Məhkəmə qərarları › İş №2-1(112)-4321/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4321/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4321/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “uşağın soyadının dəyişdirilməsi üçün icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra mətndə Nərimanov RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı - X2 “Qəzənfərli” soyadına dəyişdirilməsi vəzifəsinin Nərimanov RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, qızı xx.xx.2022-cı il təvəllüdlü X2 “Tarverdiyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Nərimanov RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı Tarverdiyeva (Əliyeva) Sevinc Əzizağa qızı ilə nikaha daxil olmuşdur. Həmin nikahdan qızları X10 14 oktyabr 2022-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində doğum faktı qeydə alınmış və AZ-İV 704375 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Atasının adının əbədiləşdirilməsi və yaşadılması məqsədi ilə qızı-X2 “Qəzənfərli” soyadına dəyişdirilməsi məqsədi ilə Nərimanov RİH-yə müraciət elmişdir. xx.xx.2022-ci il tarixli məktubla ona imtina edilmişdir. Valideyinlərin soyadı müxtəlif olduqda aralarında soyad münasibətdə razılıq olmadıqda məsələni müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Bundan əlavə yerli icra hakimiyyət orqanlarına, nikah İdarəsinə dəfələrlə müraciət etsə də, imtina cavabları almışdır. Arvadı Tarverdiyeva (Əliyeva) Sevinc Əzizağa qızının soyadının “Qəzənfərli" kimi göstərilməsinə etiraz etməmişdir. Həmçinin xx.xx.2006-cı il təvəlüdlü qızı X13 və xx.xx.2008-ci il təvəlüdlü X16 “Qəzənərli" soyadını daşıdığı üçün gələcəkdə bacısı X1 fərqlənməməsi və bacı-qardaş olduqlarını sübut etdirmək üçün soyadın dəyişilməsini xahiş edirlər. Hesab edir ki. cavabdehin imtinası qanunsuzdur və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü Tarverdiyev A raz Qəzənfər oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemində şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuş X4 (iş üzrə üçüncü şəxs) Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 11A, mənzil 21 ünvanında qeydiyyatdadır. xx.xx.2005-ci il tarixli, AZ-İ 185576 №-li “Nigah haqqında şəhadətnamə”nin sürətindən müəyyən olunur ki, İddiaçı ilə X14 arasında xx.xx.2005-ci ildə nigahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin sentyabr ayının 13 günündə 07 № ilə qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 683852 №li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X4 olan X13 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin mart ayının 05-ci günündə 05 №-li qeyd edilmişdir. AZE seriyalı 12920445 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2003-ci il təvəllüdlü X15 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 639304 №li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X4 olan X16 xx.xx.2008-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin 04-cü ayının 18 günündə 701 №-li qeyd edilmişdir. AZE seriyalı 12920746 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X16 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 704375 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X4 olan X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2022-ci ilin 10-cu ayının 25 günündə 45 №-li qeyd edilmişdir. X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X2 “Qəzənfərli” soyadına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 300 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş 040 1 0045 25102022 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 atası qismində İddiaçı, anası qismində isə X4 qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)-228/2011 saylı qərardadının surətindən müəyyən olunur ki: - X4 Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2008-ci il təvəllüdlü X7 doğum akt qeydinə dəyişiklik edilərək “Tarverdiyeva” və “Tarverdiyev” soyadının “Qəzənfərli” soyadı ilə əvəz edilməsi və bu barədə yeni doğum şəhadətnamələrinin verilməsinin Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. - Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 may 2011- ci il tarixli məktubda qeyd edilmişdir ki, iddianın X9 aid hissəsi icra olunaraq “Tarverdiyev” soyadı “Qəzənfərli” soyadı ilə əvəz edilmiş və yeni doğum şəhadətnaməsi verilmişdir. Məhkəməyə təqdim edilmiş AZ-11 № 639304 saylı şəhadətnamənin kserosurətində “Tarverdiyev” soyadı “Qəzənfərli” soyadına dəyişdirilərək X9 yeni doğum şəhadətnaməsi verilmişdir. - X3 Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı 01 fevral 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2008-ci il təvəllüdlü X7 doğum akt qeydinə dəyişiklik edilərək, “Tarverdiyeva” və “Tarverdiyev” soyadının “Qəzənfərli” soyadı ilə əvəz edilməsi və bu barədə yeni doğum şəhadətnamələrinin verilməsinin Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair iddiasının “12 sentyabr 2008-ci il təvəllüdlü X7 doğum akt qeydinə dəyişiklik edilərək “Tarverdiyev” soyadının “Qəzənfərli” soyadı ilə əvəz edilməsi və bu barədə yeni doğum şəhadətnaməsinin verilməsinin Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsi “ tələbinə dair hissəsi üzrə işin icraatına xitam verilmişdir. İddiaçı tərəfindən hazırki tələblə cavabdeh inzibati orqana müraciət olunmuş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahışınə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Komissiya, onun övladının dəyişmək istədiyi soyadının Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə zidd olduğundan məsələnin həllinin məqsədəmüvafiq hesab etmir. Sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 26.1 Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4 Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. 26.5 Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli, 79 №-li Azərbaycan Respublikası Nazirləri Kabinetinin Qərarına əsasən; 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi 10 yaşına çatmamış uşağın soyadının dəyişdirilməsi valideynlərin birgə xahişi və uşağın mənafeyi nəzərə alındığı təqdirdə mümkün hesab edilmişdir. Beləliklə cavabdeh inzibati orqanın uşağın soyadının dəyişdirilməsinə icazə verilməsindən imtina etməsi zamanı həmin halların nəzərə alınıbalınmamasının qanuniliyi baxımından qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.1.İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2.Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının digər iki uşaqlarının soyadları “Qəzənfərli”dir. Bu isə öz növbəsində X8 münasibətdə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyi və cavabdeh inzibati orqanın İddiaçı xx.xx.2022-cı il təvəllüdlü X2 “Tarverdiyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsi barədə müraciəti üzrə imtinasının formal tələblərə əsaslandığı nəticəsinə gəlməyə əsas verir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Nərimanov RİH-nin üzərinə İddiaçı qızı xx.xx.2022-cı il təvəllüdlü X2 “Tarverdiyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsinə icazə verilməsi barədə öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə İddiaçı müraciəti üzrə xx.xx.2022-cı il təvəllüdlü X2 “Tarverdiyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsinə icazə verilməsi vəzifəsi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar