Məhkəmə qərarları › İş №2-1(112)-4308/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4308/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4308/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndələri X4 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin 120 Ş/H saylı xx.xx.2018-ci il tarixli əmrinin ləgv edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci tarixli 120 Ş/H nömrəli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0. 6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılmağı istiqamətində işlərin görülməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 51/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1427/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X7” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 120 ş/h saylı əmrinin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnikleytenantdır. 1992-2018-ci illər (1992-1995-ci il tarixlərdə əsgər, 1995-2018-ci il tarixlərdə gizir və zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur) ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi həqiqi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir, müharibə və silahlı qüvvələr veteranıdır. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, müxtəlif medallar, fəxri fərmanlarla təltif edilmişdir. Son xidməti yeri və vəzifəsi DSX-nin X8 X7 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. 10 yanvar 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. 30 yanvar 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq onunla heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsiri olub-olmaması sübut edilmədən xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. O, xx.xx.2018-ci il tarixli, 120 ş/h nömrəli əmri əsassız sayır, bu əmr mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, sözügedən əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə (xidməti uyğunsuzluğa görə) onu vəzifədən azad etmişlər. Hərbi qulluqçunun bu maddə ilə hərbi xidmətdən tərxis edilməsi üçün ilk öncə onun bu xidmətə uyğun olmayan hər hansı hərəkətinin olub-olmaması, vəzifəsində buraxdığı ciddi səhvlərin olması, törətdiyi nöqsanlar sübut olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, xidmət dövründə ciddi nöqsanları olmamış, dəfələrlə dövlət və Dövlət Sərhəd Xidmətinin mükafatlarına layiq görülmüş, hətta xx.xx.2018-ci il tarixli məlum əmrdən bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin medalı ilə təltif olunmuşdur. 10 yanvar 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. Onun öz arzusu ilə Dövlət Sərhəd Xidmətində tutduğu vəzifədən azad olunaraq tərxis olunması barədə dəfələrlə raportu olmuşdur. Cavabdehin iddiaya dair etirazında bildirilmişdir ki, iddiaçı B.A.X15 Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti X8 X3 sərhəd nəzarəti şöbəsinin 1-ci sərnişin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdən isə X11 X5 şöbəsinin rəisi vəzifəsinə təyin edilərək polkovnikleytenant hərbi rütbəsində xidmət etmişdir. DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakitə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Qeyd edilənlərə əsasən, İddiaçı DSX-nə qarşı olan iddiasının əsassız olduğunun nəzərə alınması və iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir . Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri ayrı - ayrılıqda etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: H.X7 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeyiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə göndərilmişdir. Onun təqvimi xidmət illəri – 25 il, 06 ay, 07 gün; güzəştli xidmət illəri – 12 il, 01 ay, 14 gün; cəmi xidmət illəri – 37 il, 07 ay, 21 gün təşkil etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə 032 saylı xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X7” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əsas kimi, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2018-ci il tarixli, 120 nömrəli əmri göstərilmişdir. 01 fevral 2018-ci il tarixli təyinat vərəqəsinin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə, hərbi qeydiyyata götürülməsi ilə əlaqədar İddiaçı 01 fevral 2018-ci il tarixdən göndərilmişdir. Əsas kimi, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2018- ci il tarixli, 120 nömrəli əmri göstərilmişdir. Ərizədən və cavabdeh tərəfindən verilmiş imtina cavabından görünür ki, iddiaçı “xidməti uyğunsuzluq” maddəsinin üzərindən götürülməsinə göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətinə 31 noyabr 2018-ci il tarixli, K/1305/4/0-1083 nömrəli imtina məktubu ilə cavab olaraq bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən onun, ehtiyata buraxılması ilə bağlı əmrdə sözügedən maddənin ləğv edilməsi mümkünsüzdür. İddiaçıya məxsus EZ nömrəli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1992-2018-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Fəxri Fərmanların və Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı 2006, 2007, 2012-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 011 nömrəli, 11 yanvar 2018-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixli raportuna əsasən Heydər X7 sərhəd nəzarəti şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 45 (qırx beş) gün müddətinə Bakı və Gəncə şəhərlərində keçirməklə növbəti məzuniyyəti hesabına məzuniyyətə buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 029 nömrəli, 29 yanvar 2018-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Sərhəd Nəzarəti rəisinin göstərişi və polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixli 30 nömrəli məzuniyyət bileti əsas götürülərək, Heydər X7 sərhəd nəzarəti şöbəsi rəisi polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Baş Kadrlar İdarəsi rəisinin xx.xx.2019-cu il tarixli xidməti məktubundan görünür ki, İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən barəsində attestasiya tədbirləri keçirilməmişdir. Polkovnik-leytenant İddiaçı barədə digər səciyyələndirici məlumatların əldə edilməsi məqsədilə Sərhəd Nəzarətinə müraciət olunması məqsədəuyğundur. Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsinin 16/5842 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu İddiaçı Silahı Qüvvələrin ehtiyatına buraxılması barədə 2018-ci il ərzində Sərhəd Nəzarətinin rəhbərliyinə raportla müraciət etməmişdir. DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün təqdim edilmişdir. Cavabdehin 16/2973 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı şəxsi işində onun Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş təqdimat mövcud olsa da, ehtiyata buraxılmasından əvvəl onun barəsində verilmiş təqdimatda nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyildir. Sərhəd Nəzarətində 2018-ci il üçün hazırlanmış sənədlərin qeydiyyat kitabında xx.xx.2018-ci il tarixdə İddiaçı müraciəti qeydə alınmamışdır. İşdə olan iddiaçının Sərhəd Nəzarətinin rəisinə ünvanlanmış R-363 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli raportundan görünür ki, iddiaçı Dövlər Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığı bildirmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 16/3617m saylı məktubundan görünür ki, “Heydər X7” X9 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı” DSX rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddəti üzrə Siyahısı”nın 793-cü bəndinə uyğun olaraq 2020-ci il tarixdə məhv edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə iddia tələbini irəli sürür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların, cavabdehin dəlillərinin təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, mübahisələndirilən əmr verilməmişdən öncə, o, öz arzusu ilə hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq raportla cavabdehə müraciət etmişdir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi. İlk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Əsasnamənin 156-cı maddəsinin e) bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavəsində: “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən:

1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.

3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında. Hərbi hissənin daimi fəaliyyət göstərən attestasiya komissiyalarında müzakirədən keçirilmiş təqdimatlarda müvafiq komandirin (rəisin) rəyindən sonra «Attestasiya komissiyasında müzakirə olunub və bəyənilib _il tarixli_ №-li protokol» qeydi edilir.

9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 əsasən:

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Gizirlərə və miçmanlara verilən intizam cəzaları

67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, iddiaçı barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X7” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 120 ş/h saylı mübahisələndirilən əmri qəbul edilmişdir. İddiaçı barəsində DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbixidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Lakin qeyd olunanları təqdimat verən vəzifəli şəxslər hansı qaydada və nəyə əsasən müəyyən etdiklərini göstərməmişlər. Belə ki, iddiaçının barəsində şəxsi heyət arasında hər-hansı bir sorğu aparılmadığı halda onun “orta səviyyəli hərbi qulluqçu kimi göstərməsini” müəyyən etmək mümkünsüzdür, ümumiyyətlə hərbi qulluqçunun “səviyyəsinin orta yaxud yüksək” olması meyarlarının hansı kriteriyalarla ölçərək belə nəticəyə gəlinməsi məlum deyil. Bundan başqa, tutulmuş iradların qərəzli şəkildə qəbul etməsinin hansı əsaslara söykənməsi, iddiaçıya konkret olaraq hansı iradların və nə üçün tutulması, bu barədə konkret hansı tədbirlərin görülməsi göstərilməmişdir. Cavabdeh orqan məhkəməyə təqdimatın mətnində barəsində göstərilən digər neqativ halları təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının hansı nöqsanlarına və əməlinə görə təxris edilməsi əsaslandırılmamışdır. Bununla yanaşı iddiaçı barəsində vəzifəsində işlədiyi zaman vəzifələrinin icrası ilə bağlı barəsində xidmət etdiyi qurumun rəhbərliyinə hər-hansı bir şikayət daxil olmamış, heç bir nöqsana yol verməmiş və bu barədə ona hər-hansı bir irad bildirilməmişdir. İddiaçı qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək ondan heç bir izahat alınmamışdır. Cavabdehin 16/2973 saylı xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı şəxsi işində onun ehtiyata buraxılması ilə əlaqədar Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş təqdimat mövcud olsa da, ehtiyata buraxılmasından əvvəl onun barəsində verilmiş təqdimatda nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyildir. Məhkəmənin tələbinə baxmayaraq təqdimatda qeyd olunan halların baş verməsi barədə cavabdeh orqan tərəfindən müvafiq araşdırma materialları, raportlar və digər sənədlər təqdim olunmamış, bununla da işdə olan ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqdimatda iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş təqdimat əsaslandırılmamış, təqdimat tərtib edilərək qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Əksinə iddiaçının şəxsi işindən göründüyü kimi iddiaçı xidmət dövründə fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə İddiaçı “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunmuşdur. İddiaçının hərbi qulluqçu kimi xidmət etdiyi zaman hər-hansı bir cinayət törətməsi, inzibati xətaya, xidmət əleyhinə qarşı qanun pozuntularına, xidmət etdiyi qurumun şərəfinə, hərbi qulluqçu şərəfinə və sərhədçi adına xələl gətirən hərəkətlərə yol verməsi isə işdə müəyyən olunmur. Əlavə olaraq iddiaçının hərbi xidmətdən ehtiyata buraxılanadək əvvəlki son 07 ay ərzində “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunması, xx.xx.2017-ci il tarixdə ona polkovnik-leytenant hərbi rütbəsinin verilməsi, xx.xx.2017-ci il tarixdə vəzifədə irəli çəkilərək X11 X5 şöbəsinin rəisi vəzifəsinə təsdiq edilməsi, 2017-ci ilin noyabr ayında “Xidməti düzgün təşkil etdiyinə görə” DSX-nin rəisi tərəfindən (Elçin Quliyev tərəfindən) ona təşəkkür elan olunması, xx.xx.2017-ci il tarixli DSX rəisinin 0382 saylı əmri ilə 1-ci məharət dərəcəsinin təsdiq edilməsi, xx.xx.2017-ci il tarixli 0407 saylı əmrə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması təqdimatdakı dəlillərin əsassız oldugu gənaətinə gəlməyə əsas verir. Xüsusilə də vurgulanmalıdır ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.-ci bəndinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 26 il qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasının sübutudur. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın oldugu kimi ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi. İş materiallarından görünür ki, iddiaçı Sərhəd Nəzarəti rəisinin 011 nömrəli, 11 yanvar 2018ci il tarixli nizami hissə üzrə əmri ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 45 gün müddətinə Bakı və Gəncə şəhərlərində keçirməklə növbəti məzuniyyəti hesabına məzuniyyətə buraxılmış hesab edilmiş, 29 yanvar 2018-ci il tarixli nizami hissə üzrə əmri ilə xx.xx.2018-ci il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmiş, məzuniyyətdən geri çağırılandan 2 gün sonra isə mübahisələndirilən əmrlə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı məzuniyyətdən geri çağıralaraq onunla hər hansı söhbət aparılmamış, ondan izahat alınmamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına uygun iddiaçının barəsində əmri vermiş cavabdeh orqan tərəfindən riayət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan müvafiq əmri qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən xidmət dövründə yuxarıda qeyd olunan nöqsanlara yol verilməsi, o mənfi xarakterizə olunsa belə, barəsində intizam tədbirləri görülməmiş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Silahlı X1 cavabdehin əmri ilə iddiaçıya tətbiq edilmiş xidməti uyğunsuzluğa görə ehtiyata buraxma intizam cəzasından daha yüngül intizam cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tətbiq edilən həmin intizam cəzası işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəməsi hesab edir ki, mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğu əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət vermədən, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin əmri iddiaçıya aid qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar.

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 18-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. İddiaçının ikinci tələbi – öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə gəldikdə isə, məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İşdən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 26 ildən artıq həqiqi hərbi xidmət keçmiş, bunun 23 ilini zabit kimi xidmət etmiş, sonuncu vəzifəsi H.X7 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. Həmin vəzifədə xidmət edərkən iddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 10 yanvar 2018-ci il tarixdə növbəti məzuniyyətə gedərkən yuxarı rəhbərliyə məruzə edib, ehtiyata buraxılması barədə aidiyyəti üzrə təqdim etmişdir. 30 yanvar 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq onunla heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsiri olub-olmaması sübut edilmədən xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmin raportun qeydiyyata alınmalı olduğu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 2018-ci il üçün “Hazırlanmış sənədlərin qeydiyyat jurnalı”nı və “Heydər X7” X9 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı” baxış keçirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 16/3617m saylı məktubla “Heydər X7” X9 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı” DSX rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddəti üzrə Siyahısı”nın 793-cü bəndinə uyğun olaraq 2020-ci il tarixdə məhv edildiyi bildirilmişdir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 2018-ci il üçün “Hazırlanmış sənədlərin qeydiyyat jurnalı”ına məhkəmə iclasında baxış zamanı isə həmin raportun qeydiyyata alınmadıgı müəyyən edilmişdir. Hazırki vəziyyətdə yeganə sübutetmə vasitəsi olan “Heydər X7” X9 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı”nın cavabdeh tərəfindən vaxtından əvvəl məhv edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinin tələblərini pozmaqla cavabdeh inzibati orqanın maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina kimi qiymətləndirilərək iddiaçının xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə görə isə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Yəni hazırki halda raportun mövcudlugunu sübut etmək cavabdehin hərəkətləri nəticəsində mümkünsüz oldugundan məhkəmə bu hala formal tələb kimi yanaşaraq bu halda “qazanılmış hüquq” və “ağlabatan mütənasiblik əlaqəsi” prinsiplərini tətbiq etməyi zəruri bilir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya münasibətdə fərqli rəftarın X16 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Avropa Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X10rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Heydər X7” X9 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı”nın məhv edildiyi üçün həmin raportun qeydiyyata alınıb-alınmamasını müəyyən etmək hazırki vəziyyətdə mümkün olmadığından və iddiaçının həm “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi, həm də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən təqvim hesabı ilə azı 10 ildən artıq xidmət etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmasına qazanılmış hüququ mövcud oldugundan bu hal onun xeyrinə şərh edilməlidir. Odur ki, hazırki işdən iddiaçının verdiyi raportuna münasibətdə hərəkətsizlik göstərildiyi, belə ki, həmin raporta münasibətdə hər hansı inzibati aktın qəbul edilmədiyi müəyyən olunur. Belə olan halda İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki iş üzrə verilmiş məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPMin 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) isə iş üzrə təsdiqini tapsa da, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından (İPM-in 73.2-ci maddəsi), cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciətinə baxılması öhdəliyinin qoyulması məqsədəmüvafiqdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının tərxis olunması məsələsi cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan, sonuncu bu məsələyə dair hər hansı konkret münasibət bildirmədiyindən və bu əsasla iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in: 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X7” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 120 ş/h saylı əmrinin ləğv edilməli, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X7” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 120 ş/h saylı əmri ləgv edilsin. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3kim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar