Məhkəmə qərarları › İş №2-1(112)-4295/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4295/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4295/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X11, X8, X21, X19, X15, İddiaçı və X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə “üçüncü şəxslər X11, X8, X16 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Daş karxanası küçəsi, 551 saylı ev xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. O xx.xx.2024-cü il tarixdə Asan Xidmətdən arayış alarkən fərdi yaşayış evində digər şəxslərində bu evdə qeydiyyatda olmasından agah olmuş və qeyd etmək istəyir ki, mübahisələndirilən fərdi yaşayış evində ərizədə qeyd etdiyi şəxslər yaşamamışlar və onların qeydiyyatı formal xarakter daşıyır və buda onun mülkiyyət üzərində hüquqlarını həyata keçirməyə problem yaradır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov rayonu, Daş karxanası küçəsi, 551 saylı evdə hal-hazırda o ailəsi ilə həmin evdə yaşayır. Lakin sonra ona məlum olmuşdur ki, həmin ev üzrə başqa şəxslər qeydiyyatdadır. Bu səbəbdən o həmin şəxsləri tapıb onları könüllü olaraq qeydiyyatdan çıxara bilmir və bu şəxs üçün kommunal xərclərinin ödənilməsində çətinliklər yaratmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X8, X21, X19, X15, İddiaçı və X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ******* saylı xx.xx.2024cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X8, X21, X19, X15, İddiaçı və X5 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-533/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanı üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə hüququnun dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair arxiv sənədlərinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-35027/24 saylı xx.xx.2024cü il tarixli məktub ilə bildirilmişdir ki, X8 2003-cü il, X21 2004- cü il, X19, İddiaçı, X5 2005ci il, X11 2012-ci il və X15 2017-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar və qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrələri **********, **********, **********, **********; xx.xx.2022-ci il tarixli) əsasən ünvan 2 ünvanında X19 (4 otaq y/s-77.6 kv.m, k/s-15.7kv.m), X15 (1/3 hissə), X5 (1/3 hissə), İddiaçı (2 otaq y/s 24 kv.m, k/s-14.1 kv.m), X3 (2/3 hissə) paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52-3-5/2-379/2024 saylı məktubundan görünür ki, X11 və digərlərinin ünvan 2 ünvanında faktiki yaşayıb-yaşamamaları barəsində məlumatın verilməsi ilə bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Ərazi üzrə 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən fərdi yaşayış evi paylı mülkiyyətdədir. MKİS-in xx.xx.2024-cü il tarixli, 18/12 saylı məktubundan görünür ki, ünvan 3 ünvan paylı təsərrüfatdır. Paylardan birincisi X9 adınadır, hal-hazırda 4 nəfər ailə tərkibi ilə bu ünvanda yaşayırlar.İkinci pay X6 adınadır.Qeydiyyatda olmağına baxmayaraq bu ünvanda yaşamır. Üçüncü pay İddiaçı adınadır, lakin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin hissəni xx.xx.2024-cü il tarixində X2. Həmin hissədə qeydiyyatda olan X11 və anası Abas quliyeva X22 Qərib küçəsi 89 D saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. Dördücü pay X3 adınadır, lakin qeydiyyatı olmasına baxmayaraq bu ünvanda yaşamır.Həmin hissədə valideynləri X12 və anası X13 yaşayırlar. Nərimanov Rayon 18 saylı MKİS-nə təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1490/2008 saylı xx.xx.2008-ci il tarixli Qərarına əsasən X16 Daş Karxanası küçəsi 551 saylı ünvana olan istifadə hüququ itirilmişdir. X12 və X17 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi X10 bağışlanmışdır. X12 və X17 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. X12 və X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi X4 bağışlanmışdır. X8 və İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.m olan fərdi yaşayış evinin 38.1 kv/m, 2 otaq hissəsi İddiaçı satmışdır. İddiaçı və X14 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.m olan fərdi yaşayış evinin 38.1 kv/m, 2 otaq hissəsi X1. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İş materiallarından da görünür ki, iddiaçı AN-İ seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.m olan fərdi yaşayış evinin mülkiyyətində olan 38.1 kv/m, 2 otaq hissəsini X2. İddiaçı hazırda həmin evin mülkiyyətçilərindən biri deyil. Odur ki, həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Beləliklə, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar