Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-431/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X7 (ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxslər X8 və X5 nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin aparılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxslərin adına verilmiş çıxarışların, texniki pasportun ləğv edilməsi tələbi barədə inzibati işə üçüncü şəxs qismində X13, X15 və X14 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla üçüncü şəxs X13 və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ölçüsü 51,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0,1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə X5 adına xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, yuxarıda göstərilən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyriyaşayış sahəsi onun tərəfindən tikilmiş və onun istifadəsindədir. Lakin torpaq sahəsinə dair cavabdeh tərəfindən qeydiyyat aparılarkən onun inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsi, cavabdeh tərəfindən heç bir əsas olmadan X8 adına dövlət qeydiyyatına alınmış və ona Çıxarış verilmişdir. Bundan başqa X8 adına eyni qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportdan müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin ölçüsü Çıxarışda 51,2 kv.m göstərilsə də, texniki pasportda obyektin sahəsi artırılaraq 66,5 kv.m göstərilmişdir.Mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi xx.xx.2021-ci ildə üçüncü şəxs X13 tərəfindən digər üçüncü şəxs X1.Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, inzibati orqanın torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçüsünün artırılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarış, xx.xx.2013-cü il tarixli texniki pasport ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və digər şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və bu barədə vətəndaşa məktubla izah edilmişdir. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X5 və X8 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinə dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı cavabdehlər X10 və X12 qarşı ünvan 2 ünvanda yerləşən və torpaq sahəsi ilə əsassız varlanmaya görə pul tələbinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa iddiaçı cavabdehlər X10, X12 və X9 qarşı, 3-cü şəxs DƏDRX-nın 1 saylı ünvan 3 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunması faktı müəyyən olunsa da, bu günə kimi iddiaçı həmin sahənin öz adına özəlləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Eyni zamanda iddiaçı həmin sahənin Emil Qəhrəmanovun və Nadir Qəhrəmanovun mülkiyyətində olması barədə məlumatlı olmuş, lakin bu müddət ərzində onlara qarşı heç bir məhkəmə mübahisəsinə başlanmamışdır. Mübahisəli ünvan 4 ünvanda yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Emil Qəhrəmanovun adına xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və xx.xx.2014-cü il tarixdə Emil Qəhrəmanov həmin ünvanda yerləşən 51,2 kv.m qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa həmin sahə Emil Qəhrəmanovun adında olduğu müddət ərzində həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında Nadir Qəhrəmanovun vəsaitinə qeyri-yaşayış sahəsininin tikintisi başlanmış, lakin sona qədər çatdırılmamışdır və bundan əvvəl də 51,2 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sökülmüşdür. Bundan əlavə həmin sahə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X13 tərəfindən X3 və həmin sahə hazırda Elton Mustafayevin mülkiyyətindədir. Üçüncü şəxslər X5 və X8 vəkili və nümayəndəsi Vəkil2 göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu Azon zavodu ərazisində 120,0 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair məhkəməyə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamını təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: ..158.1.2. əmlakdan istifadə hüququ; Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçülərinə aydınlıq gətirilməsi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışların və texniki pasportun ləğv edilməsini xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X5 və X8 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbinə dair təqdim etdiyi etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin, üçüncü şəxslər X5 və X11 vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının təqdim etdiyi Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı müəyyən edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş müqavilələrə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən: X15 5201 nömrəli, xx.xx.2013-cü il tarixli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən ünvan 5 ünvanında yerləşən 51.2 kv metr qeyri-yaşayış binasını satın almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2014-cü ildə ünvan 1 ünvanda yerləşən sahəsi 55,7 kv metr olan qeyri-yaşayış binası və 10.8 kv metr olan daş hasar xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır; 4958 nömrəli, xx.xx.2014-cü il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi”nə əsasən X15 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,13 D ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 kv metr torpaq sahəsini satın almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2014-cü ildə ünvan 1 ünvanda yerləşən sahəsi 55,7 kv metr olan qeyri-yaşayış binası və 10.8 kv metr olan daş hasar, habelə 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır; “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X15 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan qeyri-yaşayış binası və 0,1083 ha torpaq sahəsini atası X10 hədiyyə etmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2020-ci ildə ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan daşınmaz əmlak və 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X13 ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan daşınmaz əmlakı və 0,1083 ha torpaq sahəsini X2; X6 cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi söküldüyü üçün qeyd edilən şəxs həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğv edilməsini və 0,1083 ha torpaq sahəsinə dair çıxarış, plan-ölçü və texniki pasportun verilməsini xahiş etmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 460220 nömrəli çıxarışa əsasən xx.xx.2021-ci ildə ünvan 1 ünvanda yerləşən 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Üçüncü şəxs E.Qəhrəmanovun və N.Qəhrəmanovun vəkil və nümayəndəsinin təqdim etdiyi: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” sərəncamlarından və həmin sərəncamlara əlavə edilmiş icarə obyektlərinin siyahısından göründüyü kimi ünvan 1 ünvandakı 1083,0 kv metr torpaq sahəsi üçüncü şəxs E.Qəhrəmanovun icarəsində olmuşdur; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövət Komitəsinin “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında” Registirindən çıxarışa əsasən ünvan 1 ünvandakı 1083,0 kv metr torpaq sahəsi və 51.2 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi X8 icarəsinə verilmişdir; Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4313/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 N-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsinin boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, qeyd edilən məhkəmə qətnaməsi ilə onun iddiası rədd edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır; Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1813/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X10 və X12 qarşı cavabdeh X4 iddiaçının vəsaiti hesabına tikilmiş və cavabdehin adına formal olaraq rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyərinin, yəni 150.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası, habelə cavabdeh X5 İddiaçı qarşı “Azon” zavodu ərazisində sahəni satdıqdan sonra onun cavabdehə verdiyi 50.000 manat məbləğində pul vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11324/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Habelə inzibati iş materiallarında olan: “Azon” zavodunun Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.043.2005-ci il tarixli məktubunun surətindən görünür ki, həmin zavod, əməkdaşı İddiaçı tərəfindən öz vəsaiti hesabına 876 kv metr torpaq sahəsində 120 kv metr qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmadığını nəzərə alaraq həmin sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. “Azon” zavodunun durektoru tərəfindən təsdiq edilmiş aktın surətinə əsasən həmin akt zavodun rəhbərliyinin icazəsi ilə İddiaçı öz maliyyə vəsaiti hesabına zavodun nəqliyyat sahəsində altı ədəd xidmət sahəsi tikdirməsi, əmək birjasının qiymətləri ilə görülən işlərin və materialların qiymətinin xx.xx.2002-ci ildə 86236200 manat təşkil edilməsi barədə tərtib edilmişdir. “Azon” zavodunun direktorunun 2003-cü ildə təsdiq etdiyi “Nəqliyyat sahəsində tikilmiş tikilinin smetası”na əsasən zavodun nəqliyyat sahəsində materialın və görülən işlərin qiyməti 86236200 manat təşkil etmişdir. “Azon” zavodu direktorunun 28 №li, xx.xx.1999-cu il tarixli əmrinə əsasən nəqliyyat sahəsində əhaliyə pullu xidmət göstərən təsərrüfat hesablı briqadanın iş fəaliyyətinin yaxşılaşdırılması məqsədilə həmin briqadanın briqadiri İddiaçı öz vəsaiti hesabına avotmobil üçün ehtiyat hissələrinin satışını təşkil etməyə icazə verilmiş, zavodun nəqliyyat sahəsində yerləşən tikilinin zavodun mağazası kimi fəaliyyət göstərməsinə icazə verilmişdir. xx.xx.1999-cu il tarixli, “Azon” zavodu ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “Azon” zavodu zavodun nəqliyyat sahəsində yerləşən istifadəsiz qalmış sahəsi 20,0 kv metr olan tikilini İddiaçı istifadəsinə vermişdir, İddiaçı isə tikilinin hər kv metrinə görə 14.000 AZM olmaqla ayda 280.000 AZN xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş: Ərizəyə əsasən İddiaçı Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək “Azon” zovodunun nəqliyyat sahəsində qeyri-yaşayış sahəsi tikib onun bir hisəsindən avtomobillərin təmiri məqsədilə istifadə etməsini nəzərə alınaraq qeyri-yaşayış sahəsinin tikinti faktı barədə sərəncam verilməsini xahiş etmişdir; Yasamal rayon İcra Hakimiyyətinin 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv metr ölçüdə qeyriyaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı müəyyən edilmişdir; Yasamal rayon İcra Hakimiyyətinin Memarlıq və Səhərsalma Müfəttişliyinin 000043 nömrəli Protokoluna əsasən “Azon” zavodunun ərazisində fasadda dəyişiklik və qapı oyuğu açıldığına görə cərimə tətbiq olunmuşdur; “Azon” Zavodunun xx.xx.2005-ci il tarixli Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubuna əsasən zavoda məxsus nəqliyyat sahəsində uzun illər əvvəl əməkdaş İddiaçı tərəfindən öz vəsaiti hesabına inşa etdiyi 120 kv metr qeyri-yaşayış sahəsinin tikinti faktına sərəncam verilməsinə etiraz edilmədiyi bildirilmişdir; “Azon” zavodunun durektoru tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmiş akta əsasən zavodun rəhbərliyinin icazəsi ilə İddiaçı öz maliyyə vəsaiti hesabına zavodun nəqliyyat sahəsində altı ədəd xidmət sahəsi tikdirmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, ünvan 1 ünvandakı 1083,0 kv metr torpaq sahəsi və 51.2 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi X8 icarəsində olmuşdur və sonuncu tərəfindən dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində satın alınmışdır və həmin əmlaklar üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ******* nömrəli çıxarış verilmişdir, sonradan həmin əmlak X10 hədiyyə edilmiş, daha sonra isə X1, sonuncu qeyri-yaşayış sahəsi söküldüyü üçün həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir, bu səbəbdən də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 460220 nömrəli çıxarışdan göründüyü kimi xx.xx.2021-ci ildə ünvan 1 ünvanda yerləşən 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İddiaçı isə cavabdehə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçülərinə aydınlıq gətirilməsini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışların və texniki pasportun ləğv edilməsini xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir, odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir: Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia tələbində üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın və üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsini tələb etsə, yəni həmin çıxarışları mübahisələndirsə də iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə ləğv edilməsini tələb etdiyi çıxarışlarda göstərilən əmlaklar üzərində hüququn dövlət qeydiyyatına alınmasına dair cavabdehin daşınmaz əmlakın dövlət reyestrində apardığı qeydin qanunsuz hesab olunmasına, nəticə etibarı ilə həmin qeydin ləğv edilməsinə yönəlmişdir. Təqdim edilmiş iş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 51.2 kv metr qeyri-yaşayış binası və həmin tikilinin yerləşdiyi 1083,0 kv metr torpaq sahəsi üçüncü şəxs X8 icarəsində olmuş, qeyd edilən torpaq sahəsini və qeyri-yaşayış tikilisini həmin üçüncü şəxs “İcarəyə verilmiş əmlakın alqı-satqı müqavilə”lərinə əsasən səlahiyyətli dövlət orqanından satın almışdır, həmin satınalma müqavilələri cavabdehə təqdim edildikdən sonra qeyd edilən daşınmaz əmlaklar X8 adına ilkin olaraq mülkiyyət hüququ ilə qeydə alınaraq ******* nömrəli, xx.xx.2014-cü il tarxli çıxarış verilmişdir. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İcarə haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 5-ci bəndinə əsasən icarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən "İcarə haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericilik aktlarına müvafiq satınalma hüququ ilə bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmiş əmlakın icarəçisi tərəfindən satın alınması halları Dövlət Xidməti tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edilmədikdə, müvafiq hüquqi və fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən dövlət əmlakını alan icarəçilərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırda müəyyən edilmiş işin faktiki hallarına əsasən ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası və həmin tikilinin yerləşdiyi torpaq sahəsi üzərində üçüncü şəxs X8 adına mülkiyyət hüququ qeyd edilən torpaq sahəsi və qeyri-yaşayış tikilisi barədə bağlanmış “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, Qəhrəmanov Nadir oğlunun adına mülkiyyət hüququ isə onunla X15 arasında bağlanmış bağışlama müqaviləsi əsasında dövlət qeydiyyatına alınaraq mübahisələndirilən çıxarışlar verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Hazırda üçüncü şəxslərin adına hüquqların dövlət qeydiyyatına alınması üçün hər iki çıxarışın verilməsi üçün əsas olmuş sənədlər - müqavilələr qüvvədədirlər, həmin sənədlərin ləğv edilməsi və ya etibarsız hesab edilməsi inzibati işə baxılan zaman müəyyən edilməmişdir, yəni daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassızlığı - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsində təsbit edilmiş hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalanan bütün hallara məhkəmə hüquqi qiymət verərək hesab edir ki, məhkəmənin icraatında olan hazırki inzibati işə baxılan zaman iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışların ləğv edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsində təsbit edilmiş hallar müəyyən edilmədiyindən iddiaçının üçüncü şəxslərin mülkiyyətində olmuş torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiası əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 1 saylı Ərazi İdarəsinin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh AR Əmlak Nəsələləri Dövlət Xidməti yanında DƏDRX 1 saylı Ərazi İdarəsinin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X8 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-431/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-431/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver