Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4303/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X5 və X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra mətndə DSX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 368 ş/h nömrəli əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işəburaxma müdəti üçün əmək haqqının hesablanaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə DSX Akademiyasına daxil olmuşdur. 2014-cü ildə Akademiyadan məzun olaraq leytenant rütbəsini almışdır. İlk xidməti yeri X12muşdur. Orada bir il xidmət etdikdən sonra X15 ezam olunmuşdur və 6 ay orada xidmət etmişdir. 2015-ci ildən X22 2 il 6 ay xidmət etmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı adını könüllü olaraq ordu sıralarına yazdırmışdır. Könüllüləri mərhələli şəkildə cəbhəyə göndərirdilər, onu cəbhəyə göndərən zaman artıq döyüşlər bitmişdi. Buna baxmayaraq o, azad olunmuş torpaqlarda xidmət etmək istəyirdi. O, 2 günlük X24 ezam olunmuşdur. Sonradan o, Cəbrayıl Artileriya dəstəsinə könüllü olaraq ezam olunmuşdur, halbuki onun qoşun növü quru qoşunlarıdır. Cəbrayıl Artileriya dəstəsi sonradan dəyişərək X6muşdur. Burada öz istəyi ilə 2 il xidmət etmişdir. Xidmət dövründə səhhətində müxtəlif narahatçılıqlar yaranmışdır. Bununla bağlı həkim komissiyasının müayinəsindən keçmişdir. Səhhətində narahatçılıqlar yarandığı üçün sağlamlığı fiziki cəhətdən X10 xidmət etməyə imkan vermirdi. Buna görə də, o, həkim komissiyasının rəyinə əsaslanaraq dəfələrlə komandanlığa xidmət yerinin dəyişdirilməsi ilə bağlı müraciət etməyə məcbur olmuşdur. Müraciət etməyinə və həkim komissiyasının rəsmi rəyi olmasına baxmayaraq xidmət yeri dəyişdirilməmişdir, əksinə, əsassız olaraq qərəzli şəkildə ona cəzalar verilməyə başlanılmışdır. 2022-ci ilin oktyabr ayının sonunda hərbi hissə komandiri (komandirin vəzifəsini müvəqəti icra edən şəxs) otağına çağıraraq bildirmişdir ki, X19 komandanının xx.xx.2022-ci il tarixli 368 ş/h №li əmri ilə “xidməti uyğunsuzluğa” görə xidmətdən ehtiyata buraxılır. Bundan sonra ona təyinat vərəqəsi verilmiş və hərbi komisarlığa gedərək, qeydiyyata durmağı barədə göstəriş verilmişdir. Bundan sonra hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin surətinin ona təqdim edilməsini komandanlıqdan dəfələrlə xahiş etməsinə baxmayaraq, yenə də ona qərəzli yanaşaraq əmrin surətini verməkdən boyun qaçırmışdırlar. 10 ildən artıqdır ki, o Sərhəd Qoşunlarında nümunəvi xidmət etmişdir. Xidmət müddəti ərzində verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmişdir, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. Yuxarıda qeyd etdiyi kimi xidmət etdiyi dövr ərzində özünü nizamintizamlı və işgüzar hərbiçi kimi aparmışdır. Xidmət dövründə səhhətində ciddi narahatçılıqlar yaranmışdır. Xəstəliyi ilə əlaqədar həkim komissiyasından keçərək, komissiyanın müvafiq rəyini almışdır və tibbi rəyi komandanlığa təqdim edərək səhhətinin X11 xidmət etməyə imkan vermədiyini nəzərə alaraq xidmət yerinin dəyişdirilməsini xahiş etmişdir. Bu barədə komandanlığa dəfələrlə müraciət etməsinə baxmayaraq nəinki xidmət yeri dəyişdirilməmiş, əksinə onun xidmətdən ehtiyata buraxılmağına əsas yaratmaq üçün qərəzli şəkildə qanunsuz cəza əmrləri, sonuncu olaraq xidmətdən ehtiyata buraxılmağı haqqında xx.xx.2022-ci il tarixli 368 ş/h №li əmr verilmişdir. “Xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılmağı ilə bağlı qərar qəbul edilərkən barəsində xidməti araşdırma aparılmamış, hətta, onun izahatı alınmamışdır. Kadr zabiti olaraq uzun illər qüsursuz və nöqsansız xidmət etməsinə baxmayaraq “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılmağı qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli 3-38-16/2-4046/23m №li yazılı etirazda göstərilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı DSX Çevik X4 xx.xx.2022-ci il tarixli, 368 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı iddia ərizəsində xidmət müddəti ərzində verilən tapşırıqları yüksək səviyyədə icra etdiyini qeyd etsə də, o nizam-intizamsız hərbi qulluqçu kimi xarakterizə olunmuş və vəzifələrinin öhdəsindən qələ bilməmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 məlumatına əsasən, İddiaçı Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd Diviziyasında xidmət edərkən Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin o vaxt qüvvədə olmuş 331.3-cü maddəsində (hərbi xidmət üzrə vəzifələrin verinə yetirilməsi zamanı və ya belə vəzifələrin verinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq olunaraq barəsində 01 il 06 ay müddətinə şərti məhkumetmə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə şərti məhkumetmə ləğv edilərək üzərindən məhkumluğu götürülmüşdür. Digər tərəfdən işə əlavə edilmiş İddiaçı xidməti vərəqəsindən çıxarışdan görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerini özbaşına tərk etdiyinə və hərbi nəzakət qaydalarını pozduğuna görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (nahar cərgəsinə gəlmədiyinə görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (sıra baxışları zamanı aşkar edilmiş nöqsanları aradan qaldırmadığına görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (ümumqarnizon səhər yerbəyerinə üzrsüz səbəbdən durmadığına və intizamsızlığa meyl göstərdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (Qalacıq SSM-nin XDF-nın təşki-lində yolverdiyi nöqsanlara görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (xidmət yerinə vaxtında gəlmədiyinə görə), xx.xx.2019-cu il tarixdə “töhmət” (səhər düzülüşünə gec gəldiyinə görə), xx.xx.2020-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna və səhər düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (yerbəyerdə iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saç düzümü nizamnamə tələblərinə uyğun olmadığına görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (təkrar olaraq saç düzümü nizamnamə tələblərinə uyğun olmadığına görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (günün nizam qaydalarını pozduğuna və sıra düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (verilmiş tapşırığın icrasına məsuliyyətsiz yanaşaraq vaxtında icra etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (xx.xx.2021-ci il tarixdə xidmət yerinə gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (xx.xx.2021-ci il tarixdə düzülüşə gecikdiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” (hərbi hissədən kənarda hərbi geyim formasında nalayiq yerdə video çarxının çəkilməsinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozaraq icazəsiz əsgər yataqxanasında uzandığına görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) və xx.xx.2022-ci il tarixdə “töhmət (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) olmaqla, 16 halda “töhmət”, 12 halda “şiddətli töhmət” və 1 halda “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilməklə ümumilikdə 29 halda intizam məsuliyyətinə cəlb edilmişdir. Tanışlıq vərəqəsinin surətindən görünür ki, İddiaçı xidməti vərəqəsi ilə tanış olmuşdur. Digər tərəfdən xx.xx.2022-ci il tarixdə İddiaçı qarnizon ərazisini hərbi hissə rəhbərliyinə məruzə etmədən özbaşına tərk etmiş və bunu öz izahatında etiraf etmişdir, Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, ntizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafig olaraq DSX-da hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin normaları və kobud pozuntulardan bəlli olur ki, İddiaçı dəfələrlə nizam-intizamsızlığa yol vermiş, islah edilməsi məqsədilə barəsində tətbiq olunmuş inzitam cəzalarından heç bir nəticə çıxarmamış və xidməti səlahiyyətində müsbət dönüş yaratmamışdır. Bu səbəbdən də rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Nizam-intizamsızlıq, dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsi və ondan heç bir müsbət dönüş yaradılmaması, intizam cəzalarının heç bir tərbiyəvi təsir bağışlamaması xidməti vəzifələrin icrasına laqeyd və səthi yanaşma, gələcəkdə sərhədçi adına bundan artıq ləkə gətirməsinin qarşısının alınması məgsədilə İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi hissədə dinlənilmə iclası keçirilmişdir. İclas zamanı iclas üzvləri bildirmişdir ki, dinlənilmənin keçirilməsi İddiaçı ciddi nöqsanlara yol verməsi, günün nizam qaydalarının mütamadi pozulması, xarici görkəminə fikir verməməsi, tutulan nöqsanları səmimi qəbul etməməsi, verilən tapşırığlara məsuliyyətsiz yanaşması, hərbi hissədən kənarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək hərbi geyim formasında nalayiq yerdə video çarxının çəkilməsi, intizam cəzalarının heç bir tərbiyəvi təsir bağışlamaması, hərbi hissənin səhra çıxışı zamanı çıxışa getməkdən boyun qaçırmağı, hərbi hissə komandiri tərəfindən verilən tapşırığın icrasından boyun qaçırmasının araşdırılması məqsədi daşıyır. Çıxış üçün İddiaçı söz verildiyi zaman o, iclas üzvlərinə hörmətsizlik edərək tərxis olunmaq istədiyini bildirərək iclas zalını tərk etmiş, iclas zalına çağrılmağına baxmayaraq geri qayıtmamışdır. İclasın sonunda göstərilən nöqsanlarla əlagədar İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar gəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş dinlənilmə iclasının 06 nömrəli protokoluna İddiaçı imza etməkdən imtina etmiş və bu aktla təsdiq edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçı (nümayəndəsi və vəkili) məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən ididaçının (nümayəndəsi və vəkili) iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X7 və X27 ayrı-ayrılıqda iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2022-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; N nömrəli hərbi hissə üzrə Baş leytenant İddiaçı məxsus şəxsi işə əlavədən müəyyən olunur ki, sonuncuya xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerini özbaşına tərk etdiyinə və hərbi nəzakət qaydalarını pozduğuna görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (nahar cərgəsinə gəlmədiyinə görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (sıra baxışları zamanı aşkar edilmiş nöqsanları aradan qaldırmadığına görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (ümumqarnizon səhər yerbəyerinə üzrsüz səbəbdən durmadığına və intizamsızlığa meyl göstərdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (Qalacıq SSMnin XDF-nın təşkilində yolverdiyi nöqsanlara görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (xidmət yerinə vaxtında gəlmədiyinə görə), xx.xx.2019-cu il tarixdə “töhmət” (səhər düzülüşünə gec gəldiyinə görə), xx.xx.2020-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna və səhər düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (yerbəyerdə iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saç düzümü nizamnamə tələblərinə uyğun olmadığına görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (təkrar olaraq saç düzümü nizamnamə tələblərinə uyğun olmadığına görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (günün nizam qaydalarını pozduğuna və sıra düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (verilmiş tapşırığın icrasına məsuliyyətsiz yanaşaraq vaxtında icra etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (xx.xx.2021-ci il tarixdə xidmət yerinə gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (xx.xx.2021-ci il tarixdə düzülüşə gecikdiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” (hərbi hissədən kənarda hərbi geyim formasında nalayiq yerdə video çarxının çəkilməsinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozaraq icazəsiz əsgər yataqxanasında uzandığına görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) və xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) cəzalar verilmişdir. N №-li hərbi hissənin 2-ci minaatan divizionu (82 mm-lik) gərargah rəisinin rabitə üzrə köməkçisi Baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhəbərliyi tərəfindən keçirilmiş dinləmənin 10 mart 2022-ci il tarixli 04 №-li protokolundan müəyyən olunur ki, dinləmənin gündəliyi Baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla bağlı hərbi hissə rəhbərliyinin iclasında dinlənilməsi olmuşdur. Dinləmənin nəticəsində- sonda bütün göstərilən nöqsanlarla əlaqədar olaraq baş leytenant İddiaçı xidməti fəaliyyəti nəzarətdə saxlanılmaqla Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 71-ci maddəsinin “V” bəndinə müvafiq olaraq “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzasının verilməsi barədə qərar qəbul olunması qərara alınmışdır. N №-li hərbi hissənin 2-ci minaatan divizionu (82 mm-lik) qərargah rəsisinin kəşfiyyat üzrə köməkçisi baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən keçirilmiş dinləməyə dair 06 №-li xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, dinləmənin gündəliyi- Baş leytenant İddiaçı yol verdiyi nöqsanlara bağlı hərbi hissə rəhbərliyinin iclasından dinlənilməsidir. Dinləmənin nəticəsində sonda bütün göstərilən nöqsanlarla əlaqədar olaraq baş leytenant İddiaçı xidməti fəaliyyəti nəzarətdə saxlanılmaqla Silahlı Qüvvələrin ehtiyata buraxılması barədə qərar qəbul olunmuşdur. Briqada komandirinin birinci müavini-qərargah rəsisi v.m.i.e polkovnik-leytenant X13, briqada komandirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəsisi mayor X8, briqada komandirinin texniki təminat üzrə müavini-texniki təminat şöbəsinin rəsisi polkovnik-leytenanat X14, kadrlar bölməsinin zabiti baş leytenant X17 tərəfindən tərtib olunmuş “Dinləmə iclasının protokolu barədə xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, 2-ci minaatan divizionu (82 mm) qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi baş leytenant İddiaçı yol verdiyi nöqsanla keçirilən dinləmə iclası zamanı qeyri - səmimilik göstərərək, protokol vərəqəsinə imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X4 368ş/h №-li, xx.xx.2022-ci il tarixli əmri ilə Baş leytenant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) 2-ci minaatan divizionunun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilməsi barədə əmr verilmişdir. Baş leytenant İddiaçı 01 oktyabr 2022-ci il tarixə xidmət illəri 12 il 01 ay 00 gün qeyd olunmuşdur. N №-li hərbi hissə tərəfindən verilmiş N №-li xx.xx.2022-ci il tarixli təyinatın surətindən müəyyən olunur ki, Baş leytenant İddiaçı 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə getməsi təkli edilmişdir. Təyinatda çatma tarixi xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. Təyinata əsas- Çevik X4 xx.xx.2022-ci il tarixli 368 ş/h №-li əmri.
Tətbiq edilən hüquq. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun: 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. 163-cü maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.
Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır Yuxarıda qeyd edilənlərdən görünldüyü kimi, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilsə də, bu səlahiyyətlərin həyata keçirilməsində ona tam sərbəstlik verilməmişdir Belə ki, inzibati orqan özbaşına fəaliyyət göstərə bilməz və o, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədlərini, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. İPM-nin 74-cü maddəsinə əsasən nzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Əksinə, iş üzrə də müəyyən olunduğu kimi, xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir. Bu faktlar həm də hərbi intizamı pozmasına görə tətbiq olunan intizam cəzalarının səmərə vermədiyi halları da əhatə edir. İddiaçı barədə tərtib olunmuş və məzmunu yuxarıda qeyd olunan təqdimatda və xasiyyətnamədə iddiaçının barəsində tətbiq olunan intizam cəzalarından nəticə çıxartmaması birmənalı olaraq qeyd olunmuşdur Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “cavabdehin iddiaçının barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli 368 ş/h saylı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun 41.0.6-cı maddəsi ilə xidmətə uyğunsuzluğa görə 2-ci minaatan divizionunun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifəsindən azad edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədəəmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunmasfına dair tələbi əsaslı deyil. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev