Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4296/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı "Asan Xidmət" X6 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan doğum akt qeydinə düzəliş edilərək ad, soyad və ata adının “İddiaçı” kimi yazılması və təvəllüdünün “xx.xx.1954-cü il” kimi göstərilməklə həmin akt qeydi əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı doğum haqqında şəhadətnaməsinin bir hissəsini itirmişdir. Cavabdeh orqana bərpa ilə bağlı müraciət etmiş, lakin doğum akt qeydi ilə şəhadətnamədə ad və doğum tarixində fərq olduğundan iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsində soyadı, adı və ata adı - İddiaçı, doğum tarixi “xx.xx.1956”-cı il, doğum yeri “Kəlbəcər rayonu, Başlıbel kəndi” göstərilmişdir. Sorğu nəticəsində əldə olunan doğum haqqında akt qeydində uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, Kəlbəcər rayonu, Başlıbel kəndi icra nümayəndəliyində xx.xx.1954-cü il tarixli 22 saylı doğum haqqında akt qeydi aşkar edilmiş və həmin akt qeydində şəxsin soyadı, adı və ata adı- X15, doğum tarixi “xx.xx.1954”-cü il, doğum yeri “Kəlbəcər rayonu, Başlıbel kəndi” qeyd olunmuşdur. Həmçinin, qeyd edilən akt qeydinin ata haqqında məlumat qrafasında ata - X10, ana haqqında məlumat qrafasında ana- X9 qeyd edilmişdir. xx.xx.1956-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1954-cü il təvəllüdlü X7 eyni şəxs olması və həmin doğum haqqında akt qeydinin iddiaçıya məxsus olmasını müəyyən etmək üçün kifayət qədər əsas olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar” ın 1-ci bəndinə əsasən ərizənin təmin edilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçıya məxsus İİ-ИЕ seriyalı, 148853 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixində Kəlbəcər rayonu, Başlıbel kəndində doğulmuşdur. Kəlbəcər rayonu, Başlıbel kəndi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1954-cü il tarixli 22 saylı doğum haqqında akt qeydində şəxsin soyadı, adı və ata adı- X15, doğum tarixi “xx.xx.1954”-cü il, doğum yeri “Kəlbəcər rayonu, Başlıbel kəndi” qeyd olunmuşdur. Həmçinin, qeyd edilən akt qeydinin ata haqqında məlumat qrafasında ata - X10, ana haqqında məlumat qrafasında ana- X9 qeyd edilmişdir. İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi, doğum tarixi xx.xx.1956-cı il yazılmışdır. ЛВ seriyalı, 011013 nömrəli xx.xx.1983-cü il tarixli diplomda, ВТ seriyalı, 131002 nömrəli hərbi biletdə, АТ-İİİ seriyalı, ******* nömrəli əmək kitabçasında, **********017 nömrəli Dövlət sosial sığorta şəhadətnaməsində, BB023764 nömrəli Sürücülük vəsiqəsində, C01656238 nömrəli ümumvətəndaşlıq pasportunda, İİİ-AH seriyalı, 260131 nömrəli Nikah haqqında şəhadətnamədə iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi, doğum tarixi xx.xx.1956-cı il yazılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X1 və X12 olan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı doğumunun Kəlbəcər rayonunun Başlıbel icra nümayəndəliyində qeydə aimdığı məlum oimuşdur. X1 və X13 olan xx.xx.1964-cü il təvəllüdlü Sevda Hüseynovanın, xx.xx.1965-ci il təvəllüdlü Kəmalə Hüseynovanın və xx.xx.1967-ci il təvəllüdlü Nüşabə Hüseynzadənin doğumu Qazax rayon qeydiyyat şöbəsində, xx.xx.1970-ci il təvəllüdlü ilahə Hüseynovanın doğumu isə Abşeron rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid xx.xx.1964-cü il təvəllüdlü X16 iddiaçının onun qardaşı olduğunu, 10 yaş ondan böyük olduğunu və xx.xx.1954-cü il tarixdə doğulduğunu, iddiaçının anası X5 atasının birinci arvadı olduğunu bildirmişdir. X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostudur və xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Dostunun sənədlərində uyğunsuzluq olduğundan məlumatlıdır və iddiaçının həqiqətən İddiaçı olmasını təsdiq edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (1.4.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır (10.2.). İş materiallarına surətləri əlavə edilmiş iddiaçıya məxsus müxtəlif sənədlərdən və həmin sənədlər arasında olan uyğunluqdan görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı”dur. O, xx.xx.1954-cü ildə anadan olmuşdur. Lakin, texniki səhv nəticəsində onun doğum akt qeydində olan məlumatlar təhrif edilmişdir. Hazırda iddiaçı həmin yanlış məlumatların düzəldilməsini xahiş edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Kəlbəcər rayonu, Başlıbel kəndi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1954-cü il tarixli 22 saylı doğum haqqında akt qeydində ad, soyad və ata adının “İddiaçı” kimi yazılması və həmin akt qeydi əsasında İddiaçı təvəllüdü xx.xx.1954-cü il kimi göstərməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı "Asan Xidmət" X4 üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Kəlbəcər rayonu, Başlıbel kəndi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1954-cü il tarixli, 22 saylı doğum haqqında akt qeydində ad, soyad və ata adının “İddiaçı” kimi, təvəllüdünün “xx.xx.1954-cü il” kimi yazılması və həmin akt qeydi əsasında İddiaçı yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4296/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4296/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver