Məhkəmə qərarları › İş №2-1(112)-4300/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4300/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4300/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Kosareva Ana stasiya Vladimirovna məhkəməyə müraciət edərək: 1) İddiaçı şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, iddiaçının Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportu əsasında xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğlunun doğumunun '‘X5” MMC tərəfindən ona təqdim edilmiş xx.xx.2015-ci il tarixli, **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması; 2) Oğlunun doğumu haqqında akt qeydi tərtib edilərkən onun doğumu haqqında akt qeydinin “ana haqqında məlumat” bölməsinin “atasının adı” qrafasında ananın atasının adını (iddiaçının ata adı) **********42 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Vladiimir” deyil, SSRİ nümunəli pasportunda və digər uşaqlarının doğum haqqında şəhadətnamələrində yazıldığı kimi “Vladimirovna” olaraq qeyd edilməsi; 3) Oğlu yetkinlik yaşına çatmayan şəxs olduğundan onun doğum haqqında şəhadətnaməsini ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Moldovanın Tiraspol şəhərində anadan olmuşam. 2001-ci ildə Rusiya Federasiyasına getmiş, 2003-cii ilin sonunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Hazırda heç bir dövlətin vətəndaşı hesab edilmir. İddiaçının heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və 2003-cü ildən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təsdiq olunub. Hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Belə ki, iddiaçı 2005-ci ilə qədər SSRİ nümunəli pasportunu Azərbaycanda şəxsiyyətimi təsdiq edən sənəd kimi istifadə etmişdir. 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra isə iddiaçı şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmayan şəxsə çevrildi. 2011-ci ildə ilk dəfə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən (DMX) vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ilə təmin edildi. Daha sonra həmin icazənin müddəti hər dəfə bir il müddətinə olmaqla iki dəfə uzadıldı. xx.xx.2014-cü il tarixdə isə DMX tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə ilə təmin edildi. Həmin icazənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Daha sonra daimi yaşamaq üçün icazənin müddətinin uzadılması məqsədilə müraciət etsə də, ona vətəndaşlığı olmayan şəxs kimi verilmiş daimi yaşamaq icazəsinin müddəti uzadılmadı. Həmin vaxtdan sonra o heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək onu Azərbaycan Respublikasının vətəndaşlığına qəbul etməsini xahiş etmişdir. Hazırda, iddiaçının vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır., 2015ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1985-ci il təvəllüdlü X2 ilə ailə qurmuş, xx.xx.2016-cı il tarixdə isə onlar nikaha daxil olmuşdur. xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində yerləşən “X5” MMC-də bir oğlu doğulmuşdur. Həmin vaxt ona “X5" MMC tərəfindən oğlunun xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində doğulması barədə xx.xx.2015-ci il tarixli, **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamə də verilmişdi. Lakin həmin doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində iddiaçının ata adı “Vladiimir” göstərilib. Əslində isə iddiaçının ata adı “Vladimirovna”dır. xx.xx.2023-cü il tarixdə o “X5” MMC-уэ müraciət edərək “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrində xx.xx.2015-ci il tarixdə “X5” MMC-də oğlumun doğulmasını təsdiq edən, **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan tibbi qeydlərdəki səhvlərin düzəldilməsini - “ana haqqında məlumat” bölməsinin “atasının adı" qrafasında “Vladiimir” ata adının “Vladimirovna”ya düzəldilməsini və həmin düzəlişlər əsasında ona oğlunun doğulması barədə yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etdi. Lakin “X5” MMC tərəfindən müraciətimə cavab olaraq doğum haqqında tibbi şəhadətnaməyə hər hansı bir düzəliş edilməsinin mümkün olmadığı bildirilib. Bundan sonra o xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək aşağıda qeyd edilmiş inzibati hərəkətlərin edilməsini xahiş etmişdir:

1. İddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, iddiaçının Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportu əsasında xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğlumun doğumunun “X5” MMC tərəfindən mənə təqdim edilmiş xx.xx.2015-ci il tarixli, **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınmasını;

2. Oğlunun doğumu haqqında akt qeydi tərtib edilərkən onun doğumu haqqında akt qeydinin “ana haqqında məlumat” bölməsinin “atasının adı” qrafasında ananın atasının adının (mənim ata adının) **********42 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Vladiimir” deyil, SSRİ nümunəli pasportunda yazıldığı kimi “Vladimirovna” olaraq qeyd edilməsini;

3. Oğlu yetkinlik yaşına çatmayan şəxs olduğundan onun doğum haqqında şəhadətnaməsinin ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona verilməsini. Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə özünün xx.xx.2023-cü il tarixli. 3-16-5/8- 15-k-15-1544 nömrəli məktubu ilə (həmin cavab məktubu rəsmi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) aşağıdakı məzmunda cavab vermişdir: xx.xx.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş oğlunun doğumunun qeydiyyata alnması üçün tələb edilən şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə ərizənin qeydiyyat şöbəsində icrası mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bakı şəhəri Cavabdeh bu cavabı tamamilə əsassızdır, onun və oğlunun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh Bakı şəhəri Xətai ravon Qevdivvat Şöbəsi iddiaçının ərizəsini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qavdası”nın 2.5.1-ci bəndinə istinad edib. Həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsiylə təmin olunmuş şəxslərə aiddir. İddiaçının işinin hallarından görünür ki, onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Bu, müstəsna haldır, lakin bu vəziyyət iddiaçının və uşağının hüquqlarının pozulmasına səbəb olmamalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə əsasən, uşaq doğulduqdan dərhal sonra qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna malikdir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə apardır. Bu halda iddiaçının oğlunun doğumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, mənim və oğlumun şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması oğlunun doğumunun dövlət qeydiyyatına alınmasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Şəxsiyyət vəsiqəsi olmasa da, onun şəxsiyyəti dövlət orqanı tərəfindən müəyyənləşib. Belə ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün iddiaçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşəm və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Göründüyü kimi, iddiaçının şəxsiyyəti, yəni iddiaçı kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında iddiaçı DMX tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyəti BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Yuxarıda göstərilənlərdən də görünür ki, iddiaçının şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq digər dövlət qurumunun iddiaçının müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Bakı şəhəri Cavabdeh himayə sənədi əsasında oğlunun doğumunun qeydiyyata alınmasından və onu doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti müəyyənləşdirən sənəd kimi qəbul edilir. Misal üçün, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X3 imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edir. DMX də onu himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata almaqla həmin sənədi iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edib. İş materiallarına əlavə edilmiş SSRİ nümunəli pasportunun surətindən görünür ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi var, lakin həmin sənəd etibarlı sənəd deyil. Belə ki, iddiaçı 2005-ci ilə qədər SSRİ nümunəli pasportunu Azərbaycanda şəxsiyyətimi təsdiq qedən sənəd kimi istifadə etmişəm, 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra isə iddiaçının vətəndaşlığı olmayan şəxs olduğum bəlli oldu. Hətta 2011-ci ildən 2019-cu ilə kimi o DMX tərəfindən vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində yaşamaq icazəsi ilə təmin edilmişdir. DMX ona Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə/vəsiqə verərkən iddiaçının şəxsiyyətini 2005-ci ildə etibarlılıq müddəti bitmiş SSRİ nümunəli pasport əsasında müəyyən edib, əks halda, ona Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi verilməzdi. İddiaçının şəxsiyyəti bəlli olduğu üçün cavabdeh BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportum əsasında xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğlunun doğumunu qeydə alıb onu doğum haqqında şəhadətnamə ilə təmin etməli idi. Bundan əlavə, qeyd etmək istəyirəm ki. “X5” MMC tərəfindən verilmiş, oğlunun xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində doğulmasını təsdiq edən xx.xx.2015-ci il tarixli. **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində iddiaçının ata adı “Vladiimir” göstərilmişdir. Əslində isə onun ata adı “Vladimirovna”dır. İşin yuxarıda qeyd olunan hallarından bəlli olur ki, o doğum haqqında tibbi şəhadətnaməyə düzəliş edilməsi üçün “X5” MMC-yə müraciət etmişdir, lakin “X5” MMC tərəfindən doğum haqqında tibbi şəhadətnaməyə hər hansı bir düzəlişin edilməsinin mümkün olmadığı bildirilib. Belə ki. “Doğum haqqında tibbi şəhadətnamə” elektron registri tam avtomatlaşdırıldığı üçün orada hər hansı bir dəyişikliyin edilməsi mümkün olmur. Çünki uşağın anasının şəxsiyyətini təsdiq edən sənədin seriya, nömrəsi və FİN kodu elektron registrə daxil edildikdə ana barədə məlumatlar elektron registr sisteminə avtomatik olaraq sinxronizasiya edilir və ona hər hansı bir kənar müdaxilə etmək mümkün deyil. Oğlunun doğulması barədə ona verilmiş doğum haqqında tibbi şəhadətnamə də DMX tərəfindən ona verilmiş Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əsasında verilib. Həmin vəsiqədə iddiaçının ata adı yazılmadığı üçün doğum haqqında tibbi şəhadətnamədə onun ata adı verdiyi şifahi məlumat əsasında qeyd edilib. Lakin o ata adı barədə düzgün məlumat versə də. həmin sənəddə onun ata adı “Vladimirovna” əvəzinə “Vladiimir” göstərilmişdir. Əslində isə “Vladimirovna”dır. Belə ki, SSRİ nümunəli pasportun dan, uşaqlarının doğum haqqında şəhadətnaməsindən oğlu Vələdov (Kosarev) Bəxtiyar Eduardoviçin atalığının müəyyən edilməsi haqqında şəhadətnaməsindən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1239/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən, mənə Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 4539-KO nömrəli “Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə”nin surətindən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin arayışından da görünür ki, “Vladimirovna”dır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün təqdim etdiyi sənədlərdə də “Vladimirovna” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunduqdan sonra o Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilərkən şəxsiyyət vəsiqəsində ata adı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmağı barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq “Vladimirovna” qeyd ediləcək. Bundan başqa, “X5” MMC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli “əvəzləmə kartı’nda “Vladimir” olaraq qeyd edilmişdir. Baxmayaraq ki, “əvəzləmə 1 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək iddiaçının soyadı həmin vaxt nikahda olduğu şəxsin soyadına uyğun olaraq "Vələdova” olduğu üçün uşaqlarının doğum haqqında şəhadətnaməsində soyadım “Vələdova” yazılıb. Lakin “X5" MMC tərəfindən təqdim olunmuş **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamədə iddiaçının ata adı səhv qeyd edilib. Təqdim olunan sənədlərlə sübut olunur ki, ata adı “Vladiimir” deyil, “Vladimirovna”dır. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, Bakı şəhəri Cavabdeh oğlumun doğumunu mənə BMT QAK tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportum əsasında qeydə almaqdan imtina etdi. Bu isə oğlumun sənədsiz yaşamağı ilə nəticələnir. Belə ki, artıq oğlumun 8 yaşı var, lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün deyil. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda oğlum vətəndaşsızlıq halında olan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülüb. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “FİN kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə oğlu hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Bu hal - şəxsiyyəti təsdiq edən sənədinin olmaması oğlunun vətəndaşsızlıq halında olan şəxs kimi yaşamağına səbəb olur ki, bu da, onun və iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə biz ayrı-seçkiliyin qurbanı oluruq. Belə ki, o oğlu ilə bağlı valideynlik hüquqlarını həyata keçirə bilmirəm, oğlu isə sosial müdafiədən, ad və vətəndaşlıq hüququndan, dövlətin himayəsindən məhrum olub. Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən hu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədim olmaması əsası ilə oğlumun doğumunu qeydə almaqdan imtina etməsi heç bir legitim məqsəd daşımır - milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqlarını qorumaqdan ibarət, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar naminə qanuni məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyil. Əksinə, oğlunun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi onun yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmasına səbəb olacaq ki, bu da, oğlunun hüquq və azadlıqlarının müdafiəsi baxımından, mənim isə valideynlik hüquqlarımı həyata keçirmək baxımından əhəmiyyətlidir. Hər bir uşağın qeydiyyata alınmaq hüququ var və bu hüquq qanunsuz əsaslara görə məhdudlaşdırıla bilməz. Nəticədə, bu ölkə ərazisində sənədsiz yaşayan şəxslərin sayının artmasına və həmin şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarar. Odur ki, Bakı şəhəri Cavabdeh oğlumun doğumunu ona BMT QAK tərəfindən verilmiş himayə sənədi, iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportu əsasında qeydə almalı və onu doğum haqqında şəhadətnamə ilə təmin etməli idi.

3. Azərbaycan Respublikası “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 192/3 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixində Sumqayıt şəhər X4 “39 həftə hamiləlik” diaqnozu ilə daxil olmuş və xx.xx.2015-ci il tarixində cinsi kişi, çəkisi 3000 qr, boyu 50 sm olan uşaq dünyaya gətirmişdir. Xəstə klinikaya daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi (daimi yaşamaq üçün icazə vəsiqəsini DYİ№0012411) təqdim etmiş və klinika tərəfindən xanıma verilmiş sənədlərdə yazılmış ad, soyad və doğum tarixi bizə təqdim edilən sənəddə olduğu kimi (İddiaçı, xx.xx.1983) qeyd edilmişdir. Daimi yaşayış vəsiqəsində həmin şəxsin ata adı qeyd edilmədiyi üçün verilən sənəddə həmin hissə pasientin dediyi kimi yəni “Vladiimir” şəklində yazılmışdır. Bildirilmişdir ki, doğum haqqında şəhadətnamədə (Forma 103) heç bir dəyişiklik etmək mümkün deyil. Dəyişiklik etməyi istədiyini şəhadətnamə (forma 103) yazıldıqdan sonra üç nüsxə çıxarılaraq: bir nüsxə doğum edən şəxsə (doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq üçün), bir nüsxə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika idarəsinə təqdim olunur, digər bir nüsxə isə doğum etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə “Doğum tarixi”-nə tikilir. Bu məsələ ilə bağlı Asan xidmət, məhkəmə orqanları və şəxsiyyəti təyin edə biləcək digər instansiyalara müraciət edilməsi tövsiyyə edilmişdir.

4. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınır. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. xx.xx.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş oğlunuzun doğumunun qeydiyyata alınması üçün tələb edilən şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə ərizənin qeydiyyat şöbəsində icrası mümkün deyil. Yuxanda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

5. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün tələb edilən sənədlər siyahısında valideynlərin şəxsiyyət vəsiqələri qeyd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən xx.xx.2015-ci il təvəllüdlü oğlan uşağının doğumunun qeydə alınması barədə iddiasının şöbə tərəfindən təmin edilməsi mümkün deyil.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 08/h-77a nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2024-cü il tarixli 4276 nömrəli Sərəncamı ilə 5 fevral 1983-cü ildə Moldova Respublikasında anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına 31 may 2023-cü il tarixdə verilmiş nömrəli “Himayə sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və onun uşaqları (Vələdov Bəxtiyar, Vələdov Məhəmməd, Vələdova Yelena, Kosarov Tamerlan) BMT QAK-ın mandatı altında olan şəxsdir.

12. Dövlət Miqrasiya Xidmətinin X1 İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (himayə sənədi № ***-*******1) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 31 may 2023-cü il tarixindən 31 may 2024-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1239/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı 2003-cü il tarixdən bügünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş AZS-103 nömrəli doğum haqqında tibbi şəhadətnamədə qeyd edilmişdir ki, Kosarev XXX Anastasiya xx.xx.2015-ci il tarixində anadan olmuşdur. (Ana haqqında məlumat: İddiaçı Vladiimir)

IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

15. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

17. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin düzəliş olunması ilə bağlıdır.

18. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncu sənədin olmaması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə "Doğum haqqında qeydin aparılması və “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.

19. Məhkəmə qeyd edir ki, faktiki olaraq iddiaçı Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2024-cü il tarixli 4276 nömrəli Sərəncamı ilə 05 fevral 1983-cü ildə Moldova Respublikasında anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur.

20. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.

21. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, iddiaçının Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və SSRİ nümunəli pasportu əsasında xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğlunun doğumunun '‘X5” MMC tərəfindən ona təqdim edilmiş xx.xx.2015-ci il tarixli, **********42 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması; oğlunun doğumu haqqında akt qeydi tərtib edilərkən onun doğumu haqqında akt qeydinin “ana haqqında məlumat” bölməsinin “atasının adı” qrafasında ananın atasının adını “Vladimirovna” olaraq qeyd edilməsi; oğlu yetkinlik yaşına çatmayan şəxs olduğundan onun doğum haqqında şəhadətnaməsini ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar