Məhkəmə qərarları › İş №2-1(112)-4309/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4309/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4309/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi X7 (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil ( Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə üçüncü şəxs qismində X18 və "xxxx" MMC cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Kiçik Müəssisəsi Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin X1 dair 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq cahəsi) mövcud istifadə vəziyyətində müvəqqəti olaraq İddiaçı Kiçik Müəssisəsinə təhkim olunmuşdur. Qeyd olunan ərazi həmin Sərəncam əsasında 10 iyun 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi rəhbərliyinin tapşırığı əsasında İddiaçı X20 rayonu, Salyan şossesinin şimal hissəsində əhəng bişirilən ərazinin hüdudunda mövcud istifadə vəziyyətində ölçülərək ayrılmış, bu barədə akt tərtib olunmuş və ayrılmış ərazinin cizgisi-planı çəkilmişdir. Ayrılan torpaq sahəsinin uzunu 170 m, eni isə 21 metr olmaqla ümumi sahə 0,35 ha olmuşdur.Bu il Səbail rayon məhkəməsində X9 və digərlərinə qarşı qaldırılmış müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı məhkəmə işindən əldə edilmiş sənədlərdən məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 nömrəli ünvana xx.xx.2019-cu il tarixdə **********68 nömrəli çıxarış "xxxx" MMC-nin və xx.xx.2020-ci il tarixli **********17 nömrəli çıxarış X12 adına verilmişdir ki, həmin torpaqların rəqəmli (elektron) kadastr xəritəsindən Çıxarışdan belə güman olunur ki, həmin torpaq sahələri İddiaçı kiçik müəssisəsinə təhkim olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudlarına düşür.Bakı şəhər 15 nömrəli Vəkil Bürosunun Bakı Ərazi İdarəsinə göndərdiyi sorğuya həmin idarənin rəis müavini Cavid Orucov tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********69) Səbail Bələdiyyəsinin 757 nömrəli, xx.xx.2004-cii il tarixli sərəncamına, X5 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2019-cu il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmişdir, Bakı şəhər 6 nömrəli notariat ofisində təsdiqlənmiş 4Ə-1149 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə "Dadaş-N MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********17) Səbail Bələdiyyəsinin 554 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2020-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir, sonradan isə Bakı şəhər 14 nömrəli notariat ofisində təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, təqdim edilmiş ayrıc aktında torpaq sahəsinin coğrafi yerləşməsini bildirən dəqiq istinad məlumatları, döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün sahə daxilində hansı daşınmaz əmlak obyektlərinin qeydiyyata alındığı barədə məlumatın verilməsi mümkün olmamışdır”. Beləliklə, mövcud rəsmi sənədlərlə, o cümlədən arayışlarla müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 nömrəli, xx.xx.1996-cı il Sərəncamı ilə Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq sahəsi) mövcud vəziyyətdə müvəqqəti olaraq İddiaçı Kiçik Müəssisəsinə təhkim olunan və və hazırda da onun faktiki sahibliyində və istifadəsində olan 0,35 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı KM-nin xəbəri və razılığı olmadan Səbail bələdiyyəsinin qanunsuz sərəncamı əsasında alqı-satqı müqavilələri bağlanmaqla Sidiqə Əliyevaya satılmışdır. Səbail Bələdiyyəsinin həmin qanunsuz sərəncamı etibarsız hesab edilməlidir, belə ki, qeyd olunan torpaq sahəsi hazırda da “Şahmar" k/m-nin istifadəsində və sahibliyindədır, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1180 nömrəli, xx.xx.1996-cı tarixli Sərəncamı bu gün də qüvvədə olmaqla heç bir orqan tərəfindən ləğv edilməmişdir, bundan başqa qeyd olunan torpaq sahəsinin Səbail Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyildir.Odur ki, cavabdehin qeyd edilən torpaq sahəsi barədə sərəncam vermək, onu özgəninkiləşdirmək səlahiyyəti olmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqüqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin 15 nömrəli Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********69) Səbail Bələdiyyəsinin 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2019-cu il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 6 nömrəli notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiqlənmiş 4Ə-1149 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi **********17) Səbail Bələdiyyəsinin 554 nömrəli xx.xx.2005-ci il tarixli qərarına, torpaqların alqı-satqısına dair akta, X17 İdarəsi tərəfindən təsdiqlənmiş torpaq sahəsinin planına əsasən xx.xx.2020-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 14 nömrəli notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin təqdim edilmiş ayrıc aktında torpaq sahəsinin coğrafi yerləşməsini bildirən dəqiq istinad məlumatları, döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün sahə daxilində hansı daşınmaz əmlak obyektlərinin qeydiyyata alındığı barədə məlumatın verilməsi mümkün olmamışdır; Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1180 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesinin şimal hissəsində, Bakı şəhər Baş Tikinti İdarəsinin daş xırdalayan sexi ilə üzbəüz, əvvəllər əhəng bişirilən ərazi (torpaq sahəsi) mövcud istifadə vəziyyətində İddiaçı kiçik müəssisəsinə təhkim olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsinin tərtib etdiyi xx.xx.1997-ci il tarixli, 97/179 nömrəli aktdan görünür ki, Səbail rayonu, Salyan şossesinin şimal hissəsində əhəng bişirilən ərazidə 0.35 ha torpaq sahəsi mövcud istifadə vəziyyətində İddiaçı kiçik müəssisəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7.Məhkəmənin sorğusuna cavab olaraq verilmiş; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-08363- 2022 nömrəli məktubu ilə bildirilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2004-cü il tarixli, 757 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Səbail Bələdiyyəsinin 05-165 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Səbail bələdiyyəsinin arxiv sənədləri sırasında adı çəkilən X13 Səbail Bələdiyyəsi tərəfindən torpaq ayrılmasına dair sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2019cu il tarixli 09/5-178 nömrəli məktubuna əsasən Cavabdeh tərəfindən 554 nömrəli, xx.xx.2005-ci il tarixli qərar ilə X6 Salyan şossesi 12 ünvanda 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Səbail Bələdiyyəsinin SB/TA-5/23 nömrəli, xx.xx.2018-ci il tarixli arayışına əsasən Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi, 12 ünvanda 27 dekabr 2005-ci il tarixdə X4 adına 554 nömrəli sərəncamı ilə torpaq sahəsi sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 554 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən X6 Salyan şossesi, 12 ünvanda bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən X6 bələdiyyə ərazisindən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər 14 nömrəli notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-106 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X19 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X2 almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Səbail Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Səbail bələdiyyəsi tərəfindən Salyan şossesi 12 ünvanda xx.xx.2004-cü il tarixdə X10 adına 757 nömrəli qərar ilə torpaq sahəsi sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 757 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən X11 Salyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən X11 bələdiyyə ərazisindən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2018-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Səbail bələdiyyəsi tərəfindən 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamla X11 Salıyan şossesi,12 ünvanda 1200 kv metr torpaq sahəsi ayrılmışdır. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X8 almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi götürülmüş kreditin müqabilində "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. 8.Məhkəməyə iddiaçının təqdim etdiyi (İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X4 və X12 3-cü şəxs olduğu) qərarın etibarsız hesab edillməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-4308/2023 nömrəli inzibati iş üzrə təqdim edilmiş) mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1180 nömrəli sərəncamına əsasən iddiaçıya təhkim olunmuş torpaq sahəsi faktiki olaraq 9280,0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində tikililər mövcuddur (sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib). Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq 9280,0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində tikililər mövcuddur (sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib). Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin 891,0 kv.m hissəsi **********81 reyestr nömrəli, 188,0 kv.m hissəsi **********25 reyestr nömrəli, 107,0 kv.m hissəsi **********72 reyestr nömrəli, 860,0 kv.m hissəsi **********68 reyestr nömrəli, 45,0 kv.m hissəsi isə **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə iddiaçının nümayəndəsini, iddiaçının vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 10.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

11. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi məsələsi bələdiyyələrin iclaslarında həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 12.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 56.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 86-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 13.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 nömrəli Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklərə görə hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). 15.Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 16.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 nömrəli Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Mövcud qanunvericiliyə əsasən bələdiyyələr öz səlahiyyətləri çərçivəsində, onlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyini təmin edən və hüquqi nəticələrinə görə fərqlənən müvafiq normativ hüquqi aktlar və qeyri-normativ aktlar (qərarlar) qəbul edə bilərlər.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi müəyyən edilmişdir. X15 4.1.6-cı maddəsinə əsasən normativ xarakterli aktların sırasına yerli özünüidarə orqanlarının qərarları da daxil edilmişdir. Qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan topraqların icarəyə verilməsi haqqında qeyri-normativ aktlar (qərarlar) qəbul edirlər. Bələdiyyələrin qeyri-normativ aktları (qərarları) fərdi-birdəfəlik və fərdimüəyyən xarakter daşıyır, hüquqi faktlar və hüquq normaları əsasında qəbul olunmuş, konkret şəxsin (fiziki və ya hüquqi şəxsin) hüquqlarını, vəzifələrini və hüquq məsuliyyətinin həddini müəyyən edən normatətbiqedici (hüquqtətbiqedən akt, hüququn tətbiq edilməsi üçün aktlar) sənəddir. Onlar normayaratma fəaliyyətinin (hüquq normalarının müəyyən edilməsi ilə əlaqədar fəaliyyətin) deyil, yerli özünüidarə orqanlarının normatətbiqetmə fəaliyyətinin (hüquq normasının tətbiq edilməsi sahəsində fəaliyyətin) nəticəsi olan rəsmi sənədi ifadə edirlər. Bununla yanaşı, mövcud qanunvericilikdə bu növ aktların ləğv olunması qaydası maraqlı şəxslərin mülki hüquqlarının və qanuni mənafelərinin pozulubpozulmaması ilə əlaqəlidir. 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. 19.“Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. 20.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən normaların maddələrin təhlilindən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin X1 dair cavabdehin 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. 21.Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 22.Göründüyü kimi müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, o cümlədən qərar etibarsız hesab edilir. Səbail Bələdiyyəsinin 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı üçün qeyd olunan əlamətlər xas olduğundan həmin inzibati aktın etibarlılığından söhbət gedə bilməz. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1180 nömrəli sərəncamına əsasən İddiaçı Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsi “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.Həmin torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda cavabdeh səlahiyyətlərini aşaraq torpaq ayırma səlahiyyətinə malik olan inzibati orqan kimi Bakı şəhəri Səbail Bələdiyyəsi 757 nömrəli 30 dekabr 2004-cü il tarixdə torpaq sahəsinin ayrılması barədə məcburi qüvvəyə malik olan qərar qəbul etmiş, alqı-satqı aktına əsasən torpağın ayrılmasına dair iradə ifadəsini nümayiş etdirmiş, mülkiyyətində olmadıgı torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinə dair inzibati icraat aparmışdır. Cavabdeh bələdiyyə orqanı torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq digər şəxsə verilməsində özünü səlahiyyətli saymış, həmin torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul etmişdir. Lakin, nəticə etibarı ilə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün bələdiyyə qərarının icrası qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 24.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 25.Məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 757 nömrəli 30 dekabr 2004-cü il tarix müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktla bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci, 65.1.2-ci və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlərə malik inzibati aktdır və bu səbəbdən də etibarsız hesab edilməlidir 26.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 27.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin X1 dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar