Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4329/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı güzəştli şərtlərlə pensiya təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) hazırlıq icraatı mərhələsində məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hüquqlarının bərpa olunması, güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18 oktyabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı X1 məhkəməyə ərizə təqdim edərək həyat yoldaşının 23 may 2021-ci il tarixdə vəfat etməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 10 iyun 2021-ci il tarixli AZ-İİ№171711 saylı ölüm haqqında Şəhadətnamədən görünür ki, İddiaçı 23 may 2021-ci il tarixdə mədə girəcəyinin bədxassəli yenitörəməsi səbəbilə vəfat etmiş, bu haqda 1168 №li ölüm haqqında akt qeydi kitabında qeydiyyat aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı öldüyündən, mübahisə edilən hüquq münasibəti isə hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1 maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.5 maddəsinə əsasən hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclasına çağırılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 1.2, 80-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 262.4, 262.5, 268-269-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı güzəştli şərtlərlə pensiya təyin olunması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra, 10 gün müddətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4329/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4329/2021
18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver