Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4314/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, cavabdehin üzərinə iddiaçının kirayə müqaviləsi əsasında daimi yaşayış hüququ verilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət, yəni 30 ilə yaxın bir dövr ərzində yaşadığı ünvan 2 ünvanda yerləşən 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsinə dair onunla Yasamal rayon MKİS arasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6856/2020 saylı, 04.11.2020-ci il tarixli qərarının icrası əsasında verilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 37 asylı, 28.12.2020ci il tarixli sərəncamı ilə 08 saylı, 30.12.2020-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Qeyd olunan mənzilə dair bütün kommunal xərclər də, yaşadığı dövrdən, yəni 1992-ci ildən indiyədək onun tərəfindən ödənilir. Hal-hazırda həmin mənzildə daimi qeydiyyatdadır. Yaşadığı müddət ərzində o, mənizli öz vəsaiti hesabına təmir etmiş və başqa yaşayış yeri yoxdur. O, mənzilin özəlləşdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh onun ərizəsinə cavab oalraq **********27 saylı, 19.01.2021-ci il tarixli məktubla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Hesab edir ki, Bakı Ərazi İdarəsinin məktubu əsassız olduğundan, yuxarıda qeyd olunan evin və evin tikildiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsi məhkəmə qərarına əsasən cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh sözügedən məktubda göstərdiyi hallar qeyd olunan evin və evin tikildiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilməsi üçün bəhanədən başqa bir şey deyildir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksı Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanması haqqında” Yasamal rayon İcra Hakimiyyətinin 347 saylı sərəncamı 28.12.2020-ci il tarixdə verilmişdir. Ona görə də, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Buna görə də, cavabdeh qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. O, 1992-ci ildən həmin mənzildə yaşayır və hal-hazırda da, qeyd olunan mənzildə pasport qeydiyyatındadır. Göründyü kimi, o, sözügedən mənzildə faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdə yaşayış və qeydiyyatda olmaqla yaşamaqda davam edir. Buna görə də, mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Bu səbəbdən də, cavabdehin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respulikası Qanununun 8.0.11-ci maddəsinə istinad etməsi qanunvericiliyin tələbinə ziddir. Bu isə onun mülki hüquqlarının pozulması deməkdir və buna görə də, hesab edir ki, məhkəməm onun mülki hüquqlarının pozulmasını tanımalı və cavabdehin üzərinə qeyd olunan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyini qoymalıdır. İddia tələbinin hüququ əsası kimi 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2(004)-2247/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh 19 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 ünvanında 14 nömrəli evin, 4 otaqlı yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103-cü mənzilindən istifadə hüququnun tanınması və 1992-ci il tarixdən həmin mənzil üzrə yaşayış sahəsinin kirayə müqaviləsinin onunla bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasmal -1 ünvanında 14 saylı yaşayış binasında yerləşən 103-cü mənzil, dövlət mənzil fonduna aiddir, mənzil Yasamal rayon İcra Hakimiyyətinin balansındadır və balanssaxlayıcı təşkilat Yasamal rayon MKTB-dir. İddiaçı 1992-ci il tarixdən sözügedən mənzildə yaşayır və mənzilin kommunal xərclərini ödəyir. Sözügedən qətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 nvanında yerləşən 14 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103-cü mənzilindən istifadə hüququ tanınmışdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-6856/2020 nömrəli, 04.11.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməli, İddiaçı yaşayış sahəsində 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən yaşayan şəxs kimi orada təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Yasamal RİH-dən onun (İddiaçı) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103 nömrəli mənzilinin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2020 sayı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildə 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə yaşaması müəyyən edilmiş və istifadə hüququ tanınmışdır. Bu isə, iddiaçının 1 oktyabr 2009-cu il tarixədək həmi mənzilin qanuni istifadəçisi olmasını təsdiqləyir. Sözügedən qərara əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 347 nömrəli, 28 dekabr 2020-ci il tarixli sərəncamından görünür ki, “Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 103 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında” Sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6856/2020 nömrli, 04.11.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan 103 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilmişdir. İşdə olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 158 nömrəli, 11.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal -1 küçəsindəki 14 saylı, 9 mərtəbəli evin 7-ci mərtəbəsində, 58.99 kv.m sahəsi olan 4 (dörd) otaqlı 103 nömrəli mənzildə yaşayır. Mənzil kommunal şəraitlidir. Mənzilin sahibi (kirayəçisi) İddiaçıdur. Qeydiyyata alındığı vaxt 2021-ci il qeyd olunmuşdur. İşdə olan 08 nömrəli, 30 dekabr 2020-ci il tarixli, “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən görünür ki, Yasamal rayonu 19 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 28.12.2020-ci il tarixli, 347 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində, 14 nömrəli evdə, 103 nömrəli mənzildə yerləşən MKTB-nin mənzil fonduna aid, ümumi sahəsi 78.99 kv.m, yaşayış sahəsi 58.99 kv.m-dən ibarət 4 otaqlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Yasamal rayonun, Yeni Yasamal - 1 küçəsi, 14 saylı evin 103 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 18.01.2021-ci il tarixli ərizəsinə və sənəd surətlərinə tərəflərindən baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı İddiaçıns qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 347 saylı sərəncamının 28.12.2020-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, işin bu cür halında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı kirayə müqaviləsi İddiaçı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 28.12.2020-ci il tarixli sərəncamı əsasında bağlansa da, işdə olan kifayət qədər mötəbər sübutlarla (qanuni qüvvəsini almış məhkəmə qərarı və qətnaməsinə əsasən) müəyyən edilir ki, İddiaçı sözügedən mənzildə 1992-ci il tarixdən yaşamaqla, mənzilin kommunal xərclərini ödəmiş, onun həmin mənzilə dair hüquqları mövcud olmuşdur. İddiaçının həmin mənzilə dair hüquqlarının 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə yaranması, onun 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə həmin mənzilin qanuni istifadəçisi olması qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müəyyən edilərək, təsdiqləndiyindən, iddiaçının mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquq müəyyənedici sənədlər mövcuddur. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzilə dair kirayə müqaviləsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 28.12.2020-ci il tarixli, 347 nömrəli Sərəncamı əsasında İddiaçı verildiyindən sonuncunun mübahisəli mənzilə dair hüquqlarını qeydiyyatdan keçirmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 otaqlı, yaayış sahəsi 58.99 kv.m, ümumi sahəsi 76.99 kv.m olan mənzilə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4314/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4314/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver