Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4292/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1rşı “Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsaslandırılmış cavabın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının 35 ildən çox istifadəsində olan qarajının üzərində olduğu və 20 il qabaq Pirallahı Bələdiyyəsinin balansına verilmiş 120 kv.m. torpaq sahəsindən istifadəsilə əlaqədar Pirallahı Bələdiyyəsi tərəfindən yol verilən qanunsuzluqlara son qoyulması barədə cavabdeh kimi Azərbaycan Respublikasının Ədliyyə X2 Mərkəzinə göndərdiyi ərizə ilə bağlı ona göndərilən imtinanın qanunsuz hesab edilməsi və qanunla əsaslandırılmış cavabının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona təqdim olunan xəbərnaməyə əsasən 17.09.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə X2 Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İPM-nin 2.2-ci və 2.2.3-cü maddələrinin tələblərinə əsasən cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ünvan 2 ünvanında olan binanın birinci mərtəbəsində yaşayıram. Yaşadığı mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə yerləşən 120 kv.m-lik torpaq sahəsinin üzərində üstündə həmin ölçüdə tikilən qarajdan hələ SSRİ-nin vaxtından, yəni 35 ildən çoxdur ki, qaraj kimi istifadə edir. 2012-ci ildə İcra Hakimiyyəti tərəfindən onun xəbəri olmadan qarajı sökülərək, yerində ticarət obyekti tikilmişdir. Uzun müddətli yazışmalardan sonra Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı həmin tikilinin əvəzinə başqa yerdə torpaq sahəsi təklif edilmişdir. Qarajın yerləşdiyi torpaq sahəsinin Bələdiyyə torpağı olduğu üçün, 09.07.2021-ci il tarixində Bakı şəhəri Pirallahı Bələdiyyəsinin sədrinə ərizə ilə müraciət edərək 35 ildən çox istifadəsində olan torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsini təmin etməkdə köməklik edilməsini xahiş etmişdir. Bələdiyyənin 03.08.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsi, guya Pirallahı Bələdiyyənin balansında deyildir. Lakin işin faktiki hallan ilə təsdiq olunur ki, həmin torpaq sahəsi İcra Hakimiyyətinin deyil, Bələdiyyənin balansındadır. Çiinki həmin torpaq sahəsinin ətrafənda olan torpaq sahələri olan vətəndaşlar məhz Bələdiyyəyə torpaq vergisi verirlər... Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xhiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı tərəfindən Pirallahı Bələdiyyəsinə ünvanlanan 09 iyul 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı 35 ildən çox istifadəsində olan qarajının üzərinfdə olduğu bələdiyyə torpağının adına sənədləşdirilməsini xahiş etmişdir. -Pirallahı Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, torpağın iddiaçının adına rəsmiləşdirilməsi barədə iddiaçının müraciətinə baxılaraq Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahgədə yerləşən torpaq sahəsinin pirallahı Bələdiyyəsinin balansında olmadığı, bu səbəbdən də sözügedən torpaq sahəsinin qanunvericilik çərçivəsində iddiaçının adına rəsmiləşdirilməsinin Pirallahı Bələdiyyəsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan növbəti 14 oktyabr 2021-ci il tarixli, 09/Ş-2015 saylı imtina məktubdan görünür ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: Pirallahı bələdiyyəsindən təqdim edilmiş arayışda müraciətinizlə bağlı bələdiyyəyə dəvət olunduğunuz, sözügedən torpaq sahəsi ilə bağlı tərəfinizdən hər hansı sənəd təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı Sizə əlavə məlumat veriləcəyi bildirilmişdir. İzah edilir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-ci il tarixli Fərmanının 1-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdilər. Hazırkı iddia tələbi üzrə iddiaçı 17.09.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə X2 Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1.-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənun 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Həmin Əsasnamənin 16-cı bəndinə əsasəna yrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə, torpaq sahəsinin icarə hüququ əsasında ayrılmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana qeyd olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən icarə müqaviləsi, yaxud müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ətraflı araşdırılaraq, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə iddiaçının müraciətinə baxmış və bu barədə əsaslandırılmış cavab artıq vermişdir. Lakin iddiaçı cavabdeh inzibati orqanın ona verdiyi cavabdan qane olmadığı üçün məhkəməyə belə bir tələblə müraciət etmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4292/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4292/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver