Məhkəmə qərarları › İş №2-1(112)-4308/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4308/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4308/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "Şahmar" kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X9 və X19 üçüncü şəxslər) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil İddiaçının nümayəndəsi X7 Cavabdehin nümayədəsi X20 Üçüncü şəxs X13 iştirakları ilə İddiaçı kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı X9 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi GİRİŞ HİSSƏSİ: İddiaçı kiçik müəssisəsi cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X9 və X19 üçüncü şəxs qismində zəruri olaraq məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 saylı xx.xx.1996-cı tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq cahəsi) mövcud istifadə vəziyyətində müvəqqəti olaraq İddiaçı kiçik müəssisəsinə təhkim olunmuşdur. Qeyd olunan ərazi həmin sərəncam əsasında 10 iyun 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi rəhbərliyinin tapşırığı əsasında İddiaçı kiçik müəssisəsinə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində əhəng bişirilən ərazinin hüdudunda mövcud istifadə vəziyyətində ölçülərək ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulması barədə akt tərtib olunmuş və ayrılmış ərazinin cizgisi-planı çəkilmişdir. Ayrılan torpaq sahəsinin uzunu 170 m, eni isə 21 metr olmaqla ümumi sahə 0,35 ha olmuşdur («Ayrıc aktı» və cizgi əlavə edilir). Səbail rayon məhkəməsində X10 və digərlərinə qaldırılmış müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı məhkəmə işindən əldə edilən sənədlərdən məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvana xx.xx.2019-cu il tarixdə **********68 saylı çıxarış "xxxx" MMC-nin və xx.xx.2020-ci il tarixli **********17 saylı çıxarış X13 adına verilmişdir ki, həmin torpaqların rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışdan belə güman olunurdu ki, həmin torpaq sahələri İddiaçı kiçik müəssisəsinə təhkim olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudları daxilinə düşür. Həmin İdarənin vəkil sorgusuna verilən **********01 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********69) Səbail Bələdiyyəsinin 757 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2019-cu il tarixdə X11 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiqlənmiş 4Ə-1149 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********17) Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarına, torpaqların alqı-satqısına dair akta, X17 idarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2020-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, təqdim edilmiş ayrıc aktında torpaq sahəsinin coğrafi yerləşməsini bildirən dəqiq istinad məlumatları, döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün sahə daxilində hansı daşınmaz əmlak obyektlərinin qeydiyyata alındığı barədə məlumatın verilməsi mümkün olmamışdır. Beləliklə, mövcud rəsmi sənədlərlə, o cümlədən arayışlarla müəyyən olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 saylı xx.xx.1996-cı tarixli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq cahəsi) mövcud istifadə vəziyyətində müvəqqəti olaraq İddiaçı kiçik müəssisəsinə təhkim olunan və hazirda da onun faktiki sahibliyində və istifadəsində olan 0,35 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı kiçik müəssisəsinin xəbəri və razılığı olmadan Səbail Bələdiyyəsinin qanunsuz qərarı əsasında alqı-satqı müqavilələri bağlanmaqla X2. Aşağıda qeyd edilən qanun pozuntularına görə Səbail Bələdiyyəsinin həmin qanunsuz sərəncamı etibarsız hesab edilməlidir. Əvvəla qeyd etdiyi kimi, qeyd olunan torpaq sahəsi hazırda da İddiaçı k/m-nin istifadəsində və sahibliyindədır, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 saylı xx.xx.1996-cı tarixli sərəncamı bu gün də qüvvədə olmaqla heç bir orqan tərəfindən ləğv edilməmişdir. İkincisi, qeyd olunan torpaq sahəsinin Səbail Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyildir. Ona görə də Dövlətin mülkiyyətində olmaqla Bakı şəhər İH-nin balansına verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 saylı xx.xx.1996-cı tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq cahəsi) mövcud istifadə vəziyyətində müvəqqəti olaraq İddiaçı kiçik müəssisəsinə təhkim olunan və hazirda da onun faktiki sahibliyində və istifadəsində olan 0.35 ha torpaq sahəsi barədə Səbail Bələdiyyəsinin sərəncam vermək, onu özgəninkiləşdirmək səlahiyyəti olmamışdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh və üçüncü şəxslərə göndərilmiş, onlara iddiaya dair öz münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə bildirmələri təklif olunmuşdur, yazılı münasibət (etirazlar) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin, bələdiyyənin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarının mövcudlugu barədə məlumatının olmadıgını, ümumiyyətlə həmin dövrün bələdiyyə sədrinin korrupsiya cinayəti ilə bağlı açılmış cinayət işi ilə əlaqədar sənədlərinin prokurorluq orqanlarında olduğunu bildirdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin torpağı alarkən sənədlərin saxta oldugunu bilmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X9 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqüqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubu ilə bildirilmişdir ki, “DADAŞ-N" MMC-nin və X13 adlarına Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışların verilməsinə əsas olmuş sənədlər və sözügedən ünvanda yerləşən 0.35 ha torpaq sahəsinə başqa hüquqi və fiziki şəxslərə çıxarışın verilməsinə əsas olmuş sənədlər haqqında məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********69) Səbail Bələdiyyəsinin 757 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2019-cu il tarixdə X12 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiqlənmiş 4Ə- 1149 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********17) Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2020-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, təqdim edilmiş ayrıc aktında torpaq sahəsinin coğrafi yerləşməsini bildirən dəqiq istinad məlumatları, döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün sahə daxilində hansı daşınmaz əmlak obyektlərinin qeydiyyata alındığı barədə məlumatın verilməsi mümkün olmamışdır.” - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1180 saylı xx.xx.1996-cı tarixli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq cahəsi) mövcud istifadə vəziyyətində İddiaçı kiçik müəssisəsinə təhkim olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsinin tərtib etdiyi xx.xx.1997-ci il tarixli 97/179 nömrəli aktdan görünür ki, Səbail rayonu, Salyan şossesinin şimal hissəsində əhəng bişirilən ərazidə 0.35 ha torpaq sahəsi mövcud istifadə vəziyyətində İddiaçı kiçik müəssisəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA- 08364-2022 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)- 14827/2022 saylı sorğunuza əsasən bildiririk ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə xx.xx.1996-ci il tarixli, 1180 saylı və Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2004-cü il tarixli, 757 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Bakı şəhər İH-nin arxiv idarəsinə və Səbail Bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2019-cu il tarixli 09/5-178 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 554 saylı xx.xx.2005-ci il tarixli qərarının həqiqiliyinə dair şübhə olması ilə bağlı müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 554 saylı, xx.xx.2005-ci il tarixli qərar ilə X6 Salyan şossesi 12 ünvanda 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Səbail Bələdiyyəsinin SB/TA-5/23 nömrəli xx.xx.2018-ci il tarixli arayışında bildirilmişdir ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi, 12 ünvanda 27 dekabr 2005-ci il tarixdə X4 adına 554 saylı sərəncamı ilə torpaq sahəsi sənədləşdirilmişdir. - Bakı şəhəri Səbail Bələdiyyəsinin 554 saylı xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, X6 Salyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X6 bələdiyyə ərazisindən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixdə X19 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X3 almışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Bələdiyyəsinin 757 saylı xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, X14 Salyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X14 bələdiyyə ərazisindən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X8 almışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-16433-3-93/2023 nömrəli məktubundan görünür ki, Səbail bələdiyyəsinin xx.xx.2005-cü il tarixli 554 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********99 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 9280,0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində tikililər mövcuddur (sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib). Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üstüstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq 9280,0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində tikililər mövcuddur (sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib). Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üstüstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iddia İPM-in 2.2.5.-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aid oldugundan mümkün iddiadır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklərə görə hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Mövcud qanunvericiliyə əsasən bələdiyyələr öz səlahiyyətləri çərçivəsində, onlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyini təmin edən və hüquqi nəticələrinə görə fərqlənən müvafiq normativ hüquqi aktlar və qeyri-normativ aktlar (qərarlar) qəbul edə bilərlər. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi müəyyən edilmişdir. X16 4.1.6-cı maddəsinə əsasən normativ xarakterli aktların sırasına yerli özünüidarə orqanlarının qərarları da daxil edilmişdir. Qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan topraqların icarəyə verilməsi haqqında qeyri-normativ aktlar (qərarlar) qəbul edirlər. Bələdiyyələrin qeyri-normativ aktları (qərarları) fərdi-birdəfəlik və fərdi-müəyyən xarakter daşıyır, hüquqi faktlar və hüquq normaları əsasında qəbul olunmuş, konkret şəxsin (fiziki və ya hüquqi şəxsin) hüquqlarını, vəzifələrini və hüquq məsuliyyətinin həddini müəyyən edən normatətbiqedici (hüquqtətbiqedən akt, hüququn tətbiq edilməsi üçün aktlar) sənəddir. Onlar normayaratma fəaliyyətinin (hüquq normalarının müəyyən edilməsi ilə əlaqədar fəaliyyətin) deyil, yerli özünüidarə orqanlarının normatətbiqetmə fəaliyyətinin (hüquq normasının tətbiq edilməsi sahəsində fəaliyyətin) nəticəsi olan rəsmi sənədi ifadə edirlər. Bununla yanaşı, mövcud qanunvericilikdə bu növ aktların ləğv olunması qaydası maraqlı şəxslərin mülki hüquqlarının və qanuni mənafelərinin pozulub-pozulmaması ilə əlaqəlidir. Belə ki, MM-in 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adı çəkilən maddələrin təhlilindən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarı inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, o cümlədən qərar etibarsız hesab edilir. Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarı üçün qeyd olunan əlamətlər xas olduğundan qərar formasında qəbul edilmiş həmin inzibati aktın etibarlılığından söhbət gedə bilməz. Belə ki, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 554 saylı 27 dekabr 2005-ci il tarixli qərarı əsasında X4 istifadəsinə ayrılmış torpaq sahəsi faktiki olaraq 9280,0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi səlahiyyətlərini aşaraq torpaq ayırma səlahiyyətinə malik olan inzibati orqan kimi Bakı şəhəri Səbail Bələdiyyəsi 554 saylı 27 dekabr 2005-ci il tarixdə torpaq sahəsinin ayrılması barədə məcburi qüvvəyə malik olan qərar qəbul etmiş, alqısatqı aktına əsasən torpağın ayrılmasına dair iradə ifadəsini nümayiş etdirmiş, mülkiyyətində olmadıgı torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinə dair inzibati icraat aparmışdır. Cavabdeh bələdiyyə orqanı torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq digər şəxsə verilməsində özünü səlahiyyətli saymış, həmin torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul etmişdir. Lakin, nəticə etibarı ilə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün bələdiyyə qərarın icrası prosedurundan söhbət gedə bilməz. Halbuki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8.-ci maddəsinin tələbinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 56.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X5rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən də göründüyü kimi müvafiq prosedur daxilində bələdiyyələrə mülkiyyətində olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətinə verilməsi ilə əlaqədar səlahiyyətləri müəyyən edilmişdir ki, onun mülkiyyətində olmamış torpaq sahəsinə hər hansı formada sərəncamın verilməsi bələdiyyə səlahiyyətlərindən kənar hərəkət kimi qiymətləndirilməlidir. Göründüyü kimi Bakı şəhəri Səbail bələdiyyəsinin 554 saylı 27 dekabr 2005-ci il tarixli 554 nömrəli qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktla bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci, 65.1.2-ci və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlərə malik inzibati aktdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə görə bələdiyyələr yalnız bələdiyyə fonduna məxsus olan torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9- cu bəndinə müvafiq olaraq dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab olunur. Həmin Qanunun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-3-cü bəndlərinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 47.6-cı maddəsinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47.7-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi cavabdeh bələdiyyə orqanı, bələdiyyə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam verərək, həmin torpaq sahəsini digər şəxsə satmış, iddiaçıya məxsus torpaq sahəsi üzərində qanunsuz sərəncam verərək onun torpaq üzərində olan hüquqlarını pozmuş, son nəticədə iddiaçının mülkiyyətdən məhrum olunması ilə nəticələnmişdir. Halbuki həmin torpaq sahəsi buna səlahiyyətli inzibati orqan olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1180 saylı xx.xx.1996-cı tarixli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Qeyd olunmalıdır ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni oldugundan təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin olunmalı, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Bakı şəhəri Səbail bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarı etibarsız hesab edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Bakı şəhəri Səbail bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarı etibarsız hesab edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar