Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4309/2020 25.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə iddiaçı – X9 (yaşayış yeri: Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Cabbarov küçəsi, ev 3, mənzil 19) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Araşdırılması Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, İbrahim Əbilov küçəsi, 24) qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsinə qarşı aktın etibarslız sayılması, qərarın və tələbnamənin ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Vergi X2 Baş İdarəsi tərəfindən fiziki şəxs X19 barəsində x xxxx 2020-ci il tarixli VN seriyalı 026189 saylı Akt tərtib olunmuş, həmin Akta əsasən «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» x xxxx 2020-ci il tarixli **********5782 saylı qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» x xxxx 2020-ci il tarixli **********5783 nömrəli Tələbnamə verilmişdir. Həmin qərar qanunsuz və əsassız hesab edilir. Ən əvvəl işin faktiki halları ilə qeyd olunur ki, o (iddiaçı), ********** nömrəli VÖEN ilə vergi orqanında qeydiyyatdan keçərək, 2019-cu ilin oktyabr ayına qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin (“Talkuçka” adlanan obyektin) arxasında yerləşən avtomobil təmiri sexini (avtoprofilaktoriyada) icarəyə götürərək, tikiş sexinə rəhbərlik edir. İş olmadığından, 2019-cu ilin oktyabr ayında ərizə ilə vergi orqanına məlumat verərək, fəaliyyətini müvəqqəti dayandırmışdır. Havaların qızması ilə əlaqədar olaraq 2020-ci ilin fevral ayının axırlarında o, qərar vermişdir ki, sexi işə hazırlasın və mart ayının əvvəlləri sexin fəaliyyətini qanunauyğun formada bərpa etmişdir. Məlum olduğu kimi, işə başlamamışdan əvvəl VÖEN-in aktivləşdirilməli, işləyəcəyinə qərar verilən şəxslərlə əmək müqaviləsi bağlanılmalıdır. Bu məqsədlə cari ilin fevralın 26-da tanıdığı iki qadın ilə əlaqə saxlayıb, niyyətini bildirmiş və onları dəvət edib sexdə təmizlik işlərini gördükdən sonra x xxxx 2020-ci il tarixdə tanıdığı dərzi qadınlarla əlaqə saxlayıb 2 mart tarixinə sexə dəvət etmişdir ki, onlarla iclas keçirib, kimlərlə, hansı şərtlərlə və necə iş görüləcəyini müzakirə edələr. Bu məqsədlə x xxxx 2020-cü il tarixdə sexdə toplaşıb iclası keçirilmişdir. O (iddiaçı), iclasa toplaşan qadınlara demişdir kii, gözləsinlər avtoprofilaktoriyanın rəhbərliyindən işə başlamaqdan ötrü icazə alınsın və digər müsbət cavab verilərsə, qanunla müəyyən olunmuş qaydada fəaliyyətə başlanılsın. Bundan sonra o (iddiaçı), avtoprofilaktoriyanın rəhbərliyinin yanına getmiş və onun yerində olmadığın görüb geri qayıtmışdır. Bu zaman sexin qapısında təqribən 10 nəfərdən artıq bir dəstə kişinin sexin qapısını qırmaq istədiklərini görmüş və bərk qorxmuşdur. Nə baş verdiyini anlaya bilməmişdir. Həmin şəxslərin vergi işçiləri olduğunu biləndən sonra, gəlib sexin qapısını açmış və içəri daxil olmuşdur. 11 nəfərlik kişilərdən ibarət bir qrup insan qeyri-etik formada, subordinasiya qaydalarını kəskin şəkildə pozaraq, səs-küy salaraq və psixoloji təzyiq göstərərək, sexə daxil olub, onun məşvərətə dəvət etdiyi və kəsim otağında iclas keçirtdiyi qadınlarla şəkillərini çəkib, daha sonra isə bir-bir onları yüksək səs tonu ilə tikiş otağına qeyri-iradi olaraq aparıb, hədə-qorxu altında diktə edərək, onlara yazdırdıqları izahatları və sənədləri imzalatdırıb onları buraxdılar. Martın 14-də vergi orqanından ona gələn məktubdan 14.000 manat cərimə tətbiq edildiyini öyrənmişdir. Qeyri-qanuni iş ilə məşqul olmadığından, belə bir cərimə onun kimi insanlar üçün çox çətinlik yaratmış olur. Qeyd olunmalıdır ki, yeddi tikiş maşını (texniki vəziyyətlərinə görə eyni vaxta 3 – 4 maşın işlək vəziyyətdə olur) olan sexdə əsasən 1 – 3 nəfər çalışa bilir və işlədiyi müddətdə maddi durum çətin olmuşdur. Onun və sexdə ayrı-ayrı vaxtlarda çalışan qadınların heç birinin özünə məxsus yaşayış evi, mənzili belə yoxdur. İşdən göründüyü kimi, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********5782 saylı x xxxx 2020-ci il tarixli qərarda göstərilir ki, Məlahət Əliyeva AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilsin. Həmin qərarda vergi orqanının istinad etdiyi AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda oian sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin maddənin dispoizsiyasından göründüyü kimi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin qərarda isə işçilərin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı ilə bağlı heç bir müddəa yoxdur. Çünki belə bir hal olmamışdır. İkincisi, həmin qərarda vergi orqanının adlarını qeyd etdiyi fiziki şəxslərin heç biri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) həqiqətən bağlanmamışdır. Çünki hələ sex işə başlamamışdır (zərurət olarsa, bu halı müəyyən etmək üçün yaxınlıqdakı videomüşahidə kameralarından onların x xxxx 2020-ci il tarixli aktın tərtib edilməsindən əvvəl həmin sexə giriş-çıxışı çıxarıla bilər). Əvvəla ona görə ki, x xxxx 2020-ci il tarixli VN seriyalı 026189 saylı aktın tərtib edilərkən o (Məlahət Əliyeva), sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmin ərəfədə tikiş sexi sahibkarlıq fəaliyyətinə başlamaq üçün həmin şəxslər sexə dəvət edilmiş və işəgötürənlə onlar arasında əmək müqaviləsinin şərtləri, həmçinin sahibkarlıq fəaliyyətini bərpa etmək üçün görüləcək işlər müzakirə olunmuşdur. Bu faktı həm də o hal təsdiq edir ki, x xxxx 2020-ci il tarixdə 11 nəfər vergi əməkdaşları tikiş sexinə gələrkən həmin 7 nəfər şəxsin hamısı palto (üst) geyimində olmuş, yəni iş paltarında olmamışlar. Bu faktı təkcə bir fakt, yəni 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən çəkdiyi fotoşəkillər tam təsdiq edir.Bundan başqa, həmin 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən həmin şəxslərə müxtəlif formalarda təzyiq etmiş və bundan sonra özlərinin tərtib etdiyi akta imza atmağa məcbur etmiş, həmçinin vergi əməkdaşlarının diktəsi və vergi əməkdaşlarının istədikləri kimi həmin şəxslərdən izahatlar alınmışdır. Halbuki, həmin izahatlar əsl həqiqəti əks etdirmir və vergi orqanının müvafiq vəzifəli şəxslərinin qanunsuz və əsassız hərəkətləri nəticəsində alınmışdır. Odur ki, hesab edilir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş x xxxx 2020-ci il tarixli VN seriyalı 026189 saylı aktın etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Beləliklə göründüyü kimi, akt, qərar və tələbnamə tamamilə qanunsuz və əsassızdır. x xxxx 2020-ci il tarixli **********5782 saylı qərarın və x xxxx 2020-ci il tarixli **********5783 nömrəli tələbnamənin nüsxəsi ona (iddiaçıya) xx xxxx 2020-ci il tarixdə Vergi Cinayətlərnin ibtidai Araşdırılması Baş İdarəsinin x xxxx 2020-ci il tarixli məktubu ilə poçt vasitəsilə təqdim olunmuşdur. Göstərilənlərə və İPM-in 32, 38.1, 45, 46-cı maddələrinə, AR Vergi Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq, cavabdehin x xxxx 2020-ci il tarixli VN seriyalı 026189 saylı aktının etibarsız hesab edilməsi, həmin akta əsasən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********5782 saylı xx.xx.2020-ci il tarixli qərarının və həmin qərar əsasında verilmiş «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» x xxxx 2020-ci il tarixli **********5783 nömrəli tələbnaməsinin ləğvi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsinin məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - Cavabdeh Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsi iddia ilə razılaşmır. Belə ki, Vergi X2 Baş idarəsinin x xxxx 2020-ci ii tarixli **********5047 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən X9 fəaliyyəti üzrə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. x xxxx 2020-ci il tarixdə keçirilən operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov küçəsi, “Həyat yolu” şadlıq evi ilə üzbəüz yerləşən tikiş sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 7 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı aşkar olunmuşdur. x xxxx 2020-ci ii tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə VN seriyalı 026189 nömrəli akt tərtib edilmiş, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinir vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” x xxxx 2020-ci tarixli **********5782 nömrəli qərar qəbul edilmiş və təqvim ili ərzində belə hala birinci dəfe yol verdiyi nəzərə alınaraq hər bir şəxs üzrə 2.000 manat olmaqla, ümumilikdə verg ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı özünün də imzalayaraq təsdiq etdiyi aldın məsuliyyət qərarının və tələbnamənin qanunsuz hesab edilərək ləğvini xahiş etmişdir. Göründüyü kimi, iddia tələbi üç hissədən ibarətdir: iddiaçı barəsində tərtib olunmuş x xxxx 2020-ci il tarixli VN seriyalı 026189 nömrəli Aktin etibarsız hesab edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında x xxxx 2020-ci il tarixli qərarın ləğvi, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” x xxxx 2020-ci il tarixli **********5783 nömrəli tələbnamənin ləğvi. İddiaçı tələbini əsaslandırarkən İPM-in 32-ci maddəsinə istinad etmişdir. Halbuki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsində inzibati akta “inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri” kimi anlayış verilmişdir. Hazırkı iş üzrə iddiaçı üçün hüquqi nəticə (vergi məsuliyyəti) isə operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə tərtib edilmiş akt və ya tələbnamə ilə deyil, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış məsuliyyət qərarı ilə yaranmışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair qəbul edilmiş x xxxx 2020-ci il tarixli 026189 nömrəli akt, eləcə də x xxxx 2020-ci il tarixli **********5783 nömrəli tələbnamə inzibati akt sayılmadığından iddia qeyd edilən aktın və tələbnamənin ləğv edilməsi hissələrində mümkün sayılmamalıdır. İddiaçının dəlillərinə münasibətdə isə qeyd olunur ki, iddiaçının törətdiyi pozuntu (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi) iddiaçının özünün və işçilərin izahatları, vergi nəzarətinə dair tərtib edilərək iddiaçı tərəfindən heç bir etiraz bildirilmədən imzalanmış akt ilə öz təsdiqini tapır. Başqa sözlə, operativ vergi nəzarəti qanunvericiliyinə dair heç bir tələb pozulmadan aparılmış, nəzarət tədbirinin nəticəsi AR Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq rəsmiləşdirilmişdir. İddiaçı yoxlamanın təyin edilməsi, həyata keçirilməsi və rəsmiləşdirilməsi zamanı yol verilmiş hər hansı pozuntuya dair sübut təqdim etmədən, əsaslı dəlil gətirmədən öz mülahizələrinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” x xxxx 2020-ci il tarixli qərarını əsassız hesab etmişdir. İddiaçının mülahizələrindən biri vergi orqanı əməkdaşlarının hədəqorxu altında diktə edərək izahatları və sənədləri özünə və işçilərinə imzalatmaları ilə bağlı olmuşdur. İzahatlar işçilərin və iddiaçının özü tərəfindən şəxsən yazılaraq imzalanmış, izahatlarda işçilərin hansı tarixdən işə başladığı konkret olaraq göstərilmiş, hətta onların vəzifələri və iş rejimləri (həftəlik və günlük) barədə məlumatlar belə qeyd edilmişdir (izahatlar və operativ vergi nəzarəti tədbirinə dair digər materiallar etiraza əlavə edilir). İddiaçının digər bir əsassız mülahizəsi isə tikiş sexində olan yeddi tikiş maşınından eyni vaxtda yalnız 3 – 4-nün işlək vəziyyətdə olması, sexdə 1 – 3 nəfərin çalışa bilməsi və operativ vergi nəzarəti tədbiri zamanı izahat vermiş yeddi nəfərin hamısının üst geyimində olması ilə bağlıdır. Operativ vergi nəzarəti zamanı aşkar edilmiş əmək müqaviləsi hüquqi qüvvəyə minməyən işçilərin sayı yeddi nəfər olmuşdur ki, bu da yeddi tikiş maşını olan sexdə işləməsi mümkün olan real işçi qüvvəsinə uyğun olmuşdur. Üstəlik işçilərdən ikisi (X8 və X12) izahatlarında dərzi vəzifəsində deyil, ütüçü vəzifəsində işlədiklərini qeyd etmişlər. Göründüyü kimi, iddiaçının bu mülahizəsi də tamamilə əsassızdır. İddiaçının operativ vergi nəzarəti zamanı aşkar edilmiş işçiləri ilk dəfə nəzarət tədbirinin keçirildiyi gün iş yerinə “işi necə görəcəklərini” müzakirə etmək üçün çağırması barədə mülahizəsi işçilərin verdiyi izahatlarla təkzib olunur. Həmçinin iddiaçı öz izahatında da işçiləri artıq işə götürdüyünü bildirmişdir. İddiaçının heç bir sübutla təsdiqini tapmayan, qış ayında keçirilmiş vergi nəzarəti tədbiri zamanı işçilərin üst geyimində olmasının isə işin mahiyyəti baxımından heç bir əhəmiyyəti yoxdur. Vergi ödəyicisinin digər bir anlaşılmayan mülahizəsi isə, mübahisələndirilən məsuliyyət qərarında işçilərin gəlirlərinin gizlədilməsi (azaldılması) ilə bağlı hər hansı müddəanın olmaması ilə bağlıdır. İddiaçı bu mülahizəsini Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçının məsuliyyətə cəlb edildiyi Vergi Məcəlləsinin 58.10-cu maddənin dispozisiyası “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması” kimi ifadə olunmuşdur. Dispozisiyadan göründüyü kimi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddədə təsbit olunmuş pozuntunun törədilmə üsulunu əks etdirir. Dispozisiyaya nəzər salsaq, pozuntu (gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması)formal tərkiblidir. Yəni gəlirlərin faktiki olaraq gizlədilib-gizlədilməməsindən asılı olmayaraq, əmək müqaviləsi elektron bazaya daxil edilərək hüquqi qüvvəyə minmədən işçilərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əməl başa çatmış sayılır. Beləliklə, gəlirlərin faktiki olaraq gizlədilib-gizlədilməməsi pozuntu halının mövcud olub-olmaması baxımından heç bir əhəmiyyət daşımır. Digər tərəfdən, mübahisələndirilən məsuliyyət qərarında tətbiq edilən normanın dispozisiya və sanksiyasının tam şəkildə təsbit olunduğu AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə istinad edilmişdir. AR Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: «onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən x xxxx 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasm.a görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla tətbiq edilmiş maliyyə sanksiyası məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər, maliyyə sanksiyası tətbiq edilən şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq X9 iddiasının təmin olunmaması xahiş edilir. Məhkəmənin qərardadı ilə iddia “aktın etibarsız sayılması və tələbnamənin ləğv edilməsi” hissəsində mümkün sayıllmamışdır. Məhkəmə iclasında iştirak edən X4 iddia ərizəsinin məzmununa uyğyun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, o, vergi orqanının əməkdaşı kimi x xxxx 2020-ci il tarixdə hazırkı X4na məxsus sexə operativ vergi yoxlamasını həyata keçirmək məqsədilə gəlmişdir, əvvəlcəı qapı bağlı olsa da, sonradan açılmış, bu zaman 7 nəfər şəxsin əmək müqaviləsi olmadan sexdə müvafiq geyim forması olmasa da, tikiş və ütüləmə ilə məşğul olduqlarını görmüşlər, bu barədə həmin şəxslərdən izahatlar alınmış, akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 və X20 digər şahidin (X3) ifadəsi ilə eyni məzmunda ifadə verdilər. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmənin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli iclasında şahid qismində iştirak etmiş X23 ifadəsində bildirmişdir ki, x xxxx 2020-ci il tarixdə hazırkı X4na məxsus sexə iş axtarmaq üçün gəlmişdir, qəfildən vergi işçiləri oraya gəlmişlər, onlardan məcburən izahat almışlar, izahatı imzalasa da, özü yazmamışdır. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmənin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli iclasında şahid qismində iştirak etmiş X15 və X6 digər şahidin (X17) ifadəsi ilə eyni məzmunda ifadə vermişdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddısinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi x xxxx 2020-ci il tarixli **********5782 nömrəli qərar vergi orqanı tərəfindən x xxxx 2020-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə tərtib olunmuş akta əsasən qəbul olunmuşdur. Həmin aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlaman işəgötürən kimi hazırkı iddiaçı tərəfindən 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. Məhkəmə icraatında şahid kimi həmin 7 fiziki şəxsin 3-nün ifadələri ilə 3 nəfər vergi orqanı əməkdaşının ifadələri ziddiyyət təşkil etsələr də, həmin 7 nəfər şəxsin operativ vergi nəzarəti həyata keçirilən zaman verdiyi izahatlarda müvafiq işə (xidmətə) cəlb olunmalarını inkar etmədiyindən, məhkəmə İPM-in 58.7 və 68.1-ci maddələrinin tələblərini də rəhbər titaraq, belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın x xxxx 2020-ci il tarixli **********5782 nömrəli qərarının qəbulunda qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, məhkəmə iddianı əsaslı saymır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, X1 cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsinə qarşı «cavabdehin x xxxx 2020-ci il tarixli **********5782 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsinə qarşı «cavabdehin x xxxx 2020-ci il tarixli **********5782 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4309/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4309/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver