Məhkəmə qərarları › İş №2-1(112)-4295/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4295/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4295/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budad oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X15 olmaqla) üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X15 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 aprel 1974-cü il təvəllüdlü X2 və oğlu 16 noyabr 1994-cü il təvəllüdlü X9 paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən 101 saylı evdən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bildirirlər ki, ünvan 3 saylı ev onların, yəni İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərindədir. Qeyd olunan evin 3/2 hissəsi vərəsəlik və bağışlama müqaviləsi əsasında İddiaçı1, 3/1 hissəsi isə algı-satqı yolu ilə İddiaçı2 keçmişdir. Mülkiyyətlərində olan mənzilin yerləşdiyi ünvanda 2002-ci il tarixdə paylı mülkiyyət hüququ əsasında özünə məxsus olan mənzilini alqı-satqı yolu ilə özgəninkiləşdirmiş, 24 aprel 1974-cü il təvəllüdlü X3 və oğlu, 16 noyabr 1994-cü il təvəllüdlü X15 həmin vaxtanda daimi yaşamaq üçün başqa ünvana köçüb getsələr də, onların mülkiyyətlərində olan ünvanda qeydiyyatda qalmışlar. Muradova İlhamənin mənzilini algı-satqı yolu ilə alan şəxs mənzili alandan sonra ünvanını dəyişdirdiyindən Muradova İlhamənin və oğlunun qeydiyyatı iddiaçıların ünvanda gedir. Mülkiyyətlərində olan evə hər hansı əmlak və əşya hüququna heç vaxt malik olmamış, hal-hazırda da malik olmayan X3 və onun oğlu MuradovTural Ülvi oğlu 2002-ci ildən qeyd olunan ünvandan köçüb getmişlər. Onlarda olan məlumata görə onlar Türkiyə Respublikasına köçmüşlər və orada yaşayırlar. Cavabdehlərin onların mülkiyyətlərində olan mənzilin yerləşdiyi ünvanda qeydiyyatda olmaları iddiaçıların konstitusion hüquqlarının normal həyata keçirmələrinə maneçilik törətməklə yanaşı, pasport rejimi qaydalarını da pozur. Odur ki, qeyd olunan şəxslərin iddiaçıların ünvandan pasport qeydiyyatından çıxarılmalarının təmin olunması üçün aidiyyəti üzrə Bakı şəhəri,Yasamal rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin Yasamal rayon Polis İdarəsi formal mülahizələri əsas gətirərək onların müraciəti təmin etməkdən imtina etmişdir. Yasamal RPİ-nin iddiaçıların müraciətlərini təmin etməkdən imtina etməsini əsasız və qanunsuz hesab edirlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan şifahi dinləmələr keçirmədən baxılmasına etirazı olmadığını bildirmiş, digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəfindən üçüncü şəxslərə ünvanlanan məhkəmə bildirişlər geri qayıtmış, poçt zərfində "bu ünvanda yaşamır” qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissədə paylı mülkiyyət üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017ci il tarixdə İddiaçı2 adına, 2/3 hissədə paylı mülkiyyət üzrə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə reyestr kitabının 10058-ci vərəqində 111 saylı nömrə ilə 15 mart 2018-ci il tarixdə qeydiyyata alınmışdır. -06 iyul 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X13 1/3 hissə paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı2 satmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.1997-ci il təvəllüdlü X7, xx.xx.1929-cu il təvəllüdlü XXX Azər Hüseynbala oğlu, xx.xx.1935-ci il təvəllüdlü X5, xx.xx.1975-ci il təvəllüdlü X14, xx.xx.1974-cü il təvəllüdlü X3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 091-4608kol-3221 saylı imtina məktubundan görünür ki, iddiaçıların üçüncü şəxslərin onlara məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətlərinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə istinad olunaraq, şəxsin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı, iddiaçıların mülkiyyətində olan Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 101 ünvanından X1 və X9 qeydiyyatdan çıxarılmaları ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən cavabdehdən sorğu əsasında üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 091-12537-1221 saylı məktubla məhkəmə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X3, xx.xx.2015-ci ildən, xx.xx.1994-cü il təvəllüdlü X15 isə xx.xx.2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Qeydiyyata alınma barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunmasının imkan xaricində olması bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 ilə İddiaçı2 paylı mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətlərindədir. 24 aprel 1974-cü il təvəllüdlü X3 və oğlu, 16 noyabr 1994-cü il təvəllüdlü X15 qeyd olunan mənzilə iddiaçıların mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçüb getsələr də, onların mülkiyyətlərində olan ünvanda qeydiyyatda qalmışlar. İddiaçıigu üçüncü şəxslərin onlara məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edirlər ki, bu da həmin şəxslərin qeyd olunan mənzildə yaşamamaları, qeydiyyatlarının formal olması ilə əsaslandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X6, X15 iddiaçıya məxsus mənzildə yaşamadıqları halda iddiaçılara məxsus mənzilə pasport qediyyatına alınmışlar. Üçüncü şəxslər X6, X15 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, onların qeyd edilən mənzilə istifadə hüquqları olmadığından və qeydiyyatları formal xarakter daşıdığından iddiaçının həmin şəxslərin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən 101 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanından X3, X9 qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar