Məhkəmə qərarları › İş №2-1(112)-4298/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4298/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4298/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 665 saylı bağ sahəsinin üzərinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 665 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsinin X26 məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması, həmin qeydin ləğv edilməsi öhdəliyinin və mübahisəli Nardaran ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsinin üzərinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il tarixli, 2537 nömrəli müqavilə ilə Nardaran arazisinde yerləşən 0,25 ha torpaq sahasindən ibarət 665 nömrəli bağ sahasi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının babası X6 icarəyə verilmişdir. İddiaçının babası X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İddiaçı sözügedən miras əmlak üzrə vərəsə kimi tanınmışdır. İddiaçı cavabdehə müraciət edərək sözügedən əmlak üçün vərəsə kimi ona çıxarış verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən vətəndaş X4 razılığı ilə iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının babası X1 ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı heç bir razılığı olmamaışdır. Bunun əyani sübutudur ki, iddiaçı və onun ailə üzvləri həmin bağ sahəsindən uzun müddət həmin bağ sahəsindən istifadə etmiş və onlara hər hansı məhdudiyyət yaradılmamışdır. İddiaçı tərəfindən apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi X21 adına özgəninkiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən tamamilə qanunsuz və əsassız şəkildə heç bir araşdırma aparmadan X26 çıxarış verməklə iddiaçının konstitusion hüquqlarını pozmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixli icarə müqavilələrindən məlum olur ki, iddia predmeti olan torpaq sahəsi qanunsuz olaraq X22 və X15 icarəyə verilmişdir. Bu hissədə kifayət qədər qanunsuzluqlar var və həmin torpaq sahəsi iddiaçının ailəsi, yəni babasından qanunsuz olaraq alınmış və digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Mustafayev Zülfi isə həmin torpaq sahəsini 2018-ci ildə X3. Qüvvədə olan Mülki Məcəlləyə əsasən daşınmaz əmlakla bağlı istənilən əqdlər notarial qaydada təsdiq edilməlidir. Əks halda həmin əqdlərin heç bir hüquqi qüvvəsindən söhbət gedə bilməz. X12 və istismarı Birliyinin xx.xx.1998-ci il tarixli cavab məktubuna əsasən, X5 məxsus olan Nardaran ərazisindəki 665 saylı bağ evi xx.xx.1998-ci il tarixdə onun və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələri əsasında Zülfi Mustafayevin və Mətanət Zamanovanın adına rəsmiləşdirilmişdir. Bununla bağlı iddiaçıya, babası X4 və onun ailə üzvlərinin ərizəsi həmin idarə tərəfindən təqdim edilmişdir. Həmin ərizələrdə olan imzalar babası X5 məxsus deyil və notarial qaydada təsdiq edilməmişdir. Yəni qanunsuz olaraq babasına məxsus olan mülk başqalarının adına rəsmiləşdirmiş və bu qaydada da reyestrdən qeydiyyatdan keçmişdir. Sözügedən ərizələrdə Zülfi Mustafayev və Mətanət Zamanovadan iddiaçının babası "ailəvi dostumuz" kimi bəhs etsə də, o adlarda ailəvi dostu olmamışdır və həmin şəxsləri ümumiyyətlə tanımırlar. Ərizələrin yazıldığı 1998-ci ildə babası Cəfərov Cəbrayıl 75 yaşında olmuş və təxminən 25-35 yaşlarında olan Zülfi Mustafayev və Mətanət Zamanova ilə ailəvi dost olmağı ağlabatan deyil. Eyni zamanda xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi də mübahisəli torpaq sahəsinin Zülfi Mustafayev və Mətanət Zamanovaya iddiaçının babası Cəfərov Cəbrayılın razılığı ilə keçdiyini bildirsə də bunu sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi dəlillərlə isə tam şəkildə sübut olunur ki, babası tərəfindən sözügedən prosesdə hər hansı razılıq olmamışdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli icarə müqaviləsinin 16-cı bəndində müqavilənin bitmə müddəti kimi xx.xx.2008-ci il tarix qeyd edilmişdir. Lakin iş materiallarında olan çıxarışdan məlum olur ki, həmin bağ sahəsi X13 adına 2017-ci ildə rəsmiləşdirilmiş və çıxarış verilmişdir. Göründüyü kimi, icarə müqaviləsi qanuni olsaydı belə müqavilənin bitməsindən təxminən 10 il sonra bağ sahəsinin rəsmiləşdirilməsi qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeyd edilmişdir. Eyni zamanda, xx.xx.1998-ci il tarixli müqavilələrin nömrələrində də uyğunsuzluq mövcuddur. Belə ki, eyni tarixdə verilən müqavilələrin birində 2597, digərində isə 21384 nömrəsi olması mümkünsüzdür və araşdırılmalıdır. Bundan əlavə xx.xx.1998-ci il tarixli icarə müqaviləsinin bağlanması üçün komissiya tərəfindən tərtib edilmiş 326 nömrəli protokol tapılmamışdır və mövcud olmamışdır. Sözügedən protokolun olmaması birbaşa xx.xx.1998-ci il tarixli icarə müqavilələrinin etibarsızlığına dəlalət edir. Bununla yanaşı, iddiaçı, onun atası və ailəsi 2018-ci il tarixədək mübahisəli bağ sahəsində heç bir etiraz olmadan yaşamış və yalnız həmin tarixdən etibarən X21 tələbi ilə evi bağ sahəsini tərk etmişlər. X28 iddiaçının atasının bacısı oğlu olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi vətəndaş X4 razılığı ilə 0.12 ha olmaqla iki hissəyə bölünərək digər şəxsin adına keçirilmiş, daha sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Təqdim edilən sənəd surətdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış, bununla bağlı iddiaçıya **********17 saylı, xx.xx.2022-ci il və **********20 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Həmçinin, X23 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 qarşı iddia ərizəsi ilə Bakı şəhəri 32 saylı Notariat kontorunda 17 mart 2018-ci il tarixdə 4Ə-91 və 4Ə-92 reyestr nömrələri ilə qeydiyyata alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)- 5889/2018 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia təmin edilməmişdir. Bundan əlavə, iddiaçı X23 cavabdehlər X16, X26 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X9 Departamentinin X12 və İstismarı Birliyi tərəfindən verilmiş Bağın icarəyə verilməsi haqqında 15 may 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və həmin torpaq sahəsindən cavabdeh X21 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)- 4232/2019 nömrəli qətnaməsi ilə (hakim S.Ş.Tağıyev) iddia rədd edilmişdir. Daha sonra, iddiaçı X23 apellyasiya şikayətləri verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)-5889/2018 nömrəli qətnaməsinin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)-4232/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və hər iki iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)-14064/2019 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)- 6029/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)-5889/2018 nömrəli qətnaməsinin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)-4232/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2610/2021 nömrəli qətnaməsi ilə iddiaçı X23 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)- 6029/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

5. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

6. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Məhkəmə hesab edir ki, iddiaçının -“Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 665 saylı bağ sahəsinin üzərinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”hissəsində iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı”ASAN Xidmət” Mərkəzində notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1596 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrinin dairəsi müəyyən olunmuşdur; bununla bağlı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsinə dair hüquq müəyyənedici sənədin Çıxarışın verilməsi xahiş olunmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X11 arasında bağlanılmış 2537 nömrəli, 13 noyabr 1987-ci il tarixli “Bağ sahəsinin, tikililərin uzunmüddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən Nardaran qəsəbəsində ümumi sahəsi 0,25 ha sahəsi olan bağ və 30,3 kv.m –dən ibarət bağ evi X7 icarəyə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********20 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişinə əsasən bildirilmişdir ki, tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi vətəndaş X4 razılığı ilə 0.12 ha olmaqla iki hissəyə bölünərək digər şəxsin adına keçirilmiş, daha sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan xüsusi mülkiyyət hüququ ilə X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X23 cavabdehlər X16, X26 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X9 Departamentinin X12 və İstismarı Birliyi tərəfindən verilmiş Bağın icarəyə verilməsi haqqında 15 may 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və həmin torpaq sahəsindən cavabdeh X21 çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14064/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərardadı ilə, iddiaçı X23 cavabdeh AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan R.Tağıyev) “alğı-satqı müqaviləsinin etibarsız hesab ediməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş, onunla əlaqəli olan iddiaçı X14 cavabdehlər X24 və qeyrilərinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə dair 2(103)-15245/2019 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6029/2020 saylı işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə, iddiaçı X14 apellyasiya şikayətləri təmin edilməməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)- 5889/2018 nömrəli qətnaməsinin və Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)-4232/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2610/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)-6029/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********67 nömrəli “Sənəd surətinin təqdim edilməsi” barədə cavab məktubuna əsasən, ünvan ünvanında yerləşən 0.24 hektar torpaq sahəsinə dair sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11 may 2023-cü il tarixli məhkəmə iclasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 665 saylı bağ sahəsinə dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə, iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı deyil.

13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

14. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsi X17 adına özəlləşdirilmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında X2. Hal –hazırda qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinin özəlləşdirilməsi və alqı-satqı müqaviləsi əsasında hal-hazırkı mülkiyyətçisi X21 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması zamanı qanunvericiliyin normalarının pozulmasına yol verilməmişdir. Bundan əlavə yuxarıda göstərilən məhkəmə qərarlarında mübahisəli bağ sahəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın verilməsinə əsas olmuş və iddiaçının atası tərəfindən mübahisələndirilmiş sənədlərə və faktiki hallara məhkəmələr tərəfindən müvafiq qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2610/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, X14 müqavilələrin mübahisələndirilməsinə dair subyektiv hüququ olmamışdır; iddiaçı özü müqavilənin tərəfi və ya müqavilədən fayda alan şəxs olmamış və onun ləğvi üçün razılığına zərurət olmamışdır. Beləliklə iddiaçının mərhum babası X5 mülkiyyət hüququ ilə tələb etdiyi bağ sahəsinin məxsus olmasına dair hüquqmüəyyənedici sənədləri mövcud olmadığından (artıq qüvvədə olmadığından), cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 16.6-ci maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

20. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsinin üzərinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu ilə bağlı arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə qeyd edir ki, 17 avqust 2023-cü il tarixli məhkəmə qərardadı ilə iddiaçının iddiası- “ Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsinin X26 məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması, həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ hissəsində mümkün sayılmamısı qərara alınmışdır.

23. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ :

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar