Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4307/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx/xx/2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 891,27 manat və Dövlət Sosial Müdafiə Fonduna 191,93 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “Mitsibushi” markalı kondisioner, 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd “Nactional” markalı kondisioner və 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd “Grunding” markalı televizor olmaqla, ümumilikdə 1400 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkəsində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə yaranan dövlət büdcəsinə 941,27 manat və Dövlət Sosial Müdafiə Fonduna 309,63 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “Mitsibushi” markalı kondisioner, 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd “Nactional” markalı kondisioner və 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd “Grunding” markalı TV olmaqla ümumilikdə 1400 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx/xx/2022-ci il tarixli **********9 və **********0 saylı protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 891,27 manat və Dövlət Sosial Müdafiə Fonduna 191,93 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. **********2 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə ümumilikdə 606,25 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 417.70 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 188,55 manat, inzibati cərimə üzrə 0 manat borcu var. **********4 saylı xx.xx.2022-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə ümumilikdə 936,71 manat, o cümlədən: vergilər üzrə 66,10 manat, maliyyə sanksiyaları üzrə 870,61 manat, faizlər üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu var. Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********0 saylı xx.xx.2022-ci il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınması baş dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********0 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********0 saylı xx.xx.2022-ci il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən baş dövlət vergi müfəttişi X3 tərəfindən 1 vahidinin qiyməti 450 manat olan 1 ədəd “Grunding” markalı televizor olmaqla ümumilikdə 450 manat məbləğində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********9 saylı xx.xx.2022-ci il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınması baş dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********9 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********9 saylı xx.xx.2022-ci il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən baş dövlət vergi müfəttişi X3 tərəfindən 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “Mitsibushi” markalı kondisioner və 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd “Nactional” markalı kondisioner olmaqla ümumilikdə 950 manat məbləğində əmlakı siyahıya alınmışdır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********573300 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi fiziki şəxs Cavabdeh (VÖEN: **********) xx.xx.2022-ci tarixli **********9 nömrəli qərar üzrə dövlət büdcəsinə borcu yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4307/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4307/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver