Məhkəmə qərarları › İş №2-1(112)-430/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-430/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-430/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC qanunvericiliyə əsasən yaradılaraq 6 iyul 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə reyestrdən çıxarış əldə olunmuşdur. Qurum Azərbaycan Respublikası qanunvericiliyi və nizamnamə əsasında fəaliyyət göstərir. AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13 noyabr 2017-ci il tarixli **********125647 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbədənkənat səyyar vergi yoxlaması təyin olunmuş, lakin Departamentin 20 dekabr 2017-ci il tarixli **********134411 nömrəli qərarı ilə yoxlama dayandırılmış, sonradan 18 yanvar 2018-ci il tarixli **********101649 nömrəli qərarla bərpa olunsa da, 19 yanvar 2018-ci il tarixli **********101844 nömrəli qərarla 19 fevral 2018-ci il tarixədək təkrar dayandırılmışdır. Departament tərəfindən 20 fevral 2018-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi üçün konkret hərəkətlərin aparılması üçün AR Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət olunması barədəı **********140956 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən broker xidmətinin həcminin müəyyən edilməsi sualı qoyulmuşdur. Lakin heç bir mütəxəssis dəvət edilməmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 14 mart 2018-ci il tarixli **********143830 nömrəli və 7 may 2018-ci il tarixli **********150110 nömrəli qərarlarla yoxlamanın müddəti hər dəfə 30 gün artırılmışdır. "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında" 11 may 2018-ci il tarixli **********150501 nömrəli və 23 may 2018-ci il tarixli **********151464 nömrəli qərarlarla səyyar vergi yoxlamasının keçirilməsi Departamentin müfəttişlərinə tapşırılmışdır. Departamentin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 13 noyabr 2017-ci il tarixli **********125647 nömrəli qərarına əsasən 1 fevral 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan dövrü əhatə etməklə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 3 yanvar 2019-cu il tarixli akt tərtib edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qəbul etdiyi "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" 25 fevral 2019-cu il tarixli **********177306 nömrəli qərarla yoxlama zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə 30 iş günü müddətinə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. Departamentin "Səyyar vergi yoxlamasının dayandırılması haqqında (təxirə salınması) haqqında" 16 aprel 2019-cu il tarixli **********181178 nömrəli qərarı ilə səyyar vergi yoxlaması 16 aprel 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək olan müddətə müvəqqəti dayandırılmış və 17 may 2019-cu il tarixli **********183257 nömrəli qərarlaı səyyar vergi yoxlaması bərpası qərara alınmışdır. Qərarın mövcud olmasına baxmayaraq, növbədənkənar səyyar vergi yoxlamasının aparılması bərpa edilməmiş, yoxlama sonradan Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 14 iyun 2019-cu il tarixli qərarla bərpa edilmişdir. Daha sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Əlavə vergi rxkıması tədbirlərinin keçirilməsi haqqında" 28 iyun 2019-cu il tarixli **********185979 nömrəli və 21 avqust 2019-cu il tarixli **********188781 nömrəli qərarları ilə yoxlama zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə hər dəfə 30 iş günü müddəti olmaqla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. 7 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi müfəttişləri tərəfindən "İddiaçı” MMC-də növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair akt tərtib edilmişdir. Qeyd edilən akt MMC-yə 20 noyabr 2019-cu il tarixdə qurumun şəxsi kabinetinə göndərilməklə rəsmi təqdim edilmişdir. Qeyd edilən akt əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərarı ilə 125.287,98 manat cərimə və 21.085,93 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi xahiş olunur. Belə ki, bundan əvvəl səyyar vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 6 mart 2015-ci il tarixli **********871037 nömrəli qərarına əsasən həmin Departamentin müfəttişi tərəfindən aparılmış, yoxlama ilə müəssisənin 1 fevral 2014-cü il tarixdən 31 may 2015-ci il tarixədək olan fəaliyyət dövrü əhatə edilmiş və yoxlamanın nəticələri 5 oktyabr 2015-ci il tarixli aktla rəsmiləşdirilmişdir. 2016-ci ilin 6 iyun tarixində **********019350 qərarla növbədənkənar səyyar vergi yoxlaması müəyyən olunmuş və MMC-nin 1 fevral 2015-ci il tarixdən 1 may 2016-cı il tarixədək olan fəaliyyəti digər müfəttiş tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı aşkar olunan vergilərin dəyəri uzunmüddətli danışıqlardan sonra 62.000 manat təşkil etmişdir. 14 dekabr 2016-ci ildə razılaşdırılan ödəniş tam olaraq şəxsi vərəqəyə keçirilmişdir. Həmin vaxtı ölkə devalvasiya səbəbindən maliyyə böhranı vəziyyətində olduğundan, MMC-nin podryatçılara borcunun böyük hissəsi xarici şirkətlərə xarici valyuta ilə olub və fəaliyyəti xeyli çətinləşmişdir. Buna baxmayaraq, MMC tərəfindən bütün vergilər axtında ödənilmişdir. Lakin bir müddət keçdikdən sonra MMC-yə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şifahi şəkildə bildirmişdir ki, qərar ləğv olunmuşdur, həmin dövr daha yoxlanılmayacaqdır. Ödənilən 62,000 manat məbləğində vəsait isə 9 ay ərzində yuxarıda göstərilən dövr üzrə ödəniş kimi qalmışdır. Lakin bir müddət sonra Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 13 noyabr 2017-ci il tarixli **********125647 nömrəli qərarına əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama 1 fevral 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan dövrləri əhatə etmiş və yoxlamanın nəticəsinə dair 7 noyabr 2019-cu il tarixli **********126462 nömrəli akt tərtib edilməsinə baxmayaraq, yoxlama faktiki olaraq 22 noyabr 2019-ci il tarixində başa çatmışdır. Aktda göstərildiyi kimi, səyyar vergi yoxlaması AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aparılmışdır. Həmin maddədə təsbit edilmişdir ki, yoxlama vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi odəyıcısınm gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri müəyyən edildikdə aparıla bilər. Lakin, aktda məlumatın mənbəyi, o cümlədən verilən məlumatın yoxlanması və təsdiqini tapıb-tapmaması öz əksini tapmamışdır. MMC tələb edir ki, məlumatın mənbəyi açıqlansın. Mənbə açıqlanmadığı, habelə həmin məlumatın doğruluğu öz təsdiqini tapmadığı təqdirdə, yoxlamanın aparılması qüvvədə olan AR Vergi Məcəlləsinin 38.3 və 38.3.5-ci maddələrinin tələblərinə zidd olduğundan, MMC hesab edir ki, 7 noyabr 2019-cu il tarixli **********126462 nömrəli akt ləğv edilməlidir. Bundan başqa həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq yoxlamanın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin həmin maddəsində sadalanan xüsusi hallarda yoxlamanın nəticələri üzrə aktın tərtibi müddəti 30 cemdən çox olmayan müddətə uzadıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri (9 aydan çox olmamaqla) nəzərdə tutulmuşdur. Lakin həmin əsasların heç biri mövcud olmadığı halda şikayət edilən yoxlamanın müddəti 2 ili (24 ayı) ötmüşdür. 2 il ərzində "İddiaçı" MMC nümayəndələri dəfələrlə Bakı şəhəri Lokal Gəkirlər Departamentinin şöbəsinə və Vergilər Nazirliyinə danışıqlar və məlumatlandırma üçün çağırılmışdılar. Nəticədə, artıq 2016-cı ilin dekabr ayında ikitərəfli razılığa əsasən vergilər üzrə ödənişi vaxtında keçirilmiş dövr üçün cərimələr və sanksiyalar hesablamışlar. Vergilər Nazirliyinə MMC tərəfindən daimi göndərilən şikayət, məktub və teleqramlar nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səhvləri qismən düzəldilmişdir. Lakin vergilərin hesablanmasına icazə verən 3 illik müddət başa çatdıqdan sonra "İddiaçı" MMC-yə həmin dövr üzrə əlavə vergilər və sanksiyaların tətbiq olunması mümkün olmadığı halda, əlavə vergilərin və sanksiyaların silinməsi barədə təkrar müraciətlər mənfi cavablandırılmışdır ki, nəticədə bu MMC-nin Konstitusiyanın 12.1 və 73-cü maddələrində, həmçinin Vergi Məcəlləsinin 36.3, 83.3, 85.4 və 56.1-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur. Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində Vergi Məcələsinin qeyd olunan maddələrində təsbit olunmuş üç illik müddət keçməsinə baxmayaraq, əsassız olaraq 2015cı il uçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması müddəti üç illik müddətin uzadılmasına təsir etmir, yəni vergi yoxlaması müddəti uzadıqca geriyə hesablanan üç illik müddət də irəliləyir. Aydın məsələdir ki, 2015-ci hesabat ili üzrə vergləri, faizləri və maliyyə sanksiyaları ən son 2018-ci ildə hesablana bilərdi. Lakin məlum olduğu kimi, səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli akt 7 oktyabr 2019-cu il tarixdə tərtib edildiyindən, 2015-ci ilə tətbiq edilə bilməzdi. O da qeyd olunmalıdır ki, növbədənkənar vergi yoxlaması 14 noyabr 2017-ci il tarixdə başlansa da, 20 dekabr 2017-ci il, 19 yanvar 2018-ci il, 20 fevral 2018-ci il, 27 iyul 2018-ci il, 27 avqust 2018-ci il, 16 aprel 2019-cu il, 17 may 2019-cu il tarixli əsassız qərarlarla vergi yoxlaması heç bir səbəb olmadan cavabdehin özü tərəfindən dayandırılmışdır ki, bunun məsuliyyətidə cavabdehin üzərinə düşür. Bu səbəbdən də səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli 7 oktyabr 2019-cu il tarixli aktda 2015-cı il uçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanması tamamilə qanunsuzdur. Bundan başqa Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya azun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi rqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi xiəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə ergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Yuxarıda qeyd edilən maddələrin dispozisiyasından açıq-aydın şəkildə görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli 7 oktyabr 2019-cu il tarixli aktı 21 noyabr 2019-cu il tarixdə MMC-yə rəsmi təqdim etdiyi halda 22 fevral 2019-ci il tarixdə vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli qərarı qəbul etməsi iddiaçı "İddiaçı" MMC-nin AR Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddələrinin tələblərinin kobud şəkildə pozulmasına səbəb olur.Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26, 61, 73-cü maddələrinə, Vergi Məcəlləsinin 1.1, 3, 36, 64-cü maddələrinə, İPM-in 14, 38.1, 68, 70.1-ci maddələrinə əsaslanaraq, cavabdehin 22 noyanr 2019-cu il tarixli **********193761 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar qeyd olunur: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbi ilə razılaşmır. Belə ki, vergi orqanının 13 noyabr 2017-ci il tarixli **********125647 saylı qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr 2015-ci ilin fevral ayından 2018-ci ilin sentyabr ayınadək) və yoxlamanın nəticəsi 7 oktyabr 2019-cu il tarixli **********126462 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Yoxlama ilə əlaqədar iddiaçıya 16 noyabr 2017-ci il tarixli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə" təqdim edilmiş və iddiaçı tərəfindən 1 yanvar 2015-cı il tarixdən 30 sentyabr 2017-ci il tarixə qədər olan dövrdə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya qismən təqdim edildiyindən “Sənədlərin qismən təqdim edilməsi barədə” 7 dekabr 2017-ci il tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən 18 yanvar 2018-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmış və 1 yanvar 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan dövr üzrə sənədlər tələb edilmişdir. Qərara əsasən iddiaçı tərəfindən 1 oktyabr 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan dövr üzrə bir qisim sənədlər vergi orqanına təqdim edilmiş və 22 yanvar 2018-cil tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokol tərtib edilmiş, eyni zamanda “Sənədlərin qismən təqdim edilməsi barədə” 22 yanvar 2018-ci il il tarixli akt tərtib olunmuşdur. İddiaçı tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159.1, 161.1 və 166.1-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə əlavə olaraq 28.883,43 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 64.558,74 manat əlavə dəyər vergisi məbləğinin 50 faizi miqdarında, yəni 32.279,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilələr, vergi hesab fakturaları, elektron qaimə fakturalar, invoyslar, bank sənədləri, təhvil-təslim aktları, ƏDVDH çıxarışları, ödəniş qəbzləri, kassa mədaxil orderinin qəbzləri və sair sənədlərə) əsasən iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Vergi Məcəlləsinin 104.1 və 108-ci ərinin tələblərinə uyğun olaraq mənfəət vergisi yenidən hesablanmışdr, 2015-ci il üzrə ümumi gəlirlər 775.040,65, ümumi xərclər 373.204,27 manat müəyyən edilmişdir və müvafiq olaraq 80.367,28 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 254.646,21 manat öz təsdiqini tapmayan xərclərə aid edilmişdir. 2016-cı il üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən həmin il üçün çıxılmalardan sonra ümumi gəlirlər 799.672,01 manat, ümumi xərclər 635.839,27 manat keçmiş illərin zərəri çıxılmaqla (15.845,28 manat) vergiyə cəlb olunan mənfəət 147.987,46 manat müəyyən edilmiş və müvafiq olaraq 7.593,64 (29.597,49 – 22.003,85) manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 88.030,65 manat (o cümlədən 2015-ci il üzrə 80.367,28 manat, 2016-cı il üzrə 7.663,37 manat) mənfəətdən vergi məbləğinin 50 faizi miqdarında, yəni 44.015,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilələrə, vergi hesab fakturalarına, elektron qaimə fakturalara, invioysiara, bank sənədlərinə, təhvil-təslim aktlarına, ƏDVDH çıxarışlara, ödəniş qəbzləri, kassa mədaxil orderinin qəbzləri və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, MMC tərəfindən Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normaların tələblərinə uyğun olaraq mənfəət vergisi yenidən hesablanmışdır. MMC tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində büdcəyə çatası ƏDV məbləği Vergi Məcəlləsinin 159.1, 161.1 və 166.1-ci maddələrinin tələblərinə uyğun şəkildə büdcəyə əlavə olaraq 28.883,43 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 64.558,74 manat vşrgi məbləğinin 50 faizi miqdarında 32.279,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Cəmi: 61.162,80 (28.883,43 + 32.279,37) manat. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərarı qəbul edilərkən 55.208,77 manat maliyyə sanksiyası azaldılmış və nəticədə vergi ödəyicisinə cəmi 138.000,00 manat məbləğində vergi borcu hesablanmışdır. MMC tərəfindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 138.000 (193.208,78 – 63.207,78) manat vəsaitin dövlət büdcəsinə ödənilməsi öhdəliyi götürülmüş və 23 aprel 2019-cu il tarixli (AVİS: **********730200) zəmanət məktubu ilə 30 sentyabr 2019-cu il tarixədək vergi öhdəliyinin yerinə yetirilməsi bildirilmişdir. Lakin maliyyə çətinliyi ilə əlaqədar iddiaçı ödənişləri göstərilən vaxtadək qismən yerinə yetirə bilmiş və möhlət müddətinin 15 noyabr 2019-cu il tarixədək uzadılmasını xahiş etmişdir. Belə ki, səyyar vergi yoxlaması ilə yaranmış vergi öhdəliyinə görə MMC tərəfindən 55.000 manat dövlət büdcəsinə vəsait ödənilmişdir (20 may 2019-cu il tarixdə 4.000 manat, 23 may 2019-cu il tarixdə 10.000 manat, 29 may 2019-cu il tarixdə 10.000 manat, 30 may 2019-cu il tarixdə 1.000 manat, 1 iyul 2019-cu il tarixdə 20.000 manat və 8 avqust 2019-cu il tarixdə 10.000 manat). Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 70.3-cü maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının 3 iyun 2016-cı il tarixli **********019350 nömrəli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-də 1 fevral 2015-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin sonradan 3 iyun 2016-cı il tarixli həmin qərar vergi orqanının 21 dekabr 2016-cı il tarixli **********069650 nömrəli qərarı ilə ləğv edilmişdir. Bundan sonra vergi orqanı iddiaçının 2015-ci ilin fevral ayından 2017-ci ilin sentyabr ayınadək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə 13 noyabr 2017-ci il tarixdə **********125647 nömrəli yeni qərar qəbul etmişdir. Vergi yoxlaması keçirilərkən vergi orqanının 9 qərarı ilə yoxlama dayandırılmış, 2 qərarı ilə yoxlamanın müddəti uzadılmış, 4 qərarı ilə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. Yoxlamanın nəticələri sonda 7 oktyabr 2019-cu il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında vergi orqanı 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Sözügedən qərarla vergi ödəyicisi kimi İddiaçı MMC-yə 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanmış, 2016-cı il üzrə 7.663.37 manat mənfəət vergisi hesablanmış, həmin məbləğə 3.831,69 manat maliyyə sanksiyası tətbiq edilmiş və 25.756,57 manat ƏDV hesablanmış, həmin məbləğə 12.975,61 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-ci il üzrə 8.557,25 manat ƏDV hesablanmış, həmin məbləğə 4.278,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərarını mübahisələndirir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənm müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstutusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Vergi orqanının 13 noyabr 2017-ci il tarixli **********125647 nömrəli qərarında AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmaqla vergi ödəyicisi kimi hazırkı iddiaçının fəaliyyətində “növbədənkənar” səyyar vergi yoxlamasının təyin olunması qərara alınsa da, inzibati orqan yoxlamanın nəticələri üzrə aktda, həmin akt əsasında qəbul edilmiş vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazda yoxlamanın “növbədənkənar”lığını əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim təqdim etməmişdir: - Vergi orqanının iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddəti keçdikdən “bir neçə gün” sonra artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş, həmçinin yoxlamanın artırılması müddətini 90 gün deyil, ilkin yoxlama müddətinin artırılmış müddətlə birlikdə 90 günədək davam edə bilməsini təsbit edir. Bundan başqa, mövcud qanunvericilik («Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə») normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. Hazırkı işdə olan sənədlərlə isə məlum olur ki, vergi orqanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” barədə 3 dekabr 2018-ci il, 25 fevral 2019-cu il, 28 iyun 2019-cu il və 21 avqust 2019-cu il tarixli qərarlarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının növbədənkənar keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Qeyd olunanlarla yanaşı diqqət yetirilməlidir ki, inzibati orqan yoxlamanın gedişində “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarlarda (4 qərar) onların qəbulunu “yoxlama zamanı yol verilmiş nöqsanların aradan qaldırılması” zərurəti ilə əsaslandırsa da, həmin nösanların nədən ibarət olması və yoxlamanın yekununda aradan qaldılması ilə bağlı xüsusatlar nə müvafiq aktda və məsuliyyətə cəlb etmə haqqında 22 noyabr 2019-cu il tarixli qərarda, nə də məhkəmə icraatında təqdim olunan sənədlərdə (etiraz və s.) açıqlanmamışdır; - İnzibati orqan səyyar vergi yoxlamasının dayandırılması barədə qərarlarının bəzilərini “yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halı” ilə əsaslandırsa da, məhkəmə icraatında bu xüsusat öz təsdiqini tapmadığından, sözügedən qərarlar formal xarakterli qiymətləndirilir. Yoxlamanın müddətinin dayandırılması barədə 25 iyun 2018-ci il tarixli qərarda isə, mütəxəssisin dəvət olunması qeyd edilmiş, lakin sonradan 7 oktyabr 2019-cu il tarixli aktda mütəxəssis rəyinin alınmasına zərurət olmadığı vurğulanmışdır. Hər iki hal, yoxlamanın müddətinin süni şəkildə uzadılması qənaətini formalaşdırır; - Xüsusilə vurğulanmalıdır ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə AR Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 13 noyabr 2017-ci il tarixdə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçının 2015-ci il üzrə fəaliyyətinin yoxlanılması barədə 3 iyun 2016-cı il tarixdə qəbul etdiyi qərarı 21 dekabr 2016-cı il tarixli digər qərarla (hər hansı tutarlı əsas göstərilmədən) ləğv etmişdir, yəni onun həmin dövrü əhatə edən yoxlamanı keçirməyə kifayət qədər imkanı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərar qismən, yəni “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində qanuna ziddir. Nəzərə alınmalıdır ki, vergi orqanının 22 noyabr 2019-cu il tarixli həmin qərarında 2016-cı il üzrə ƏDV hesablanmamış və maliyyə sanksiyası tətbiq edilməmiş, həmin ilin mənfəət vergisinin hesabat dövrü isə, 2017-ci ilə, yəni 22 noyabr 2016-cı il tarixdən sonrakı vaxta təsadüf edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, inzibati orqan səyyar vergi yoxlaması keçirərkən iddiaçı zəruri sənədləri, o cümlədən mühasibatlıq sənədlərini tam şəkildə təqdim etmədiyindən, qurum haqlı olaraq Vergi Məcəlləsinin 104.1, 108, 159.1, 161.1 və 166.1-ci maddələrinə əsaslanmaqla 2015-ci il istisna olmaqla yoxlamanın əhatə etdiyi digər dövr üzrə müvafiq məbləğlərlə mənfəət vergisi və ƏDV məbləğləri hesablamış, habelə bu məbləğlərə maliyyə sanksiyaları tətbiq etmişdir. İddiaçı 2016 – 2017-ci illər üzrə hesablanmış vergi məbləğləri və tətbiq olunmuş maliyyə sanksiyalarının əsassızlığı ilə bağlı tutarlı dəlil və sübut təqdim etməmişdir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqanın (vergi orqanının) 22 noyabr 2019cu il tarixli **********193761 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 23, 49, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin aktla bağlı dəlilləri isə, ümumiyyətlə qərarda yer almamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli 22 noyabr 2019-cu il tarixli qərarı “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli 22 noyabr 2019-cu il tarixli qərarı “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar