Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4288/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon X2 xx.xx.2007-ci il tarixli 254 saylı sərəncamı ilə İddiaçı2 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılan 200 kv.metr torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Binəqədi Rayon X2 xx.xx.2007-ci il tarixli 254 saylı sərəncamı ilə İddiaçı2 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 200 kv. metr torpaq sahəsi adına və istifadəsinə verilməsi üçün sərəncam verilmişdir. İddiaçının torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ********** saylı müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin alqı-satqısına dair keçmiş Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Qarşı tərəfin cavab məktubu imtina kimi qəbul edilməli və hüquqlarının müdafiə imkanları məhkəmə tərəfindən məhdudlaşdırılmamalıdır. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi iddiaçı 1 saylı Bak Ərazi İdarəsinə rəmi müraciət ünvanlamışdır. Hal hazırki müddətə qədər cavab gəlmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinə əlavə olunan 14 mart 2007-ci il tarixli 254 saylı sərəncamdan göründüyü kimi İddiaçı2 200 kv. metr torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ayrılmışdır. “Azəriqaz”a ünvanlanan sorğunun cavabı olaraq ərazinin SOCAR-ın hüdudları daxilində yerləşdiyini, bundan əlavə 0.10 metr məsafə aralığında BRQİD-yə məxsus 76 və 108 mm diametirlik aşağı təziqli yerüstü qaz xətti keçməsi qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsi iddiaçı “X10” şirkətinin cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsi və üçüncü şəxslər X6 və X3 qarşı sərəncamın etibarsız sayılması barədə iddia tələbinə baxaraq mümkünsüz hesab etmişdir. Bu qərardad bir daha sübut edir ki, qeyd olunan ərazi bələdiyyənin mülkiyyətindədir və qanuni əsaslarla iddiaçıya torpaq sahəsi ayırmış və iddiaçı həmin torpaq sahəsi və üzərində tikilən yaşayış evini alqı satqı yolu ilə 28000 (iyirrmi səkkiz min) manata satmışdır. Bundan başqa ona etibarnamə verməklə müvafiq orqanlarda onu təmsil etmək üçün etibarnamə vermişdir. İddiaçıdan alınan torpaq sahəsinin daşınmaz əmlakda qeydiyyatdan keçməmə səbəblərindən biri də torpaq sahəsinə dair kadastrın olmamasıdır. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Binəqədi rayon X2 xx.xx.2007ci il tarixli, 254 saylı Sərəncamı ilə İddiaçı2 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılan 200 kv. m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş “Torpaqların alqısatqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və göstərilən sahə dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Əlavə olaraq, göstərilən sahənin 128 kv. m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sahənin yerləşmə mövqeyi o cümlədən perimetrik ölçü və konfiqurasiya faktiki sahə ilə tamamilə uyğunsuzluq təşkil edir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sərəncam üzrə 200 kv. m, yerləşmə cizgisi üzrə 400 kv. m göstərilib, faktiki olaraq isə 222 kv. m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X2 iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçılar məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan məhkəmənin müvafiq sorğularına əsasən: Bakı şəhəri Binəqədi rayonu X2 29 yanvar 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı2 adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 254 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhər sakini vətəndaş X5 08 fevral 2007-cı il tarixli 1993 saylı qərarla fərdi ev tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 200 kv. metr torpaq sahəsini Bakı şəhər sakini İddiaçı2 adına verilməsini ərizə ilə X1 xahiş etmişdir. X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200 kv. metr torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının Bakı şəhər sakini İddiaçı2 adına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3-16-9/2- 3105-3-24/2024 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X2 xx.xx.2007-ci il tarixli 254 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir k, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ (torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar İdarəyə müraciət edilib-edilməməsi, müraciət edidlibsə bununla bağlı rəyin verilib-verilməməsi) ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********96 №li məktubu ilə mübahisəli torpaq sahəsinin faktiki vəziyyətə uyğun koordinatları, texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və İdarəyə müraciət əsasında ünvanlanmış cavab məktubu məhkəməyə təqdim olunmuşdur. SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 14-2/2-1782/2024 №li 17 aprel 2024cü il tarixli məktubda göstərilmişdir ki, həmin (DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mübahisəli torpağa dair) koordinatlarda torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil oluğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericliyin aşağıda göstərilən (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu və s.) tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olumuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 151423 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İddiaçılardan İddiaçı2 hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli **********53 xaricolma nömrəli məktubda İddiaçı2 bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar qismində hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyə qərarı (sərəncamı) ilə İddiaçı2 ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürmüşlər. İPM. Maddə 46. İddia ərizəsinin məzmunu. 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 4 7 . Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ. Bənd. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar tərəfindən irəli sürülmüş tələb qeyrimüəyyəndir. Belə ki, iddiaçılar tərəfindən mübahisəli torpaq sahəsinin hansı (mülkiyyət, istifadə və ya icarə) hüquqla və onlardan hansının adına qeydiyyata alınmalı olduğu iddia ərizəsinin tələb hissəsində göstərilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişləri ilə tərəflərə hüquq və vəzifələri izah olunsa da, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlmədikləi barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçılardan İddiaçı1 birgə iddiaçı kimi hazırki iddianın irəli sürülməsində nə kimi subyektiv hüquqa malik olması barədə məhkəməyə heç bir məlumat verməmiş və iddiada yol verilmiş formal xətaları aradan qaldırmamışlar ki, qeyd olunan hallar da iddiaya hazırki formada baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM: Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə 85. Şikayətin verilməsinə dair tələblər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçılara izah olunur ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4288/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4288/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver