Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4325/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6rşı «iddiaçının əlavə bir otaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6rşı «iddiaçının əlavə bir otaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirmişdir ki, İİ qrup Qarabağ müharibəsi əlilidir. Onun əlilliyi müddətsizdir. xx xxxxxxxx 2000-ci il tarixdən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 337 nömrəli sərəncamına əsasən güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Ailə tərkibi 4 nəfərdən ibarətdir – özü, arvadı, qızı və oğlu. “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində x xxxxxx 2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin AR Əmək və X5 Nazirliyi tərəfindən 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. O, (iddiaçı), AR Əmək və X5 Nazirliyi tərəfindən 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilsə də, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57-ci maddəsinə əsasən yaşayış sahəsi verilərkən ər və arvad istisna olmaqla, eyni cinsdən olan şəxslərin razılığı olmadan bir otağa köçürülməsi yol verilməzdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən mənzil oçotda duran vətəndaşlara növbəlilik qaydasına görə uçota alınma tarixi nəzərə alınmaqla verilir. Onun 20 ilə yaxın növbəliyi olduğu və övladları eyni cinsdən olmadığı, eləcə də həmin binada 3 otaqlı mənzil olduğu halda, o, 2 otaqlı mənzillə təmin edilmişdir. Göstərilənlərə əsasən ona (iddiaçıya) İİ qrup Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxslərə verilən mənzil növbəsi uçotuna götürüldüyü tarixdən (xx xxxxxxxx 2000-ci il tarixdən) 3 otaqlı mənzillə təmin olunma hüququ pozulduğundan, onun əlavə bir otaqlı mənzillə təmin olunması öhdəliyi cavabdeh AR Əmək və X5 Nazirliyi yanında Dövlət X7 üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən iddiaya etiraz olunur. Azərbaycan Respublikasında əlil və şəhid ailələrinin mənzillə təminatı məsələsini Əmək və X5 Nazirliyi həyata keçirir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətində mövcud olan siyahı əsasında mənzillərin paylanması həyata keçirilir. Mövcud prosedura əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar, şəhid ailələri dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və X5 Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü icra hakimiyyətlərindən məktubla təqdim olunan növbəlilik siyahıları üzrə və Nazirlikdə yaradılan müvafiq xüsusi komissiya tərəfindən həyata keçirilir. Həmin komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət X3 nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilmişdir. Komissiyanın mənzil bölgüsünü həyata keçirməsi ilə bağlı müvafiq nornativ hüquqi akt olmasa da, komissiya “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanını rəhbər tutaraq, mənzil bölgüsünü həyata keçirir. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-ci il il 27 avqust tarixli 153 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alınmışdır ki, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərin nəzərə alınması və İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsində göstərilənləri təsdiqlədiyi bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 İddiaçı ünvanlanmış x xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində x xxxxxx 2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin AR Əmək və X5 Nazirliyi tərəfindən 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Siz (ərizəçi İddiaçı) Əmək və X5 Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq, 2019-cu ildə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə yerləşən 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin olunmusunuz. Qeyd olunanların nəzərə alınması xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət X7 Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət X10 məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahənin inkişafını təmin etmək, müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək, müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək, məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək, X5 ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək, bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi, şəxslərin, ƏƏSM Nazirliyi yanında Dövlət Sosial X1 əks olunmuş və bu səlahiyyətlər sırasına əhalinin, o cümlədən əlil və digər şəxslərin hər hansı meyarlarla mənzillə təmin olunması məsələləri nəzərdə tutulmamışdır. İddiaçının qaldırdığı məsələ üzrə AR Əmək və X5 Nazirliyinin özü tərəfindən inzibati araşdırma aparılmadığından və imtina cavabı verilmədiyindən (iş materiallarına əsasən), məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutub cavabdehin dəyişdirilməsinin təklif olunmasını məğbul qiymətləndirməmişdir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4325/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4325/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver