Məhkəmə qərarları › İş №2-1(112)-4289/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4289/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4289/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı cavabdehin üzərinə ona təyin edilmiş ümumi xəstəliklə əlaqədar İİ qrup əlilliyin İİ qrup müharibə əlili kimi təyin edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Saatlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən mərmi partlaması nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 1647 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilir ki, o, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində bir ədəd, alnının sağ yarısında bir ədəd, sağ baldırın yuxarı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir “Hərbi Travmadı, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Bununla bağlı barəsində olan Forma 88 cavabdeh təşkilata göndərilmiş xx xxxxxx 2019-cu il tarixdə imtina edilmiş, imtinanın səbəbi kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Diaqnozu təsdiq edən koməkçi diaqnostik müayinələr və stasionar müalicələr qeyd edilməmişdir. Mübahisəsiz surətdə təsdiq olunur ki, o, X1 veteranıdır. Döyüş zonasında xidmət keçərkən xəsarət almışdır. Almış olduğu xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Almış olduğu xəsarətlərdən hal-hazırda da, əziyyət çəkir. Rahat yata bilmir. O, 2010-cu ildən ümumi xəstəliklə əlaqədar İİ qrup əlildir. Məcburetmə haqqında iddianın verilməsi ona təyin olunmuş ümumi xəstəliklə İİ qrup əlilliyin İİ qrup müharibə əlili kimi verilməsi üçün zəruridir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən **********6 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubu ilə imtina edilmişdir. İddiaçı tərəfindən cavabdehin imtinasını aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilməmişdir. İmtina xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə müraciət etməmiş, həmin orqan tərəfindən yeni tarixli imtina almamış mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, cavabdehin hansı hərəkətləri ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar