Məhkəmə qərarları › İş №2-1(112)-4287/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4287/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4287/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli 12/24 saylı Sərəncam ilə İddiaçı Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü 12/24 saylı ta Sərəncam ilə İddiaçı Binəqəi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi istifadəsinə verilməsi üçün sərəncam verilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə müraciətinə şifahi olaraq kadastrın olmaması qeyd olunmuş və rəsmi müraciətə cavab gəlmədiyi üçün məhkəməyə müraciət edir. Müraciət etməsinə dair poçt qəbzinin surətini iddia ərizəsinə əlavə edir. İddia ərizəsinə əlavə olunan 08 yanvar 2004-cü il tarixli 12/24 saylı sərəncamdan göründüyü kimi İddiaçı oğluna 600 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ayrılmışdır. Azəriqaza ünvanlana sorğunun cavabı olaraq ərazinin SOCAR-ın hüdudları daxilində yerləşdiyini Bundan əlavə 0.10 metr məsafə aralığında BRQİD-yə məxsus 76 və 108 mm diametirlik aşağı təziqli yerüstü qaz xətti keçməsi qeyd olunmuşdur. Torpaq sahəsinin SOCAR-ın hüdudları daxilində yerləşməsinə münasibət olataq Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixdə qüvvəsin alan iş № 2-1(112)-4544/2021 saylı qərardadının surətini iddia ərizəsinə əlavə edir. Bakı İnzibati Məhkəməsinin hakimi Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə iddiaçı Binəqədi OYL Kompani şirkətinin cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsivə üçüncü şəxslər İddiaçı və X2 qarşı sərəncamın etibarsız sayılması barədə iddia tələbinə baxaraq mümkünsüz hesab etmişdir. Bu qərardad bir daha sübut edir ki, qeyd olunan ərazi bələdiyyənin mülkiyyətindədir və qanuni əsaslarla iddiaçıya torpaq sahəsi ayırmış və iddiaçı həmin torpaq sahəsəsini və üzərində tikilən yaşayış evini alqı satqı yolu ilə 28000 (iyirmi səkkiz min) manata satmışdır. Bundan başqa ona etibarnamə verməklə müvafiq orqanlarda onu təmsil etmək üçün etibarnamə vermişdir. İddiaçıdan alınan torpaq sahəsinin daşınmaz əmlakda qeydiyyatdan keçməmə səbəblərindən biri də torpaq sahəsinə dair kadastrın olmamasıdır. 13 iyul 2023-cü il tarixli Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin cavab məktubundan göründüyü kimi Binəqədi qəsəbəsi Bələdiyyəsinin fəaliyyəti dövründə verilmiş qərar və sərəncamların Milli Arxiv idarəsinə verilməkdə olması və bununla bağlı X6 müraciət olunması qeyd olunmuşdur. Dövlət Arxiv İdarəsinin Bakı Filialının 13 iyun 2023-cü il tarixli cavab məktundan göründüyü kimi xx.xx.2004-cü il tarixli 12/24 saylı qərarı Dövlət Arxivinin Bakı fıliyalına təhvil verilməməsi qeyd olunmuşdur. İddia tələbinə əlavə olunan alqı-satqı müqaviləsindən göründüyü kimi Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə torpaq sahəsi iddiaçıya satılmışdır. İddia ərizəsinə torpaq sahəsinin ayrılmasına dair yerləşmə sxemi əlavə edilmişdir. İşə əlavə olunan sənədlərdən göründüyü kimi Abşeron Rayonu Novxanlı Bələdiyyəsi Şurasının 30 noyabr 2006-cı il tarixli, 14 saylı protokolun qərarı əsasında ona bələdiyyənin inzibati ərazisi olan bağlar massivindən 0.10 hektar torpaq sahəsi ayrılmış özünə satılmış və qəbz də həmin müddətə təsafüf edir. Yəni sənədləşmə və rüsum qanuni əsaslarla 2007-ci ildən əvvələ təsadüf edir. Əsas olaraq “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəy alınmamış, torpaq sahəsinin normativ qiyməti barədə sənəd verilməmiş və ölçü sənədi hazırlanmamış, alıq-satqı aktı qanunvericiliklə müəyyən edilməmiş qaydadan kənar hazırlanması qeyd olunmuşdur. Bundan başqa 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin uyğun olub olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatı torpaqlara aid edildiyi aşkar olunması qeyd olunmuşdur.

3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.

6. İddiaçıya və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın geri götürülmüş sayılması

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.

10. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmamış, beləliklə iddiaçının şəxsiyyəti müəyyən edilə bilinməmişdir.

11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

12. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

18. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar