş, E № 685422 saylı diplomun surətini və xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçməyini təsdiq edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli 153 nömrəli arayışını iddia ərizəsinə əlavə etmişdir. 10 iyun 1988-ci il tarixli HT-İ № ******* saylı əmək kitabçasına əsasən, xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə çalışdığı peşə - 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərin siyahısına daxildir. İddiaçının işlədiyi dövrlər və hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək olan ümumi iş stajı 25 ildən çox təşkil edir və bu bu müddətin 12 il 06 aydan çox hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərin siyahısına daxil olan işlərdə işləmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının olmaması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 6 may 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci tarixləri arasındakı dövrlər ərzində “X1”nda və xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 41- 42-43-44 və 45-ci səhifələrində qeyd olunan xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Adıçəkilən müəsisələrdəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı “X1”nda 1980- 1984-cü illərə aid arxiv sənədlərinin işğal zamanı yandırılaraq məhv edildiyi və 1985-1990-cı illərə aid arxiv sənədlərinin X6 Filialına təhvil verilmədiyi, 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin isə hal-hazırda fəaliyyətdə olmadığı və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəblərdən də həmin dövrlərə dair əmək stajı dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (2 il 7 ay 19 gün (xx.xx.1988-2.11.1988-ci il, xx.xx.1988-16.01,1990-cı il və xx.xx.1990- 26.01,1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı da yoxdur. İş materiallarından da aşkardır ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğu və güzəştli iş stajının olmaması səbəbindən İddiaçı müvafiq pensiyasının təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23829,88 manat təşkil edir.
İİ. İddianın növü və mümkünlüyü
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
Belə ki, iş materiallarına əlavə edilmiş:
AZE seriya ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 25 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının 6 may 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci tarixləri arasındakı dövrlər ərzində “X1”nda və xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 41- 42-43-44 və 45-ci səhifələrində qeyd olunan xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Adıçəkilən müəsisələrdəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı “X1”nda 1980- 1984-cü illərə aid arxiv sənədlərinin işğal zamanı yandırılaraq məhv edildiyi və 1985-1990-cı illərə aid arxiv sənədlərinin X6 Filialına təhvil verilmədiyi, 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin isə hal-hazırda fəaliyyətdə olmadığı və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəblərdən də həmin dövrlərə dair əmək stajınızı dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (2 il 7 ay 19 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.1990- xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı da yoxdur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 153 nömrəli arayışına əsasən, 1965-ci il təvəllüdlü ehtiyatda olan çavuş İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ SQdə müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1980xx.xx.1982-ci ilədək X1nda təmizləyici quruducu sexində fəhlə vəzifəsində işləmiş, xx.xx.1982-ci ildə texniki peşə məktəbinə qəbul olunduğuna görə işdən azad edilmiş, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçıya məxsus HТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Frunze şəhəri Qırğızıstan SSR İp əyirmə kombinatında aparat ip əyirmə sexində 3-cü dərəcəli sap daşıyıcı vəzifəsində işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək N.Nərimanov adına kolxozun briqadasına tərəvəz bağçasında fəhlə işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş, xx.xx.1991-ci ildən xx.xx.2008-ci ilədək 7 nömrəli təmir tikinti zavodunda qaynaqçı peşəsində işləmiş, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, XTİİ-də 4-cü dərəcəli qaynaqçı peşəsində işləmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC tikinti departamentində qaynaqçı vəzifəsinə qəbul olunmuş və hal-hazırda iş fəaliyyətini davam etdirir. Б 685422 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 13 iyul 1983-cü ildə elektriq qaynaqçısı peşəsi üzrə texniki məktəbini tam kursunu bitirmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı mərkəzi filialı müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 07 iyun 2022-ci il tarixli arayışına əsasən , İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən "xxxx" QSC-nin Xüsusi Tamamlama İşləri İdarəsində qaynaqçı peşəsində işləmiş, xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X4 4cü dərəcəli qaynaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixindən "xxxx" QSC-nin Tunel Qurğuları xidmətinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixindən Tikinti Departamentinin Xüsusi X3 4-cü dərəcəli elektrik qaynaqçısı (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləyir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12№-li qərara uyğun olaraq həmin siyahının 35( Ümumi peşələr) bölməsinin qaynaqçılar qrafasına uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malik sayılır və onun güzəştli şərtlərə görə əmək stajı 09 il 01 ay 22 gün (doqquz il bir ay iyirmi iki gün) təşkil edir.Qeyd: "xxxx" QSC-nin Tikinti Departamentinin tikinti sahələrində avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynağı) əl üsulu ilə aparılır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkiii yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, **********943400 nömrəli cavab məktubu ilə, X5 Zavodunun vergi uçotunda olması barədə məlumatın mövcud olmadığı bildirilmiş, əlavə olaraq oxşar sahədə fəaliyyət göstərən hüquqi şəxslər barədə hazırlanmış məlumat təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
5. Azərbaycan Respublikasının Konstitusiyasının
- 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 21.2. sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). - 9.1. axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.
7. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırki mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən müraciətinə imtina edilməsinin səbəbi kimi 3 hal qeyd edilmişdir ki, onlardan birinci hal əmək kitabçasında olan məlumatların həqiqiliyi şübhə doğurmuş, 41-45-ci səhifələrdə müxtəlif illərdə olan qeydlərin mürəkkəbinin rəngi və sözlərinin yazılışı eyni olmuş, ikinci hal “X1”nda iddiaçının işlədiyi dövrə aid arxiv sənədləri Füzuli filiala təhvil verilməməsi və 7 nömrəli Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin fəaliyyətinin olmadığı və arxiv sənədlərinin dövlət arxivinə təhvil verməməsi, digər hal isə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqanın imtinasının qanuni olub-olmaması araşdırılmış və iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verdiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur, xx.xx.2006-cı il tarixə kimi onun ümumi iş stajı təhsil və hərbi xidmət dövrüdə nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (qaynaqçı) pensiya hüququ verən iş stajı isə 12 il 6 aydan çox, 17 il 10 ay 5 gün olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göründüyü kimi iddiaçının təqdim etdiyi əmək kitabçaları cavabdeh inzibati orqan tərəfindən həqiqiliyi şübhə doğursa da,əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olması sübuta yetirilməmişdir. Cavabdehin imtinada göstərdiyi digər hal, yəni arxiv sənədlərinin arxiv filialında olmaması bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan vətəndaşların xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Arxiv arayışı o zaman tələb edilə bilər ki, maraqlı şəxsin iş stajını təsdiq edən hər hansı sübutu olmadıqda. Hazır ki mübahisə ilə bağlı iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Bundan əlavə məhkəmə araşdırma nəticəsində iddiaçının qaynaqçı peşəsində işlədiyi müəssisəyə və oxşar müəssisələrə sorğular göndərilsə də, arxiv arayışlarının əldə edilməsi mümkün olmamışdır. Hazırki vəziyyətdə arxiv arayışlarının olmaması səbəbindən iddiaçının müraciətinə imtina edilməsi, onun Konstitusiya ilə təsbit edilmiş sosial təminat hüququndan məhrum edilməsi kimi qiymətləndirilməlidir. Əlavə olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir. Cavabdehin imtinasını əsaslandıran digər hal ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Halbuki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanununun qüvvəyə mindiyi günədək tam əmək stajına (25 il ümumi və 12 il 06 ay güzəştli ) malik olduğundan ona əmək pensiyası yaşa görə və staja görə sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində təsbit edilmiş müddəasına görə isə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının müəyyən məbləğdə mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixindən etibarən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova