Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4297/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evindəki enerji istifadəçinin abunə kodunun X1 adından bağ evinin hazırki sahibinin, mülkiyyətçisinin, yəni İddiaçı adına keçirilməsi, *** **** M 180 nömrəli sayğacın-kartla ödəniş edilən(nəğd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 517(beş yüz on yeddi) manat 32 qəpik məbləğində pulun gələcəkdə məsrəf edəcəyi elektrik enerjisi hesabına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evindəki enerji istifadəçinin abunə kodunun X1 adından bağ evinin hazırki sahibinin, mülkiyyətçisinin, yəni İddiaçı adına keçirilməsi, *** **** M 180 nömrəli sayğacın-kartla ödəniş edilən(nəğd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 517(beş yüz on yeddi) manat 32 qəpik məbləğində pulun gələcəkdə məsrəf edəcəyi elektrik enerjisi hesabına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda ailəsi ilə birlikdə istifadə etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evi onun mülkiyyətindədir. Əvvəllər həmin bağevi iş üzrə 3-cü şəxs olan- Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, ev (bina) 0001, mənzil 5-də qeydiyyatda olan X1 adına olmuşdur. Ev iddiaçının mülkiyyətinə keçsə də işiq enerjisindən istifadə üzrə kod onun adında qalmışdır. X1 işiq enerjisindən istifadə üzrə kod nömrəsi: 091200 900015203dir. Sayğac nömrəsi *** **** M 180-dir. İşiq enerjisindən istifadə ilə bağlı mübahisələrə son qoyulması üçün 28 sentyabr 2021 -ci il tarixdə e-mail poçt ilə, X3 ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon şöbəsinə, rəsmi müraciət edilmiş və aidiyyəti sübutedici sənədlərin surətləri ərizəyə əlavə edilmişdir. Həmin ərizədə: ziddiyyətli halların araşdırılması, anlaşılmazlıqlara son qoyulması təqsirkar işçilər barəsində tənbeh tədbiri görülməsi hallan ilə yanaşı, enerji istifadəçinin abunə kodu bağın indiki sahibi İddiaçı adına keçirilməsi; həmçinin mübahisələrə son qoyulması üçün ******* M 180 nömrəli sayğacın kartla ödəniş edilən (nəqd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməsi xahiş edilmişdir. Buna baxmayaraq ötən 2 aydan artıq müddət ərzində enerji istifadəçinin abunə kodu bağın indiki sahibi İddiaçı adına keçirilməmişdir. Bundan əlavə *** **** M 180 nömrəli sayğac kartı iddiaçının adına olan, kartla ödəniş edilən (nəqd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməmişdir. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon şöbəsinin işçiləri tərəfindən işiq xətti qanunsuz olaraq kəsilmişdir. Nəticədə iddiaçı məcbur olub mübahisə edilən 517 (beş yüz on yeddi) manat 32 qəpik pulu da ödəməli olmuşdur. Belə ki, bu il işiq enerjisindən istifadə ilə bağlı, Elnarə Axundovanın adına göndərilmiş ilkin məlumatda (bildirişdə) aşağıdakı məzmunda xəbərdarlıq qeyd edilmişdi: "091200 9000 15203 abone kodu üzrə elektrik enerjisi sərfiyyatına görə borcunuz 121.00 AZN-dir. Xahiş edirik borcunuzu ödəyin. Borc 30.06.2021-ci il tarixinədək ödənmədiyi təqdirdə sizə enerji verilməsi dayandırılacaq”. Bundan sonra iddiaçı narazı qalaraq şikayət etmişdir. Nəticədə bu məzmunlu digər məlumat daxil oldu: “X4, Sizin müraciətiniz 116983 nömrə ilə qeydə alındı. Əlaqə nömrəsi 199-dur. Mobil tətbiq üçün ling: azerishiq.az/mobileapp.” Qeyd edilənlərlə yanaşı X2 göndərilmiş sonuncu bildirişdə qalıq borcun 17,32 manat, ödəniləcək məbləğin 517,32 manat olduğu göstərilmişdir. Bu “bildiriş”-də nə tarix yazılıb, nə də imza var. Deməli bu bildiriş “rəsmi sənəd” statusuna malik deyil. Bundan əlavə, iddiaçı bildirmişdir ki, necə ola bilər ki, 07.09.2021-ci il tarixə (son göstəriciyə) kimi: orta sərfiyyat-yoxdur, sərviyyat (kvts)- yoxdur, sərviyyat (AZNyoxdur, güzəşt )-yoxdur, qalıq borc cəmi- 17 manat 32 qəpikdir. Bütün bunlara baxmayaraq ödəniləcək məbləğ (AZN) 1 günlük müddətdə 517 (beş yüz on yeddi) manat 32 qəpik göstərilmişdir. Məlumdur ki, işiq yüksək gərginliyə malik olan enerji mənbəyidir. Eyni zamanda təhlükəlidir. Odur ki, onunla, o cümlədən sayğacla ancaq bu işə baxan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri- mütəxəssisləri məşğul olurlar. “Sayğac” oyunları vətəndaşın etibarından sui-istifadə etməsi və ya kiminsə aldadılması ilə nəticələnir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını keçirmişdir. Məhkəmə iclasları 26.01.2022-ci il və 31.03.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati orqan deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır... Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldı”hissəsində göstərilmişdir:” 1.Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. 3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 189 nömrəli, 19 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir. Lakin məhkəməyə təqdim edilən iddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə iddiaçının bağ evinə aid abunə kodunun iddiaçının adına dəyişdirilməsindən, sayğacın əvəz edilməsindən, vurulmuş zərərin iddiaçıya ödənilməsindən cavabdeh imtina etdiyi üçün yaranmışdır. Yəni iddiaçı ilə cavabdeh mülki dövriyyənin iştirakçıları kimi çıxış edirlər. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə, CavabdehİB hazırki hüquq münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) olduğundan, mülki məhkəmə icraatında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağevindəki enerji istifadəçinin abunə kodunun X1 adından bağ evinin hazırki sahibinin, mülkiyyətçisinin, yəni İddiaçı adına keçirilməsi, *** **** M 180 nömrəli sayğacın-kartla ödəniş edilən(nəğd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 517(beş yüz on yeddi) manat 32 qəpik məbləğində pulun gələcəkdə məsrəf edəcəyi elektrik enerjisi hesabına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ilə mülki məhkəmə icraatında baxılması üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35-ci, 80-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evindəki enerji istifadəçinin abunə kodunun X1 adından bağ evinin hazırki sahibinin, mülkiyyətçisinin, yəni İddiaçı adına keçirilməsi, *** **** M 180 nömrəli sayğacın-kartla ödəniş edilən(nəğd ödəniş olmadan) müasir tipli sayğacla əvəz edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 517(beş yüz on yeddi) manat 32 qəpik məbləğində pulun gələcəkdə məsrəf edəcəyi elektrik enerjisi hesabına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4297/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4297/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver