Məhkəmə qərarları › İş №2-1(112)-4301/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4301/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4301/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Lenin Rayon XDS İK-nın (indiki Sabunçu RİH) xx.xx.1990-cı il tarixli, 6/69 saylı qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinin cizgisinin tərtib edilməsi və təsdiqlənərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə xx.xx.2022-ci il tarixdə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə keçmiş Lenin Rayon XDS İK-nin (indiki Sabunçu RİH) xx.xx.1990-cı il tarixli, 6/69 saylı Qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında onun adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi barədə X1 müraciətinə məhkəmənin qərardadında göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh orqan 20 sentyabr 2023-cü il tarixli, 5-18/2-2753/2023 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4301/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə Keçmiş Lenin Rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 3/69 saylı qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə İddiaçı müraciətinə yenidən baxılması üçün 30 gün müddət təyin edilərək qərardad icra edilməsi üçün Sabunçu RİH göndərilmişdir. Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 3/69 saylı qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında yerləşən X2 ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair yerləşmə sxemi təsdiq edilərək iddiaçıya təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair yerləşmə sxeminin surəti məktuba əlavə edilmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçının tələbi ona torpaq sahəsinə dair cizginin tərtib edilməsi və təsdiqlənərək təqdim edilməsi olmuş, məhkəmə icraatı gedişində cavabdeh iddiaçının bu tələbini təmin edərək ona Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 3/69 saylı qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında yerləşən X2 ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair yerləşmə sxemini təsdiq edərək iddiaçıya təqdim etmişdir. Göründüyü kimi, məhkəmə icraatının gedişatında artıq iddiaçının tələbi təmin olunmuşdur. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi və sair” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar