Məhkəmə qərarları › İş №2-1(112)-4299/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4299/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4299/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “obyektiv müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar əlamətləri müşahidə olunmadığından, eləcə də xəstəliklərin ağırlaşmalarının dəqiqləşdirilməsi üçün Elmi X5 müvafiq tibbi rəyində qeyd edilmiş diaqnoz və köməkçi diaqnostik müayinələrin nəticələri əliliyin təyininə əsas vermədiyindən diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərarının ləğv edilməsi və Daxili İşlər Nazirliyinin həkim komissiyasının xəstəlik haqqında 25.07.2017-ci il tarixli, 355 saylı şəhadətnaməsinin bərpa edilərək pensiyanın 31.01.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1984-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. 1993-cü ildən valideynləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 2 saylı evin 76-cı mənzilində məskunlaşmışdır. 2009-cu ildə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmətə başlamışdır. 2012-ci ildən başlayaraq onda halsızlıq, ürək bulanma halları baş verirdi. 25.09.2012-ci il tarixdən 02.10.2012-ci il tarixədək 3 saylı Şəhər Klinik Xəstəxanasında «Kəskin enterokolit. orta ağır formada» diaqnozu ilə stasionar müalicə almışdır. Mütəmadi olaraq poliklinikaya müraciətlər etmişdir. 16.01.2015-ci ildən 30.01.2015ci il tarixinədək təkrarən «Xroniki enterokolit. orta ağır formada» diaqnozu ilə 3 saylı ŞKX-da stasionar müalicə almışdır. 2012-ci ildən başlayaraq o, «Enterokolit» diaqnozu ilə dinamik müşahidədədir. Həmin dövrlərdə onda baş ağrıları, döş sümüyü nahiyəsində sol qola irradiasiya edən kəskin tutmalar və boğulma halları (sakit vəziyyətdə) baş verib. Bununla əlaqədar o, poliklinikaya müraciətlər etmişdir. Ambulator müalicənin effekti olmadığından qısa remissiyalardan sonra kəskinləşmə ilə əlaqədar dəfələrlə DİN-nin Respublika Hospitalında stasionar müalicələr almışdır. 27.01.2017-ci il tarixdən 13.02.2017-ci il tarixinədək «UİX.Alcrosklcrotik kardioskleroz. QDÇ-1-11. Stabil stenokardiya. F.S-11-111. Hipertoniya xəstəliyi 11 mərhələ, ürəyin zədələnməsi və böyrək çatışmamazlığı ilə müşahidə olunan. Xroniki plelonefrit. BXX-11 mərhələ. Xroniki böyrək çatışmamazlığı, subkompensator mərhələ. Xroniki kalkulyoz. prostatit. Hər iki göz dibinin hipertonik angiopatiyası. Diffuz ur. Hipertireoz, Vegetativ sinir sisteminin somatoform disfunksiyası diaqnozu ilə. 29.03.2017-ci il tarixdən 14.04.2017-ci il tarixinədək «ÜİX.Stabil stenokardiya. F.S.-11. QDÇ-1. Hipertoniya xəstəliyi 11 mərhələ. Düyünlü ur. Xroniki xolesisto-hepatit. Vegetativ sinir sisteminin somaform disfunksiyası diaqnozu ilə. 15.05.2017-ci il tarixindən 31.05.2017-ci il tarixinədək «ÜİX. Stabil stenokardiya. F.S-11-111. QDÇ-1-11. Aortal çatışmamazlıq-1. Mitral çatışmamazlıq-1. Hipertoniya xəstəliyi İİ mərhələ, il dərəcəli yüksək riskli. Hər iki göz dibinin hipertonik angiopartiyası. Dissirkulyator ensefalopatiya 11 mərhələ. Düyünlü ur. Xroniki xolesistohepatit. Vegetativ sinir sisteminin somatoform disfunksiyası» diaqnozu ilə, 30.06.2017-ci il tarixindən 17.07.2017-ci il tarixinədək «ÜİX.Stabil stenokardiya, F.S-11-111. QDÇ-11. Aertal çatışmamazlıq-1. Mitral çatışmamazlıq-1-11. Hipertoniya xəstəliyi İİ mərhələ. 11 dərəcəli çox yüksək riskli. Hər iki göz dibinin hipertonik angiopatiyası. Dissirkulyator enseialopatiya 11 mərhələ, Düyünlü ur. Xroniki xolesistohepatit. Vegetativ sinir sisteminin somaform disfunksiyası» diaqnozu ilə müalicə almışdır. Xəstəliyi ilə əlaqədar olaraq uzun müddət (6 ay) xidmətə çıxmadığından rəhbərlik tərəfindən DİO-da gələcək xidmətə yararlığının təyini üçün Xüsusi Həkim Komissiyasına göndərilmişdir. Həmin Komissiyanın 25.07.2017-ci il tarixli 355 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçı DİO-da yararsız hesab edilmişdir. Bundan sonra onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərmişlər. Həmin Komissiyanın rəyi əsasında da onun pensiyaya çıxmağı barədə rəy verilmişdir. Nəhayət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 08 noyabr 2017-ci il tarixli 297 nömrəli məlumat vərəqəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada ona 01.11.2017-ci il tarixindən hesablanmaqla 31.10.2022-ci il tarixədək «hərbi xidmət dövrü ilə əlaqədar» İİ qrup əlilliyə görə 380.16 manat məbləğində pensiya təyin edilmişdir. Beləliklə, xəstəlik haqqında 355 nömrəli şəhadətnaməsində qeyd edilmişdir ki, “xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” sonda isə göstərilir ki, “DİO-da xidmətə yararsızdır” İİ qrup əlil kimi 01 noyabr 2017-ci il tarixdən 31 yanvar 2020-ci il tarixə kimi pensiya almış, növbəti ayda pensiya almaq istərkən pensiyasının dayandırıldığını görmüşdür. Pensiyasının dayandırılmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində araşdırma aparılması barədə göndərilmiş müraciətə əsasən dayandırlıb. İddiaçı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət edərək DİO-dan pensiyaya çıxdığını xatırlatmışdır. Daxili İşlər Nazirliyinin Tibb İdarəsindən təkrar araşdırma apararaq 04 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri cənab Hidayət Abdullayevin adına məktub göndərərək “İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi və 25.07.2017-ci il tarixdə Nazirliyin xüsusi həkim Komissiyasında tibb şəhadətləndirildiyi müəyyən edilmişdir. Nəzərə almağınızı xahiş edirik”. İddiaçı həmin məktubu Dövlət Sosial Müdafiə Fonduna təhvil vermişdir. Bir neçə gündən sonra Nazirlikdə cənab Sabir Qocayevin qəbulunda olmuş, sənədləri ona təqdim etmişdir. Sonra iddiaçını Agentliyə dəvət edərək əyani müayinə etmiş və Elmi X6 göndərmişlər. İddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət edərək pensiya almağına köməklik etmələrini xahiş etmişdir. Nəhayət onun ərizələrinə 02.02.2021-ci il tarixdə belə bir cavab verilmişdir. “Əlillik vəziyyətinizin yenidən qiymətləndirilməsi məqsədi ilə Agentliyə dəvət olunmusunuz. Obyektiv müayinə zamanı əlilliyin təyininə əsas verən, ağırlaşmaların aşkar əlamətləri müşahidə olunmadığından, eləcə də xəstəliklərin ağırlaşmalarının dəqiqləşdirilməsi üçün Elmi X5 müvafiq tibbi rəyində qeyd edilmiş diaqnoz və köməkçi diaqnostik müayinələrin nəticələri əlilliyin təyininə əsas vermədiyindən diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar verilmişdir”. Həmin məktubu iddiaçı 08.02.2021-ci il tarixdə Agentlikdən almışdır. 09.02.2021-ci il tarixdə Agentliyə müraciət edərək məktubda göstərilən qərarın surətinin ona verilməsini xahiş etmişdir. Oradan isə iddiaçıya “Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsini verərək bildirilmişdir ki, “bizim qərarımız budur”. Həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəis müavini tərəfindən imzalanmış məktublarda 01.11.2017-31.01.2020 qaytarılması tələb edilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Tibb-Sosial Ekspertiza və X7 İşlər Nazirliyinin xüsusi həkim komissiyasının 355 nömrəli xəstəlik haqqında şəhadətnamənin mötəbərliyinə şübhə ilə yanaşır, özlərinin əyani həmin rəyini (sadə baxmaqla) mötəbər sayılırlar. İddiaçı dəfələrlə xahiş etmişdir ki, Daxili İşlər orqanlarından xəstəliyə görə pensiyaya çıxmışsa, onu göndərsinlər. Daxili İşlər Nazirliyinin Hospitalından yenidən müayinə olunsun. Əgər göstərilən xəstəliklər onda yoxdursa, onu işə bərpa etsinlər. Bu xahişinə də əməl olunmadı. İddiaçı hesab edir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Komissiyasının 25.07.2017-ci il tarixli, 355 saylı Xəstəlik haqqında şəhadətnnaməsi bərpa olunmalı, ona pensiya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 19.02.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvəzinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərilməsini, tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin edilməməsi barədə qərarının ləğv edilməsi” şəklində qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4299/2021 nömrəli, 22.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuş, iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4299/2021 nömrəli, 22.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı 23.06.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələblər əsassız olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq qeyd olunan iddia ərizəsinə etiraz nəzərinizə çatdırılır. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABPE saylı göndərişi əsasında 03.08.2017-ci il tarixdə qiymətləndirilmiş və “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.9 - Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi, ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Stabil stenokardiya FS ll-lll. Ürək çatmamazlığı, Aortal çatrnamazlıq - İ.Mitral çatmamazlıq l-ll. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ-İİ. Digər serebrovaskulyar xəstəliklər, Dissirkulyator ensefalopatiya [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi və hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ m, İİ dərəcə, çox yüksək riskli, ürəyin zədələnməsi və böyrək çatmamazlığı ilə müşahidə olunan. Hipertonik angiopatiya. Digər qeyri-infeksion qastroenteritlər və kolitlər, Xroniki enterokolit (remissiya dövrü) Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Vegetativ damar distoniyası. Nevrotik reaksiyalar. Qeyri-toksik urun digər formaları, Düyünlü ur. Xroniki xolesistit, Xroniki xolesisto-hepatit. Purin və pirimidin mübadiləsinin pozğunluqları, Sidik turşulu diatez. Astiqmatizm, Hər iki gözün mürəkkəb miopik astiqmatizmi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu üçün stasionar müalicə müddəti yetərli deyil” əsas gətirilməklə imtina verilmişdir. Daha sonra, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 01.11.2017-ci il tarixli 4110003AAB0M saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => 125.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Aterosklerotik Kardioskleroz. Stabil stenokardiya FS ll-lll. QDÇ-İİ. Hipertoniya xəstəliyi İİ m, İİ dərəcə, çox yüksək riskli, ürəyin zədələnməsi və böyrək çatmamazlığı ilə müşahidə olunan. Hipertonik angiopatiya. Xroniki enterokolit (remissiya dövrü). Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. VİZOD=0.05 k/e, VİZOS=0.4 k/e. Vegetativ damar distoniyası. Nevrotik eaksiyaiar. Sidik turşulu diatez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25,...” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar Tibb İdarəsinin 18.11.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubuna əsasən əsassız sayıldığı üçün cavabdeh tərəfindən 28.11.2019-cu il tarixdə etibarsız sayılmışdır. Qeyd edilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 02.06.2020-ci il tarixli 4110003AAB0M saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsas gətirilməklə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan başqa yuxarıdan göründüyü kimi iddiaçı barəsində qərar 2020-ci il avqust ayında verilsə də o, 2021-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Belə ki, İPM-in 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair ddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçı barəsində verilmiş 25.07.2017-ci il tarixli, 355 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Diaqnoz: (XBT-10) İ11.9 “Hipertoniya xəstəliyi llm, İİ dərəcə çox yüksək riskli, ürəyin zədələnməsi və böyrək çatmamazlığı ilə müşahidə olunan. Hipertonik angiopatiya. İ25 Ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Stabil stenokardiya. F.S-İİ-İİİ. QDÇ-İİ. Aortal çatmamazlıq-l. Mitral çatmamazlıq-l-ll. Dissirkulyator ensefalopatiya. Vegetativ damar distoniyası. Nevrotik reaksiyalar. Düyünlü ur. Xroniki xolesisto-hepatit. Sidik turşulu diatez. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Xroniki enterokolit (remissiya dövrü)”. Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır. XHK-nın xidmətə yararlılıq haqqında qərarı: DİN-in 25 saylı 23.01.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 43b, 44b, 24b maddəsinə əsasən DİO-da xidmətə yararsızdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 029-706-1221 nömrəli məktubda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin təkrar araşdırılması zamanı vət. İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi və 25.07.2017-ci il tarixdə Nazirliyin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirildiyi müəyyən edilmişdir. Qeyd olunanların nəzərə alınması ƏƏSMN-nə bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 029-889-1221/12 nömrəli məktubda bildirilmişdir ki, eyni məzmunlu müraciətinizə 17.03.2021-ci il tarixdə cavab verilmişdir. Təkrar olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatları aparmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əlavə araşdırma zamanı vət. İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi və 25.07.2017-ci il tarixdə Nazirliyin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirildiyi müəyyən edilmişdir. Qeyd olunanlar barədə ƏƏSMN-nə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmış və bildirilmişdir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə almaq xahiş olunmuşdur. Təqdim olunmuş 843 nəfərin adlı siyahısında 211-ci sırada İddiaçı adı qeyd edilmişdir. İddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABPE saylı 27.07.2017-ci il tarixli göndərişi əsasında 03.08.2017-ci il tarixdə qiymətləndirilmiş və “X4 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.9 - Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Stabil stenokardiya FS ll-lll. Ürək çatmamazlığı, Aortal çatrnamazlıq - İ.Mitral şatmamazlıq l-ll. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ-İİ. Digər serebrovaskulyar xəstəliklər, Dissirkulyator ensefalopatiya [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi və hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ m, İİ dərəcə, çox yüksək riskli, ürəyin zədələnməsi və böyrək çatmamazlığı ilə müşahidə olunan. Hipertonik angiopatiya. Digər qeyri-infeksion qastroenteritlər və kolitlər, Xroniki enterokolit (remissiya dövrü) Vegetativ: sinir sisteminin somatoform disfunksiyası, Vegetativ damar distoniyası. Nevrotik reaksiyalar. Qeyri-toksik urun digər formaları, Düyünlü ur. Xroniki xolesistit, Xroniki xolesisto-hepatit. Purin və pirimidin mübadiləsinin pozğunluqları, Sidik turşulu diatez. Astiqmatizm, Hər iki gözün mürəkkəb miopik astiqmatizmi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu üçün stasionar müalicə müddəti yetərli deyil” əsas gətirilməklə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAB0M saylı göndərişi əsasında 01.11.2017-ci il tarixldə qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Stabil stenokardiya FS ll-lll. Ağırlaşma İ99 qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş poğunluqlar QDÇ-ll, İ67 digər serebravaskulyar xəstəliklər. Dissirkulyator ensefalopatiya, İ50 ürək çatmamazlığı aortal çatmamazlıq-İ Mitral çatmamazlıq, İİİ.0 “Durğunluq” ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi) Hipertoniya xəstəliyi İİ m, İİ dərəcə, çox yüksək riskli, ürəyin zədələnməsi və böyrək çatmamazlığı ilə müşahidə olunan. Hipertonik angiopatiya. yanaşı xəstəliklər K52 Digər qeyri-infeksion qastroenteritlər və kolitlər Xroniki enterokolit (remissiya dövrü). E04 qeyri-toksik urun digər formaları, düyünlü ur. K81.1 xroniki xolesistit xroniki hepatoxolesistit, H52.2 Astiqmatizm Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. VİZOD=0.05 k,e, VİZOS=0.4 k/e. F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası Vegetativ damar distoniyası. Nevrotik reaksiyalar, E79 Purin və pirimidin mübadiləsinin pozğunluqları, Sidik turşulu diatez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25,...” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra İddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAB0M saylı göndərişi əsasında 02.06.2020-ci il tarixdə qiymətləndirilmiş və “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsas gətirilməklə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İlham Asif oğluna ünvanladığı 02.02.2021-ci il tarixli, **********6 nömrəli məktubda qeyd olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisindən daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən edilmişdir ki, əlillik vəziyyətiniz Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 25.10.2017-ci il tarixli, 4110003AAB0M nömrəli göndərişi əsasında iştirakınız olmadan 01.11.2017-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyinizin təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, o cümlədən sizin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı üçün onlara göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar əlillik müayinəniz Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 04.03.2020-ci il tarixli 029-592-1220 saylı məktubu ilə sizin daxili işlər orqanlarında xidmət etdiyiniz və 25.07.2017-ci il tarixdə Nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirildiyi və 355 nömrəli xəstəlik haqqında şəhadətnamənizin verildiyi bildirilmişdir. Bununla əlaqədar, əlillik vəziyyətinizin yenidən qiymətləndirilməsi məqsədi ilə Agentliyə dəvət olunmusunuz. Obyektiv müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar əlamətləri müşahidə olunmadığından, eləcə də xəstəliklərin ağırlaşmalarının dəqiqləşdirilməsi üçün Elmi X5 müvafiq tibbi-rəyində qeyd edilmiş diaqnoz əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4299/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı əsasında Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş T 176/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1984-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, vətəndaş İddiaçı 30.07.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ FS, arterial hipertoniya İİ dərəcə, diffuz toksiki ur, xroniki ürək çatmamazlığı (EF-49%)” diaqnozu qoyulmuşdur ki, bu da onun 02.06.2020-ci il tarixli müayinələrinin nəticələri əsasında müəyyən edilmiş “ürəyin xroniki işemik xəstəliyi" diaqnozuna uyğun gəlir; Vətəndaş İddiaçı əziyyət çəkdiyi xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Vətəndaş İddiaçı əziyyət çəkdiyi xəstəliklərin müalicələrdən sonra tam reabilitasiyası, yəni sağalması mümkün deyildir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 25.07.2017-ci il tarixli, 355 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının Xəstəlik haqqında şəhadətnaməsi ilə tibbi şəhadətləndirilmiş, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikasının 25.10.2017-ci il tarixli, 4110003AAB0M saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti 01.11.2017-ci il tarixdə qiymətləndirilmiş, hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh orqana müraciət olunmuş, bundan sonra cavabdeh həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını “Əlillik" altsistemində etibarsız hesab etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 04.03.2020-ci il tarixli, 029-592-1220 nömrəli məktubu ilə iddiaçının daxili işlər orqanlarında xidmət etdiyi və 25.07.2017-ci il tarixdə Nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirildiyi bildirilmiş, bundan sonra iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən 02.06.2020-ci il tarixdə yenidən qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyinatından imtina edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və əlillik təyinatının bərpa olunmasını inzibati məhkəmə icraatında xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh iddiaya etirazında iddiaçının mübahisələndirdiyi qərarın iddiaçı barəsində qərar 2020-ci il avqust ayında verilsə də o, 2021-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə, bununla da İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürdüyünü və bu əsasdan iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, işin yuxarıda sadalanan hallarından da müəyyən olunduğu kimi cavabdeh iddiaçı barəsində 01.11.2017-ci il tarixdə əlillik dərəcəsinin təyini barədə əliverişli inzibati akt qəbul etmiş, sonradan təyin etdiyi əlillik dərəcəsini Əlillik alt sistemində etibarsız hesab etmişdir. Bununla bağlı cavabdeh hər hansı inzibati akt qəbul etməmiş və belə bir aktı (qərarı) iddiaçıya təqdim etməmişdir. Hazırkı halda iddiaçı cavabdehin Əlillik alt sistemində etibarsız hesab etdiyi əlillik dərəcəsinin bərpasını tələb edir ki, bu cür faktiki hərəkətlər isə öz hüquqi təbiətinə görə mübahisələndirmə haqqında iddia növünə deyil, öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti kimi iddia müddəti nəzərdə tutulmur, iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsi tələb olunur. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: -əlillik dərəcəsinin etibarsız hesab ediməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; -əlillik dərəcəsinin bərpa olunması. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 25.10.2017-ci il tarixli, 4110003AAB0M saylı göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi daxili işlər orqanlarında xidmət etməyən və DİN-in XHK tərəfindən şəhadətləndirilməyən şəxslər barədə tərtib edilmiş göndərişlər (Forma 88) etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (25.10.2017-ci il tarixli, 4110003AAB0M nömrəli göndəriş) etibarsız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (01.11.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilməsi) Əlillik altsistemində cavabdeh tərəfindən haqlı olaraq etibarsız edilmişdir. Belə ki, yuxarıda qeyd edilən normaların təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlillik təyinatının etibarsız hesab edilməsi ilə bağlı apardığı inzibati icraatın qanuniliyinə qiymət verir. Cavabdeh inzibati orqan Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş tibbi göndəriş əsasında iddiaçıya əlillik dərəcəsi təyin etmiş, sonradan tibbi göndərişi göndərən orqan həmin göndərişi etibarsız hesab etmiş, bunun nəticəsində də cavabdeh Agentlik iddiaçının əlillik təyinatını etibarsız hesab etmişdir. Cavabdeh orqanın inzibati icraat gedişində “Əlilliyin qiymətləndirilməsi” Qaydaları ilə iddiaçının adına rəsmiləşdirilmiş göndəriş əsasında əlillik təyinatını aparmaq və ya təyinatın aparılmasından imtina etmək səlahiyyəti mövcud olmuşdur. Sonuncunun iddiaçının adına verilmiş göndərişin hansı əsaslarla etibarsız hesab edildiyini yoxlamaq, bunun üçün müvafiq sorğular vermək və ya hazırkı halda iddiaçının təqdim etdiyi Daxili İşlər Nazirliyinin Tibb İdarəsində tibbi qeydiyyatda durmasının qanuni olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmaq vəzifəsi nəzərdə tutulmamışdır. Cavabdeh orqan yalnız tibb müəssisəsinin təqdim etdiyi göndərişi həmin orqanın özü tərəfindən etibarsız hesab etdiyindən əlillik təyinatını etibarsız hesab etmişdir. Göndərişin etibarlılıq əsaslarını yoxlamaq onu təqdim etmiş orqanın - Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məsuliyyət dairəsinə aid olan məsələ olmuşdur. Beləliklə, hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 25.10.2017-ci il tarixli, 4110003AAB0M nömrəli göndərişi həmin təşkilatın özü tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğura bilmədiyindən cavabdehin iddiaçının əlillik dərəcəsinin etibarsızlığı ilə bağlı həmin dövrdəki hərəkətləri qanunsuz hesab edilə bilməzdi. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 04.03.2020-ci il tarixli, 029-592-1220 nömrəli məktubu ilə iddiaçının daxili işlər orqanlarında xidmət etdiyi və 25.07.2017-ci il tarixdə Nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirildiyi bildirildikdən sonra iddiaçının əlillik vəziyyətinin yoxlanılması ilə əlaqədar əyani müayinəyə dəvət olunmuş, müayinə olunması üçün Akad. C.Abdullayev adına X3 göndərilmişdir. Akad. C.Abdullayev adına X2 06.06.2020-ci il tarixli müayinə aktının nəticəsinə uyğun olaraq iddiaçıya qoyulmuş Ürəyin xroniki işemik xəstəliyi diaqnozunun əlillik təyin etməməsi barədə qərar verilmişdir. Məhkəmə icraatı gedişində iddiaçının cari sağlamlıq vəziyyətinin yoxlanılması, qoyulmuş ürəyin xroniki işemik xəstəliyi” diaqnozunun düzgün olması, cari vəziyyətinə uyğun olması, eləcə də diaqnozun əlillik təyinatına əsas verib-verməməsi məsələsinin yoxlanılması ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Təqdim edilmiş ekspert tədqiqatının nəticəsi üzrə rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı ekspertiza zamanı canlı müayinə olunmuş, mütəxəssis rəyinin əldə edilməsi üçün Akademik C.Abdullayev adına X3 göndərilmiş, həmin institutun tərtib etdiyi 30.07.2021-ci il tarixli rəylə iddiaçıya ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ FS arterial hipertoniya İİ dərəcə, diffuz toksiki ur, xroniki ürək çatmamazlığı (EF-49%) diaqnozu qoyulmuşdur. Ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, A.Allahverdiyevə 02.06.2020ci il tarixli müayinələrinin nəticələri əsasında müəyyən edilmiş “ürəyin xroniki işemik xəstəliyi" diaqnozu Akademik C.Abdullayev adına X2 tərtib etdiyi 30.07.2021-ci il tarixli rəydə göstərilmiş diaqnozla uyğundur. Göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə təsdiq edilmişdir ki, adıçəkilən Əsasnamə ilə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu meyarları sadalanmışdır ki, həmin meyarlar sırasında iddiaçıda müəyyən olunan “ürəyin xroniki işemik xəstəliyi" diaqnozuna uyğun meyar müəyyən olunmur. Beləliklə, iddia tələbinin ikinci hissəsi üzrə iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün onun barəsində qoyulmuş diaqnoz əlillik təyinatına imkan verməlidir ki, hazırkı iş üzrə iddiaçıya qoyulmuş diaqnoz əlillik dərəcəsi təyin etmir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, cavabdehin əlillik təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verdiyindən hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpası barədə iddia təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar