Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4290/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı1 (yaşayış yeri: Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi, döngə 3, ev 9) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov r-nu, Ə.Əliyev küçəsi, 13) qarşı «fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinin məhruma məxsus olmasına dair arayışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Ağayeva (Qafarova) Zemfira Dadaş qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinin məhruma məxsus olmasına dair arayışın və həmin əmlakların üzərində mərhumun hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçılar cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə “fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinin məhruma məxsus olmasına dair arayışın və həmin əmlakların üzərində mərhumun hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi” ilə əlaqədar müraciət ünvanlamışlar. Lakin bu günədək müraciətə cavab verilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz sayılır. Belə ki, Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarına əsasən mərhum (iddiaçılardan birinin atası, digərinin əri) X5 fərdi yaşayış evinin tikintisi üşün Bakı şəhəri, Zirə qəsəbəsi, 2203-cü keçid, ümumi sahəsi 408 kv.m olan 8 saylı torpaq sahəsi ayrılmışdır. Əmlakın hazırkı ünvanı Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, döngə 3, ev 9-dur. xx xxxxxx 1963-cü il tarixdə 68 saylı icazə əsasında isə, fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmiş və həmin il orada təsdiqlənmiş layihə üzrə fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olunmuş layihəyə əsasən evin və torpaq sahəsinin sxemi dəqiq təqdim olunmuşdur. Torpaq sahəsinin öölçüləri “21,5 m x 19 m” kimidir. Bu ölçüçlər də torpaq sahəsinin faktiki göstəriciləri ilə üst-üstə düşür. x xxxxxxxx 1966-cı il tarixdə Dadaş Qafarov iddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. O, xx xxxxxxxx 1987-ci il tarixdə vəfat etmişdir. Ona məxsus torpaq sahəsi və evə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu isə, hazırkı iddiaçıların öz hüquqlarını həyata keçirməsində məhdudiyyətlər yaradır. İddiaçılar ailələri iıə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Ailə 5 nəfərdən ibarət olmuşdur: ata, ana, iki qız və bir oğlan övladları. Dadaş Qafarovun vəfatından sonra müvafiq ərizə əsasında Bakı şəhəri 33 saylı Dövlət Notariat Kontorunda vərəsələrin dairəsi müəyyən olunmaqla vərəsəlik işi açılmışdır. İddiaçı qanuni vərəsə kimi tanınmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 9.2, 22-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, İPM-in 14, 33, 39-cu maddələrinə əsaslanaraq, ünvan 1 ünvanda yerləşən 408 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin məhrum X5 məxsus olmasına dair arayışın və həmin əmlakların üzərində mərhumun hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına uyğun olaraq cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı1 və Qafarova (Ağayeva) Zemfira Dadaş qızının iddiası etirazla qarşılanır. İddiaçı1 müvafiq məsələ ilə bağlı İdarəyə x xxxx 2017-ci il tarixli ərizəsi daxil olmuşdur. Qeyd olunan ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evinə dair sənədlər toplusu əlavə edilməmişdir. Mərhuma məxsus daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu, torpaq sahəsinin yerləşmə cizgisi, qərarın əsli və ya onun arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa, aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx xxxx 1962-ci il tarixli Əzizbəyov rayon ZDS İKnın 35 nömrəli qərarında torpaq sahəsi 408 kv.m göstərilmiş, faktiki olaraq isə, hasar daxilində olan torpaq sahəsi 900 kv.m təşkil edir və ümumi torpaq sahəsində inşa edilmiş əlavə tikililərlə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bununla bağlı İddiaçı1 x xxxxx 2017-ci il tarixli məktub ünvanlanmışdır. Qafarova (Ağayeva) Zemfira Dadaş qızının sözügedən məsələ ilə bağlı müraciəti isə, İdarəyə xx xxxxxxxx 2017-ci il tarixdə daxil olmuşdur. Belə ki, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi, ev 9 ünvanında yerləşən torpaq sahəsinə və yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əsli təqdim edilməmişdir. Bundan başqa vətəndaşa İdarəyə notarius tərəfindən verilmiş məktubda qeyd olunan vərəsənin müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə Qafarova (Ağayeva) Zemfira Dadaş qızına xx xxxxxx 2017-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinə, İPM-in 38.2, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia “fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi üzərində mərhumun hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” hissəsində və iddaçı Ağayeva (Qafarova) Zemfira Dadaş qızına münasibətdə mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə İddiaçı1 və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon ZDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Zirə qəsəbəssi, Ordubadsi küçəsi, 22 ünvanındfa yaşayan X3 Bakı Şəhər Sovetinin qərarı ilə ayrılmış /massiv/ 2203 № keçid 8-ci nömrəli 408 kv.m torpaq sahəsi təhkim edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsi İnşaat və Memarlıq işləri şöbəsi tərəfindən X5 ona Bakı şəhəri Əzizbəyov Rayon ZDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarı ilə Zirə qəsəbəsində 2203 keçiddə ayrılmış 8 nömrəli torpaq sahəsində fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına icazə veilmişdir. İş materiallarında olan Bakı şəhəri 33 saylı Dövlət Notariat Kontorunun DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubunda aşağıdakılar bildirilmişdir: - X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 33 saylı DNK-ya müraciət daxil olmuşdur. X4 xx xxxxxxxx 1987-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx xxxxx 2017-ci il tarixli ərizəsi əsasında mərhumun arvadı İddiaçı1 vərəsə olması barədə Sizə məlumat verilir. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərlə Bakı şəhəri, Zirə qəsəbəsi, 2203 keçiddə 408 kv.m ölçüdə 8 nömrəli torpaq sahəsinin mərhum X5 məxsus olması, eləcə də həmin sahədə fərdi yaşayış evinin tikintisi üçün ona icazə verilməsi öz təsdiqini tapır və bu sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübur təqdim olunmaadığından, onlar mötəbər sayılır. Digər tərəfdən İddiaçı1 da mərhumun vərəsəsi olması həm işdə olan sənədlərlə müəyyən edilir, həm də işin mübahisə olunmayan hallarına daxildir. Nəzərə alınmalıdır ki, iddiaçının əri X6 1987-ci ildə vəfat etsə də, həmin vaxtdan sonra qüvvəyə minmiş müvafiq qanunvericilik norması fərdi yaşayılş evinin tikintisi üçün ayrılmış qanuni istifadədə olan torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində 2013-cü ilədək inşa olunmuş müvafiq tikililəri mülkiyyət kimi qəbul edir. Məhkəmə cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillərə (məhkəməyə bildirdiyi) də toxunaraq vurğilayır ki, iddiaçı mərhuma məxsus 900 kv.m torpaq sahəsinə yox, 408 kv.m ölçüdə torpaq sahəsinə dair arayışı istəyir və onun təqdim etdiyi sənədlər (icazə və qərar) elə torpaq sahəsi üzərində tikili ilə bağlıdır. Odur ki, cavabdehin imtina ilə əlaqədar dəlilləri formal xarakterli qiymətləndirilir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia “öhdəliyinin icrası haqqında” iddiaya aid olduğundan, işdə iddia müddətinin tətbiqi yolverilən deyil. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və vərəsə kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı1 ünvan 1 ünvanda yerləşən 408 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin məhrum əri X5 məxsus olmasına dair arayışın veilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saykı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanda yerləşən 408 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin məhrum əri X5 məxsus olmasına dair arayışın veilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4290/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4290/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver