Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-431/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı “özünün və ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsinin verilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə (iddia ərizəsində cavabdehin adının Bakı şəhəri Binəqədi rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi kimi göstərilməsini məhkəmə formal mətn xətası kimi qəbul edir) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, faktiki yaşadığı ünvan üzrə onu və ailə üzvlərini qeydiyyata alıb, şəxsiyyət vəsiqəsinin verilməsi üçün qərar verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2- 1(112)-431/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddiaçının hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətini və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən 25 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, hazırki iddia tələbində qaldırdığı məsələlər barəsində sonuncu dəfə xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, onun və ailə üzvlərinin ünvan 3 ünvanında onun və ailə üzvlərinin yaşayış yerə qeydiyyata alınmasını xahiş etmişdir. Dəfələrlə Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət etsə də, müraciətləri cavabdeh orqan tərəfindən rəsmi qaydada cavablandırılmamışdır. Ərizə sifarişli poçt göndərişi ilə göndərildiyindən ərizənin rəsmi olaraq cavabdehə təqdim edilməsi barədə xəbərnaməni iş materiallarına əlavə etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı qaldırdığı məsələ ilə bağlı məhkəməyədək cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət etməsini təsdiq edən sübutu və cavabdehin imtina məktubunu məhkəməyə təqdim edə bilmədiyinə görə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş materiallarında olan dublikat çekdən müəyyən edilir ki, ərizə göndərən (Həsənov) tərəfindən poçt rabitə xidmətinə iddia ərizəsinin tərtib edildiyi tarixlə eyni gündə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edildiyi tarixdən isə cəmi 1 gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə təhvil verilmiş və Bakı şəhəri Binəqədi rayon polis idarəsinə sifarişli poçt göndərişi ilə göndərilmişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Başqa sözlə, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddialara aid edildiyindən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, müvafiq orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində xahişi təmin edilmədiyi halda isə məhkəmədə qaldırılmış iddiaya mahiyyəti üzrə baxılması mümkün sayıla bilər. İndiki halda isə, iddiaçının ərizəsinin araşdırılması ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) və iddiaçının hüquqlarının hansı formada pozulmasının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sübutlarını ərizəsinə əlavə etməklə cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-431/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-431/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver