Məhkəmə qərarları › İş №2-1(112)-430/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-430/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-430/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 28.09.2020-ci il tarixli, **********140389 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdarənin 14.01.2020-ci il tarixli, **********196174 №-li qərarına əsasən İddiaçı (VÖEN **********2) fəaliyyəti üzrə 01.10.2016-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 15.01.2020-ci il tarixdə başlanmış yoxlama 3 dəfə dayandırıldıqdan, 2 dəfə müddət uzadıldıqdan sonra, 14.08.2020-ci ildə başa çatmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə 14.08.2020-ci il tarixli, **********6196197 №-li akt tərtib edilmişdir. İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 28.09.2020-ci il tarixli, **********140389 №-li qərarına əsasən İddiaçı 2016-ci ilin İV rübü üzrə 11028,10 manat sadələşdirilmiş vergisinin azaldılması, 2017-ci ilin İ- 2019-cu ilin İİİ rübü üzrə 3755,10 manat sadələşdirilmiş vergisinin artıq hesablanması, 2017-ci-2018-ci illər üzrə 70808,13 manat gəlir vergisinin azaldılması, 2018-ci ilin İİİ-2019-cu ilin İİİ rübü üzrə 840,0 manat ÖMV-nin azaldılması, 2017 və 2018-ci illər üzrə 522 manat MÖMV-nin artıq hesablanması, 2017-ci ilin yanvar- 2019-cu ilin sentyabr ayları üzrə 516129,04 manat ƏDV-nin azaldılması müəyyən edilmiş, vergi qanunvericiliyinin pozulmasına görə 241671.51 manat maliyyə sanksiyası tətbiq etməklə məsuliyyətə cəlb edilmişdir. Hesab etmişlər ki, inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 28.09.2020-ci il tarixli, **********140389 №-li qərarı tamamilə qərəzli, əsassız və qanunsuzdur. İlk növbədə onu qeyd etmişlər ki, növbədənkənar səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinin pozulmaqla aparılmışdır. Vegi qanunvericiliyinə görə müstəsna hallar istisna olmaqla, səyyar vergi yoxlaması 30 gündən artıq davam etməsinin və 9 aydan çox olmamaq şərtilə konkret müəyyən olunmuş hallardan və müddətdən kənar dayandırılmasının qadağan edilməsinə baxmayaraq, hazırki yoxlama zamanı inzibati orqan müstəsna hal olmadan yoxlama müddətini əsassız dayandırmalarla (üç dəfə) səkkiz ay davam etdirmiş, o cümlədən vergi orqanının əsaslandırılmış qərarı olmadan vergi yoxlaması iki dəfə uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə 14.08.2020-ci il tarixdə akt tərtib edilsə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar 28.09.2020-ci il tarixdə qəbul edilmişdir ki, bu pozuntu da vergi orqanının qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmənin diqqətinə xüsusilə çatdırmışdır ki, İddiaçı ilə inzibati orqan arasında 25.09.2014-cü ildən vergi risklərinin minimallaşdırılması məqsədi ilə Vergi partnyorluğu Sazişi bağlanmışdır ki, fərdi sahibkar kimi həmin müqavilədən irəli gələrək, vergi orqanı ilə razılaşma əsasında hər ay 400,0 manat vergi ödəyirdi. Fəaliyyət növü tibb və ortopediya mallarının pərakəndə satışından ibarətdir və fərdi sahibkar olaraq hesablanan vergi məbləğinin miqdarında heç ümumi dövriyyəsi olmamışdır. Satış dövriyyəsini nəzərə alaraq, vergi orqanının təklifi əsasında razılaşdırılmış məbləğı hər ay ödəmişdir. Ötən illər ərzində də satış dövriyyəsində hər hansı ciddi artım və ya azalma baş verməmişdir və hazırda vergi orqanının Vergi partnyorluğu Sazişi ilə razılaşdırılmış vergi məbləğinin az olmasını təkzib edən hər hansı bir sübutu yoxdur. İnzibati orqanın hesabladığı həmin vergi məbləği əsassız və qanunsuzdur. Səyyar vergi yoxlaması aktında göstərilən elektron daşıyıcılarda olan məlumatlara istinadən 2.124.244,0 manat dövriyyə müəyyən edilməsi tamamilə absurddur. Birincisi həmin elektron daşıyıcısının kimə məxsus olması və həmin elektron daşıyıcısındakı məlumatların nədən ibarət olması qeyri-müəyyəndir. İkincisi həmin elektron daşıyıcısındakı məlumatlarda fərdi sahibkar olaraq onun dövriyyəsini aşkara çıxaran hansı qeydlərin olmasını inzibati orqan yoxlama vaxtı ona təqdim etməmişdir. Digər tərəfdən həmin elektron dayışıcı və həmin daşıyıcıdakı məlumatlara aidiyyəti olmasa da həmin sənədlərin (həqiqətən mövcuddursa) götürülməsində belə vergi qanunvericiliyinin, xüsusilə Azərbaycan Respublikası VM-nin 43 və 50.5-ci maddələrinin pozulması faktı vardır. İnzibati orqan əsassız olaraq, fərdi sahibkarın xərclərini müəyyən etmək mümkün olmadığını göstərərək, vergiləri müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq qərarına gəlmişdir. Fərdi sahibkarın mənfəəti əsasında şərti rentabellik norması tətbiq etməklə vergi hesablaması tamamilə əsassız və absurddur. Bundan əlavə onu da qeyd etmişdir ki, inzibati orqan vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu mümkün olmadıqda “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İdarənin 14.01.2020-ci il tarixli, **********96174 nömrəli qərarı ilə İddiaçı (VÖEN ********** (yoxlanılan dövr: 01.10.2016-ci il tarixdən - 01.10.2019-ci il tarixədək) olan dövrdə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə sahibkar pərakəndə satış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması 15.01.2020-ci il tarixdə başlanılmış və 14.08.2020-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 16.01.2020-ci il tarixli, **********196246 saylı təlabnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olundu, lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 09.09.2019-cu il tarixli, 1909T011220121 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların goturulməsı haqqında” qərarlarına əsasən və 09.09.2019-cu il tarixli, **********0793 “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla götürülmüşdür. Bu səbəbdən vergi ödəyicisində heç bir sənəd olmadığından, yoxlanılan dövr üzrə tələbnamədə göstərilən sənədləri təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olundu. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə 10.02.2020-ci il tarixli, **********T97049 saylı "Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmış, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 09.09.2019-ci il tarixli, **********0121 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlarına əsasən və 09.09.2019-cu il tarixli, **********0793 “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla götürülmüşdür. Bu səbəbdən vergi ödəyicisində heç bir sənəd olmadığından, yoxlanılan dövr üzrə tələbnamədə göstərilən sənədləri təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olundu. Bakı Vergilər Departamentinin 13.05.2014-cü il tarixli, ********** 756974 nömrəli qərarı ilə İddiaçı (VÖEN **********) Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İyul 2012 - Mart 2014-cı illləri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsinə dair 14.08.2014-ci il tarixli, **********792397 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2014-cü il üzrə ödəmə mənbəyində tutulan vergisi 2470.0 manat azaltdığı müəyyən edilmişdir. “Vergi odəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.08.2014-cü il tarixli, **********93085 nömrəli qərar qəbul edilərək sahibkara 2470.0 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50% miqdarında, yəni 1235.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması ilə hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyası məbləğləri tamamilə dövlət büdcəsinə ödənilmişdir. Yoxlanılan dövrdə sahibkar faktiki olaraq Azərbaycan Respublikası ərazisində stomotoloji avadanlıqların pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Sadələşdirilmiş vergisi üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə sahibkar 91634.0 manat dövriyyə göstərərək 3665.36 manat sadələşdirilmiş vergi hesablamış, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 94784.0 manat dövriyyə müəyyən edərək 3791.36 manat sadələşdirilmiş vergi hesablamışdır. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılarda məlumatlara əsasən 276609.0 manat dövriyyə müəyyən edərək 11064.36 manat sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 155.1-ci və 157.5-ci maddələrinə əsasən sahibkar 01.01.2017-ci il tarixindən ƏDV ödəyicisi olduğundan 3755.10 manat sadələşdirilmiş vergi artıq hesablanmışdır. ƏDV (qeydiyyatsız) yoxlanılması üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektrondaşıyıcılardakı məlumatlara əsasən sadələşdirilmiş vergi bəyannaməsinə görə ardıcıl olan 12 aylıq dovriyyəsi 200000 (iki yüz min) manatı keçməsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 (iki yüz min) manatdan artıq olan fiziki şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Müəyyən olunmuş müddətdə ərizə verilməzsə vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün qeydiyyata almaq hüququna malikdir. Bu səbəbdən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməmiş və vergi orqanı tərəfindən 01.01.2017-ci il tarixdən ƏDV (qeydiyyatsiz qeydiyyata salaraq 515596.24 ƏDV-si hesablanmışdır. Azalmaya səbəb Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmalı dövriyyənin Vergi ödəyicisi tərəfindən 2864423.55 manat azaldılmasıdır. Gəlir vergisi üzrə: Sahibkar tərəfindən yoxlanılan dövr üzrə gəlir vergisinin bəyanaməsi təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 08.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılardakı məlumatlara əsasən sahibkarın ümumilikdə 2124244.0 manat (ƏDV-siz) (o cümlədən 2017-ci il üzrə 982203.05 manat və 2018-ci il üzrə 1142040.95 manat) gəliri olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vercj orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilmş) vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin sahibkar tərəfindən yoxlamaya vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatları başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən sahibkarın əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə sahibkarın əldə etdiyi 982203.05 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. 2017-ci il üzrə hesablanmış 163700.50 manat mənfəətdən 2017-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 32740.10 manat (163700.50x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Yoxlama ilə 2018-ci il üzrə sahibkarın əldə etdiyi 1142040.95 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəət aşagıdakı kimi hesablandı. 2018-ci il üzrə hesablanmış 190340.15 manat mənfəətdən 2018-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 38068.03 manat (190340.15 x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Beləliklə sahibkara ümumi olaraq 70808.13 manat gəlir vergisi hesablandı. ÖMV üzrə: Sahibkar tərəfindən 04.08.2012-ci il tarixlərində bağlanmış icarə müqaviləsində 400.0 manat aylıq məbləğ qeyd olmasına baxmayaraq ÖMV-ni hesablanmamış və ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə müəssisəyə 840.0 manat ödəmə mənbəyində tutulan verginin azadılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir verginin (icbari ödənislərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 70808.13 manat azaldılmasına görə 50% miqdarında, yəni 35404.06 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamələr göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 515596.24 manat azaldılmasına görə 50% miqdarında, yəni 257798.12 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbayban Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilrmiş verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 3755.10 manat artıq hesablanmış və 11028.10 manat azaldılmasına görə 50% midarında, yəni 5514.05 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyindən tutulan verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 840.0 manat azaldılmasına görə 50% miqdarında, yəni 420.0 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən vergi bəyannamələrının vaxtında təqdim etmədiyinə görə 1600.0 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Yoxlamaların nəticələri üzrə tərtib olunmuş 14.08.2020-ci il tarixli, **********196197 nömrəli akt tərtib olunmuş və sahibkara təqdim olunmuş, lakin o aktı imzalamaqdan imtina etmiş və aktın bir nüsxəsini almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının materiallarına 25.09.2020-ci il tarixdə baxılacağı barədə vergi ödəyicisinin elektron ünvanına 23.09.2020-ci il tarixli məktub göndərilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sahibkara ödənilmək üçün 594528.17 manat əlavə vəsait və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış və ya azaldılmış vergi məbləğinə görə 241671.51 manat maliyyə sanksiyası tətbiq edilməsi haqqında 28.09.2020-ci il tarixli, **********140389 nömrəli qərar çıxarılmışdır. İddia ərizəsində inzibati orqanın əsassız olaraq səyyar vergi yoxlamasının müddətini 3 dəfə dayandrılması qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, səyyar vergi yoxlaması keçirilən zaman vergi ödəyicisi tərəfindən 13.05.2020, 25.06.2020 və 27.07.2020-ci il tarixli məktublarla vergi orqanına müraciət etmiş və aparılan səyyar vergi yoxlamasının təxirə salınmasını xahiş etmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi müvəqqəti olaraq dayandırılır. İddiaçı həmçinin ərizədə qeyd etmişdir ki, səyyar vergi yoxlaması nəticəsi üzrə 14.08.2020-ci il tarixdə akt tərtib edilsə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 28.09.2020-ci il tarixdə qəbul edilmiş, bununla da Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının materiallarına 25.09.2020-ci il tarixdə baxılacağı barədə vergi ödəyicisinin elektron ünvanına 23.09.2020-ci il tarixli məktub göndərilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək ödəyicisinin vəzifəsidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq verdiyi izahatında bildirdi ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 14.08.2020-ci il tarixli, **********6196197 №-li aktda elektron daşıyıcılarda olan məlumatlara əsasən 2.124.244,0 manat dövriyyənin müəyyən edildiyi göstərilsə də məlumatların hansı elektron daşıyıcıdan götürülməsi, həmin elektron daşıyıcısının kimə məxsus olması, elektron daşıyıcıdan götürülmüş məlumatların məhz məhkəməyə təqdim edilmiş məzmunda olması, sənədin hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir. Qeyd olunan elektron daşıyıcılarda olan məlumatlar nə yoxlama vaxtı təqdim olunmuş, nə ondan sonra tanış olmaqlarına şərait yaradılmış, nəhayət məhkəməyə 6 aydan sonra təqdim edilmişdir. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Belə olan halda qeyd olunan sahibkarlıq obyektində 2.124.244,0 manat dövriyyənin real mümkün olub-olmaması məsələsini araşdırmalı idi. İnzibati orqan tərəfindən qarşılıqlı əməliyyatlar aparılması ehtimal olunan şəxslərə sorğular verilməmiş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazanın sahəsi, faktiki vəziyyəti, malların və satışın həcmi nəzərə alınmamışdır. Məhkəməyə təqdim edilmiş 09.09.2019-cu il tarixli aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir və vergi əməkdaşlarının "mülahizələri"nə əsasən tərtib edilmişdir. Vergi orqanı həmin məlumatların fərdi sahibkara məxsusluğunu sübut etsə belə ümumiyyətlə göstərilən əməliyyatların aparılması barədə hər hansı rəsmi təsdiqedici sənədləri və ya məlumatları məhkəməyə təqdim etməlidir. Göründüyü kimi inzibati orqan tərəfindən vergilər iqtisadi cəhətdən əsaslandırılmamış, mənbəyi bəlli olmayan və fərdi sahibkara məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarına əsasən yoxlayıcı tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol" tərtib edilir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt" tərtib edilir. Bundan başqa qeyd edir ki, inzibati orqanla fərdi sahibkar arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə "Vergi partnyorluğu sazişi” bağlanmışdır. Qanunvericiyə əsasən vergi partnyorluğu sazişini - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Belə olan halda həmin sazişə əsasən vergi məbləği 400,0 manat razılaşdırılarkən, fərdi sahibkarın satış yeri, dövriyyəsi nəzərə alınaraq, həmin məbləğ tərəflər arasında müəyyən edilib. Müqavilənin qüvvədə olduğu illər ərzində də satış dövriyyəsində hər hansı ciddi artım və ya azalma baş verməmiş və yoxlama zamanı da vergi orqanı vergi partnyorluğu sazişi ilə razılaşdırılmış vergi məbləğinin az olmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir. Vergi orqanının səlahiyyəti var idi ki, 01.10.2016-01.10.2019-cu illərdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektdə xronometraj müşahidələr aparılsın və nəticəsinə uyğun razılaşdırılmış vergi məbləğini artırsın. Vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu mümkün olmadıqda "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. «İnzibati icraat haqqında» Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq verdiyi izahatında bildirdi ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçıya məxsus obyektdən götürülmüş elektrondaşıyıcılarda olanməlumatlara əsasən sadələşdirilmiş vergi, gəlir vergisi və əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkar kimi qeydiyyata alınmışdır (VÖEN **********). - İddiaçı X19 ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti arasında bağlanmış 25.09.2014-ci il tarixli, **********666200 nömrəli vergi partnyorluğu sazişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırlması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 09.09.2019-cu il tarixli, **********0120 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 (fəaliyyət növü İxtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 09.09.2019-cu il tarixdən 08.10.2019-cu il tarixədək (08.10.2019cu il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 sentyabr 2019-cu il tarixli, KY191331801 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 (fəaliyyət növü İxtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 09.09.2019-cu il tarixdən 08.10.2019-cu il tarixədək yoxlayıcı şəxslər X11, X20, Ələkbərov Mehman Hicran oğlu, X9, X22 oğlu, X10, X15 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. - Vergi əməkdaşları X11, X20, Ələkbərov Mehman Hicran oğlu, X9, X22 oğlu, X10, X15 və İddiaçı məxsus (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən “X3”nda əmək müqaviləsi əsasında satıcı vəzifəsində işləyən X8 tərəfindən tərtib edilərək imzalanmış 09.09.2019-cu il tarixli aktın surətindən görünür ki, yuxarıda qeyd olunan ünvanda 09.09.2019-cu ildə VN-nin V.C.İ.A.B.İ.-nin 09.09.2019-cu il tarixli, **********0120 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı obyektdə olmadığı, satıcının (X4) verdiyi məlumata görə Türkiyə Respublikasında (müalicə ilə əlaqədar) olduğu müəyyən edildi. X2 tərəfindən (**********) İddiaçı ilə ********** nömrəli telefon nömrəsi vasitəsilə telefon əlaqəsi saxlanıldı. O.V.N. tədbirinin keçirilməsi barədə ona məlumat verildi. O, müalicə ilə əlaqədar olaraq Türkiyə Respublikasında olduğunu, 15.09.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıdacağını və yoxlamada iştirak etmək üçün etibarnamə əsasında qanuni nümayəndəsinin olmadığını bildirdi. O.V.N. tədbiri ilə əlaqədar tələb olunan sənədlər və məlumatların (həmçinin elektron formada) X2 tərəfindən təqdim ediləcəyini bildirdi. İddiaçı (VÖEN: **********) məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən obyektdən bir qutu obyektin təsərrüfat fəaliyyətinə aid olan maliyyə sənədləri (surətləri və s.) (gəlirləri, xərcləri, kassa mədaxil qəbzləri və s. məlumatları özündə əks etdirən sənədlər) və obyektdə olan bir ədəd noutbuk tipli və bir ədəd stasionar tipli komputerdən (komputerlərin məlumat bazasından) bir ədəd yaddaş kartına köçürülməklə elektron məlumat və sənədlər (həmçinin 23 vərəqdə mal qalığının siyahısı) satıcı X8 tərəfindən könüllü surətdə yoxlamaya təqdim olundu. Tərəflərindən 09.09.2019-cu il tarixli, **********0122 nömrəli tələbnamə, **********0121 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, O.V.N. həyata keçirilməi haqqında **********0120 nömrəli qərar X2na, həmçinin xidməti vəsiqələri tanış olmaq üçün təqdim olundu, o təqdim olunmuş sənədlərlə tanış oldu, lakin etibarnamə əsasında səlahiyyətli şəxs (nümayəndə) olmadığını bildirərək qərarları, tələbnaməni və s. imzalamaqdan imtina etdi. Tərəflərindən müvafiq qərara əsasən VN seriyalı 000060 nömrəli protokolla rəsmiləşdirilməklə yuxarıda qeyd olunan və X2 tərəfindən könüllü olaraq təqdim edilən sənədlərin (məlumatların (həmçinin elektron məlumatların) obyektdən götürülməsi həyata keçirildi. X2 protokolla tanış oldu, imza etməklə bi nüsxəsini qəbul etdi. Tərəflərindən obyektdə olan faktiki mal qalığının siyahısı X2nun iştirakı ilə tərtib olundu, siyahını imzaladı, lakin bir nüsxəni almaqdan imtina etdi. Obyektdə olan faktiki mal qalığının 338613,24 manat dəyərində olduğu müəyyən olundu. Malların əldə olunması ilə bağlı alış sənədlərin, elektron qaimə-faktura, elektron vergi hesab fakturası və ya yük gömrük bəyannaməsi (və s.) olmadığı və bu səbəbdən heç bir sənəd təqdim edə bilmədiyi X2 tərəfindən bildirildi. Tərəflərindən aparılmış araşdırma nəticəsində də malların alışını təsdiq edən heç bir sənəd olmadığı aşkar olundu. Mal qalığının tərtib olunmuş VN № 000030 nömrəli aktla X2 tanış oldu, lakin səlahiyyətli şəxs (nümayəndə) olmadığını əsas gətirərək aktı və siyasını imzalamaqdan və bir surətini almaqdan imtina etdi. - Vergi əməkdaşları X11, X20, Ələkbərov Mehman Hicran oğlu, X9, X22 oğlu, X10, X15 tərəfindən tərtib edilərək imzalanmış “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 09.09.2019-cu il tarixli, 000030 Seriya VN №-li aktın surətindən görünür ki, f/s İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən X1 X2nun iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi. F/s İddiaçı (VÖEN: **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 09.09.2019-cu il tarixdə mağazada 338613,24 manat dəyərində mal qalığının olduğu müəyyən olundu. Həmin malların alışını təsdiq edən heç bir sənəd (E.Q.F., Y.G.B., E.V.H.F. və s) təqdim olunmadı, belə sənədlərin olmadığı aşkar olundu (23 vərəqdə). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 33861,32 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. - İdarənin rəis müavini tərəfindən qəbul edilmiş **********196174 nömrəli, 14.01.2020ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə Oktyabr 2016 – Sentyabr 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - İdarənin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 14.08.2020-ci il tarixli, **********196197 nömrəli səyyar vergi yoxlması aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə: gəlir vergisi: 2016-cı il–2018-ci il; ödəmə mənbəyində tutulan vergi: 4-cü Rüb 2016-3-cü rüb 2019; əlavə dəyər vergisi: Oktyabr 2016-Sentyabr 2019; sadələşdirilmiş vergi: 4-cü Rüb 2016–3-cü Rüb 2019; mədən vergisi: Oktyabr 2016–Sentyabr 2019; aksiz vergisi: Oktyabr 2016–Sentyabr 2019; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il–2018-ci il Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sadələşdirilmiş vergi üzrə: yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə sahibkar 91634.0 manat dövriyyə göstərərək 3665.36 manat sadələşdirilmiş vergi hesablamış, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 94784.0 manat dövriyyə müəyyən edərək 3791.36 manat sadələşdirilmiş vergi hesablamışdır. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılarda məlumatlara əsasən 276609.0 manat dövriyyə müəyyən edərək 11064.36 manat sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 155.1-ci və 157.5-ci maddələrinə əsasən sahibkar 01.01.2017-ci il tarixindən ƏDV ödəyicisi olduğundan 3755.10 manat sadələşdirilmiş vergi artıq hesablanmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər üzrə - yoxlanılan dövr ərzində sahibkar işçilərə hesablanmış əmək haqqı düzgün tutulmuş və aidiyyəti üzrə ödənilməsi təmin edilmişdir. Yoxlama ilə kənarlaşma aşkar edilmədi. Gəlir vergisi üzrə: Sahibkar tərəfindən yoxlanılan dövr üzrə gəlir vergisinin bəyanaməsi təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılardakı məlumatlara əsasən sahibkarın ümumilikdə 2124244.0 manat (ƏDV-siz) (o cümlədən 2017-ci il üzrə 982203.05 manat və 2018-ci il üzrə 1142040.95 manat) gəliri olduğu müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən sahibkarın əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. Yolxlama ilə 2017-ci il üzrə sahibkarın əldə etdiyi 982203.05 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasənda mənfəəti aşağıdakı kimi hesablandı. 2017-ci il üzrə hesablanmış 163700.50 manat mənfəətdən 2017-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 32740.10 manat (163700.50x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Yoxlama ilə 2018-ci il üzrə sahibkarın əldə etdiyi 1142040.95 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəət aşagıdakı kimi hesablandı. 2018-ci il üzrə hesablanmış 190340.15 manat mənfəətdən 2018-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 38068.03 manat (190340.15 x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Beləliklə sahibkara ümumi olaraq 70808.13 manat gəlir vergisi hesablandı. Ödəmə mənbəyindən tutulan vergi üzrə: Sahibkar tərəfindən 04.08.2012-ci il tarixlərində bağlanmış icarə müqaviləsində 400.00 manat aylıq məbləğ qeyd olunmasına baxamayaraq ÖMV-ni hesablanmamış və ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə müəsissəyə 840,0 manat ödəmə mənbəyindən tutulan verginin azaldılması aşkar olunmuşdur. MDSS üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə Məcburi dövlət sosial sığortası üzrə hesabatları vergi orqanına vaxtında təqdim etmişdir. Vergi orqanına təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən kənarlaşma aşkar edilmədi. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə İşsizlik sığortası üzrə hesabatları vergi orqanına vaxtında təqdim etmişdir. Vergi orqanına təqdim edilmiş İşsizlik sığortası üzrə hesabatlara əsasən kənarlaşma aşkar edilmədi. Əlavə dəyər vergisinin (qeydiyyatsız) yoxlanılması üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 09.09.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektrondaşıyıcılardakı məlumatlara əsasən sadələşdirilmiş vergi bəyannaməsinə görə ardıcıl olan 12 aylıq dovriyyəsi 200000 (iki yüz min) manatı keçməsi müəyyən edilmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən 01.01.2017-ci il tarixdən ƏDV (qeydiyyatsiz qeydiyyata salaraq 515596.24 ƏDV-si hesablanmışdır. Azalmaya səbəb Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmalı dövriyyənin Vergi ödəyicisi tərəfindən 2864423.55 manat azaldılmasıdır. Aksiz vergisi üzrə: Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən sahibkar aksiz vergisinin ödəyicisi olmamışdır. Mədən vergisi üzrə: Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən sahibkar mədən vergisinin ödəyicisi olmamışdır. Yoxlama nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 70808.13 manat azaldılmasına görə 50 % miqdarında, yəni 35404.06 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 515596.24 manat azaldılmasına görə 50% miqdarında, yəni 257798.12 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 3755.10 manat artıq hesablanmış və 11028.10 manat azaldılmasına görə 50% miqdarında, yəni 5514.05 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyindən tutulan verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 840.0 manat azaldılmasına görə 50% miqdarında, yəni 420.0 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən vergi bəyannamələrinin vaxtında təqdim etmədiyinə görə 1600.0 manat maliyyə sanksiyası tətbiq edilməldir. - İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən Emil Qarayev tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.09.2020-ci il tarixli, **********140389 №-li qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yoxlama ilə 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 2017-2018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına, cəmi 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. - Vergi ödəyicisinin sadələşdirilmiş verginin bəyannamələrindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) vergi dövrü 2016-cı ilin 4-cü rübü üzrə cəmi 36.26 manat vergi məbləği, 2017-ci ilin 1-ci rübü üzrə 131,68 manat, 2017-ci ilin 2-ci rübü üzrə 266,98 manat, 2017-ci ilin 3-cü rübü üzrə 238,84 manat, 2017-ci ilin 4-cü rübü üzrə 594,01 manat, 2018-ci ilin 1-ci rübü üzrə 363,82 manat, 2018-ci ilin 2-ci rübü üzrə 188,80 manat, 2018-ci ilin 3-cü rübü üzrə 160,61 manat, 2018-ci ilin 4-cü rübü üzrə 175,71 manat, 2019cu ilin 1-ci rübü üzrə 105,01 manat, 2019-cu ilin 2-ci rübü üzrə 319,20 manat, 2019-cu ilin 3-cü rübü üzrə 454,44 manat, cəmi 3035,36 manat sadələşdirilmiş vergi bəyan etmişdir. - X6 ilə İddiaçı arasında bağlanmış 04.08.2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarədar S.S.Mahmudova ünvan 2 ünvanında yerləşən sahəsi 107,6 kvm. olan qeyri-yaşayış sahəsini İddiaçı icarə haqqı ay ərzində 400,00 manat həcmində müəyyən olunmaqla icarəyə verir. - Vergi ödəyicisinin ödəmə mənbəyindən tutulan vergi bəyannamələrindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) vergi dövrü 2014-cü ilin 2-ci rübü üzrə 900 manat, 2014-cü ilin 3-cü rübü üzrə 900 manat, 2014-cü ilin 4-cü rübü üzrə 1200 manat ödəmə mənbəyindən tutulan vergi bəyan etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Fəaliyyəti ixtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışından ibarət olmuşdur. Vergi ödəyicisi kimi onunla vergi orqanı arasında 25.09.2014-cü il tarixdə vergi partnyorluğu sazişi bağlanmışdır. Sazişə uyğun olaraq iddiaçının ödəməli olduğu vergi məbləği 400,0 manat razılaşdırılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 09.09.2019-cu il tarixli, **********0120 №-li qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 09.09.2019-cu il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir. 09.09.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində mağazadan bir qutu obyektin təsərrüfat fəaliyyətinə aid olan maliyyə sənədləri (surətləri və s.) (gəlirləri, xərcləri, kassa mədaxil qəbzləri və s. məlumatları özündə əks etdirən sənədlər) və obyektdə olan bir ədəd noutbuk tipli və bir ədəd stasionar tipli komputerdən (komputerlərin məlumat bazasından) bir ədəd yaddaş kartına köçürülməklə elektron məlumat və sənədlər (həmçinin 23 vərəqdə mal qalığının siyahısı) götürülmüşdür. **********196174 nömrəli, 14.01.2020-ci il tarixli qərarla İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə Oktyabr 2016 – Sentyabr 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 14.08.2020-ci il tarixli, **********196197 nömrəli səyyar vergi yoxlması aktı ilə yoxlama dövründə vergi ödəyisi İddiaçı tərəfindən gəlir vergisi üzrə 70808.13 manatın, əlavə dəyər vergisi üzrə 515596.24 manatın, sadələşdirilmiş vergi üzrə 11028.10 manatın, ödəmə mənbəyindən tutulan verginin 840.0 manatın azaldılması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.09.2020-ci il tarixli, **********140389 №-li qərar ilə İddiaçı yoxlama ilə 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 2017-2018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına cəmi 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı tərəfindən həmin qərar mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbyacan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı və 04.04.2003-cü il tarixli 42 saylı qərarlarında müvafiq düstur əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 218.1-ci maddəsinə əsasən bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının fəaliyyəti ilə bağlı aparılan vergi yoxlaması zamanı yuxarıda qeyd olunan normaların tələbləri qaydasında sadələşdirilmiş verginin, gəlir vergisinin və əlavə dəyər vergisinin hesablanmadığı, iddiaçıya məxsus obyektdən (mağazadan) operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan, “qara mühasibatlıq” sənədlərinə istinad olunmaqla verglərin hesablandığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçıya məxsus obyektdə olan bir ədəd noutbuk və bir ədəd stasionar tipli kompyuterdə olan məlumatların məhz iddiaçının fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edək təkzib edilməzi sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan məlumatlara istinad etməklə İddiaçı fəaliyyətinə dair 2016-2019cu illər üzrə sadələşdirilmiş verginin, 2017-2018-ci illər üzrə gəlir vergisinin, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən sahəsi 107,6 kvm. olan qeyri-yaşayış sahəsinə görə hər ay 400,00 manat icarə haqqı ödəyir. Lakin İddiaçı 2018-2019-cu illər üzrə ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə 840.0 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın İddiaçı tərəfindən 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin azaldılması hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən İddiaçı vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair 28.09.2020-ci il tarixli, **********140389 №-li qərar “2016-2019-cu illər üzrə sadələşdirilmiş vergi, 2017-2018-ci illər üzrə gəlir vergisi, 2017-ci ilin aprel ayından 2019cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması” və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi qismən təmin edilərək mübahisələndirilən qərar qeyd olunan hissələrdə qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 28.09.2020-ci il tarixli, **********140389 №-li qərarı “2016-2019-cu illər üzrə sadələşdirilmiş vergi, 2017- 2018-ci illər üzrə gəlir vergisi, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması” və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar