Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-430/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılması barədə qərarın ləğv edilməsi və yaşadığı yer üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Qədirli küçəsi, 3 saylı evdən qeydiyyatdan çıxarılmasına dair cavabdehin qərarının ləğv edilməsi və əvvəlki ünvana qeydiyyatının bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1983-cü ildən Bakı şəhəri, Qədirli küçəsi, 3 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 iyun 2007-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir.Cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir.Həmin cəzaçəkmə müəssisəsində yuxarıda göstəriən ünvanda qeydiyyatda olmağı ilə əlaqədar müvafiq qeydiyyat aparılmışdır.07 sentyabr 2019-cu ildə cəzasını çəkib evə qayıtdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçı qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmışdır və inzibati binaya qeydiyyata salınmışdır, hətta iddiaçının əvəzinə şəxsiyyət vəsiqəsi alınmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər, cavabdeh məhkəməyə ünvanladığı məktublarında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 2 ünvanda inzibati binada qeydiyyatdadır. İddiaçı haqqında B-İL formalı məlumat sənədinə əsasən iddiaçı xx.xx.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə AR CM-nin 29, 120.2.3, 315.2, 234.1, 66.3-cü madddələrinə əsasən məhkum edilmişdir, xx.xx.2019-cu ilə qədər cəzasını çəkmiş, cəza müddətinin başa çatması ilə bağlı cəzadan azad edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya ünvan 3 ünvana qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi iə təmin olunmaqla əlaqədar qeydiyyat vəsiqəsi və ya orderlə birlikdə Yasamal RPİ QMB-nə və ASAN xidmət mərkəzlərinə müraciət etməsi təklif edilmişdir. xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən iddiaçı təkrar doğum haqqında şəhadətnamənnin alınması,bununla bağlı dövlət rüsumunun ödənilməsi ilə əlaqədar bacısı V.Yaqubovaya etibarnamə vermişdir, həmin etibarnamə iddiaçının cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. 64 saylı MKİS-nin 64 №-li, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı 1983-cü ildən Qədirli küçəsi,3 ünvanda qeydiyyatda olmuşdur, xx.xx.2017-ci ildə qeydiyyatdan çıxmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı 1 saylı Cəzaçəkmə müəssisəsinin məktubu ilə keçmiş SSRİ tipli sovet pasportunun dəyişməsi ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir.İddiaçı ərizəsi əsasında təcridxanaya əməkdaş göndərilmiş və müvafiq sənədlər toplanmışdır.Lakin qeydiyyatla bağlı heç bir hüquqi sənəd təqdim olunmadığından İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 S saylı sərəncamına əsasən rayon polis idarəsinin inzibati binasına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna, həmin məktuba əlavə edilmiş xx.xx.2006-cı il tarixli müqaviləyə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərardadına, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 saylı fərdi yaşayış evinə dair X2, X7, X1, X6 mülkiyyət hüququ tanınmış, “V” tikilisinin 12,6 kv metr, 6,9 kv metr və 2,6 kv metr sahəli otaqlardan ibarət olması müəyyən edilmişdir.Hazırda V tikilisi 2 otaq ü/s 19.5 kv metrdən ibarət 1 hissə X3, V tikilisi 2 otaq ü/s 19,5 kv metrdən ibarət bir hissə Rəhimov Mirzə Rəhim Paşa oğlunun, V tikilisi 2 otaq ü/s 19,5 kv metrdən ibarət bir hissə X1, V tikilisi 2 otaq ü/s 19,5 kv metrdən ibarət bir hissə X6 mülkiyyətindədir.Sözügedən fərdi yaşayış evinin B tikilisi 1 otaq 21,2 kv metr Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 10,04.2004-c il tarixli, 4Ə- 2/381 reyestr nömrəli daşnmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü ildə X4 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.Sözügedən fərdi yaşayış evinin 2 otağı (yaşayış sahəsi 43.2 kv metr) Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2006-cı ildə X5 adına qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə AR CM-nin 29, 120.2.3, 315.2, 234.1, 66.3-cü madddələrinə əsasən məhkum edilmişdir, xx.xx.2019-cu ilə qədər cəzaçəkmə müəssisəsində cəza çəkmişdir, hazırda onun ünvan 5 ünvandan qeydiyyatdan çıxarılması barədə cavabdehin qərarının ləğv edilməsini və həmin ünvana qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbini əsassız hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərinə əsasən iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. İddiaçının iddiası ilə bağlı isə məhkəmə onu qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Qədirli küçəsi,3 ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı inzibati aktın qəbul edilməsi məhkəmə iş marerialları ilə müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin müılkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi,yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İddiaçı qeydiyyatının bərpa edilməsini tələb etdiyi ünvandakı evə (mənzilə) isitfadə hüququnun tanınması barədə məhkəmə qətnaməsini və ya yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini məhkəməyə təqdim etməmişdir və belə bir sənədləri cavabdehə təqdim etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının Bakı şəhəri, Qədirli küçəsi 3 saylı evə qeydiyyatdan çıxarılmasına dair cavabdehin qərarının ləğv edilməsi və əvvəlki ünvana qeydiyyatının bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 33, 34-cü, 68-ci, 81ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri, Qədirli küçəsi, 3 saylı evə qeydiyyatdan çıxarılmasına dair cavabdehin qərarının ləğv edilməsi və əvvəlki ünvana qeydiyyatının bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində ünvan 7 ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-430/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-430/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver