Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4323/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, X1 nümayəndəsi (atası) X3, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 (iddiaçı 1), İddiaçı2 (iddiaçı 2), İddiaçı3 (iddiaçı 3), İddiaçı4 (iddiaçı 4), İddiaçı5 (iddiaçı 5), İddiaçı6 (iddiaçı 6), İddiaçı7 (iddiaçı 7), Mirzəzadə (Dadaşova) Fərəh Akif qızı (iddiaçı 8), İddiaçı9 (iddiaçı 9), İddiaçı10 (iddiaçı 10), X5 (iddiaçı 11), İddiaçı12 (iddiaçı 12), İddiaçı13 (iddiaçı 13), İddiaçı14 (iddiaçı 14), İddiaçı15 (iddiaçı 15), İddiaçı16 (iddiaçı 16), Mir Sədizadə X8 (iddiaçı 17), İddiaçı18 (iddiaçı 18), İddiaçı19 (iddiaçı 19), İddiaçı20 (iddiaçı 20), İddiaçı21 (iddiaçı 21), İddiaçı22 (iddiaçı 22), İddiaçı23 (iddiaçı 23), İddiaçı24 (iddiaçı 24), İddiaçı25 (iddiaçı 25), İddiaçı26 (iddiaçı 26), İddiaçı27 (iddiaçı 27), İddiaçı28 (iddiaçı 28), İddiaçı29 (iddiaçı 29), İddiaçı30 (iddiaçı 30), İddiaçı31 (iddiaçı 31), İddiaçı32 (iddiaçı 32), İddiaçı33 (iddiaçı 33), İddiaçı34 (iddiaçı 34), İddiaçı35 (iddiaçı 35), İddiaçı36 (iddiaçı 36), İddiaçı37 (iddiaçı 37), İddiaçı38 Salahəddin qızı (iddiaçı 38), İddiaçı39 (iddiaçı 39), Feyziyeva (Camalova) Xəyalə Fəxrəddin qızı (iddiaçı 40), İddiaçı41 (iddiaçı 41), İddiaçı42 (iddiaçı 42), İddiaçı43 (iddiaçı 43), İddiaçı44 (iddiaçı 44), İddiaçı45 (iddiaçı 45), İddiaçı46 (iddiaçı 46), İddiaçı47 (iddiaçı 47), İddiaçı48 (iddiaçı 48), İddiaçı49 (iddiaçı 49), İddiaçı50 (iddiaçı 50), İddiaçı51 (iddiaçı 51), İddiaçı52 (iddiaçı 52), İddiaçı53 (iddiaçı 53) və İddiaçı54 (iddiaçı 54) (birlikdə - iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar şərti olaraq iddia ərizəsindəki sıra nömrəsinə uyğun olaraq iddiaçı 1-54 olaraq sıralanmışlar.
2. İddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin üzərinə diplomların verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini 2017-ci ildə bitirmiş məzunlardırlar və üç ildən çoxdur ki, diplom ala bilmirlər. Belə ki, onlar MDB-nin müxtəlif ali məktəblərinə daxil olmuşlar və İ kursu orada bitiriblər, lakin ailə vəziyyətləri ilə əlaqədar maddi durumlarında yaranmış problemlərlə bağlı respublikaya qayıtmaq məcburiyyətində qalıblar. Köçürmələrlə bağlı tələb olunan normativ sənədləri cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (bundan sonra Təfəkkür Universiteti) təqdim edərək müvafiq kursdan təhsillərini davam etdirmişlər. Bugünə qədər diplomların verilməməsinin səbəbini Təhsil Nazirliyi köçürülən vaxt Nazirliyinin razılığının alınmaması ilə əlaqələndirir. Bu nazirliklə universitet arasındakı problemdir və iddiaçılara aidiyyəti yoxdur. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Dövlət İmtahan Komissiyasına dövlət imtahanlarını müvəffəqiyyətlə vermiş və komissiyanın qərarına əsasən bakalavr dərəcəsi almış və müvafiq əmr verilmişdir. İddiaçılar bildirir ki, oxuduqları müddətdə təhsil haqqını tam ödəmiş və heç bir akademik borcları qalmamışdır. Universitet onlara bildirir ki, adiyyəti təşkilatlara müraciət etməsinə baxmayaraq, diplomların verilməsi öz həllini tapmamışdır.
3. Məhkəmənin hazırki iş üzrə 26.02.2021-ci il tarixli qərardadı ilə “Təfəkkür” Universiteti üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmənin hazırki iş üzrə 18.05.2021-ci il tarixli qərardadı ilə “Təfəkkür” Universitetinin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində işdə prosessual iştirakına xitam verilmiş və iş üzrə inzibati məhkəmə icraatına cavabdeh qismində iştirakı nəzərə alınmışdır.
5. İddiaçı 1 məhkəmə iclasında nümayəndəsi (atası) vasitəsilə təmsil olunmuş və məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirakı edən iddiaçı 25 nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda həmin iddiaçını təmsil edir, digər iddiaçılar isə ona təmsil olunmaqla bağlı vəkalət vermişlər (həmin vəkalətləri məhkəməyə təqdim edir), məhkəmənin növbəti iclasına vəkil kimi orderini təqdim edəcəkdir. Lakin məhkəmənin növbəti iclasında vəkil qismində order təqdim edilmədiyindən nümayəndə kimi iştirakı nəzərə alınmır. İddia tələbini müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, analoji işlər üzrə artıq Bakı İnzibati Məhkəməsinin qərarı mövcuddur və həmin tələbələrə diplomların verilməli olduğu qərara alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən “Təfəkkür” Universitetinin nümayəndəsi bildirdi ki, iddianı etiraf edir, iddiaçılar “Təfəkkür” Universitetinin məzunlarıdır, müvafiq ərizə ilə “Təfəkkür” Universiteti Təhsil Nazirliyinə müraciət edib, lakin Nazirlik diplomların verilməsini təmin etməmişdir. “Təfəkkür” Universiteti ləğv edilməyib, ancaq akkreditasiyası ləğv olunub (fəaliyyəti dayandırılıb). Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təfəkkür” Universitetinə qarşı iddia tələbi “Universitetin fəaliyyətinin qanunsuz sayılması” barədə iddia tələbi rədd olunub, buna dair məhkəmə aktları mövcuddur.
8. “Təfəkkür” Universitetinin 2-ci redaksiyada nizamnaməsinin 1.2-ci bəndinə əsasən, universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan qeyri-kommersiya özəl ali təhsil müəssisəsidir. Universitet 21.10.1998-ci il tarixdə 30 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 15.11.2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır. “Təfəkkür” Universitetinin hazırki dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olmaqla ləğv edilməyib.
9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 nömrəli iş üzrə 15.03.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təfəkkür” Universitetinə qarşı “cavabdehin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə olunması” tələbini irəli sürmüşdür. İddia tələbi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmrinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnaməni qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-456/2019 nömrəli iş üzrə 23.07.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-497/2019 nömrəli iş üzrə 03.12.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Qeyd edilən məhkəmə aktları ilə müəyyən olunur ki, “Təfəkkür” Universitetinin fəaliyyəti dayandırılıb.
10. Məhkəmənin əvvəlki iclasında iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi X9 yalnız iddiaçı 1, iddiaçı 2, iddiaçı 22, iddiaçı 30 tərəfindən diplom blanklarının verilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət olunduğu, digər iddiaçılar tərəfindən müraciət edilmədiyini bildirmişdir. Həmin iddiaçıların “Təfəkkür” Universitetinə köçürülməsi zamanı Təhsil Nazirliyinin razılığı olmamış, bu səbəbdən müraciətləri təmin edilməmişdir. Hesab edir ki, iddiaçıların Təhsil Nazirliyinə müraciəti olmadığı üçün iddia mümkün sayılmamalıdır.
11. “Təfəkkür” Universiteti tərəfindən təqdim edilən sənədlərə əsasən, aşağıdakı tarixlərdə “Təfəkkür” Universitetinə köçürülmüş və Dövlət İmtahan Komissiyasının qərarı ilə onlara bakavr diplomunun veriməsi qərara alınmışdır: İddiaçı 1 (08.08.2014-cü il tarixdə köçülürmüş 2017-2018-ci il məzunu); İddiaçı 2 (07.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 3 (20.08.2013cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 4 (01.07.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 5 (02.09.2014-cü il tarixdə köçürülmüş – 2017-2018-ci il məzunu); İddiaçı 6 (28.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 7 (03.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 8 (30.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddaçı 9 (13.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 10 (20.08.2013cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 11 (05.09.2006-cı il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 12 (14.09.2012-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu-köçürmə sənədlərində soyadı “Mirzəyev” göstərilmişdir); İddiaçı 13 (03.01.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 14 (01.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 15 (05.09.2014cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 16 (12.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); iddiaçı 17 (12.09.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 18 (05.09.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 19 (13.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 20 (01.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 21 (09.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 22 (13.08.2014cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 23 (14.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 24 (14.09.2012-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 25 (14.09.2011-ci il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 26 (14.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 27 (10.09.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 28 (13.09.2013-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 29 (07.07.2014cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 30 (14.09.2015-ci il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 31 (11.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 32 (14.01.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 33 (03.08.2010-cu il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 34 (10.07.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 35 (13.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 36 (08.08.2014cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 37 (29.09.2006-cı il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 38 (13.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 39 (14.09.2013-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 40 (03.09.2012-ci il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 41 (12.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 42 (05.09.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 43 (30.08.2013cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 44 (04.07.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 45 (09.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 46 (13.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 47 (08.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 48 (08.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 49 (12.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 50 (03.09.2012ci il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 51 (05.08.2014-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu); İddiaçı 52 (05.08.2013-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 53 (14.09.2013-cü il tarixdə köçürülmüş - 2016-2017-ci il məzunu); İddiaçı 54 (13.09.2013-cü il tarixdə köçürülmüş - 2017-2018-ci il məzunu).
12. İddiaçı 7, iddiaçı 8, iddiaçı 11, iddiaçı 13, iddiaçı 14, iddiaçı 20, iddiaçı 24, iddiaçı 25, iddiaçı 26, iddiaçı 27, iddiaçı 28, iddiaçı 33, iddiaçı 37, iddiaçı 40, iddiaçı 50, iddiaçı 52 və iddiaçı 53 olmaqla cəmi 18 iddiaçı 2016-2017-ci il tədris ilinin məzunlarıdır.
13. İddiaçı 1, iddiaçı 2, iddiaçı 3, iddiaçı 4, iddiaçı 5, iddiaçı 6, iddiaçı 7, iddiaçı 9, iddiaçı 10, iddiaçı 15, iddiaçı 16, iddiaçı 17, iddiaçı 18, iddiaçı 19, iddiaçı 21, iddiaçı 22, iddiaçı 23, iddiaçı 29, iddiaçı 30, iddiaçı 31, iddiaçı 32, iddiaçı 34, iddiaçı 35, iddiaçı 36, iddiaçı 38, iddiaçı 41, iddiaçı 43, iddiaçı 44, iddiaçı 45, iddiaçı 46, iddiaçı 47, iddiaçı 48, iddiaçı 49, iddiaçı 51 və iddiaçı 54, cəmi 36 iddiaçı 2017-2018-ci il tədris ilinin məzunlarıdır.
14. 22.12.2017-ci il tarixdə və 29.12.2017-ci il tarixdə 2016-2017-ci tədris ili üzrə 305 nəfər və 55 nəfər məzuna, 12.10.2018-ci il tarixə 2017-2018-ci tədris ili üzrə 105 nəfər məzuna diplom blanklarının verilməsi üçün “Təfəkkür” Universiteti tərəfindən Təhsil Nazirliyinə müraciət olunmuşdur.
15. Azərbaycan Respublikasının Təhsil nazirinin 12.07.2018-ci il tarixli məktubu ilə 01.07.2018-ci il tarixinə təhsil proqramının bütün tələblərini yerinə yetirmiş və tədris planında nəzərdə tutulmuş bütün fənlər və təcrübələr üzrə müəyyən olunmuş kreditləri qazanmış tələbələrin müstəsna hal kimi attestasiyaya buraxılması məqsədəuyğun hesab edilmişdir (120 tələbə).
II. İddianın mümkünlüyü
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
17. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamədən:
7. Nazirliyin əsas vəzifələri aşağıdakılardır: 7.1. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; 7.2. Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək; 7.3. təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək; 7.4. vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq; 7.5. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”ndan:
3. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının hazırlanması, saxlanılması və doldurulması 3.1. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEAnın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. 3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Ali təhsil müəssisələrində və AMEA-da diplomun alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ali təhsil müəssisəsinin rəhbəri və AMEA-nın prezidenti tərəfindən məsul şəxs təyin edilir. 3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. 3.6. Diplom kalliqrafik xətlə qara tuşla yazılır. Diploma əlavələr kompüterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin, AMEA-nın möhürü vurulur. Möhür aydın oxunmalıdır. Doldurulan zaman korlanmış diplom blankları xüsusi aktla silinir. 3.7. Diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır. 3.8. Diplomda ali təhsil müəssisəsinin, adı, AMEA onların Nizamnaməsinə uyğun yazılır. 3.9. Diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılır.
4. Diplomların verilməsi 4.1. Diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra 10 gün müddətində verilir. 4.2. Diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. 4.3. Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır. 4.4. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. 4.4-1. Ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. 4.5. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: - sıra nömrəsi; - diplomun seriyası və nömrəsi; - diplomalanın soyadı, adı, atasının adı; - ixtisasın (ixtisaslaşmanın) adı; - alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi; - Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşdırılmış şuranın) qərarının nömrəsi və tarixi; - diplomun verilmə tarixi; - diplomalan və diplomverən şəxslərin imzası. Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5606/2020 nömrəli iş üzrə qəbul etdiyi 21.09.2020-ci il tarixli qərarı ilə iddiaçı X7 Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti) iddiası təmin olunaraq iddiaçıya (Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində aldığı) ali təhsil haqqında sənəd (diplom) ilə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5917/2020 nömrəli iş üzrə qəbul etdiyi 21.09.2020-ci il tarixli qərarı ilə iddiaçı X2 adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “iqtisadiyyat” fakültəsini “maliyyə” ixtisası üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur.
22. “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları).
23. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5606/2020 və 2-1(112)- 5917/2020 nömrəli iş üzrə qərarları iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır.
24. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil və iddianın mümkun sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, düzgün hüquqi müdafiə vasitəsi seçildiyi təqdirdə müvafiq tələbə məhkəmə qaydasında baxılıb qiymət verilə bilər.
25. Məhkəmə müəyyən edir ki, “Təfəkkür” Universitetinin fəaliyyəti dayandırılmış olsa da, hüquqi şəxs kimi mövcuddur, ləğv edilməmiş və ya yenidən təşkil edilməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə bağlı müvafiq tələb məzunlar tərəfindən deyil, “Təfəkkür” Universiteti tərəfindən irəli sürülməsi iddiaçıların arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilər. Qeyd edilən tələb irəli sürüldüyü təqdirdə cavabdeh tərəfindən bildirilən etirazın əsasları (tələbələrin köçürülməsinin qanuniliyi, köçürmə zamanı Təhsil Nazirliyinin razılığının alınmalı olması, Dövlət İmtahan Komissiyasının qərarının legitimliyi və iş üzrə əhəmiyyətli digər hallar) məhkəmə tərəfindən araşdırıla bilər.
27. Eyni zamanda məhkəmə qeyd edir ki, “Təfəkkür” Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Odur ki, iddiaçıların hazırki tələblə (diplomun verilməsi öhdəliyinin qoyulması və (və ya) zərərin əvəzinin ödənilməsi) öz seçimləri ilə “Təfəkkür” Universitetinə qarşı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, “Təfəkkür” Universitetinin 3-cü şəxs qismində cəlb edilməklə iddianın formal tələblərə uyğunlaşdırılması və bununla bağlı iddiaçılara hüquqi yardım göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir.
28. Bu qənaətə gələrkən məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması X18 Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən iddiaçıların təhsil hüququndan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, iddia düzgün hüquqi müdafiə vasitəsi seçilmədiyindən mümkün sayılmamışdır.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva