Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-43/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 Bəkir qızının və İddiaçı2 Bəkir oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs X2 qarşı iddiaçıların mərhum atasının xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensiyasının ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 Bəkir qızı və İddiaçı2 Bəkir oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12683,1 manat məbləğində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın onlara düşən 2/3 hissəsini təşkil edən 8455,4 manat məbləğində pul kompensasiyasının onlara ödənilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 2-1(82)-2706/2018 nömrəli, 20.09.2019-cu il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etmək qərarına gəldiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçılar və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların və üçüncü şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçıların iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.5, 80-cı maddələrinə əsasən məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtinası qəbul edilsin. İddiaçılar İddiaçı1 Bəkir qızının və İddiaçı2 Bəkir oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs X2 qarşı iddiaçıların mərhum atasının xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensiyasının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-43/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-43/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver