Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4321/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adları və müvafiq vəsiqələr verilməsi üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hərbi xidmətinə görə müharibə veteranı adının rəsmiləşdirilib verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adları və müvafiq vəsiqələr verilməsi üzrə Komissiyası əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.N964-cü ildə Sabirabad rayon Kovlar kəndində anadan olmuşdur, ailəlidir və ali təhsillidir. O, 09.NN.N982-ci il tarixində qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N9.NN.N984-cü il tarixədək SSRİ Silahlı qüvvələri sıralarında hərbi xidmət etmişdir. Xidmət zamanı ona baş çavuş rütbəsi verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra o, Bakı şəhəri Nərimanov rayonunda həm hərbi komissarlığında, həm də pasport qeydiyyatına alınmışdır. N992-ci il yanvar tarixində bir vətəndaş kimi vətəndaşı olduğu Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarla əlaqədar olaraq Bakı şəhər Nərimanov rayon hərbi komissarlığından könüllü olaraq hərbi xidmətə göndərilməsini xahiş etmişdir. Rəsmi müraciəti nəzərə alınmış, o, hərbi xidmətə, yəni N saylı hərbi hissəyə göndərilmişdir. Xidmət etdiyi hərbi hissə, yəni N saylı hərbi hissənin tərkibində hərbi texnika olan BMP texnikasını idarə etmişdir. 26.02.N992-ci il tarixdə hərbi əməliyyatlar zamanı ağır kəllə-beyin travması alaraq səhra hospitalına göndərilmişdir. Şərait əl vermədiyi üçün o, müainə və müalicə olunmaq üçün Sabirabad MRX Polklinikasına göndərilmişdir. N4.03.N992-ci il tarixində polklinikada yaralı kimi qeydiyyata alınmışdır. 04.04.N992-ci il tarixə qədər müayinə və müalicə olunmuşdur. Buna dair onun əsaslı faktla dəlil və sübutlarla dolu rəsmi sənədləri var. Lakin bu gün müəyyən səbəblərdən ona məlum olmayan əsaslara görə onun N saylı hərbi hissədə xidmətinə dair rəsmi sənədlərdə öz əksini tapmamışdır. O, yenidən könüllü olaraq Bakı şəhəri Binəqədi rayon hərbi komisarlığına rəsmi müraciət etmiş, könüllü olaraq onu döyüşən ordunun hər hansı bir hərbi hissəsinə əsgər kimi göndərilməsini xahiş etmişdir. Beləliklə, o, üçüncü dəfə əlinə silah alıb N saylı hərbi hissədə hərbi xidmətinə başlamışdır. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu Məmmədbəyli kəndi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. 25.08.N993-cü il tarixdən 28.N0.N993-cü il tarixədək hərbi xidməti vəzifələrini yerinə yetirmişdir. 25.08.N993-cü il tarixində 2N6 №-li əmrlə şəxsi heyətin siyahısına daxil olmuşdur. Bütün növ təminatlarla təmin olunmuşdur. Buna dair ona Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən rəsmi arayış verilmişdir. O, hərbi xidmətinə dair əsaslı sənədləri hazırlayıb Müharibə veteranı adını rəsmiləşdirib alması üçün lazımi sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində yerləşən veteran adları və müvafiq sənədlərin verilməsi üzrə komissiyaya təqdim etmişdir. Lakin bu günə qədər müharibə veteranı adını rəsmiləşdirib ala bilmir. Bununla bağlı ona rəsmi surətdə cavab verilmişdir. O, həmin dövr döyüşən ordunun sıralarında könüllülər dəstəsində hərbi xidmətini yerinə yetirmiş və sonda hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissədən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin tarixdən Bakı şəhəri Narimanov rayonu SHXÇDX Şöbəsində hərbi qeydiyyatdadır. Bu gün yetərincə əlində olan rəsmi sənədlərin, yəni hərbi xidməti ilə bağlı olan rəsmi sənədlərin olmasına baxmayaraq, o, müharibə veteranı adını rəsmiləşdirib ala bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı sözügedən tələblə bağlı bir neçə dəfə etmiş olduğu müraciətlərə və işlə əlaqədar sənədlərə, eləcə də Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.NN.20N7-ci il tarixli 9/2-20005 nömrəli arxiv arayışa baxılmışdır. İddiaçı 25.08.N993-cü il tarixdən sonrakı hərbi xidməti, döyüşlərdə iştirakı və yaralanması barədə məlumatlar müəyyən edilməmişdir. Bu kimi hallar iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsini bilavasitə istisna etmiş olur. Qeyd edilən komissiya tərəfindən təqdim edilmiş 24.02.2020-ci il tarixli N/S-2944 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının komissiyaya dəfələrlə etmiş olduğu müraciətlərinə müvafiq iclaslarda baxılmışdır. Yuxarıda qeyd olunduğu kimi arxiv sənədlərdə 25.08.N993cü il tarixdən sonrakı müddətdə hərbi xidməti, döyüşlərdə iştirakı və yaralanması barədə məlumatlar olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.N2.20N9-cu il tarixli, N/S-N7472 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya”nın 27.N2.20N7-cı ıl tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığından Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.NN.20N7-ci il tarixli 9/2-20005 saylı arxiv arayışının surətindən görünür ki, Biləcəri mərkəzi toplanış məntəqəsindən gəlmiş hərbi mükəlləfiyyətli baş çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-N, sıra-6) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin oktyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N8N09 nömrəli hərbi hissə komandirinin yanvar-fevral N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adları və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya ünvanlanmış 06.N2.20N7-ci il tarixli 9/2-22N68 saylı məktubunda qeyd olunur: Biləcəri Mərkəzi toplanış məntəqsındən gəlmiş baş çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 2N6 №-li əmrilə (əsas: səh-34, §-N, sıra 6) şəxsi heyətin tərkibinə, bütün növ təminatlara daxil edilərək snayper vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin N dekabr N993-cü il tarixli pul paylama cədvəli qovluğunda (əsas: səh. -N7N, sıra-20, qeyd atasının adı yazılmamışdır) N966-cı il təvəllüdlu sıravi İddiaçı adı oktyabr N993-cü il tarixində qeyd edilmiş, lakın məvacib alması barədə imza qoyulmamışdır. N №-li hərbi hissə komandirinin 26.08.N993-cü il - dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində A.V Sadıqovun xidməti, mühafizəyi düşməsi və ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. N8N09 №-li hərbi hissə komandirinin yanvar-mart N992-cı il tarixli nizami hissə üzrə əmrlərində xidməti (ehtiyata buraxılması, yaralanması və müalicəyə göndərilməsi) barədə məlumat aşkar olunmamış və N8N09 №-li hərbi hissənin pul paylama cədvəlləri Mərkəzi Arxivə daxıl olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05.03.20N9-cu il tarixli 309 saylı arayışından görünür ki, N964-cü il təvəllüdlü İddiaçı həqiqətən, 09.NN.N982-ci il tarixdən N9.NN.N984-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 25.08.N993-cü il tarixdən 28.N0.N993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. 28.N0.N993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu Məmmədbəyli istiqamətində gedən döyüşlərdə kəllə-beyin travması almışdır. Füzuli Hərbi Prokurorluğunun 07.02.20N9-cu il tarixli N7/670 saylı məktubunda İddiaçı haqqında heç bir təsdiqləndirici material və cinayət işi olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə ünvanlanmış 07.02.20N9cu il tarixli, N7/670 saylı məktubun surətindən görünür ki, Füzuli hərbi prokurorluğunda hərbi qulluqçuların N №-li hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə bağlı 37733 №-li cinayət işi üzrə istintaq aparılmışdır. İddiaçı adı həmin iş üzrə N №-li hərbi hissədən təqdim edilmiş şəxsi heyətin siyahısında göstərilsə də onun barəsində Füzuli Hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin N2.N2.20N2-ci il tarixli arayışının surətindən görünür ki, N964-cü ildə anadan olmuş Sadıqov Araz Vəliş oğlu ona məxsus olan hərbi biletin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafi Nazirliyi Binəqədi rayon Hərbi Komissarlığının 2N.0N.20NN-ci il tarixli arayışının surətindən görünür ki, Sadıqov Araz Vəliş oğlu həqiqətən 25.08.N993-cü ildə Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 0N.05.202N-ci il tarixli Tələbnamədən görünür ki, Sadıqov Araz Vəliş oğlunun əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışlarından görünür ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N8N09 nömrəli hərbi hissə komandirinin yanvar-fevral N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır, habelə N №-li hərbi hissə komandirinin 26.08.N993-cü il dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır, N8N09 №-li hərbi hissə komandirinin yanvar-mart N992-cı il tarixli nizami hissə üzrə əmrlərində xidməti (ehtiyata buraxılması, yaralanması və müalicəyə göndərilməsi) barədə məlumat aşkar olunmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4321/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4321/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver