Məhkəmə qərarları › İş №2-1(112)-4296/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4296/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4296/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (hüquq məsləhətçisi, ünvan 2 ünvanda qeydiyyatda olan), Üçüncü şəxs X3 nümayəndəsi X4 (Bakı şəhəri, Sabunçu rayonu, sabunçu qəsəbəsi, Ə.Cavad küçəsiev 4 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13 olmaqla) “X3 adına ünvan 4 ünvanına alınmış mülkiyyət hüququnun qeydiyyatının və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 adına ünvan 4 ünvanına xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cu il tarixli, 407/87 nömrəli sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/170 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və onun istifadəsinə verilmişdir. O uzun müddət idi ki, həmin torpaq sahəsini təyinatı üzrə istifadə edir. Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/170 nömrəli sahədə yerləşən torpaq sahəsini mülkiyyətinə keçirmək üçün daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, orada ona xx.xx.2013-cü il tarixli, **********59 nömrəli məktub ünvanlayaraq Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 407/87 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı adına xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçməsini bildirmişlər. Bu səbəbdən də o Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinn hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 407/87 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı adına Mərdəkan qəsəbəsində ayrılmış torpaq sahəsi xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin torpaq sahəsi xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə X2 adına özgəninkiləşdirilmişdir. Qeyd etdiyi kimi DƏDRX Bakı şəhər Ərazi İdarəsində sözü gedən torpaq sahəsinin özəlləşdirilməsi üçün bütün sənədləşmə İddiaçı adından yox, İddiaçı Əkaşay oğlunun adından aparılmışdır. Sözü gedən iş materiallarında olan şəxsiyyət vəsiqəsi İddiaçı adına Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, AZE 04021195 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1971-ci il tarixdə ünvan 6 ünvanda qeydiyyatda olan X9 məxsusdur. Bununla da belə nəticəyə gəlinmişdir ki, sözü gedən torpaq sahəsinin özəlləşdirilməsi saxta sənədlər nəticəsində həyata keçirilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, yuxarıda qeyd etidiyi hallar 2 saylı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1 (82)-614/2014 saylı qərarı ilə tam təsdiqlənmiş və iddia təmin edilmişdir. Lakin cavabdeh X13 tərəfindən sözü gedən qərardan şikayət verilmiş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixli, 2-1(103)- 1623/2014 nömrəli qərarı ilə iddia mümkünsüz sayılmışdır. Bu səbəbdən də o ümumi qaydada təkrarən rayon məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3994/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətanməsi ilə iddia tələbi tam təmin edilərək Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeyd ləğv edilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı ilə alıcı X13 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair X5 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Lakin qətnamənin icra mərhələsində Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubla sözü gedən torpaq sahəsi üzrə fərdi yaşayış evi inşa edilmiş və X3 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi 64 B nömrəli fərdi yaşayış evi kimi xx.xx.2016-cı il tarixdə **********58-10301 dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətində olmasını əsas gətirərək sözü gedən məhkəmə qətnaməsində fərdi yaşayış evinin **********58-10301 dövlət reyestrində qeydiyyatı ləğv edilmədiyi üçün ilkin qətnamə tam icra edilmir. Buna səbəb olaraq, cavabdeh X3 adına xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli (********** qeydiyyat nömrəli və daşınmaz əmlakın dövlə reyestrindən 325 nömrəli reyestr kitabında 30324 nömrəli vərəqində qeydə alınmış) çıxarışın mövcud olmasını əsas gətirərək nə məhkəmə qətnaməsi icra edilmiş, nə də sözü gedən çıxarışı könüllü olaraq ləğv etmir. Qeyd edirlər ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 743 nömrəli və xx.xx.2014-cü il tarixli, 565 nömrəli sərəncamlar əsasında verilmişdir. Lakin qeyd olunan sərəncamlann mətninə nəzər saldıqda X3 adına xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışa əsaslanmışlar. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-3994/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeyd ləğv edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı ilə alıcı X13 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair X3 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsidir. Bundan belə nəticəyə gəlmək olar ki, ilkin qeyd ləğv olunduğu üçün ondan sonra verilmiş sənədlər özü özündə etibarsızdır. Qeyd olunanlara əsasən iddiaçı X3 adına ünvan 4 ünvanına xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 adına ünvan 4 ünvanına alınmış mülkiyyət hüququnun qeydiyyatının və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Etiraza görə, bildirirlər ki, İddiaçı X3 adına ünvan 7 ünvanına xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli (**********58-10301) daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı iddiası etirazla qarşılanır. Bildirirlər ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 743 nömrəli və xx.xx.2014-cü il tarixli, 565 nömrəli sərəncamları, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında X3 adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(003)-3994/2016 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanılmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/170 saylı torpaq sahəsinə dair X6 adına 08 oktyabr 2010cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli məktubu ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(003)-3994/2016 saylı qətnaməsi icra edilməsi üçün idarəyə daxil olmuşdur. Lakin, qətnamə icraya yönəldilən zaman müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/170 saylı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi vahid əmlak kimi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, qətnamənin “qət etdi” hissəsi qeydiyyatın ləğvi məsələsində natamam olduğundan onun icrasında problem yaranmışdır. Belə ki, X6 adına 08 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi qeyd edilsə də, X6 adına xx.xx.2016-cı il tarixdə aparılmış qeydə, yəni həmin torpaq üzərində tikilən fərdi yaşayış evinə münasibət bildirilməmişdir. Bu halın nəzərə alınmaması qətnamənin icrasını qeyri-mümkün etmişdir. Yuxarıda qeyd məsələ barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi cənab X17 tərəfindən **********29 saylı, xx.xx.2016-cı il tarixli məktub ünvanlanaraq qətnamə ilə bağlı izah istənilmişdir. Lakin, həmin məktuba bugünədək cavab gəlməmişdir. Əlavə olaraq qeyd edirlər ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında hal-hazırda İddiaçı cavabdehlər X14 və 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sözügedən torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və həmin tikiliyə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2(003)- 2570/2020 saylı mülki iş mövcuddur və müvafiq məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, işdə olan, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 13051 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 08 oktyabr 2010-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı Çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 303024 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 17 may 2016-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2012(003)- 3994/2016 saylı Qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 407/87 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/170 nəmrəli sahədə-ayrılmış torpaq sahəsinə İddiaçı Akşay oğlunun mülkiyyət hüquqlarının qeydiyyatı barədə xx.xx.2008-ci tarixli, ********** nömrəli reyestrdən çıxarışın etibarsız sayılması, İddiaçı Akşay oğlu ilə X13 arasında bağlanmış xx.xx.2010-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan Qətnaməyə əsasən iddia təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı Akşay oğlu, ilə alıcı X14 arasında bağlanılmış AN-İ seryalı ******* nömrəli alqı-satqı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair X6 adına 08 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. İşdə olan Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2012(003)- 3994/2016 saylı qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilənlərdən görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 407/87 nömrəli sərəncamı ilə Bakı şəhəri Mərdəkan qəsəbəsi 5/170 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Akşay oğluna 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı Akşay oğluna məxsus Mərdəkan qəsəbəsində yerləşən əmlaka hüquqlarındaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X7 (Talıbov küçəsi ev 40 mənzil 25 ünvanında yaşayan İddiaçı Akşay oğlunun müvafiq etibarnamə ilə müvəkkil etdiyi şəxs) tərəfindən 16 may 2008-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin təqdim etdiyi sənədlərin surətlərinə əsasən Sənədlər arasında AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurəti əlavə edilmişdir. Həmin sənəddə şəxsin adı “İddiaçı Akşay oğlu”, yaşayış yeri “Talıbov küçəsi ev 40 mənzil 25 doğulduğu tarix xx.xx.1971” göstərilmişdir. Yasamal RPl-nə AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin hansı şəxsə verilməsi ilə bağlı ünvanlanmış sorğuya cavaba əsasən ******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş əvvəllər ünvan 10 ünvanda qeydiyyatda olan X11 məxsusdur. Həmin vəsiqə hal-hazırda fəaliyyətsizdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi saxta sənədlər əsasında mübahisəli torpaq sahəsinin İddiaçı Akşay oğlunun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Bununla da, iddiaçının həmin torpaq sahəsinə olan əmlak hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeyd ləğv edilməlidir. Qətnamə üzrə digər müəyyən edilən hal ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinə dair satıcı İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanılmış AN-İ seryalı ******* nömrəli alqı-satqı müqaviləsi İddiaçı Akşay oğlunun adına 19 avqust 2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında (çıxarış) həyata keçirildiyindən, hazırda torpaq sahəsinin İddiaçı Akşay oğlunun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edildiyindən İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanılmış AN-İ seryalı ******* nömrəli alqı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş İcra Şöbəsinin rəis müavini Əşrəf Quliyev tərəfindən Xəzər rayon Məhkəməsinə ünvanlanan eyni məzmunlu məktublarda qeyd edilmişdir ki, Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(003)-3994/2016 saylı qətnaməsi icraya yönəldilən zaman müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/170 saylı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi vahid əmlak kimi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Qətnamənin “qət etdi” hissəsi qeydiyyatın ləğvi məsələsində natamam olduğundan onun icrasında problem yaranmışdır. Belə ki, X6 adma 08 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Akşay oğlunun adma 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi qeyd edilsə də, X6 adına xx.xx.2016-cı il tarixdə aparılmış qeydə, yəni həmin torpaq üzərində tikilən fərdi yaşayış evinə münasibət bildirilməmişdir. Bu halın nəzərə alınmaması qətnamənin icrasını qeyri-mümkün edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsasən Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(003)-3994/2016 saylı qətnaməsində nəzərdə tutulmuş X6 adına aparılmış qeydiyyatın hansı qaydada ləğv edilməsi məsələsinə dair izah verilməsi xahiş edilmiş, lakin müraciətə cavab verilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********22 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, iddiaçının ərizəsinə baxılmış, Xəzər rayon Məhkəməsinin icraatında 2(003)-2570/2020 saylı işin olduğu, həmin iş üzrə yekun məhkəmə qərarı idarəyə daxil olduqdan sonra ərizəyə baxılacağı qeyd olunaraq, ərizənin təmin edilməsindən imtina edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cu il tarixli, 407/87 nömrəli sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/170 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi iddiaçının adına ayrılmış və onun istifadəsinə verilmişdir. O uzun müddət həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmişdir. İddiaçı ona məxsus Mərdəkan qəsəbəsində yerləşən əmlaka hüquqların-daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etibarnamə üzrə onu təmsil edən şəxs vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, sonuncu saxta sənədlər əsasında (şəxsiyyət vəsiqəsinin saxta olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müəyyən edilən hal olmuşdur) mübahisəli torpaq sahəsinin İddiaçı Akşay oğlunun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Bu səbəbdən məhkəmə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi nəticəsinə gəlmişdir. İddiaçının hazırki tələbini X3 adına ünvan 4 ünvanına alınmış mülkiyyət hüququnun qeydiyyatının və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması təşkil edir. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı Akşay oğlu ilə alıcı X14 arasında bağlanılmış AN-İ seryalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair X6 adına 08 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edildiyindən nəticə etibarilə X6 adına həmin torpağ üzərində yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyat əhəmiyyətsiz olmaqla özü-özlüyündə qüvvəsini itirmişdir. Belə olan halda Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2012(003)-3994/2016 saylı Qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair İddiaçı Akşay oğlunun adına 19 iyul 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair satıcı İddiaçı Akşay oğlu, ilə alıcı X14 arasında bağlanılmış AN-İ seryalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/170 saylı torpaq sahəsinə dair X6 adına 08 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi qət edildiyindən və sözügedən qətnamə qanuni qüvvəsini aldığından, ləğv olunması tələb olunan qeydin və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın əsası aradan qalxmışdır. Odur ki, məhkəmə inzibati orqanın üzərinə sözügedən nəticələri aradan qaldırmaq öhdəliyini qoymaq qənaətinə gəlmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, X3 adına ünvan 4 ünvanına alınmış mülkiyyət hüququnun qeydiyyatının və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X3 adına ünvan 4 ünvanına alınmış mülkiyyət hüququnun qeydiyyatının və xx.xx.2016-cı il tarixi, RX0843543 nömrəli (**********58-10301 daşınmaz əmlakın reyestr nömrəli) çıxarışın ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar