Məhkəmə qərarları › İş №2-1(112)-4309/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4309/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4309/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 Balakişi oğlunun, İddiaçı2, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 Balakişi oğlu, İddiaçı2, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 Balakişi oğlunun, İddiaçı2, İddiaçı4 iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, İddiaçı1, İddiaçı3 Balakişi oğlu, İddiaçı2 və İddiaçı4 məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada (poçt rabitəsi vasitəsi ilə) məlumatlandırılmış, poçt rabitəsi vasitəsilə göndərilmiş məhkəmə bildirişləri “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İddiaçılar tərəfindən ünvanının dəyişdirilməsi ilə bağlı məhkəməyə hər-hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı X1 göndərilmiş məhkəmə bildirişləri rəsmi qaydada ona verilmiş hesab edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və qeyrilərinin iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X4yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar