Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4299/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı icra hərəkətlərinin dayandırılması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində icraat yekunlaşana kimi 2(011)-147/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(011)- 147/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı 32322 ABŞ dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan ipoteka predmeti-Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 30 saylı mənzilinə yönəldilərək, ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması müəyyənləşdirilmişdir.Həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra, cavabdehlər İddiaçı, X8, X9, X12, X5 və X11 tərəfindən 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılması qətnamə ilə müəyyənləşdirilmişdir. Sözügedən qətnamə əsasında icra vərəqəsi verilmiş və icra vərəqəsi əsasında tutma ipoteka predmetinə yönəldilmiş, İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlak açıq hərraca çıxarılmış və yekunda əmlak "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir.16 dekabr 2022-ci il tarixli "xxxx" ASC ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili 90900 manata satılmışdır. Alq-satqı müqaviləsi əsasında X13 daşınmaz əmlak üzərindəki hüquqları qeydiyyata alınaraq xx.xx.2022-ci tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Mülkiyyətçi X13 mülkiyyətində olan daşınmaz əmlaka köçmək istəyən zaman orada keçmiş mülkiyyətçi və borcluların orada yaşadığının şahidi olmuşdur. Bu səbəbdən 29 sentyabr 2017-ci il tarixli 2(011)-147/2017 saylı icra sənədinin icra edilməsi üçün dəfələrlə Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Bu müraciətlərin və sənədin icrası tələblərindən sonra xx.xx.2023-ü il tarixli xx/xx-162351/20 saylı məktubu ilə X6 icra vərəqəsi üzrə tələbkar olmaması səbəbi ilə mənzilin boşaldılaraq təhvil verilə bilməyəcəyi qeyd olunmuşdur.İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər X11, X5, İddiaçı, X12, X8 və X2 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bundan sonra onun cavabdeh X10 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsu Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Novruzova Aytən Nazim qızının sədrliyi ilə) 2(005)-4332/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2, İddiaçı, X3, X7, X1 və X4 cavabdehlər "xxxx" MMC-yə və “Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiam rədd edilmişdir. Daha sonra “Bank VTB (Azərbaycan)” ASC onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin cavabdeh X10 “daşınmaz əmlakın alqısatqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə” bağlanmışdır. Evin ekspertiza tərəfindən qiyməti 90000 manat müəyyən edilmişdir. Halbuki evin ekspertiza tərəfindən qiymətləndirilməsi xx.xx.2017-ci il tarixdə olmuş və bu günkü günə qədər 6 il vaxt keçmişdir. Onun müraciəti üzrə keçirilmiş “Müstəqil Məhkəmə Ekspertiza” mərkəzinin xx.xx.2023-cü il tarixli 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin hazırki orta bazar qiyməti 150000 manatdır.“Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh X13 arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə əsassız varlanma məqsədini güdmüşdür. Belə ki, mübahisələndirilən yaşayış sahəsi real bazar qiymətindən aşağı qiymətə dəyərləndirilmiş və nəticədə mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə sübutları qiymətləndirərkən düzgün nəticəyə gəlməmiş, tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozmuşdur. Belə ki, şikayətini onunla əsaslandırır ki, onun yaşadığı mənzil 6 (altı) il bundan öncə 90000 (doxsan min) manata qiymətləndirilmişdir. Sonradan onun müraciəti üzrə keçirilmiş “Müstəqil Məhkəmə Ekspertiza” mərkəzinin xx.xx.2023-cü il tarixli 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin hazırki orta bazar qiyməti 150000 manatdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 27 fevral 2024-cü il tarixə təyin edilmişdir. Cavabdehin yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə cavabdehin nümayənəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Hazırda iddiaçı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin üzərinə mülki iş üzrə çıxarılmış 28 avqust 2023-cü il tarixli e-2(011)-3568/2023 saylı məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsinin icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət etmək vəzifəsinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin dayandırılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4299/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4299/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver