Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4285/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun əmək kitabçasına və hərbi biletinə əsasən 2006-cı il tarixinədək əmək stajı və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü daxil olmaqla, cəmi 25 il 4 ay ümumi stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ yarandığı üçün 2 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə baxıldıqdan sonra cavabdeh tərəfindən ona sığorta stajının araşdırılması haqqında xx.xx.2021-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda bildirilmişdir ki, onun təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X2” ATSC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, sözügedən araşdırmanın nəticəsindən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən 23 noyabr 2021-ci il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, onun xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda onun əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla, sığorta stajı 15 il 8 ay 21 gün təşkil edir. Həmçinin imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyi “X2” ATSC-nin arxiv arayışları - əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X2” ATSC-də işlədiyi əmək kitabçasında müvafiq olaraq qeyd olunmuş, bununla da təsdiq olunmuşdur. Cavabdehin imtina məktubunda qeyd etdiyi, həmin dövrlərdə işləməsi ilə bağlı arxiv sənədlərinin saxlanılması məsələsində isə birbaşa cavabdeh məsuliyyət daşıyır. Onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X2 ATSC-də işləməsi əmək kitabçamda qeyd olunmuş və müəssisə tərəfdən təsdiq olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X2” ATSC- də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icıa hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü dövrünüz, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 15 il 8 ay 21 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 8 ay 21 gün sığorta stajına uyğun olaraq 11.934,01 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci tarixinədək “X4” ATSC-də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron rayon xidmət nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçanızda qeyd olunan “X4” ATSC-nin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara nəzərə alaraq bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Siz xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğunuz üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2001-ci il tarixdə D-3173 nömrə ilə dövlət qeydiyyatına alınması, hüquqi ünvanının AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə olması barədə məlumat mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyət "xxxx" X7 Cəmiyyətinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X4” ATSC-nin arxiv sənədləri Azərbayan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X4” ATSC-nin arxiv sənədləri saxlanılması üçün Abşeron Rayon Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi və fəaliyyətinə dair məlumatların təqdim olunması barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 372 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrotexservis” Respublika İstehsalat Birliyinin tabeliyində olmuş İxtisaslaşdırılmış nəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına müraciət etməyiniz məqsədəuyğun hesab olunur. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı işə qəbul olunanadək əmək stajı olmamışdır, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1978-ci ildə “AzərNəqliyyat X1”nda 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1978-ci ildə “Azər Nəqliyyat X1” r/o-nun Azərbaycan SSR X1 Dövlət Komitəsi şəklində yenidən yaradılması ilə əlaqədar Bakı MXTP-yə sürücü qəbul edilmiş, “Azər Nəqliyyat X1”nın Bakı MXTP-nin adı xx.xx.1983-c ü il tarixli əmrlə dəyişdirilərək Azərbaycan SSR Dövlət X1 İAN Birliyinin Baş nəqliyyat müəssisəsi olmuş, Azərbaycan SSR X6 Komitəsinin xx.xx.1978-ci il tarixli, 466 nömrəli əmrinə əsasən ləğv olunan Azərbaycan SSR Dövlət X1 Komitəsinin İAN Birliyinin Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan SSR X6 Komitəsinin Respublika İAN Birliyinin Bakı Nəqliyyat Müəssisəsi olmuş, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1991-ci il tarixli, 607 nömrəli əmrinə əsasən Azərbaycan SSR X6 Komitəsinin Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Meyvə-tərəvəz nəqliyyat” İİANB olmuş, xx.xx.1991-ci ildə “Meyvə-tərəvəz nəqliyyat” İİANB sərəncamına köçürülmüş, xx.xx.1991-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Meyvə-tərəvəz nəqliyyat” İİANB köçürülmə yolu ilə Ceyranbatan a/dəs 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1992-ci ildə İİANB-nin ləğv edilməsi ilə əlaqədar olaraq İİANB-ni Abşeron İNM-nin Ceyranbatan a/dəs köçürülmə yolu ilə 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2001-ci ildə Abşeron İNM-nin bazası əsasında "xxxx" ATSC yaradıldığı üçün həmin müəssisəyə sürücü köçürülmüş, xx.xx.2001-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1974-cü ildə həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1978-ci ildə “AzərNəqliyyatKəndTəsərrüfatıTexnikası”nda 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1978-ci ildə “Azər Nəqliyyat X1” r/o-nun Azərbaycan SSR X1 Dövlət Komitəsi şəklində yenidən yaradılması ilə əlaqədar Bakı MXTP-yə sürücü qəbul edilmiş, xx.xx.1991-ci ildə “Meyvə-tərəvəz nəqliyyat” İİANB sərəncamına köçürülmüş, xx.xx.1991ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Meyvə-tərəvəz nəqliyyat” İİANB köçürülmə yolu ilə Ceyranbatan a/dəs 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1992-ci ildə İİANB-nin ləğv edilməsi ilə əlaqədar olaraq İİANB-ni Abşeron İNM-nin Ceyranbatan a/dəs köçürülmə yolu ilə 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2001-ci ildə Abşeron İNM-nin bazası əsasında "xxxx" ATSC yaradıldığı üçün həmin müəssisəyə sürücü köçürülmüş, xx.xx.2001-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. Beləliklə, hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçı ümumilikdə 25 il 02 ay 02 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci tarixinədək işlədiyi “X4” ATSC-nin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Bundan başqa, Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2001-ci il tarixdə D-3173 nömrə ilə dövlət qeydiyyatına alınması, hüquqi ünvanının AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə olması barədə məlumat mövcuddur, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyət "xxxx" X7 Cəmiyyətinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. Eyni zamanda Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 372 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrotexservis” Respublika İstehsalat Birliyinin tabeliyində olmuş İxtisaslaşdırılmış nəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007ci il tarixində tam başa çatdırılmışdır, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. İddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4285/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4285/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver