Məhkəmə qərarları › İş №2-1(112)-4325/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4325/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4325/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin təsdiq edilməsi və pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeiyində Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdehin üzərinə iddiaçının əlilliyinin təsdiq olunması və əlilliyə görə pensiya təyin öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 04.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya 08.12.2021-ci il hüquqi yardım məktubu göndərilərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan poçt xəbərnaməsindən (SS773268503AZ) görünür ki, göndərilmiş 08.12.2021-ci il tarixli hüquqi yardım haqqında məktub İddiaçı 02.01.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, hüquqi yardım haqqında məktub İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdehin əvəz edilməsinə razılıq verməmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçıya 08.12.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək və məhkəmə iclasını 16.02.2022-ci il tarixə təyin edərək, cavabdehin dəqiqləşdirməsi üçün ona kifayət qədər şərait yaratmışdır. İş üzrə məhkəmə iclası 16.02.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasına dair ərizə təqdim edərək və həmin ərizədə göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı müvafiq inzibati orqan tərəfindən 10.04.2015-ci il tarixdə ikinci dərəcə müddətli əlillik təyin edilmişdir. 10.04.2021 -ci il tarixdə əlillik müddətinin bitməsi əsası ilə vətəndaşa təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır, iddiaçı 03.09.2021-ci il tarixdə əlil statusunu təyin etməklə səlahiyyətli edilmiş müvafiq inzibati orqanın (DTSERA) müayinəsindən keçmiş və həmin orqanın 01.10.2021-ci il tarixli qərarına əsasən göndərişin natamam doldurulması əsası ilə vətəndaşa əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiasına münasibətdə qüvvədə olan qanunvericiliyə əsasən cavab verməli orqan qismində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Odur ki, hazırkı inzibati iş üzrə Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində prosessual iştirakçılığı iddia tələbinin sözügedən hissəsinə münasibətdə mümkünsüzlüyünə əsas verir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlil statusunun müddəti 10.04.2021-ci il tarixdə bitdiyi üçün və cavabdeh orqan tərəfindən aparılmış növbəti müayinə nəticəsində ona əlillik təyin edilməsindən imtina edildiyi üçün ona təyin edilmiş əlilliyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununa müvafiq olaraq dayandırılmışdır. Belə ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının əsasında duran “əlil statusu”nun qüvvəsini itirməsi səbəbindən pensiya ödənişinin dayandırılması aşkar şəkildə göstərir ki, cavabdeh orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ və ya qanuni marağı pozulmamışdır. Bu səbəbdən, iddiaçının təyin edilmiş pensiya ödənişinin dayandırılması ilə bağlı cavabdeh orqanın hərəkətinin qanunsuz hesab edilərək pensiyanın bərpa edilməsi barədə tələbi mümkünsüzdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar